Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov



Yüklə 134,53 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü134,53 Kb.
#32077


g e r ç ə k l i k

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ 

DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ

Ceyhun MƏMMƏDOV,

İlahiyyat üzrə fəlsəfə doktoru

e

_g



'S

e

o

>



:0

Q

N



3

a

'c

o

Й

(0

3



3

Рц

t/ i

OJ

Pi

C

«

u



03

Ф

N



<

AÇAR SÖZLƏR: parlament,  cümhuriyyət,  din xadimləri,  etiqad azadlığı,  ibadət ocağı.

КЛЮЧЕВЫЕ СЛОВА: парламент, республика, религиозные деятели,  свобода

вероисповедания, места поклонения.

KEY WORDS: parliament,  republic,  religiousfigures,  religious freedom, places o f 

worship.

XIX  əsrin  sonu-XX  əsrin  əvvəli  dünyada  bir  çox  ciddi  dəyişikliklərin  baş  verməsi  ilə 

yadda  qaldı,  sosial-iqtisadi  proseslər  sürətləndi,  burjuaziya  cəmiyyəti  formalaşmağa  başladı, 

yeni  siyasi  partiya  və  təşkilatlar yarandı.  Eyni  zamanda,  Rusiyada  iqtisadi  vəziyyət  ağırlaşdı, 

ölkəni  tətil  hərəkatları  bürüdü  və  siyasi  hakimiyyət  zəiflədi.  Ölkə  rəhbərliyi  bu  gerçəkliyi 

nəzərə  alaraq,  ciddi  siyasi  qərarlar  qəbul  etdi,  ölkə  vətəndaşlarının  hüquq  və  azadlıqlarının 

təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi 

sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli deyildi.

Rusiyanın  Qafqazdakı  hakimiyyəti  dövründə  qonşu  xalqlara  nisbətən  Azərbaycanda 

vəziyyət daha dözülməz idi.  Qonşu ölkələrdə milli məktəblər, kilsələr,  milli  mətbuat,  müxtəlif 

xeyriyyə  cəmiyyətləri  fəaliyyət  göstərdiyi  halda,  bunlar  Azərbaycan  xalqı  üçün  qadağan 

edilmişdi.  Xristian kilsəsinə  etimad və qayğı göstərildiyi halda, Azərbaycanda məscidlər təqib 

olunurdu  [1,  s.  60].

11  dekabr  1905-ci  ildə  II  Nikolay  Dövlət  Dumasının  çağırılması  barədə  qərar  qəbul 

etdi  və  Qafqaz  müsəlmanları  Dumada  iştirak  etmək  hüququ  qazandı.  Azərbaycan  ziyalıları 

bu  tarixi  fürsətdən  yararlanaraq  siyasi  proseslərdə  fəal  iştiraka,  xalqı  əsarətdən  xilas  etməyə 

və  müstəqillik üçün  təşkilatlanmağa başladılar.  Bu  məqsədlə  davamlı  olaraq  mətbuatda  xalqı 

oyanışa  və  birləşməyə  çağıran  yazılar  dərc  olunur,  yaranmış  tarixi  fürsətdən  mümkün  qədər 

yararlanmaq təbliğ  edilirdi.  Bu çağırışlar XIX  əsrin  sonu-XX  əsrin əvvəllərində Azərbaycanın 

öz müstəqilliyi uğranda mübarizəsində və müstəqillik qazanmasında xüsusi rol oynadı.

1917-ci  ilin  fevral  burjua-demokratik  inqilabı  çarizmin  300  illik  hökmranlığına  son 

qoydu. Bu hadisə Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi. 

Zaqafqaziyada,  o  cümlədən  Azərbaycanda  milli-demokratik  hərəkat  geniş  vüsət  aldı.  Bu 

prosesdə milli burjuaziya,  xalq ziyalıları  fəal  iştirak  etdilər.  Oktyabr çevrilişinin  qələbəsindən 

sonra  Polşanın,  Finlandiyanın,  Ukraynanın,  Baltikyanı  ölkələrin  müstəqilliyinin  tanınması 

barədə qəbul edilən qərarlar digər bölgələrdə milli demokratik hərəkatı xeyli gücləndirdi, milli 

dövlət  quruculuğu  hərəkatı  daha  geniş  əraziləri  əhatə  etməyə  başladı,  zülmdən  azad  olmaq.

Dövlət və  Din - № 04 (51)  İyul - Avqust 2017




GERÇƏKLİK

söz,  dil  və  din  azadlığı  əldə  etmək,  öz  milli  dövlət  quruluşunu  yaratmaq  bu  hərəkatın  əsas 

hədəflərindən birinə çevrildi.

Millətçilik  hərəkatının  geniş  vüsət  aldığı  bir  dövrdə  Azərbaycanda  milli  azadlıq 

hərəkatının  güclənməsindən  ehtiyatlanan  Rusiya  azərbaycanlıları  Osmanlıdan  uzaq  tutmağa, 

milli  və  dini  zəmində  qarşıdurma  yaratmağa,  ruslaşdırma  siyasəti  həyata  keçirməyə  və  türk 

olduqlarını unutdurmağa çalışırdı. Rusiyada yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar 

hərbi xidmətə  çağırılmır,  çar hökuməti  orduda xidmət  edən  müsəlmanların  Osmanlı  ordusuna 

qarşı vuruşmayacağından və  silahı rus müstəmləkəçilərinə qarşı çevirə biləcəyindən qorxurdu. 

Rusiya  hakimiyyət  orqanları  müharibə  vaxtı  zülmə  məruz  qalan  azərbaycanlılara  və  digər 

müsəlmanlara  inanmadıqlarından,  onların  üzərinə  ciddi  nəzarət  qoydu,  hətta  1916-cı  ilin 

yayından  Azərbaycanda  fövqəladə  vəziyyət  elan  edildi.  Ümumilikdə  müharibənin  gedişində 

Rusiya Azərbaycana xammal mənbəyi,  mühüm iqtisadi baza və Türkiyəyə hücum üçün hərbi- 

strateji  məntəqə  kimi  baxırdı  və  burada  hər hansı  xoşagəlməz  hadisənin  baş  verməməsi  üçün 

bütün lazımı tədbirləri həyata keçirirdi  [2,  s.  66].

1917-ci  ilin  fevral  inqilabından  sonra yaranan Müvəqqəti  Hökumət  imperiyanı  qoruyub 

saxlamağa,  müstəmləkəçilik  siyasətini  davam  etdirməyə  çalışırdı.  1917-ci  il  martın  17-də  o, 

çar hökumətinin bağladığı bütün beynəlxalq müqavilələrə və Rusiyanın götürdüyü öhdəliklərə 

sadiq olduğunu bəyan etdi.

1917-ci  il  martın  9-da  Cənubi  Qafqazı  idarə  etmək  üçün  Dövlət  Dumasının  yerli 

üzvlərindən  ibarət  Xüsusi  Zaqafqaziya  Komitəsi  (OZAKOM)  yaradıldı.  Komitənin  sədri  rus 

kadeti  V.A.Xarlamov,  üzvləri  isə  azərbaycanlı  kadet,  sonralar  müsavatçı  M.Y.Cəfərov,  gürcü 

federal-sosialisti K.Abaşidze, erməni kadeti M.Papacanov və rus kadeti RPereverzevdən ibarət 

idi.  İki  gündən  sonra Nazirlər  Şurasının  sədri  Lvovun  əmri  ilə  P.Pereverzev  gürcü  menşeviki 

A.Çxenkeli ilə əvəz edildi.

1917-ci il oktyabrın 25 -də Peterburqda bolşeviklərin silahlı çevrilişi nəticəsində Müvəqqəti 

hökumət  devrildi.  Oktyabrın  25-26-da  Smolnıda  keçirilən  II  Sovetlər  qurultayında  “Sülh”  və 

“Torpaq” haqqında dekretlər qəbul edildi və V.İ.Leninin başçılığı ilə Sovet hakimiyyətinin əsası 

qoyuldu.

1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya xalqlarının hüquqi bəyannaməsi»ni qəbul 

etdi.  Həmin sənəddə  Sovet hakimiyyətinin milli  siyasətinin əsas prinsipləri elan edildi.  Burada 

keçmiş Rusiya imperiyasının tərkibinə daxil olan bütün xalqların bərabərliyi, öz müqəddəratını 

təyin  etmək hüququ, bütün  ictimai,  milli və  dini  imtiyazların  ləğv  edilməsi,  Rusiya  ərazisində 

yaşayan milli azlıqların və etnik qrupların azad inkişafının təmin edilməsi məsələləri öz əksini 

tapdı.

1917-ci il noyabrın 20-də Sovet hökuməti V.İ.Leninin və İ. V.Stalinin imzası ilə “Rusiya və 



Şərqin bütün müsəlmanlarına müraciət” ünvanladı. Orada müsəlmanların dini adət-ənənələrinin, 

milli və mədəni təsisatlarının sərbəst və toxunulmaz olduğu, o cümlədən öz həyatlarını azad və 

maneəsiz yaşamaq hüquqlarının olduğu bildirildi  [2,  s.  69-70].

Bununla  Azərbaycan  xalqının  milli  mənlik  şüurunun  gücləndiyi,  müstəmləkəçilik

n3

C

;-ı



C/5

(T>


'I

o

>



:0

Q

N



:;3

O

’S

o

3

o.

C/5



0>

C

u



TO

'g

TO



N

C

Dövlət və Din - № 04 (51)  İyul - Avqust 2017




G E R Ç Ə K L İK

03

£



g

^g

’c/5



rt>

g

O



>

:0

Q



N

:3

JS



£

2

3



a

C

İ5



cfl

fO

2



3

a.

01



ei

C

«



o

«3

XI



fD

N

<

siyasətinin  bütün  təzahürlərinə  son  qoymağa  çalışdığı  bir  şəraitdə  suveren  Azərbaycan 

Respublikasını  elan  etmək  üçün  əlverişli  şərait  yarandı.  Müstəqilliyin  elan  olunması  çar 

hökumətinin  milli  müstəmləkəçilik  əsarətindən  yorulmuş  və  öz  milli  dövlətini  yaratmaq 

arzusunda olan yerli  əhalinin əsas arzusu idi  [3,  s.  3-4].

Həmin  illərdə  istedadlı  Azərbaycan  gənclərinin  imperiyanın  və  dünyanın  müxtəlif 

təhsil  ocaqlarına  göndərilməsi  öz  bəhrəsini  verdi.  Bu  gənclər  təhsillərini  başa  vurub  Vətənə 

qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. 

Avropada  mütərəqqi  ideyalarla  tanış  olan  gənc  mütəxəssislər  tədricən  anlayırdılar  ki,  böyük 

ideyalara  qovuşmaq  üçün  ilk  növbədə  qan  yaddaşına  qayıtmaq,  özünü  dərk  etmək,  millətinin 

tarixini, mənəvi dəyərlərini araşdırmaq lazımdır.

Bu  istiqamətdə  müəyyən  işlər  görülür,  milli  məktəblər  açılır,  proqramlar  hazırlanır, 

dərsliklər yazmağa təşəbbüs göstərilir, ayrı-ayrı xarici müəlliflərin ən yaxşı əsərləri Azərbaycan 

dilinə tərcümə olunurdu. O dövrdə milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy 

Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, 

Məhəmməd  Hadi,  Hüseyn  Cavid,  Üzeyir bəy  Hacıbəyov,  Mirzə  Ələkbər  Sabir, Abdulla  Şaiq, 

Əlimərdan  bəy  Topçubaşov,  Firidun  bəy  Köçərli,  Məhəmməd  Əmin  Rəsulzadə  və  başqaları 

mətbuatda  çıxış  edərək  xalqın  şüurunun  oyanmasında,  millətin  formalaşmasında  mühüm  rol 

oynayırdılar.  Bu  işdə  Həsən  bəy  Zərdabinin  və  Məhəmməd  Əmin  Rəsulzadənin  millətçilik 

və  dövlətçilik.  Cəlil  Məmmədquluzadənin  demokratiya  və  azərbaycançılıq  ideyaları  misilsiz 

dərəcədə təsir gücünə malik  idi  [1,  s.  61-62].

Azərbaycan  Xalq  Cümhuriyyətinin  elan  edilməsi  ilə  nəticələnən  milli  dirçəliş, 

demokratikləşmə,  maarifçilik  və  xeyriyyəçilik  hərəkatlarında  din  xadimləri  də  fəal  iştirak 

edirdilər. Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu 

şəxsiyyətlər  tərəfindən  aparılırdı.  Çünki  maarifçiliyə  yönəlmiş  xeyriyyə  tədbirlərini,  elm  və 

biliyin təbliği işini belə şəxslərin köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi [4, s.  153].

Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın 

milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasında Təzəpir 

məscidi  mühüm  rol  oynadı.  Azərbaycan  ziyalıları  vaxtilə  çar  Rusiyasının  sünnilərlə  şiələr 

arasında  qızışdırdığı  ixtilafları  aradan  qaldırmaq  üçün  Qafqaz  Müsəlmanlarının  Qurultayının 

çağırılmasını  qərara aldı.  Bu qərarı  hər iki  məzhəbin  din  xadimləri  razılıqla qarşıladı  və  1917- 

ci  ilin  aprelində  “İsmailiyyə”  binasında  (indiki  AMEA-nın  Rəyasət  Heyətinin  binası)  geniş 

toplantı  keçirildi.  Üç  gün  davam  edən  qurultaya  Şimali  Azərbaycanın  bütün  qəzalarından,  o 

cümlədən  Dağıstan,  Basarkeçər,  Borçalıdan  nümayəndələr  dəvət  edildi.  İclas  başa  çatdıqdan 

sonra tədbir iştirakçıları İsmailiyyədən Təzəpir məscidinə yollandılar, yüzlərlə din xadimi müfti 

və  şeyxülislamın  iştirakı  ilə  məsciddə  Cümə  namazı  qıldılar.  Sonra  isə  sünni-şiə  ixtilafına son 

qoymaq  üçün  şeyxülislamla  müfti  qucaqlaşıb  Qurana  əl  basaraq  çar  hökumətinin  qızışdırdığı 

ədavəti  aradan qaldırmağa çalışacaqlarına and içdilər.

Bundan başqa,  həmin dövrdə  bir sıra regional  hadisələr,  o  cümlədən  Rusiya  və  Osmanlı 

imperiyalarmdakı  çaxnaşmalar  və  bu  imperiyaların  süqutu,  müsəlmanların  müstəmləkə

Dövbt vo  Din - № 04 (51) İyul - Avqust 2017




GERÇƏKLİK

əleyhinə  çıxışları  zəminində  yaranan  İslam  birliyi,  onun  əxlaqi-etik  prinsiplərinə  əsaslanan 

İttihadçılıq  (ərəb  dilində  “birlik”,  “həmrəylik”  deməkdir)  meydana  gəldi.  Bu  ideya  ilk  olaraq 

Şimali  Azərbaycanda  nəzəri  ideologiya  kimi  ziyalı  təbəqə  arasında  yayıldı.  Sonradan  həmin 

ideyalara əsaslanan siyasi qurum - “Rusiyada Müsəlmanlıq” təşkilatı yarandı.

Qeyd  etmək  lazımdır  ki,  hələ  1905-ci  il  Rusiyada  başlamış  burjua  inqilabından  sonra 

imperiya  ərazisində  yaradılan  ilk  dini-siyasi  təşkilatlardan  biri  “İttifaqi  müslimin”  olmuşdur. 

Ə.M.Topçubaşovun  rəhbərliyi  altında  1905-1906-cı  illərdə  Rusiyanın  Peterburq  və  Nijni 

Novqorod  şəhərlərində  təşkilatın  üç  qurultayı  keçirildi.  Bu təşkilatın  əsas  məqsədlərindən biri 

Rusiya ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunmasına nail olmaq idi.

Bu dövrdə Şimali Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy H üseynzadə, Axund Yusif 

Talıbzadə,  Mirzə  Əbdürrəhim  Talıbov  və  başqaları  İttihadi-İslam  ideyasının  üstünlüklərindən 

geniş  bəhs  edirdilər.  Ə.Ağayev  və  Ə.Hüseynzadə  ümumislam  reallığı  ilə  yanaşı,  bilavasitə 

Şimalı Azərbaycan gerçəkliyini  də özündə əks etdirən baxışları  ilə  İttihadi-İslamı yeni  orijinal 

fikirlərlə  zənginləşdirmişdilər.  Şimali  A zərbaycanda  İttihadi-İslam  ideologiyasına  əsaslanan 

siyasi partiya və təşkilatlar məhz bundan sonra təşəkkül tapdı. Ona görə də Rusiya imperiyasında 

İslam birliyi  ideyasına,  onun hər cür təzahürünə qarşı  panislamizm  damğası  vurulur,  ona qarşı 

amansız  mübarizə  aparılırdı.  Eyni  zamanda,  pravoslav  əhaliyə  daha  geniş  hüquqlar  verilsə 

də,  müsəlmanların  hüquqları  pozulur  və  onlar  arasında  Xristianlığın  zorla  yayılmasına  cəhd 

edilirdi.

1917-ci  ilin  yayında  elan  edilmiş  Təşkilat  Komitəsi  heç  də  yalnız  din  xadimlərindən 

ibarət deyildi.  Komitənin fəalları arasında Petroqrad Politexnik İnstitutunu bitirmiş Mir Yaqub 

Mehdiyev,  “İrşad”  qəzetinin  naşiri  Bəşir  bəy  Aşurbəyov,  iqtisad  elmləri  namizədi  Mahmud 

Quliyev, həkim Kərimağa Sultanov, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Ağa Zeynal Tağıyev, din 

xadimlərindən Axund Molla Ələkbər Abbasquluzadə, Axund Molla Ələkbər kimi  şəxsiyyətlər 

var idi.


Bir müddət sonra  Rusiyada yaradılmış  müsəlman təşkilatı  ilə  “İttihadi-İslam” birləşərək 

“Müsəlmanlıq”  adlı  qəzet  nəşr  etməyə  başladı.  Daha  sonra  isə  Ceyhun  Hacıbəyovun 

redaktorluq etdiyi “İttihad” qəzeti partiyanın orqanına çevrildi.  1919-cu ilin aprelində keçirilən 

ilk qurultayda partiya özünü “Qafqaz ittihad firqəsi”  adlandırdı.  1920-ci  ilin yanvar ayının 25- 

də  ikinci  qurultayını  keçirən partiyanın  sıralarına  müsavat  partiyasının  bir çox  üzvü,  ziyalılar 

daxil  oldu,  ittihadi-İslam  ideyası  Rusiya  imperiyasının  milli-dini  ayrı-seçkilik  siyasətinə  qarşı 

müsəlman xalqlarının həmrəyliyində mühüm rol oynadı.

Bu ideologiya həmin dövrdə çar Rusiyasının bütün əyalətlərində xüsusi rəğbət qazanmaqda 

idi.  1897-ci ildə birinci Ümumrusiya siyahıyaalınmasının yekunlarına görə, imperiya daxilində 

pravoslavlardan  (87,1  milyon,  yaxud  76  %)  sonra  ən  çoxsaylı  konfessiya  müsəlmanlar  (13,9 

milyon, yaxud  11,9 %) idi.

Rusiya  dövləti ölkə  ərazisində yaşayan  18  milyon müsəlmanın birləşməsi  təhlükəsindən 

narahat idi.  Hökumət bu təhlükəni ciddi təhlil edərək müsəlmanların birliyinin qarşısını  almaq 

məqsədilə  m üxtəlif  qabaqlayıcı  tədbirlər  həyata  keçirdi.  1910-cu  ildə  Rusiya  imperiyasının

C

_c

'S



g

o

>



:0

D

N

:3



ns

g

3



L,

3

O

'c

O

3

3



a

Pi

C



«

u

to



to

N

<

Dövlot və  Din - № 04 (51)  İyul - Avqust 2017



g e r ç ə k l i k

g

'3



6

o

>



;0

Q

ra

N

nj



E

2

3



a

'c

(5



(O

3

3



D.

tfı

Ol

Bi



C

(3

u



(3

XI

1-1



fl)

N

<

daxili  işlər  nazirinin  Çar  Nazirlər  Şurasına  göndərdiyi  məktubunda  deyilirdi:  “Bir  çox  daxili 

və xarici  siyasətlərin təsiri altında son zamanlarda Krım, Volqaboyu, Qafqaz və Zauralye tatar- 

müsəlman  əhalisi  arasında  milli-dini  təbliğatın  gücləndiyi  özünü  göstərir.  Təkcə  Rusiyadakı 

müsəlman  aləminin  dini  və  mədəni  müstəqilliyinə  deyil,  həm  də  dövlətin  şərq  ucqarlarmdakı 

bütün  m üxtəlif tayfalı  və  m üxtəlif etiqadlı  «yadların»  tatarlaşmasma  və  müsəlmanlaşmasına 

cəhd  edilməsi  yolunda  müəyyən  istiqamət  şəklini  alan  bu  təbliğat  dövləti  narahat  etməyə 

bilməz”  [4,  s.  155].

Bu  reallığı  nəzərə  alan  çar  hökuməti  bir  tərəfdən  tabeliyində  olan  müsəlman  xalqları 

arasında  pravoslavlığı  yayır,  digər  tərəfdən  müsəlman  ölkələrindəki  missionerlərin,  rəsmi 

nümayəndəliklərinin  köməyi  ilə  İslam aləmini  öyrənir,  İngiltərə  və  Fransa  kimi  müstəmləkəçi 

ölkələrin müsəlman vilayətlərini  idarə etmək metodlarına yiyələnir,  İslam  ideologiyasına qarşı 

mübarizə pərdəsi altında xalqların milli-mədəni dirçəlişinə qarşı mübarizə aparmaq üçün planlar 

hazırlayırdı.  Müsəlmanlar arasında baş verən siyasi və mədəni hadisələrin mahiyyətini  düzgün 

təhlil  etmək məqsədilə müvafiq  idarə və təşkilatların nümayəndələrinin  iştirakı  ilə müşavirələr 

təşkil edilir və tədbirlər həyata keçirilirdi.

Bütün  bunlara  baxmayaraq,  1918-ci  il  may  ayının  28-də  Azərbaycan  Milli  Şurası 

müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan 

etdi. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə 

bağlı müddəalar öz əksini tapdı.  Bəyanatda deyilirdi:

1. 


“Bu  gündən  etibarən Azərbaycan  xalqları  suveren  hüquqlara  malikdirlər.  Şərqi 

və cənubi Zaqafqaziyadan  ibarət olan Azərbaycan tam hüquqlu müstəqil  dövlətdir.

2. 

Müstəqil Azərbaycanın siyasi quruluş  forması demokratik respublikadır.



3. 

Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və 

dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

4. 


Azərbaycan  Demokratik  Respublikası  öz  sərhədləri  daxilində  milliyyətindən, 

dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşları vətəndaşlıq və siyasi 

hüquqlarla təmin edir.

5. 


Azərbaycan  Demokratik  Respublikası  öz  ərazisi  daxilində  yaşayan  bütün 

millətlərə azad inkişafı üçün geniş imkanlar verir.

6. 

Müəssislər  məclisi  çağırılana  qədər  bütün  Azərbaycanın  idarəsi  başında  xalq 



seçkiləri  ilə  seçilmiş  Milli  Şura  və  Milli  Məclis  qarşısında  məsuliyyət  daşıyan  müvəqqəti 

hökumət durur [5, s.  43-44].

İstiqlal  Bəyannaməsi  Azərbaycan  xalqının  millət-mədəniyyət  statusundan  tamamilə 

başqa,  siyasi-hüquqi  və  mənəvi-psixoloji  statusa  -  millət-dövlət  statusuna  qədəm  qoyduğunu 

göstərdi.  Mayın 30-da Azərbaycanın öz müstəqilliyini  elan etməsi barədə dünyanın əsas siyasi 

mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Bununla da Azərbaycan Milli Şurası Azərbaycan 

xalqı  qarşısında  çox  böyük  tarixi  bir missiyanı  yerinə  yetirdi. Azərbaycan  Xalq  Cümhuriyyəti 

dünyəvi  təməl üzərində qurulan ilk türk dövləti  oldu  [6, s.  141].

Azərbaycanda  ilk  milli  demokratik  dövlətin  təşəkkül  tapması  prosesi  çox  mürəkkəb

10

Dövlət və  Din - № 04 (51) İyul  - Avqust 2017




g e r ç ə k l i k

şəraitdə  baş  verirdi.  Azərbaycanın  müstəqilliyini  qəbul  etməyən  daxili  və  xarici  düşmənlər 

hiylə və məkrlə iğtişaşlar törədir, qarşıdurmalar yaradır və quruculuq işlərinə mane olurdular.

Azərbaycan  Cümhuriyyətinin  yarandığı  ilk  gündən  Sovet  Rusiyası  bu  cümhuriyyəti 

tanımamaq  siyasəti  yeritməklə  bərabər,  əlində  olan  bütün  vasitələrlə  ona  qarşı  mübarizə 

aparmağa  başladı.  Çünki  Sovet  Rusiyası  meydana  gəldiyi  ilk  gündən  etibarən  “vahid  və 

bölünməz  Rusiya”  prinsipindən  çıxış  edirdi.  Lakin  1918-ci  ilin  yayında  Sovet  Rusiyasının 

Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərə təsir etmək imkanı çox məhdud olduğundan, 

bolşeviklər bu dövrdə bütün diqqətini  Bakıya yönəldib heç olmasa Sovet hökuməti üçün həyati 

əhəmiyyət daşıyan bu şəhəri öz əllərində saxlamağa cəhd edirdilər [2,  s.  303].

1918-ci  il  iyunun  17-də  hökumət  təsis  olundu,  milli  ənənələrə  qayıtmaq,  əhalinin  dini 

ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı 

və  N.B.Yusifbəyli  bu  quruma  rəhbər  təyin  olundu  [7,  s.  308].  Nazirlik  dərhal  din  xadimləri 

və  dini  qurumlarla  sıx  əməkdaşlığa  başladı.  Ölkənin  parlamentində  Azərbaycanın  milli,  dini 

tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə 

verildi.  Onları parlamentdə 21  deputat təmsil  edirdi  [6,  s.  205].

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Qafqaz  müsəlmanlarının  vahid  ruhani 

idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın 

müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən 

son  dərəcə  mürəkkəb  hadisələri  nəzərə  alaraq,  hər iki  ruhani  idarəsinin rəhbərləri  Məhəmməd 

Pişnamazzadə və müfti  Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər.  XMDEN- 

nin  10 avqust  1918-ci il tarixli qərarı  ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq  1918-ci  ilin 

sentyabrın  1-də  vahid  orqanda  birləşdilər.  Sentyabrın  7-də  XMDEN  bu  qərarı  təsdiq  etdi  və 

Bakı  1918-ci ildə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü.

Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, 

hərbi hissələrdə “hərbi molla” vəzifəsi  təsis  olundu.  Respublika rəhbərliyi  bu məsələyə xüsusi 

önəm verdi və ciddi nəzarətdə saxladı.  Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə 

Nazirliyi və dini  idarə tərəfindən həyata keçirilirdi.

Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din 

xadimləri  isə milli  oyanışa dəstək verirdilər.  Təzəpir məscidi  və  İsmailiyyə binası bu qəbildən 

olan  mərkəzlərdən  hesab  edilirdi.  Düşmən Azərbaycan  xalqının  birliyinin  təmin  olunmasında 

Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31 -də müsəlman əhalisinə 

qarşı  soyqırımına başlayan  daşnak-bolşevik  birləşmələri  XX  əsrin  əvvəllərində Azərbaycanın 

ictimai-siyasi həyatında,  eləcə də milli  şüurun oyanmasında,  elmi-dini maarifçiliyin təbliğində 

xüsusi  rola  malik  möhtəşəm  memarlıq  abidələrindən  biri  olan  “İsmailiyyə”  binasını,  “Kaspi” 

qəzetinin  redaksiyasını  və  mətbəəsini,  orada  yenicə  çap  olunmuş  Qurani-Kərimin  5  min 

nüsxəsini yandırıb külə döndərdilər.

1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış 

on  minlərlə  müsəlmanın  dəfn  mərasimlərinin  təşkilinə,  müsəlmanların  təşkilatlanmasına  və 

m üxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik etdi. Azərbaycan xalqına

C

C

'c

'S

s

o

>

:0



Q

N

:3



S

3

Ul



3

o

C

S



03

3

3



Cl,

Ul

O)



k

;

C



03

o

03



.31

u

rD



N

<

Dövbt vo Din - № 04 (5 1)  İyul - Avqust 2 0 17



11


GERÇƏKLİK

C

£



O

6

o



>

:0

Q

N



:3

6

S

3



a

'c

İ5



ra

3

3



a

cn

OJ



C

ra



u

ra



;-l

ra

N



<

qarşı  həyata  keçirilən  bu  müsibətlərdə  milli  ruhlu  ziyalıların  əksəriyyəti  Təzəpir  məscidinə 

gələrək əhalini  səbirli və dözümlü olmağa çağırdılar.

Qeyd  etmək  lazımdır  ki,  o  dövrün  din  xadimləri  arasında  Təzəpir  məscidinin  axundu 

Ağa  Əlizadə  xüsusi  fəallığı  və  milli  təəssübkeşliyi  ilə  seçilirdi.  Bakı  Soveti  rəhbərliyi  Ağa 

Əlizadədən  Azərbaycan  torpaqlarını  bolşevik-daşnak  qüvvələrindən  azad  etməyə  gələn  türk 

əsgərlərinin hərəkətlərini  lənətləyən  fətva verməyi  tələb  edirdi.  Hətta  şəhər rəhbərliyi  məzhəb 

fərqini  şişirdərək  Osmanlı  əsgərlərinin  Bakı  şəhərinə  daxil  olmasını  bağışlanmaz  bir  günah 

kimi  qələmə  vermək  istəyirdi.  Rəhbərliyin  hədə-qorxularına baxmayaraq,  axund Ağa  Əlizadə 

onların bu tələbini rədd etdi.

Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı 

şəhərini  bolşeviklərdən  azad etdi.  Bakı  əhalisinin  xahişi  ilə Axund Ağa Əlizadə  Qafqaz  İslam 

Ordusunun komandanı Nuru Paşanı  sentyabrın  16-da Təzəpir məscidinə dəvət etdi.  Nuru  Paşa 

Ağa  Əlizadənin  müşayiəti  ilə  minbərə  çıxdı.  Cəmi  üç  pillə  qalxdı.  Minbərin  hər  iki  tərəfində 

iri  qara  ələm  sancılmışdı.  Nuru  paşa  ələmlərdən  birindən  yapışaraq  təmkinlə  nitqini  söylədi. 

Bakı  camaatı  bu mərasimə  heyrətlə baxırdı,  məscidin axundu Ağa Əlizadənin  təbirincə  desək, 

“Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının 

köməyinə  göndərmişdi”.  Bu  hadisə  Təzəpir məscidi  və  onun  axundu Ağa Əlizadənin  millətin 

həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi  [8, s.  27].

Həmin  dövrdə  özbaşınalıq  və  hərc-mərclikdən  yorulmuş  Azərbaycan  əhalisi  ölkədə 

sakitlik və əmin-amanlığı bərpa edə biləcək güc axtarışında idi. Azərbaycanlıların çoxu bu gücü 

türklərdə  görürdü.  Nuru  Paşanın  300  əsgərlə  Gəncəyə  gələrək  qısa  müddətdə  şəhərdə  qayda- 

qanun yaratması azərbaycanlıların türklərə olan rəğbətini daha da artırdı  [9, s.  204].

1918-ci  ilin  oktyabrında  Pişnamazzadənin  təşəbbüsü  ilə  həm  şiə,  həm  də  sünni  cərəyan 

başçılarının yığıncağı keçirildi.  Müfti  Hüseyn Qayıbzadə  1917-ci ildə dünyasını dəyişdiyindən 

və  bu,  çar Rusiyasının  dağıldığı  illərə  təsadüf etdiyindən yerinə yeni  müfti  təyin  edilməmişdi. 

Müftinin  vəzifəsini  İdarənin  yığıncağında  işçilər  tərəfindən  seçilən  Mustafa  Əfəndizadə  icra 

edirdi.  Mustafa Əfəndi  Pişnamazzadə  ilə yaxın münasibətdə idi və uzaqgörən,  millətini  sevən, 

müdrik şeyxülislama dərin hörmət bəsləyirdi.  1918-ci ilin 30 oktyabrında şeyxülislamın imzası 

ilə hökumətə 367 №-li təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölmədən ibarət idi:



1

.

 

Azərbaycan  Cümhuriyyəti  hüdudlarında  “Məşixət-i  İslamiyyə”  adlı  ruhani 



idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan  Məşixət kimi tam müstəqillik verilsin;

2

.

 

7  sentyabr tarixli 311  saylı təqdimatda göstərilən Məşixətin iki  sədrindən birinə 



şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı  verilsin;

3

.

 

Şeyxülislam  iclaslarda  iştirak  etmək  hüququ  qazanaraq  rəsmən  Nazirlər 



Şurasının üzvü hesab  edilsin;

4

.

 

Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit 



ayrılsın.  Sadalanan və digər bu kimi məsələlərin həll edilməsi məqsədilə bizim də iştirakımızla 

fövqəladə yığıncaq çağırılsın.

Şeyxülislam  M.Pişnamazzadə  başda  olmaqla  ruhanilər  bu  çətin  ideyanın  təşəbbüsçüsü

12

Dövlot vo  Din - № 04 (5 1)  İyul  - Avqust 2017




GERÇƏKLİK

oldular  və  sonra  da  onu  həyata  keçirdilər.  Bununla  məzhəb  ayrılıqlarından  istifadə  edərək 

Qafqazda  müsəlmanlar  arasında  düşmənçilik  yaratmaq  istəyən  çar  Rusiyasının  siyasətinə  son 

qoydular.

Bu,  Pişnamazzadənin  müstəqil  dövlətimizə  göstərdiyi  xidmətin  nəticəsi  idi.  Belə  ki, 

dini  rəhbərlər  hökumətin  mövqeyini  gözləmədən,  özləri  hər  iki  idarənin  birləşdirilməsi  və 

Qafqaz Müsəlmanları  Ruhani  İdarəsinin Türkiyə nümunəsi əsasında “Məşixət” adı  ilə yenidən 

qurulması  təşəbbüsü  ilə  çıxış  etdilər.  1918-ci  il  1  sentyabr  tarixli  birgə  qərar  ilə  hər  iki  idarə 

“Məşixət” adlanan vahid bir idarədə birləşdirildi  [10,  s.  186].

1918- 


ci  il  sentyabrın  15-də Bakının işğaldan azad olunmasından sonra Məşixətin  Bakıya 

köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı  1918-ci il dekabrın 

10-da  idarənin  sədri  və  şeyxülislam  vəzifəsindən  istefa verdi. Azərbaycan  Xalq Cümhuriyyəti 

Dini  etiqad  naziri  Musa  bəy  Rəfiyevin  tövsiyəsi  ilə  dekabrın  12-də  Təzəpirin  axundu  47 

yaşlı Ağa  Əlizadə  Zaqafqaziya  Müsəlmanları  Ruhani  İdarəsinin  sədri  və  şeyxülislam  seçildi. 

Beləliklə,  müsəlmanların  dini  işlərinin  idarə  edilməsində  bir-birinə  münasibətdə  muxtar,  ikili 

sünni-şiə  ruhani  rəhbərliyi  aradan  qaldırıldı,  Qafqaz  müsəlmanlarının  vahid  idarəsi  yaradıldı. 

Şeyxülislam  idarənin  rəhbəri,  yəni  Qafqaz  müsəlmanları  Ruhani  İdarəsinin  başçısı,  müfti  isə 

onun müavini  oldu  [3,  s.  12].

1919- 


cu  il  mayın  28-də Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulmasının  bir  illiyi  milli 

bayram  kimi  qeyd  olundu.  Həmin  gün  xalqa  müraciətində  şeyxülislam  Ağa  Əlizadə  deyirdi: 

“Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini 

şövqlə  söyləmək  və  öz  iradəsini  ifadə  etmək  yalnız  müstəqil  ölkədə  mümkündür.  Müstəqil 

tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə 

yiyələnmiş  şüurlu  adamlar yetişər.  Allah-Təalanın  buyurduqlarını  yalnız  ölkənin  istiqlaliyyəti 

şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar”  [8,  s.  56].

Şeyxülislam  Ağa  Əlizadə  1919-cu  il  sentyabrın  15-də  Çəmbərəkənd  qəbiristanlığında 

Bakının  azad  olunması  uğrunda  şəhid  olan  osmanlı  və  azərbaycanlı  əsgərlərin  məzarı  önündə 

tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət və parlament üzvləri iştirak 

edirdi.  Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət 

dilədi  və  Qarabağ  cəbhəsinə  gedən  yüzlərlə  əsgəri  Quranın  altından  keçirərək  onlara  vətəni 

şərəflə qorumağı dilədi.  Milli hökumət  1919-1920-ci  illərin 31  mart gününü  Milli  Qırğın günü 

kimi  qeyd etdi.  Şeyxülislamın  göstərişi  ilə  həmin  günlərdə Azərbaycanın bütün məscidlərində 

təziyələr təşkil olundu,  ehsanlar verildi.

Sonda qeyd edək ki, XI Qızıl  Ordu  Şimali Azərbaycanı  işğal edənədək Azərbaycan Xalq 

Cümhuriyyəti  Milli  Şurası,  sonra  isə  Parlamenti  və  Hökuməti  mövcud  olduğu  qısa  müddətdə 

iqtisadi, ictimai-siyasi və sosial həyatın m üxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirdi, 

müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər gördü. Ölkə vətəndaşlarının 

hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri 

xüsusi yer tutdu.

Azərbaycan  Demokratik  Respublikası  milli  ənənələrin  qorunması,  o  cümlədən  əhalinin

C

C

O



>

:0

D

N

:3

n3



6

3

Ul



3

o

'S

Q



m

ns

3



3

İ3,


(/)

OJ

C



(j

>,

ra



u

fD

N



<

D övbt vo Din - № 04 (51)  İyul  - Avqust  2017



13


g e r ç ə k l i k

пз

e

3

с

'c



s

o

Jb

:0

Q

Ф

N



■3

m

6

3

a



C

Q

cn

(0



Xi

3

D.



Ol

ей

C



«

u



Xl

Ф

N



<

14

dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı. Cümə günü istirahət günü elan 

edildi,  dini  bayram  günlərində  bütün  dinlərin  nümayəndələri  işdən  azad olundu.  Hökumət din 

sahəsində də islahatlar həyata keçirdi.  Hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən 

maliyyələşdi,  dini  vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.

Bakıda  Hüseyn  Ərəblinskinin  rəhbərliyi  altında  Azərbaycan  Dövlət  teatrı  fəaliyyətə 

başladı, maarifi və milli mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin, təşkilatların, ittifaqların 

fəaliyyəti  geniş  vüsət  aldı.  “Türk  ocağı”,  “N əsiri-M aarif’,  “M ədəni-m aarif’  kimi  cəmiyyətlər 

geniş fəaliyyətə başladı  [3,  s.  32].

Azərbaycanda  fəaliyyət  göstərən  siyasi  partiyalar  təbliğat  və  təşviqat  işini  xeyli 

gücləndirdilər.  Onlar Azərbaycan tarixinə,  ədəbiyyatına, mədəniyyətinə dair mühazirələr təşkil 

edir,  kitablar nəşr edirdilər.

Bu  dövrdə  azərbaycançılıq  ideyası  öz  təzahürünü  milli  dövlətin  yaranmasında,  onun 

dövlət və ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdı, bu ideya əhalinin 

xeyli hissəsinin şüuruna hakim oldu  [3,  s.  32].

Azərbaycan Demokratik  Respublikası  iki  ildən az müddət yaşasa da, Azərbaycan  dövlət 

quruluşunun  bərpa  olunması,  onun  istiqlaliyyətinin  dirçəldilməsi,  xalqımızın  milli  mənlik 

şüurunun  oyanması üçün az iş görmədi.



ə d ə b iy y a t

1

.

  XX  əsr Azərbaycan  tarixi.  II  cild.  Ali  məktəblər  üçün  dərslik.  T.T.Vəliyevin  ümumi 



redaktəsi ilə.  Bakı;  “Təhsil”, 2009.

2

.

  Qafarov  V asif  Türkiyə-Rusiya  münasibətlərində  Azərbaycan  məsələsi  (1917-1922). 



B ak ı:“RS  Poliqraf’, 2011.

3.  Nəcəfov  Bəxtiyar.  Azərbaycan  Demokratik  Respublikası.  Bakı:  “Azərbaycan” 

nəşriyyatı,  1992.

4

.

  Orucov  Hidayət.  Azərbaycanda  din:  ən  qədim  dövrdən  bu  günədək.  Bakı:  “CBS 



Polygraphicproduction”, 2012.

5.  Nəsibzadə Nəsib. Azərbaycan Demokratik Respublikası.  Bakı:  “Elm” nəşriyyatı,  1990.

6.  İskəndərli Anar. Azərbaycan həqiqətləri  1917-1920.  Bakı:  “Elm və T əhsif’, 2012.

7.  Azərbaycan Xalq Cümhuriyyəti  Ensiklopediyası.  I  cild.  Baş red.: Y.  Mahmudov.  Bakı: 

“Şərq-Qərb”,  2004.

8.  Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı.  Bakı:  “Elm və təhsil”, 2011.



9

.

  Балаев  Айдын.  Азербайджанское  национальное  движение  в  1917-1918  гг..  Баку: 



«Елм»,  1998.

10

.

 İsgəndərov Anar,  Mövlayi Adil.  Şeyxülislamhğm tarixi.  Bakı:  “Elm və təhsil”, 2016.



Dövlət və  Din - № 04 (51)  İyul - Avqust 2017


GERÇƏKLİK

Джейхун Маммадов

ГОСУДАРСТВЕННО-РЕЛИГИОЗНЫЕ  ОТНОШЕНИЯ В ПЕРИОД 

АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

РЕЗЮМЕ

В  данной  статье  освещена  работа,  проделанная  в  направлении  обеспечения 

свободы  вероисповедания  и  регулирования  отношений  между  государством  и  религией 

в  период  правления  Азербайджанской  Демократической  Республики  (АДР).  Для  начала 

рассматриваются  общественно-политические  процессы  в  период  провозглашения  АДР,  а 

также  меры,  осуществлённые  большевистской  Россией  с  целью  свержения  независимого 

государства.  Затрагивается  роль  представителей  азербайджанской  интеллигенции  в 

обеспечении  национального  единства.  Отмечаются  образование  ими  с  этой  целью 

различных  общественных  и  политических  организаций,  превращение  большей  части  мест 

религиозного  поклонения  в  политическую  арену  для  народа,  активная  роль  религиозных 

деятелей в направлении создания независимого государства. В статье особо подчеркиваются 

титаническая  работа,  проделанная  правительством  АДР  в  направлении  урегулирования 

государственно-религиозных  отношений,  подготовка  национальным  правительством 

множества  законодательных  актов  в  различных  сферах,  а  также  открытие  новых  очагов 

культуры  и  образования,  несмотря  на  недолгое  время  нахождения  у  власти  правительства 

АДР.


Jeyhun Mammadov

STATE-RELIGIOUS RELATIONS DURING THE  PERIOD OF THE 

AZERBAIJAN DEMOCRATIC  REPUBLIC

SUMMARY

The  present  article  covers  the  work  done  to  ensure  freedom  o f religion  and  regulation  of 

state-religious  relations  during  the  reign  of Azerbaijan  Democratic  Republic  (ADR).  First,  social 

and political processes  during the ADR proclamation,  as well  as the measures taken by Bolshevik 

Russia to overthrow the independent state are considered. The role of the Azerbaijani intelligentsia 

representatives  in  ensuring  national  unity  is  touched  upon.  The  formation  of various  public  and 

political organizations for this purpose, the transformation of most places of religious worship into 

a political arena for the people, the active role o f religious figures in the creation of an independent 

state were noted. The article highlights the great work carried out by the ADR government towards 

the  settlement o f state-religious relations, the preparation by the national  government o f a number 

o f legislative  acts  in  various  fields,  as  well  as  the  opening  of the  new  cultural  and  educational 

centers, despite the short time of the ADR government being in power.

c

c

'S



S

о

>



:0

D

N



e

3

3



O'

'S

D



3

3

C



l

,

tn



01

ei

c



03

u

03



■e

N

<



t V3  Din - № 04 (5 П iyul - .Лл qust 2017

15

Yüklə 134,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə