Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti SƏRBƏst iŞ



Yüklə 29,82 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü29,82 Kb.
#150479
1   2
fonem

Sözü fərqləndirən səslər. Dildə sözü fərqləndirən səslər fonem adlanır. Fonem nitqin əsas və qüvvətli səsləridir. Buna görə də dildəki hər bir leksik vahid real səslər olan fonemlərdən ibarətdir.
Fonemlər bir-birindən akustik cəhətdən fərqlənir. Məsələn, sel sözünün birinci səsinin yerində növbə ilə [y], [b], [t] səslərini işlətsək, həmin sözün mənasının dəyişdiyini və başqa mənalı yel, bel, tel sözlərinin əmələ gəldiyini görərik. Buradan belə bir nəticə çıxarmaq olmaz ki, fonemlərin ayrıca mənası vardır. Əksinə, heç bir fonemin ayrılıqda mənası yoxdur. Bunlar ayrı-ayrı sözlərin mənasında xüsusi rol oynayır. Əgər hər fonemin ayrıca mənası olsa idi, o zaman bir fonem bircə sözdə iştirak edə bilərdi. Lakin dildə bunun əksini görürük.
Dilçilikdə fonemlərin əmələgəlmə xüsusiyyətləri və digər məsələləri ilə fonologiya məşğul olur. Fonologiya dilçiliyin bir şöbəsi olan fonetikanın tərkib hissəsinə daxildir.
Sözü fərqləndirməyən səslər. Sözü fərqləndirə bilməyən səslər fonem variantları adlanır. Bunlar qeyrimüstəqil səslərdir. Fonem variantları akustik cəhətdən qüvvətli səsə – fonemə və bir-birinə yaxın, oxşar olur. Sözü fərqləndirməyən səslər nitqdə xüsusi əhəmiyyətə malik deyildir. Ona görə də bunları yazıda xüsusi işarələrlə göstərməyə ehtiyac olmur, ancaq fonemlər əks edilir. Nəticə olaraq demək lazımdır ki, bütün danışıq səsləri fonem deyildir, lakin bütün fonemlər danışıq səsləridir.
Bəşər dillərində elə bir səs yoxdur ki, o hansısa bir fonemin təmsilçisi olmasın. Fonem variantsiz və səssiz, səs isə variantsız və fonemsiz mümkün deyildir. Ona görə də sıfır fonem anlayışı qəbul edilə bilməz. Variantlar fonemlərin təmsilçiləridir. Hər hansı bir variant konkret bir fonemin bu və ya digər əhatədə və mövqedə təzahürü kimi norma ilə nizamlanır. Fonemlərarası fonetik əlaqələr iki nöqteyi-nəzərdən xarakterizə oluna bilər:
1) fonem qarşılaşmalarını birləşdirən və ayıran fonetik əlamətə görə,
2) dildə mövcud olan bu və ya digər oppozisiyalara münasibətə görə. Birinci nöqteyi-nəzərə görə birmənalı və çoxmənalı oppozisiyalar, ikinci nöqteyi-nəzərə görə isə tipik və təcrid olunmuş oppozisiyalar fərqləndirilir.
Dil sistemi səviyyəsində fonemlər , norma səviyyəsində fonemlərin variantları, danışıq səviyyəsində isə cüzi də olsa akustik və artikulyator baxımından fərqlənən səslərlə qarşılaşmalarda və ya oppozisiyalarda iştirak edirlər. Bu qarşılaşma həm paradiqmatik, həm də sintaqmatik planda baş verir . Paradiqmatik planda eyni bir mövqedə işlənə bilən vahidlər fərqləndirici funksiya yetirir. Məsələn: dost – tost. Bu sözlərin fərqlənməsi /d/ və /t/ fonemlərinə,daha doğrusu,onların cingiltililik – karlılıq əlamətlərinə əsaslanır. /d/ və /t/ samitləri sintaqmatik baxımdan da bir-birini əvəzləyir. Onların bir söz daxilində yanaşı gəlməsi qeyri-mümkündür, lakin cümlə daxilində yanaşı gələrkən bir-birinə qovuşaraq bir samit kimi artikulyasiya edilir. Məsələn: Rast deyəndə sən yadıma düşürsən. Fonemlər dilin fonetik quruluşunun ən kiçik vahidləridir. Onlar dilin mənalı vahidlərinin (söz, morfem) qarşılaşdırılmasına və fərqlənməsinə xidmət edir .Variantlar isə fonemlərin təmsilçiləridir. Hər hansı bir variant konkret bir fonemin bu və ya digər əhatədə və ya mövqedə təzahürü kimi norma ilə nizamlanır. Variantlar aşağıdakı kimi təsnif olunur.

  1. Xüsusi variantlar mövqedən asılı olmadan fonem əvəzlənməsi kimi yeni söz və formalar yarada bilirlər.

Məsələn, ǀoǀ fonemi III şəxsin təkinin göstəricisi kimi ayrılıqda bir sözü, eləcədə bir cümləni ifadə edə bilir, ǀaǀ fonemi kökündə qalın saitlər olan isimlərin və isimləşmiş sözlərin yönlük hal forması və feili bağlama şəkilçisi kimi (adam+a, odun+a), ǀüǀ fonemi kökündə ǀüǀ və ǀöǀ olan sözlərin təsirlik hal göstəricisi və III şəxsin mənsubiyyət şəkilçisi kimi (ǀüzümǀ– ǀüzüm+üǀ, ǀkökǀ–ǀkök+üǀ),ǀuǀ fonemi kökündə ǀoǀ və ǀuǀ saitləri olan sözlərin təsirlik hal və II şəxsin mənsubiyyət şəkilçisi kimi (ǀuzunǀ= ǀuza+n ǀ, ǀgetməkǀ= ǀgedirǀ) çıxış edir.
2. Fonetik variantlar kombinator və mövqe ilə bağlı olan variantlara bölünür.
a) Kombinator variantlarda fonem qonşu səsin təsiri ilə artikulyasiyasını dəyişir. İngilis dilində assimilyasiya, akomodasiya hadisələrini misal göstərmək olar. Məsələn, ingilis dilində yuvaq samitləri dişarası samitlərin təsiri ilə diş samitlərinə çevrilirlər.Ten-tenth, all the students, width. [t, d, k, s] samitləri qoşadodaq [w] samiti qarşısında dodaqlanır. Məsələn: twenty, dwell. Partlayışın itməsi ilə bağlı olan variantlar da kombinator variantlara aid edilir. Məsələn: blackboard, hotdog
Dodaq saitlərindən əvvəldə gələn samitlər dodaqlanır. Məsələn: ǀk+ ǀ o, u, ö, üǀ. Söz sonunda, bəzən də söz daxilində saitlərin dodaqlanması əlaməti itir, başqa sözlə delabilizasiya baş verir. Məsələn: ǀolduǀ–ǀoldiǀ ǀgötrdüǀ–ǀgötirdiǀ. Hər bir dilin onun fonem tərkibini yazıda ifadə edən özünəməxsus əlifbası və qrafem sistemi vardır. Səslər keyfiyyətinə görə fiziki, bioloji və fizioloji-akustik proseslərin təsiri ilə yaranan səslərə bölünür. Fiziki proseslərin təsiri ilə yaranan səslər təbiət səsləridir, məsələn, göy gurultusu, küləyin vıyıltısı .
Bioloji proseslərin təsirindən yaranan səslərə inəyin böyürtüsünü, cücülərin səslərini misal göstərmək olar. Fizioloji – akustik proseslərin təsirindən yaranan səslər insanların nitq zamanı tələffüz etdiyi səslərdir. Hər bir dil səsinin özünəməxsus artikulyasiya məxrəci olduğundan öyrənilən dilin nitq səslərinin düzgün tələffüz olunması üçün onların tələffüz məxrəcinin öyrənilməsi düzgün tələffüz normaları üçün vacibdir.
Eyni bir fonemin müxtəlif fonetik kontekstdə akustik cəhətdən müxtəlif səslənməsi həmin fonemin variantlarının yaranmasına səbəb olur. Hər bir variant konkret fonetik mövqedə, kontekstdə vacib olan müəyyən fonemi təmsil edir. Fonemin variantı həmin fonemin təbii şəraitdə realizasiyanı əks etdirir. Məsələn, [setl] sözündə [l] foneminin tutqun variantı tələffüz olunur. Sözdə məna fərqi yaratmayan belə səslər fonemin variantları və ya allofonlar adlanır.
Dil inkişaf etdikcə onun fonetik quruluşu da inkişaf edir, dəyişikliyə məruz qalır. Dilin fonetik quruluşunda baş verən bu dəyişiklik səs variantlarının yaranmasına səbəb olur. Variantlar artikulyator–akustik cəhətdən bir-birinə oxşar olsalar da, onların biri digərinin yerində işlənə bilmir. Hər bir fonem öz variantlarında - onların fiziki varlığı olan səslərdə təzahür edir. Bu, fonemlərin variantlarının bir-birini tamamlama distribusiyası adlanır.
b) Mövqe ilə bağlı olan variantlar dilin orfoepik normalarına, ənənyə görə yalnız müəyyən mövqelərdə işlənir. Məsələn, ingilis dilində [l] foneminin yumşaq variantı ədəbi ingilis tələffüzündə [j] samiti və saitlər qarşısında işlənir. Məsələn: blue, like, look, illuminate,ill-used,illumine . Mövqe ilə bağlı olan variantlarda sait və samitlər xüsusi akustik çalarlara malik olur.
a) Söz sonunda və vurğulu saitlərdən əvvəl kipləşən partlayışlı samitlər nəfəsli tələffüz olunur. Məsələn: ǀtətikǀ–ǀtütəkǀ.
b) Söz sonunda sonantlar karlaşır.Məsələn: ǀkalǀ,ǀnarǀ,ǀqarǀ.
c) Saitlər vurğulu hecalarda tam keyfiyyətdə çıxış edirlər. Samitlər bu mövqedə kəmiyyət və keyfiyyətcə dəyişir. Məsələn: ǀbadamǀ–ǀbədənǀ.
ç) Vurğusuz hecalarda saitlər güclü reduksiyaya uğrayır. Məsələn: ǀgül* ms* ndiǀ ǀöz*m*z* nk* lərǀ.
d) Alınma sözlərdə vurğudan əvvəlki hecada sait uzun tələffüz olunur. Məsələn: ǀa.dilǀ,ǀe.lanǀ,ǀsö.ləǀ.
e) Sözün birinci hecasındakı və ya kökündəki ilk sait dodaq və damaq ahənginə görə sözə qoşulan digər sait və samiti müvafiq ahəngdə kökləyir və həmahənglik yaradır
Sinharmoniya (saitlərin harmoniyası) mövqe ilə bağlı fonetik proses kimi türk və fin-uqor dilləri üçün xarakterikdir və dilin iki xüsusiyyətinə əsaslanır. Birinci xüsusiyyət ondan ibarətdir ki, söz bu dillərdə kök ilə başlanır və suffikslər ona ardıcıllıqla qoşulur, məs: ev-lər-imiz-in. İkinci xüsusiyyət saitlərin ön və arxaya sıraya görə qarşı qoyulmasıdır, ona görə də sözdə eyni sıradan olan saitlər işlənir:evimiz, bağlarda, üzümçülərdə. Alınma sözlər də əsasən sinharmoniya qanununa tabe olurlar.
Yüklə 29,82 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə