Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti SƏRBƏst iŞ



Yüklə 29,82 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü29,82 Kb.
#150479
  1   2
fonem


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Bakı Avrasiya Universiteti


SƏRBƏST İŞ

Fakültə : Filologiya


İxtisas : İngilis dili və ədəbiyyatı
Kurs :I
Qrup : 101
Fənn : Dilçiliyə giriş
Müəllim : Cəmil Babayev
Tələbə : Aydan Qəniyeva

Bakı-2023



Mövzu : Fonemin variantlarının növləri
Fonetikanın həm nəzəri, həm də əməli əhəmiyyəti vardır. Fonetikanı bilmədən dilin lüğət tərkibini, qrammatik quruluşunu istənilən şəkildə öyrənmək mümkün deyildir. Fonetika dilin tarixini öyrənməyə, ayrı-ayrı sözlərin etimologiyasını aydınlaşdırmağa və dillərin qohumluğunu müəyyən etməyə geniş imkan yaradır. Fonetika başqa dillərdən alınan sözləri mövcud dilə uyğunlaşdırmaqda xüsusi rol oynayır. Belə ki, başqa dillərdən alınan sözlər dilin fonetik sisteminin tələblərinə tabe edilir. Fonetikanın dərindən öyrənilməsi əsasında ana dilinin düzgün tələffüz qaydaları mənimsənilir. Fonetika orfoqrafik normaların qaydaya salınması və mənimsənilməsində də müəyyən əhəmiyyət kəsb edir.
Dünyada mövcud olan bütün dillərin səs sistemi, təbii olaraq, bir-birinin eynini təşkil etmir. Burada ümumi cəhətlərlə yanaşı, hər bir dilin fonetik quruluşu başqasından bu və ya digər cəhətdən fərqlənir. Hətta qohum dillərin fonetik tərkibində də müəyyən yaxınlıq, oxşarlıq olsa da, bunların fərqli cəhətləri vardır. Belə bir cəhətə əsasən fonetikanın iki forması meydana çıxmışdır: ümumi fonetika, xüsusi fonetika.
Ümumi fonetika. Danışıq səsləri haqqında ümumi nəzəri məlumat verən fonetikaya ümumi fonetika deyilir. Burada danışıq səsini əmələ gətirən üzvlərdən, onların vəzifələrindən və digər məsələlərdən ümumi şəkildə bəhs olunur. Ümumi fonetika bütün dillərin fonetik materialları üzərində yaradılır. Buna görə də ayrı-ayrı dillərin fonetikası öyrənildikcə ümumi fonetikaya yeni-yeni faktlar daxil olur. Xüsusi fonetika. Bu və ya digər bir dilin fonetik tərkibini tədqiq edən şöbəyə xüsusi fonetika deyilir.
Xüsusi fonetika konkret bir dil üzərində yarandığı üçün həmin dilin adı ilə adlanır. Məsələn, Azərbaycan dilinin fonetikası, rus dilinin fonetikası, ingilis dilinin fonetikası, gürcü dilinin fonetikası və s.
Fonem üç aspektin, dialektin birliyindən ibarətdir ;1)material, real ,obyektiv. 2)mücərrət, ümumiləşmiş. 3)funkianal.
Fonem bu üç aspektin birliyidir, çünki onlar bir biri ilə ayrılmaz sürətdə bağlıdır. Lakin onlar biri digərindən təhlil və təsvir etmək məqsədi ilə ayrıla bilər, seqmental fonemlər material aspektə malikdir, bu mənada onlar çoxlu sayda müəyyən artikulyator və akustik formada olan nitq səsləri formasında mövcuddur. Onlar ümumi artikulyar və akustik əlamətlərə malikdir ki, bu da fonemin material invariantını təşkil edir.
Material olan eyni zamanda realdır. Odur ki fonem realdır. O, linqivistik realliqdır, çünki fonemlər aktual danışıqda mövcuddur. Material və real olan həmçinin obyektivdir. O, fərdi insanların ifadəsindən asılı deyildir. O, müstəqil şəkildə mövcuddur. Bu fikrin fonemə tətbiq edilməsi o deməkdir ki, nitq səsləri fonemlərin təcəssümü kimi dil kollektivində onların hər biri fərdi ifadəsindən aslı olmadan müstəqil şəkildə mövcutdur. Fonemin ikinci aspekti onun mücərrət və ümumilləşmiş xarakterdə olmasıdır. Bu ,fonemin izahında dil vahidi kimi öz əksini tapmışdır. Dilin hər bir vahidi fonem, morfem, söz, cümlə -aktual söyləmədən mücərrətləşmişdir,nitqdən ümumiləşmişdir. Nitq dilin reallığıdır. Fonemin mücərrətləşmiş və ümumiləşmiş apekti onun aspektləri içərisində ən çətin dərk edilməlidir. İlk baxımdan bu bir qədər ziddiyətlidir. O, həm də variantları olduğu çoxlu sayda nitq səslərinin mücərrədləşməsi və ümumiləşməsidir. Bu da şüursuz olaraq dil kollektivinin beynində mövcud olur.
Hər bir dildə çoxlu səs olur. Azərbaycan dilində də bizim adi halda təsəvvür etdiyimizdən artıq miqdarda səslər vardır. “Lakin bu səslərin hamısı nitq üçün – dil üçün bərabər dərəcədə qiymətli deyildir”.Məsələn, dilimizdəki qol, toqqa, maraq sözlərindəki [q] səslərinin tələffüzünə fikir versək, aydın olur ki, burada dörd [q] səsi vardır. Ancaq bu səslərin hamısı eyni keyfiyyətə malik deyildir. Belə ki, bunlar zəiflik və qüvvətlilik etibarı ilə bir-birindən fərqlidir. Dildəki səslərin bu cəhətini nəzərə alaraq onları iki tipə bölmək olur: sözü fərqləndirən səslər, sözü fərqləndirməyən səslər.

Yüklə 29,82 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə