Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

70
 
keçirilir.  Gətirmə  zamanı  gömrük  nəzarətinin  başlanması  mallar  və  nəqliyyat  
vasitələrinin  gömrük  sərhəddini  faktiki  keçməsi  ilə  üst-üstə  düşür.Bundan  əvvəl 
malları keçirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi gömrük orqanına mallar və 
nəqliyyat  vasitələrini  gətirmə  niyyəti  haqda  məlumat  verməlidir.  Qeyd  etmək 
lazımdır  ki,  gömrük  nəzarətinin  həyata  keçirilmə  xüsusiyyətləri  nəqliyyat 
vasitələrinin növlərindən asılı olaraq fərqlənir. 
AR-nın  Gömrük  Məcəlləsinə  görə  ölkənin  gömrük  ərazisinə  gətirilən  və  bu 
ə
razidən aparılan bütün mallar və nəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsindən 
keçməlidirlər.  Gömrük  rəsmiləşdirilməsi  –  AR  GM-nin  tələblərinə  uyğun  olaraq 
malların və nəqliyyat vasitələrinin  müvafiq gömrük proseduru altında yerləşdirilməsi 
və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. 
Mallar  və  nəqliyyat  vasitələri  AR  –nın  gömrük  sərhəddindən  yalnız  gömrük 
orqanları  tərəfindən  müəyyən  olunmuş  yerlərdə  və  gömrük  orqanının  iş  vaxtında 
keçirilə  bilər.  Bununla  bərabər  müstəsna  hallarda  mallar  və  nəqliyyat  vasitələri 
gömrük  sərhəddindən  gömrük  orqanlarının  iş  vaxtından  kənar  vaxtda  və  başqa 
yerlərdən də, ancaq gömrük orqanları iə razılaşdırılaraq keçirilə bilər. 
Mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, malları göndərənin 
və  ya  alanın,  yaxud  onların  struktur  bölmələrinin  yerləşdiyi  yer  üzrə    gömrük 
orqanının  fəaliyyət  zonasında,  bunun  üçün  müəyyən  olunmuş  yerlərdə  və  gömrük 
orqanının  iş  vaxtında  aparılır.  Gömrük  orqanlarının  razılığı  ilə  gömrük 
rəsmiləşdirilməsi  başqa  yerlərdə  və  gömrük  orqanının  iş  vaxtından  kənar  vaxtda  da 
aparıla  bilər.  AR  DGK    ayrı-ayrı    kateqoriyalı  malların  və  nəqliyyat  vasitələrinin 
gömrük  rəsmiləşdirilməsinin  aparılmasını  AR-nın  müəyyən  gömrük  orqanlarına 
həvalə  edə  bilər.Məsələn,  Azərbaycanda  avtonəqliyyat  vasitələrinin  gömrük 
rəsmiləşdirilməsi  Bakı  şəhərində  bu  sahədə  ixtisaslaşmış  xüsusi  gömrük  postunda 
həyata  keçirilir.  Aksiz  vergisinə  cəlb  olunan  malların  da  gömrük  rəsmiləşdirilməsi 
“Aksiz”  gömrük  məntəqəsində  aparılır.  Mallar  və  nəqliyyat  vasitələri  barədə 
səlahiyyətli  şəxslər  və  onların  nümayəndələri  gömrük  rəsmiləşdirilməsində  iştirak 
edə bilərlər. Gömrük orqanı göstərilən şəxslər və onların nümayəndələrinin gömrük 
rəsmiləşdirilməsində  iştirakını  tələb  edə  bilər.  Bu  halda,  həmin  şəxslər  gömrük 


71
 
rəsmiləşdirilməsinin  aparılmasında  gömrük  orqanının  vəzifəli  şəxslərinə  kömək 
etməlidirlər. 
Gömrük rəsmiləşdirilməsinin əsas funksiyası - gömrük sərhəddindən keçirilən 
mallar  və  nəqliyyat  vasitələri  haqda  tam  və  səhih,  sənədlərlə  təsdiq  olunmuş 
informasiya  əsasının  formalaşdırılması,  məlumatların  uçotu  və  qeydiyyatının 
aparılmasıdır
1
.  Gömrük  rəsmiləşdirilməsinin  ən  əsas  mərhələsi  mallar  və  nəqliyyat 
vasitələrinin  gömrük  orqanına  bəyan  edilməsidir.Yük  dövriyyəsində  malların  bəyan 
edilməsi üçün istifadə olunan əsas sənəd Yük Gömrük Bəyannaməsidir (YGB).Yük  
Gömrük  Bəyannaməsi  –  malların  gömrük  sərhəddindən  keçirilməsi  və  malların 
yerləşdirildiyi 
gömrük 
prosedurunun 
dəyişdirilməsi 
zamanı 
gömrük 
sənədləşdirilməsinin  yerinə  yetirilməsi  üçün  istifadə    olunan,qanunvericiliklə 
müəyyən olunmuş formalı rəsmi sənəddir. 
Eyni mallar və nəqliyyat vasitələri eyni  bir şəxs tərəfindən müntəzəm olaraq 
keçirildikdə  gömrük  orqanı  malların  və  nəqliyyat  vasitələrinin  AR  –nın  gömrük 
sərhəddindən  keçirilməsinə  dair  müəyyən  müddət  ərzində  bir  dövri  bəyannamə 
verilməsinə  icazə  verə  bilər.  Qanunvericiliklə  müəyyən  olunmuş  hallarda  gömrük 
orqanları  gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilmiş  qaydalarını  tətbiq  etmək 
hüququna da malikdirlər.  
 
