Dərsin tipi: Deduktiv İş forması: Kiçik qruplarla,Fərdi iş İş üsulları: Kompyuter,iş vərəqələri, H. b dərslik



Yüklə 52 Kb.
tarix31.10.2018
ölçüsü52 Kb.
#77381
növüDərs


Hazırladı:Samux rayon Ziyadlı kənd tam orta məktəbin informatika müəllimi Zeynalova Zəminə



Fənn: İnformatika

Müəllim: Zeynalova Zəminə

Standart:3.2.2. Mətni yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirmək.

Mövzu: Mətn redaktoru

İnteqrasiya: Azərbaycan dili,Həyat bilgisi

Təlim məqsədləri:

Mətn redaktorunda müvafiq nümunələri hazırlamağı bilmək

Mətnləri yaddaşa salmaq və çap etmək

Dərsin tipi: Deduktiv

İş forması: Kiçik qruplarla,Fərdi iş

İş üsulları: Kompyuter,iş vərəqələri, H.b. dərslik

Dərsin mərhələləri

Motivasiya: Müəllim lövhədə bir cümlə yazır(4 dəq)

Mən kompetrdə mətn yamxağı bamacıram.

Şagirdlərə səhvləri düzəltməyə tapşırır. Bu səhvi vərəqinizdə necə düzəldərsiniz?Bəs əlavə sözlər lazım gəlsə nə edərdiz? Kağızda yazılmış hər hansı bir yazı sizə lazımdırsa,onu itrməmək üçün nə edərdiz? Bəs sənədləri düzgün necə yığılır və harada saxlanılır?

Təqdiqat sualı(2 dəq) Kompyuterdə mətn necə yığılır və yığılmış mətnləri Kompyuterin yaddaşında necə saxlamaq olar və sənədi çapa necə vermək olar.

Tədqiqatın aparılması(18 dəq)

Müəllim dərslikdən istifadə edərək,şagirdlərin fəal iştirakı proyektor vasitəsilə”Mətnin parametlərinin təyin edilməsi”,”Mətnin Kompyuterdə saxlanması”,” Kompyuterdə saxlanmış mətnin açılmaSI”,””Mətnin çapa verilməsi alqoritmlərini izah edir”.

. Tədqiqatın aparmaq şagirdlərə kiçik qruplara bölünür,iş vərəqində çalışmalar verilir

1 qrup

  1. ....informasiya ilə işləyən qurğudur... ......informasiyanı qəbul edir,emal edir və saxlayır.Yuxarıda göstərilən mətnə uyğun olan variantı seçin.

A)prosessor B)kompyuter C)skaner

2)Kompyuterin təməl(baza) qurğularını və Əlavə (periferiya) qurğuarını seçin və müqayisı edin

Sistem bloku,siçan,printer,skaner,mikrafon,səsucaldan,monitor,klaviatura

Təməl(baza) Əlavə (periferiya)

3.Əlavə vəsaiylərdə (Həyat bilgi)verilmiş kiçik mətni kompüterdə yığın və saxlayın

2 QRUP

1.Mətnin fraqmentini necə silmək olar?

A)Fraqmenti seçdirib klavişini basmaqla

B) Kursoru fraqmentin sonuna gətirib klavişini basmaqla

C)Fraqmenti seçdirib düyməsini basmaqla.

2.Kompüterdə və kağız üzərində yazılan mətnlərin oxşar və fərqli cəhətlərini göstərin.

Kompüter

kağız

3. ”Mənim məktəbim” mövzusunu kompyuterdə yaz və My documents qovluğunda saxla.

QRUP 3

1
Yeni abzas yaranır
. Mətn redaktorunda mətni yığan zaman enter klavişini basanda...


Simvol silmək



Sözlər arasında boşluq buraxanda






2.MS WORD proqramı ilə WORDPad fərqi nədədir.

3.”Mənim ailəm”mövzusunda kompyuterdə mətn yığın və yaddaşa slın.

Məlumatın mübadiləsi və müzakirəsi(10 dəq)

Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir.

Mətni yaddaşa və çapa necə verərik?

Yeni abzası necə yaratmaq olar?

Kompyuterin əsas və əlavə qurğuları hansılardır?

Ümumiləşdirmə və nəticə:(5 dəq)

Müəllim sinfə müraciət edir:-Yığılmış mətnləri nə üçün Kompyuterin yaddaşında saxlayırlar?Nəzaman sənədi yenidən açmaq lazım gələ bilər?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır.-Mətn redaktoru vasitəsilə kompyuterdə mətn yığmaq və onlarla müxtəli işlər görmək olar.Mətni yaddaşda saxlamadan kompyuteri elektrik şəbəkədən ayırsanız bu sənəd itə bilər.Sənədi kompyuterin yaddaşında saxlamaq və saxlanılmış sənədi açmaq üçün çap etmək üçün dərslikdəki alqoritmdən istifadə etmək lazımdır.Müəllim dərsin əvvəlində tədqiqat sualına aid fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə əldə edilən yeni biliklərlə müqayisə edir.

Tətbiq etmə (4 dəq) “Bizim sinfimiz” haqqında mətn yığmaq

Qiymətləndirmə(3 dəq)

Qiymətləndirmə cədvəli

1 qrup

2 qrup

3 qrup

Yazdığı mətni yadda saxlama










Yazdığı mətnə düzəlişlər etmə










Yazdığı mətni çap etmə










DÜzgün yerinə yetirmə










Tətbiq etmə













Ev tapşırığı: İş dəftərində müvafiq tapşırığı yerinə yetirmək.



Yüklə 52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə