ə
saslandırlmasında böyük rol oynamışdır. Azad bazar mexanizmini müdafiə edən
neoklassiklər itisadiyyatda dövlətin rolunu bir növ “gözətçi” kimi görürdülər. Lakin
bu məktəbin son üzvlərindən biri hesab olunan Artur Piqou azad bazarın ütünlüyünü
qəbul etməklə yanaşı o dövrün dərin sosial-iqtisadi böhranlarından çıxış edərək qeyd
etmişdir ki, şəxsi mənafe heç də həmişə sosial mənafe ilə uzlaşmır, istənilən
fəaliyyətin marjinal xüsusi faydası heç də həmişə marijnal sosial faydaya bərabər
olmur, buna görə dövlət araya girərək müxtəlif iqtisadi siyasət rıçaqlarından istifadə
etməklə bu kənarlaşmanı minimuma endirməlidir. Piqou bu fikirləri ilə sonradan
böyük bir nəzəriyyə yaratmış Keynsə çox təsir göstərmişdir.
1936-ci ildə qısa olaraq “Ümumi Nəzəriyyə” adı ilə məşhur olan kitabını
yazmaqla Con Meynard Keyns özünə qədər hakim olan nəzəriyyələrə alternativ
böyük bir nəzəriyyə yaratmışdır. Həmin dövrdə kapitalist dünyasını düşdüyü
böhrandan neoklassiklərin göstərdiyi kimi əvvəl-axır bazar mexanizminin özünün
çıxaracağı fikrini qəbul etməyərək, dövlətin aktiv siyasət yeridərək iqtisadiyyatın
tələb cəbhəsini stimullasdırmalı olduğunu irəli sürmüşdür. Öz fikirləri ilə bir növ
iqtisadiyyata dövlət müdaxiləsinin elmi əsaslarını hazırlayan Keyns hal-hazırda aqar
sektor da daxil olmaqla iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində
mühüm rol oynayan pulkredit və büdcə-maliyyə siyasətinin dövlət idarəetməsində
geniş şəkildə istifadə edilməsini təmin etmişdir.
II Dünya müharibəsindən sonra inkişaf strategiyalarının hazırlanması
çərçivəsində formalaşan inkişaf iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən
biri də ölkələrin inkişaf strategiyalarında “lokomotiv sektor”un (engine sector)
seçilməsi problemi olmuşdur. Bu elə bir sektor olmalı idi ki, inkişaf edərək
bütövlükdə iqtisadiyyatı öz arxasınca apara bilsin. Əksər iqtisadçıların bunun sənaye
sektoru olduğunu müdafiə etməsi və iqtisadi siyasətdə də sənayeləşməyə üstünlük
verilməsi, sənayeli ölkələri əsasən xammalla təmin edən koloniyaların müstəqillik
ə
ldə edərək kolonializmdən qalan aqrar təsərrüfata nifrət ruhunda inkişafa qədəm
qoyma çəhdləri, yeni xidmətlər sektorunun sürətlə inkişaf etməsi, aqrar sektorun
EÖ-də elmi-texniki tərəqqinin xeyli dərəcədə təsirinə düşərək məşğulluqdakı payının
kəskin azalması kimi amillər onun dünya təsərrüfatında rolunu xeyli zəiflətmiş, lakin
strateji əhəmiyyəti nəzərə alınaraq dövlətlərin xüsusi himayəsi altında dünya
iqtisadiyyatından, onun tənzimləmə tədbirlərindən kənarda inkişaf etmişdir. Bu
qapalı inkişaf demək olar ki, ÜTT-nin Uruqvay Raundu çərçivəsində 1995-ci ildə
qəbul olunan Kənd Təsərrüfatı çoxtərəfli sazişinin (Agreement on Agriculture) qəbul
olunduğu dövrə qədər davam etmiş, məhzbu dövrdən başlayaraq aqrar sektor və onun
tənzimlənməsi məsələləri yenidən dünya
elmi və siyasi dairələrinin əsas müzakirə mövzularından birinə çevrilmişdir.
Davamlı inkişafın yeni təzahür formalarından biri olan davamlı aqrar
iqtisadiyyat (yəni, davamlı inkişafa əsaslanan aqrar sahə) son illər mühüm aktuallıq
kəsb edən sahələrdən biri hesab edilir. Aqrar sahənin davamlı inkişafı dedikdə isə, ilk
növbədə, bu sahədə istehsal olunan məhsulların (həmçinin göstərilən xidmətlərin,
görülən işlərin) davamlı artımı, kənd ərazilərində yaşayan insanların yaşayış
səviyyəsinin və onların həyat keyfiyyətinin yüksəldilməsi, kənd yaşayış
məntələrində, ümumilikdə aqrar sahədə çalışan insanlar arasında sosial ədalətin
qurulması, yoxsulluq səviyyəsinin aşağı salınması, kənd ərazilərində təhsil, səhiyyə
və ictimai iaşə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, insan hüquqlarının
qorunması, işsizliyin azaldılması, insanların təhlükəsiz və təmiz qida məhsulları ilə
təmin edilməsi, infrastrukturun (istehsal, sosial və bazar infrastrukturları) inkişaf
etdirilməsi və s. başa düşülür.
Göründüyü kimi, aqrar sahənin davamlı inkişafının qarşıya qoyduğu bu
vəzifələrin bir qismi ümumrespublika və makroiqtisadi səciyyə daşıyır.
Davamlı aqrar iqtisadiyyata xas olan əsas problemlər sırasına habelə,
torpaqlardan və digər təbii resurslardan səmərəli istifadə, biomüxtəlifliyin qorunub
saxlanılması, sudan istifadənin yaxşılaşdırılması, iqtisadi stabillik, sosial
problemlərin həlli və digərləri aid edilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO-nun rəsmi
sənədlərində isə davamlı aqrar iqtisadiyyata təbii resurs bazalarının idarə edilməsi və
saxlanılması, hazırki və gələcək nəsillər üçün insanların ehtiyaclarının davamlı
şə
kildə ödənilməsinə nail olmağı təmin edəcək formada institusional və texnoloji
dəyişikliklərin həyata keçirilməsi kimi tərif verilir. Adıçəkilən təşkilatın eksperti
Peter Hurst aqrar sahənin davamlı inkişafının yalnız ekoloji cəhətdən təmiz, iqtisadi
cəhətdən həyat qabiliyyətli, sosial baxımdan ədalətli, mədəniyyət baxımından
adekvat məhsul istehsalı ilə birbaşa şərtləndiyini bildirmişdir.
Azərbaycanın aqrar iqtisadçı alimi S.V.Salahov isə davamlı inkişaf
probleminin özəyində kəndin sosial-iqtisadi cəhətdən inkişafı, ekoloji mühafizə və
ə
traf mühitin qorunması, sahibkarlığın inkişafı, maddi-texniki resurslardan səmərəli
istifadə və s. məsələlərin durduğu fikrini söyləmişdir. O, davamlı inkişafın başlıca
vəzifəsi kimi yoxsulluq səviyyəsinin azaldılmasını, ölkədə sosial-iqtisadi və ekoloji
şə
raitin yaxşılaşdırılmasını, ətraf mühitin qorunmasını və digər amilləri göstərmişdir:
«Aqrar sahədə davamlı inkişafın təmin olunması üçün qeyri-kənd təsərrüfatı
sahələrinin inkişaf etdirilməsi və yoxsulluğun aradan qaldırılması xüsusilə əhəmiyyət
daşıyır. Ona görə də, bu sahələrin inkişafına prioritet yanaşmalar təmin
olunmalıdır…».
Qeyd edilənləri ümumiləşdirərək, aqrar sahənin davamlı inkişafının qarşıda
duran vəzifələrini və spesifik xüsusiyyətlərini aşağıdakı kimi xarakterizə etmək olar:
-
aqrar sahədə istehsal olunan məhsulların (həmçinin göstərilən xidmətlərin,
görülən işlərin) davamlı iqtisadi artımının təmin edilməsi;
-
ə
rzaq təhlükəsizliyinin təmin edilməsi, insanların təhlükəsiz və təmiz qida
ilə təchizatı probleminin həll edilməsi;
-
aqrar sahədə çalışan işçilərin sosial problemlərinin həllinə və kənd
ə
razilərində yoxsulluğun azaldılmasına dövlətin xüsusi önəm verməsi;
-
sudan istifadənin səmərəliliyinin artırılması;
-
aqrar sahibkarlıq subyektlərinin bazarlara sərbəst daxil olmasının təmin
edilməsi məqsədilə ticarət baryerlərinin, haqsız rəqabətin, inhisarçılıq meyllərinin və
digər süni maneələrin aradan qaldırılması;
-
kənd ərazilərində təhsil, səhiyyə və ictimai iaşə xidmətlərinin inkişaf
etdirilməsi, onların keyfiyyətinin yüksəldilməsi, bütövlükdə infrastrukturun (istehsal,
sosial və bazar infrastrukturları) təkmilləşdirilməsi;
-
aqrar sahədə fəaliyyət göstərən təsərrüfat formalarının informasiya-
məsləhət xidmətlərinə çevik və etibarlı şəkildə çıxış imkanlarının yaradılması və s.
Dostları ilə paylaş: |