 
2.2 Gömrük rüsumları səviyyəsinin müəyyənləşdirilməsinin 
iqtisadi-hüquqi mexanizmi 
Təsərrüfat  həyatının  qloballaşması,  dünya  iqtisadiyyatında  ölkələrin  qarşılıqlı 
asılılığının  güclənməsi,  qlobal  problemlərin  yaranması  və  kəskinləşməsi  öz  növbə-
sində    beynəlxalq  iqtisadi  münasibətlərin  məqsədyönlü  tənzimlənməsini  obyektiv 
zərurətə  çevirmiş,  həmçinin  həmin  bu  proseslər  beynəlxalq  iqtisadi  münasibətlərin 
hüquqi tənzimlənməsi sisteminə də öz həlledici təsirini göstərmişdir. Müstəqillik əldə 
edildikdən  sonra  Azərbaycan  iqtisadiyyatında  beynəlxalq  iqtisaadi  münasibətlərin 
                                                            
1
 Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
 


72
 
oynadığı  mühüm  rola  uyğun  olaraq  bu  sferanın  hüquqi  tənzimlənməsinə  də  böyük 
ə
həmiyyət verilir. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan dünya ölkələri 
ilə  beynəlxalq  iqtisadi  münasibətlərinin  tənzimlənməsi  məqsədilə  bir  sıra  qanun  və 
normativ-hüquqi  sənədlər  qəbul  edilmişdir.  Müstəqillik  qazanıldıqdan  sonra  dün-
yanın  ən  aparıcı  iqtisadiyyatlarına  malik  ölkələri  ilə  strateji  məqsədli  hüquqi 
baza  yaradılmışdır.  Hazыrda  Аzяrbaycanda  mövcud  olan  xarиcи  иqtиsadи  fяalиy-
yяtиn dювляt tяnzимлянмя sиstemиnиn hцququ яsasыnы Azяrbaycan Respublиkasыnыn 
Konstиtutиyasы vя qanunlarы Prezdentиnиn fяrmanlan, nazиrляr Kabиnetиnиn qяrar-
larы  vя  ишtиrakчысы  olduьumuz  beynяlxalq  mцqavиляляr  tяшkиl  edиr.    Azərbaycanın 
xarici  ölkələrlə  beynəlxalq  iqtisadi  münasibətlərini  və  xarici  ticarətini  qarşılıqlı 
səmərəli əsasda tənzimləyən aşağıdakı qanunvericilik aktlarını sadalamaq olar:  
•  “Azərbaycan  Respublikası  Hökuməti  ilə  Gürcüstan  Hökuməti  arasında 
investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında  Sazişin  təsdiq  edilməsi 
barədə” AR Qanunu - 19.04.1996;  
  
•  “Azərbaycan  Respublikası  və  Almaniya  Federativ  Respublikası  arasında 
investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Müqavilənin və Protokolun 
təsdiq edilməsi barədə” AR Qanunu - 25.06.1996; 
•  “Azərbaycan  Respublikası  və  Niderland  Krallığı  arasında  hava  daşımaları 
haqqında Sazişin təsdiq edilməsi barədə” AR Qanunu - 08.10.1996;     
•  “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti 
arasında  investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında”  Sazişin  təsdiq 
edilməsi barədə AR Qanunu - 15.11.1996;     
•  “Azərbaycan  Respublikası  Hökuməti  və  Ukrayna  Hökuməti  arasında 
investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında”  Sazişin  təsdiq  edilməsi 
barədə” AR Qanunu - 06.06.1997; 
•  “Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti 
arasında  investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması  haqqında”  Sazişin  təsdiq 
edilməsi barədə AR Qanunu - 26.06.1997;     


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə