Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

ə
lavə dəstəyə ehtiyac duyuldu. Həmin səbəblərdən kənd ərazilərinin inkişafı aparıcı 
ölkələrin  aqrar  siyasətinin  əsas  istiqamətlərindən  birinə  çevrildi.  Regional  inkişafda 
disbalansı,  geriliyi  aradan  qaldırmaq  üçün  əlavə  proqramlar  həyata  keçirilməyə 
başlandı. Bu siyasətin ən bariz nümunəsi Avropa Birliyinin “LEADER proqramı”dır. 
Burada əsas məqsəd innovativ, inteqrasiya olunmuş və iştirakcılığı təmin edən Ərazi 
nkişaf  Strategiyalarından  istifadə  etməklə  kənd  ərazilərində  iqtisadi  aktivliyi 
diversifikasiya  etməkdir.  Nəhayət,  aparıcı  ölkələrdə  aqrar  siyasətin  əsas  fəaliyyət 
istiqaməti  kənd  təsərrüfatı ilə  yanaşı  ekoloji  problemlərin  həllinə  dəstəkdir.  Bir  çox 
ölkələrdə  kənd  təsərrüfatı  siyasəti  ekoloji  siyasət  ilə  yanaşı  dəyərləndirilir.  Bu 
mənada, bəzi beynəlxalq araşdırmalarda ABŞ-da icra olunan “Ehtiyatların qorunması 
proqramı”  (CRP)  və  ngiltərənin  “Ekoloji  darəetmə”  proqramının  təcrübələri 
göstərilir  və  burada  ümumi  hədəf  təbii  ətraf  mühitin  və  resursların  qorunması  və 
yaxşılaşdırılmasıdır. Qeyd olunmuş aqrar siyasət hədəflərinə nail olmaq üçün hazırda 
aparıcı  ölkələrdə  kənd  təsərrüfatına  üç  dəstək  kanalından  istifadə  olunur: 
istehsalçılara dəstək (PSE), istehlakçılara dəstək (CSE) və ümumi xidmətlər dəstəyi 
(GSSE):  
-  stehsalçılara dəstək.  2009-cu  ildə  Ə T  ölkələrində  bu  kanal  ilə  dəstək  253 
mlrd. dollar və ya ortalama hər bir üzv-ölkə üzrə 8,16 mlrd. dollar təşkil edib. Bu isə 
göstərilən  ölkələrdə  fermerlərin  ümumi  gəlirlərinin  22%  təşkil  edib  (2008-də  21% 
olub)
5
.  Ə T-nin  yeni  təsnifatına  görə,  burada  yeddi  əsas  dəstək  alt-kanalından 
istifadə olunur 
6
.  
1) Bazar qiymətlərinin dəstəyi və ya (minimum) qiymət dəstəyi (MPS). Bu alt-
kanal  hökümət  siyasəti  tədbirləri  vasitəsi  ilə  ötürülən  və  yerli  bazar  qiymətləri  ilə 
xarici  bazarda  olan  spesifik  kənd  təsərrüfatı  məhsullarının  qiymətləri  arasında  fərq 
yaradan transfertləri əhatə edir.  Ə T ölkələrində bu alt-kanal ilə hökümət siyasətinin 
maliyyə xərcləri istehsalçılara dəstəyin 67%-ni təşkil edir (Avropa Birliyində - 73%). 
Yəni bu alət siyasətin əsas alətlərindən biri hesab edilir.  
2)  Məhsul  buraxılışına  görə  ödənişlər.  Kənd  təsərrüfatı  istehsalçılarına 
                                                      
5
“Agricultural Policies in OECD Countries, AT A GLANCE” (2010, OECD) 
6
“Agricultural Policies in OECD Countries”, 2010
 


hökümət  siyasəti  çərçivəsində  spesifik  aqrar  məhsulların  cari  buraxılışına 
(istehsalına)  əsaslanaraq  ötürülən  transfertləri  əhatə  edir.  2008-ci  ildə  Ə T 
ölkələrində bu istiqamətə ortalama 197 milyon dollar vəsait sərf edilib.  
3) Xərclərə (input) görə ödənişlər. Istehsalçılara hökümət siyasəti çərçivəsində 
fermerlərin  xərclərinə  əsaslanaraq  ötürülən  transfertləri  əhatə  edir.  Bu  zaman 
dəyişkən  ödəmələri  (fermerlərin  müxtəlif  xərclərinin  dəyərindən  asılı  olaraq),  fiksə 
edilmiş  kapital  ödəmələri  (fermer  təsərrüfatlarında  tikinti,  avadanlıq  təchizatı, 
irriqasiya,  drenaj,  torpaq  münbitləşdirilməsi  və  s.),  fermerlər  üçün  xidmətlər 
(maliyyə-mühasibat,  texniki,  kommersiya,  sanitar,  fitosanitar,  treninq  və  s.) 
sxemlərindən istifadə oluna bilər. 2008-ci ildə bu kanal ilə  Ə T ölkələrində ümumi 
xərclər 35,114 mlrd. dollar təşkil edib. Yəni istehsalçılara dəstək xərclərinin 13,40% 
bu istiqamətə sərf edilir.  
4)  stehsalat üçün tələb olunan torpaq sahəsinin həcmi, təsərrüfatda heyvanların 
sayı,  xərclərə,  gəlirlərə  görə  ödənişlər.  stehsalçılara  hökümət  siyasəti  çərçivəsində 
adı  çəkilən  göstəricilərə  əsaslanan  transfertlərdir.  Bu  istiqamətə  Ə T  ölkələrində 
ortalama  olaraq istehsalçılara dəstək büdcəsinin 13,43%  sərf  edilir  (2008-də toplam 
35,195 mlrd. dollar).  
5)  stehsal üçün zəruri olan torpaq sahəsinin həcminə, təsərrüfatda heyvanların 
sayına,  xərclərə,  gəlirlərə  aid  olmayan  göstəricilərə  görə  ödənişlər  (istehsal  həcmi 
tələb kimi qoyulur). 3-cü bənddə qeyd edilən alt-kanaldan fərqli olaraq burada söhbət 
hər  hansı  bir  aqrar  məhsulun  istehsal  göstəricisi  fermer  qarşısında  tələb  olaraq 
qoyulur  (fiksə  edilmiş  adıçəkilən  göstəricilərlə).  stehsalçılara  dəstək  büdcəsinin 
adətən 0,5%-i bu istiqamətə xərclənir.  
6)  stehsalat üçün tələb olunan torpaq sahəsinin həcmi, təsərrüfatda heyvanların 
sayı, xərclərə, gəlirlərə aid olmayan göstəriciləri görə ödənişlər (istehsal həcmi tələb 
kimi qoyulmur). 4-cü bənddə qeyd edilən alt-kanaldan fərqli olaraq burada hər hansı 
bir  aqrar  məhsulun  istehsal  göstəricisi  fermer  qarşısında  tələb  olaraq  qoyulmur.  Bu 
istiqamətə  Ə T ölkələrində 2008-ci ildə toplam 61,659 mlrd. dollar sərf edilib, yəni 
istehsala dəstək büdcəsinin 23,53% bu alt-kanalın maliyyələşdirilməsinə sərf edilir. 
7) Məhsul meyarlarına əsaslanmayan ödənişlər.  stehsalcılara hökümət siyasəti 


çərçivəsində ötürülən transfertlərdir və aşağıdakı meyarlara görə həyata keçirilir:  

 istehsal resurslarının uzun-müddətli “dincə qoyulması”;  

  məhsul  buraxılışına  aid  olmayan  spesifik  məqsədlərə  istifadə  olunan 
resurslar üzrə transfetrlər (məsələn, birdəfəlik ödənişlər, mənzil kirayə xərcləri).  
Bu siyasət aləti üzrə istehsalçılara dəstək büdcəsinin 2,7%-i ((7,1 mlrd. dollar) 
təqdim edilir  
-  stehlakçılara  dəstək.  Bu  dəstək  kanalı  istehlakçılardan  kənd  təsərrüfatı 
məhsullarının  (fermer  təsərrüfatları  səviyyəsində)  alışı  üçün  sərf  etdiyi  bütün 
transfetrləri əhatə edir, harada ki, transfertlər (hədəflərdən, formasından və təsirindən 
asılı  olmayaraq)  aqrar  sahəyə  dəstək  siyasətinin  tədbirlərinin  nəticəsidir.  Əgər  CSE 
göstərici  neqativdirsə  (mənfidirsə),  onda  bazarda  mövcud  qiymətlər  (yüksək 
qiymətlər)  vasitəsi  ilə  istehlakçıların  üzərinə  düşən  “yük”  (“gizli  vergi  yükü”), 
istehlakçılara  (qiymət  səviyyəsini  əvəzləmək  üçün)  kompensasiya  edilən 
subsidiyalardan  yüksəkdir.  Yəni  bir  sözlə  dövlətin  təqdim  etdiyi  kompensasiyalar 
bazarda  qiymətlərdən  aşağıdır.  Halbuki  son  illər  dəmək  olar  ki,  bütün  Ə T 
ölkələrində  bu  gəstərici  neqativdir,  yəni  istehlakçılara  təqdim  edilən  subsidiyalar, 
onlara bahalaşmış bazarı kompensasiya etməyə kifayət etmir. Məsələn, istehlakçılara 
dəstəyin dəyəri 2008-ci ildə  Ə T üzv-ölkələrində mənfi 101344 milyon dollar, yəni 
ortalama ölkə üzrə mənfi 3269,16 milyon dollar təşkil edib (“Agricultural Policies in 
OECD Countries”, 2010). 
-  Ümumi  xidmətlər  dəstəyi.  Bu  dəstək  kanalı  kənd  təsərrüfatına  ümumi 
dəstəyin  dəyərinin  təxminən  21-22%  təşkil  edərək,  bütün  elmi-tədqiqat,  marketinq, 
infrastruktur  təminatı  və  digər  fəaliyyətləri  əhatə  edir.  Bir  sözlə  burada  kənd 
təsərrüfatı  subyektlərinə  dəstək  kütləvi  formada  təqdim  edilir
7
.  Ə T  ölkələrində 
2008-ci ildə ümumi xidmətlər dəstinin (82,7 milyard dollar) strukuturu belə olub:  
- Elmi-tədqiqat xərcləri - 9,59%;  
- Kənd təsərrüfatı ilə bağlı tədris müəssisələri – 2,93%;  
-  nfrastruktur – 30,31%;  
- Marketirnq və təşviqat 49,03%;  
                                                      
7
“Agricultural Policies in OECD Countries, AT A GLANCE” (2010, OECD) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə