Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə3/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
1   2   3   4   5   6
umm-esasname (1)

V. ŞAGİRDLƏR




5.1. Şagird davranışına və mədəniyyətinə görə nümunəvi olmalı, sadə və səliqəli geyinməli, Məktəbin ictimai həyatında fəal iştirak etməlidir.
5.2. Şagirdin hüquqları:

  • təlim-tərbiyə prosesində, habelə Məktəbin ictimai həyatında iştirak etmək;

  • tədris proqramları həcmində seçdiyi ixtisasla bağlı hərtərəfli biliklər əldə etmək;

  • Məktəbin sinif otaqlarından, musiqi alətlərindən, emalatxanasından, fonoteka və videotekasından, kitabxana və digər xidmət sahələrindən istifadə etmək;

  • təhlükəsiz və zərərsiz təlim şəraiti ilə təmin olunmaq;

  • hüquqa zidd və insan ləyaqətini alçaldan hərəkətlərdən müdafiə olunmaq;

  • arzusu və direktorun razılığı ilə imkan olduğu halda istədiyi müəllimin sinfində təhsil almaq.

5.3. Şagirdin vəzifələri:
-Məktəbin daxili nizam-intizam qaydalarına riayət etmək, əxlaq və etika normalarına əməl etmək;

  • biliyini daima artırmaq, dərinləşdirmək, ümumi mədəni səviyyəsini yüksəltmək;

  • ixtisası üzrə sənətin incəliklərinə səylə yiyələnmək;

  • tədris plan və proqramlarında nəzərdə tutulmuş bütün tapşırıqları vaxtında və səmərəli yerinə yetirmək;

  • bütün dərslərdə və məşğələlərdə müntəzəm iştirak etmək;

  • hər tədris ilinin əvvəlində ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə arayış təqdim etmək.

  • Məktəb əmlakını qorumaq, özünün və yoldaşlarının əşyalarına qarşı diqqətli olmaq;

5.4. Şagirdin seçdiyi ixtisas üzrə musiqi aləti, zəruri tədris vəsaitləri olmalıdır.
5.5. Məktəbin daxili nizam-intizam qaydalarına riayət etməyən, tədbirləri bu və ya digər səbəbdən pozan şagirdlərə qarşı direktorun əmri ilə aşağıdakı intizam tənbehi tədbirləri tətbiq edilir:
a) xəbərdarlıq;
b) sonuncu xəbərdarlıq;
c) Məktəbdən xaric etmək.
Qeyd:
görülən tədbirlər haqqında Məktəbin rəhbərliyi tərəfindən dərhal şagirdin valideyninə məlumat verilməlidir.



Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə