Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   ...   41

FƏS L 1.  AQRAR SEKTORUN   NK ŞAFININ NƏZƏR -METODOLOJ  
Ə
SASLARI 
 
1.1  Milli iqtisadiyyatın davamlı  inkişafının təmin edilməsində aqrar sektorun 
rolu və bu sahədə bazar münasibətlərinin formalaşdırılmasının iqtisadi 
məzmunu 
 
Aqrar sahə və onun tənzimlənməsinin hüquqi və iqtisadi mexanizmi mürəkkəb 
iqtisadi  münasibətləri  əhatə  etdiyindən  yaranma  prosesi  və  inkişaf  mərhələlərinə 
nəzər salınmasının, onun nəzəri əsaslarının hərtərəfli öyrənilməsinin olduqca mühüm 
elmi  və  praktiki  əhəmiyyəti  vardır.  Tədqiqatlar  göstərir  ki,  bazarın  öz  ilkin  və 
məhdud sərhədlərini aşması istehsal münasibətlərinin dəyişməsinin təsiri altında baş 
vermişdir.  Problemə  qlobal  aspektlərdən  yanaşaraq  belə  qənaətə  gəlmək  olar  ki, 
bazarın  ilkin  rüşeymləri  erkən  sinifli  cəmiyyətin  yaranmasına  və  ictimai  əmək 
bölgüsü-  nün  formalaşmasına  təsadüf  etmişdir.  Lakin  bütün  bunlar  heç  də  o  demək 
deyildir ki, bazar məhz erkən sinifli cəmiyyətdə formalaşaraq iqtisadiyyatın səmərəli 
və işlək mexanizminə çevrilmişdir. Bazarın formalaşma dövrünün başa çatması tarix 
etibarı  ilə  XVII  əsrin  ortalarına  təsadüf  edir.  Həmin  dövrdə  bazarın  formalaşması 
üçün zəruri olan tarixi ilkin şərait və zəruri infrastruktur, iqtisadi sistemin dominant 
qanunları  və  hakimiyyəti  altında  artıq  yaranmışdı.  Dünya  dövlətlərinin  təcrübəsi 
göstərir  ki,  postsosialist  iqtisadiyyatında  səmərəli  və  balanslaşdırılmış  bazar 
münasibətlərinin  formalaşması  və  fəaliyyəti  aşağıdakı  meyarlarla  şərtlənir:  -  ilk 
növbədə  plüralizminin  yaradılması,  azad  rəqabətin  və  iqtisadi  müstəqilliyin  hakim 
mövqe tutması; - sərbəst qiymətqoyma mexanizminin formalaşdırılması, qiymətlərin 
istehsalçı  və  istehlakçı  arasında  qarşılıqlı  razılaşmalar  nəticəsində  formalaş-  ması;  - 
maddi,  əmək  və  maliyyə  resurslarının  sərbəst  hərəkətinin  təmin  olunması;  -  bazar 
infrastrukturlarının  səmərəli  fəaliyyətinin  təmin  olunması;  -  iqtisadiyyatın  bazar  və 
qeyri-  bazar  sektorları  arasında  saxlanıImasında  dövlətin  təsir  və  tənzimlənmə 
vasitələrinə  malik  olması;  -  milli  iqtisadiyyatın  beynəlxalq  iqtisadi  münasibətlərə 
səmərəli inteqrasiya olunması; - cəmiyyətin bütün üzvlərinə dövlət tərəfindən zəruri 


sosial  təminatların  yaradılması.  Dünya  təcrübəsi  göstərir  ki,  iqtisadiyyatda  səmərəli 
və  çevik  aqrar  bazarın  formalaşdırılması  dövlətin  kənd  ləsərrüfatı  və  ərzaq 
məhsullarına  olan  tələbatının  xüsusi  mənbələr  hesabına  ödənilməsinə  imkan  verir. 
qtisadiyyatda  inkişaf  etmiş  aqrar  bazarın  formalaşdırılması  aqrar  sahənin  mövcud 
vəziyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu amil isə bilavasitə onunla şərtlənir ki, 
bazarın maddi əsasını istehsal təşkil edir. Odur ki, aqrar bazarın formalaşdırılması və 
səmərəliliyinin yüksək olması da iqtisadiyyatın aqrar 
Bu baxımdan aqrar sektor  fəaliyyətləri və  bu sektorla baglı dövlət siyasətinin 
nəzəri əsaslarının inkişaf istiqamətlərini araşdıran zaman ilk rast gəldiyimiz sistemli 
nəzəriyyə  merkantilizmdir.  Sənaye  kapitalizminə  qədərki  dövrün  iqtisadi  nəzəriyyə 
və  siyasi  doktrinalarından  biri,  əsas  prinsipləri  qızıl  və  gümüsün  sərvətin  əsas 
mənbəyi sayılması, ixracatın artırılması zəruriliyi, iqtisadiyyata dövlət müdaxiləsinin 
müdafiə  edilməsi,  müstəmləkəçi  siyasətin  davam  etdirilməsi,  millətçi  siyasət 
tədbirlərinə  əhəmiyyət  verilməsi  və  əhali  artımının  təşviq  edilməsi  olan 
merkantilizmin çıxış nöqtəsi xarici ticarət balansında daim müsbət saldo yaratmaqla 
ölkə  sərvətinin  artırılması  və  bunun  üçün  lazım  olan  bütün  proteksionist  tədbirlərin 
görülməsindən  ibarətdir.  Həmin  dövrdə  xarici  siyasətdə  əsasən  kənd  təsərrüfatı 
məhsulları  hakim  oldugundan  bu  siyasətin  davamı  kimi  aqrar  sektorun  himayə 
edilməsini də göstərmək mümkündür. 
Tarixdə  aqrar  sektorun  iqtisadi  düsüncə  və  dövlət  siyasətinin  mərkəzində 
dayanması  isə  birbasa  fiziokratizmməktəbi  ilə  bağlıdır  və  hətta  o  səviyyədə  ki,  bu 
məktəbə kənd təsərrüfatı fetişizmi adı da verilmişdir.  ctimai həyatın tanrı tərəfindən 
mövcud  olan  təbii  qanunlarlaidarə  olunduğunu,  dövlətin  bu  qanunlara  müdaxilə 
etməməsini,  sadəcə  daxili  və  xarici  təhlükəsizliyi  təmin  edərək  bəzi  infrastruktur 
xidmətlərini  göstərməli  olduğunu  düşünən  fiziokratlar  hesab  edirdilər  ki,  dəyərin 
mənbəyi kənd təsərrüfatıdır, əlavə dəyər yalnız kənd təsərrüfatında yaradılır və buna 
görə  bu  sektor  yeganə  məhsuldar  sektordur,  faiz  aqrar  kapitalın  gəliridir,  kapital 
yalnız  aqrar  sektora  qoyulmalıdır,  ixracat  yalnız  aqrar  məhsullara  dayanmalıdır, 
yeganə  məhsuldar  sektor  aqrar  sektor  və  yeganə  məhsuldar  sinif  kənd  təsərrüfatı 
istehsalçıları  olduğundan  dövlət  də  vergini  ancaq  bu  sektordan  toplamalıdır.  Əlavə 


dəyərin (surplus) yalnız aqrar sektorda yarandığını qeyd edən fiziokratların ən böyük 
nümayəndəsi  doktor  Fransua  Kene  bu  dəyərin  siniflər  arasında  necə 
bölüşdürüldüyünü göstərən məshur “ qtisadi Cədvəli” (Tableau Economique) ilə bir 
növ iqtisadi analizin də əsasını qoymuşdur. 
Adam Smitin məşhur “Millətlərin Sərvəti”(Wealth of Nations) adlı əsərini çap 
etdirdiyi  1776-cı  ildən  meydana  gələn  klassik  iqtisadi  məktəb  iqtisadiyyata  dövlət 
müdaxiləsinin  minimumlaşdırılması,  şəxsi  azadlıq,  əmək  bölgüsü,  azad  bazar 
mexanizmi  kimi  prinsipləri  müdafiə  edərək  iqtisadi  sistemi  kompleks  şəkildə 
öyrənmiş ilk məktəb və sənaye kapitalizminin ideoloji gücü olmuşdur. Aqrar sektorda 
renta,  torpağın  məhsuldarlığı,  əmək  bölgüsü,  istehsal  vasitələrinin  yeniləşdirilməsi, 
ə
halinin  ərzaqla  təminatı,  dövlətin  bu  sektor  fəaliyyətlərinə  müdaxilə  həddi  kimi 
məsələləri geniş şərh edən klassik iqtisadçılar sərvətin mənbəyinin yalnız bu sektorda 
olmadığını, sənayenin də məhsuldar sektor olduğu fikrini müdafiə etmiş və sənayenin 
inkişaf etdirilməsində aqrar sektorun rolu və bu rolun artırılması məsələləri üzərində 
dayanmışlar. 
Klassik  iqtisadi  məktəbi  tənqid  edən  cəryanlardan  biri,  əsasını  alman  Fridrix 
Listin qoyduğu milli iqtisadiyyatcəryanı da aqrar sektor fəaliyyətləri və dövlətin aqrar 
siyasəti  baxımından  öyrənilməsi  zəruridir.  Həmin  dövrdə  əsasən  aqrar  ölkə  olan  və 
hələ sənayeləşə bilməyən ölkələrin klassik iqtisadçıların göstərdiyi azad xarici ticarət 
prinsipi  əsasında  artıq  sənayeləşmiş  ölkələrlə  rəqabət  apara  bilməyəcəyi  fikrini 
müdafiəedən  bu  cərəyan  aqrar  sektorun  və  yeni  yaranan  sənaye  müəssisələrinin 
sənayeləşmə tam başa çatanadək dövlət tərəfindən xüsusilə yüksək gömrük rüsumları 
vasitəsilə qorunmasını irəli sürmüşdür. əlk dəfə olaraq Fridrix List aqrar sektorun bir 
sıra  özünəməxsus  xüsusiyyətlərindən  çıxış  edərək  onun  xüsusi  himayəyə  ehtiyacı 
olduğunu da qeyd etmişdir. 
Klassik iqtisadi məktəbin davamı kimi, bir növ sənaye kapitalizminin ideoloji 
gücünün  tamamlanaraq  XX  əsrə  gətirilib  çıxarılmasında  böyük  rol  oynayan 
Neoklassik  iqtisadi  məktəb  tələb  və  təklif,  rəqabət,  inhisarlar,  iqtisadi  tarazlıq, 
istehlakçı  psixologiyası,  məhsulların  faydalılığı  kimi  əsasən  mikroiqtisadi  məsələlər 
üzərində  iqtisadi-riyazi  təhlillər  apararaq  azad  bazar  iqtisadiyyatının  elmi  şəkildə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə