Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   2   3   4   5   6   7   8   9   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
E.ö. II minilliy
ə  aid  Likiya  mixi  yazılarında  Apollon  teoniminin  arxaik 
variantı Aplu formasında yazıya alınmışdır. Şuşa – Suziana dövlətçilik ənənəsinə 
gör
ə,  atanın  vərəsəlik  hüququ  olan  oğlu  aplu  adlanırdı.  Türk  dillərinin Bulqar 
qrupunda oğula aplu deyilir. 
Qeyd etdiyimiz adların hamısının mənası türk dillərinin tarixi leksikası əsa-
sında izah olunur. Bu da ondan irəli gəlir ki, İudeya və İsrail etnoslarından fərqli 
olaraq K
ənan torpağının (Finikiyanın) hakim etnosları Sam yox, Kam nəslindən 
çıxmışdır. 
Avropa dill
ərində  Bibliya, Troya, Xatti, Likiya, Palay mənşəli  şəxs  adları 
çox
dur.  Onların  tarixi-filoloji oçerklər  şəklində  izahlı  lüğətlərinin  hazırlanması 
h
əm Azərbaycan və Türkiyənin, həm də Avropanın universitetlərinin marağına sə-
b
əb olardı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
12 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
F.F. 
ƏLİZADƏ  
 
DİL NORMASI VƏ CƏMİYYƏT 
 
Açar sözl
ər: dil norması,cəmiyyət, məktəb təhsili, KİV, kino 
Ключевые слова: языковая норма, общество, школьное образование, СМИ, 
кино 
Key words: language norm, society, education, media movie 
 
Dil toxunulmaz, milli m
ənsubiyyətli  əvəzsiz müqəddəs bir nemətdir. Hər 
yerd
ə hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dözüm-
lülük özünü göst
ərir.  Əslində  isə  ən incə  münasibət dilə  qarşı  olmalıdır.  Çünki 
m
əhz dil vasitəsilə fikrimizi dolğun verir, maddi-mənəvi, ən ümdə isə milli ehti-
yac
larımızı çatdıra bilirik. 
Dilin qorunması ana “məktəb”indən, uşağa dil verən ana(nın) dilindən baş-
la
yır. Ana balasının ilk dil-ədəbiyyat müəllimi kimi onu düzgün danışmağa yönəl-
dir.  Uşaq  artikulyasiya  səhvləri ilə  başlasa  da,  getdikcə  püxtələşir,  yavaş-yavaş 
doğma dilinin incəliklərini duyaraq nəticədə təmiz danışır. (Təəssüf olsun ki, bəzi-
l
əri uşaqlaşır, geriyəinkişaf dövrünə daxil olur). 
Ail
ə daxilində, hansı dialektin daşıyıcısı olsaq da, ədəbi dili uşağa öyrətmə-
li
yik. Lakin bir sıra ailələr bu normaya qətiyyən fikir vermir. Ona görə də uşaq nə-
inki orta, h
ətta ali məktəbdə də dialektdə danışmağa çalışır. Qəbul olunmuşdur ki, 
ədəbi dildə danışa bilməyən savadlı hesab oluna bilməz. 
M
əktəb övladlarımızın ikinci dil məkanıdır. “Şagirdlər dərslik və müəllim-
l
ərdən nə öyrənir?” sualına cavab axtararkən həm diliqüsurlu, təsadüfi müəllimlər, 
h
əm də nəzəriyyəsi, materialları səhv toplanmış dərsliklərdən daha çox ziyan dəy-
diyi görün
ər. 
H
əm azərbaycan, həm də rusdilli məktəblərin ibtidai sinifləri üçün yazılmış 
d
ərsliklərin şərtinə, misallarına fikir verdikdə universitetin yuxarı kurs tələbələri-
nin, b
əzən müəllimlərinin baş aça bilmədiyi həqiqətlə üzləşmiş oluruq. Pedaqoji-
metodik t
ərəf nəzərə alınarsa,uşaq-gənc-cavan beyinlərinin fərqinə, tutumuna, psi-
xoloji amill
ərə  diqqət verilməlidir.  Uşaq  beynini  yükləməklə  onun  psixikasını 
pozmaq olar. M
əktəbli istər orfoqrafiya, istər ikidilli lüğətlərdən istifadə edərkən 
ya ist
ənilən, hətta çox işlənən sözü lüğətdə tapmır, tapası olsa da, onu səhv yazı-
lışda, ya da ikivariantlı görür. 
Bel
ədə sanki dilimizə qarşı soyqırım münasibətində olub, “milləti məhv et-
m
ək istəyirsənsə, onun dilini əlindən al” qənaətinə  gəlirsən. Məktəblinin  yaşına 
uy
ğun gəlməyən bəzi dərslik materialları bir yana qalsın, onların özündə fikir axı-
cılığının,  ibrətamizliyin  duyulmaması,  söz  yığınından  ibarət  olması,təbii  ki,  şa-
girdl
əri dil normalarından uzaqlaşdırar. 
 
13 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Yuxarı sinif şagirdləri də rus dilindən qüsurlu tərcümə materiallarından nə 
is
ə başa düşməyə çalışır, anlamayanda orijinala müraciət edib, əsl həqiqəti tapmış 
olurlar. 
Ali m
əktəbə daxil olmaq istəyən uşaqlar TDQK-nın nəzəriyyə və testləri ilə 
ha
zırlaşanda da məlum olur ki, burada da ya orta məktəb, ya da ali məktəb materi-
al
ları  ilə  uzlaşmayan  səhv elmi fikirlər var. Bu qədər elmi, orfoqrafik səhvlərin 
içind
ən çıxan uşaqlar, nə yaxşı ki, dilimizin “axırına” çıxmırlar. Fərdi yazılmış bir 
sıra testlər elə bil ki uşaqları savadsız etmək üçün tərtib olunub. Onları səhvlər də-
nizin
ə oxşatmaq olar. 
Artıq ali məktəbdə oxuyan tələbə məktəb, test və ali məktəb materiallarının 
bir sıra məsələlərdə tam fərqli olduğunu görür və beynində konkret fikir formalaş-
dıra bilmədiyindən yanlışlıqlara yol verir. 
Adamlar üçün üçüncü m
əktəb  KİV-dir.  Hazırda  televiziya,  qəzet,  jurnalı 
qabaqlayan  internetdir.  Burada  düzgün olmayan söz v
ə ifadələrin sayı heç də az 
deyil. M
əsələn, bir sıra hallarda “kanserogen” sözü əvəzinə “ karsirogen”, mobil 
telefon 
əvəzinə  “mobol”  telefon  işlənən hallara rast gəlmiş  oluruq.  Bu,  bəzi 
g
ənclərin telefona “çilifon” deməsinə  bənzəyir.  Əlbəttə  ki, internetdəki səhvlər 
onun kağız variantı olan qəzet-jurnallardakına çatmaz. 
B
əzən mətbuatda etik normalar pozulur. “Azadlıq” qəzeti ANS-in 2006-cı il 
24  noyabrında  bağlanmasına  dair  belə  bir ifadə  işlətmişdi:”  Azad  mətbuatın 
anasını ağlatdılar”. 
Bir d
əfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə 
on mind
ən çox orfoqrafik səhv  çıxıb.  Bu  o  deməkdir  ki,  oxucular  savadsızlığa 
sürükl
ənir. 
Əgər lotereya cədvəlində  səhv olarsa, udan tərəf uduza bilər.  Lüğətlər də, 
xüsus
ən “Orfoqrafiya lüğəti” bu cəhətdən bir qədər dəqiq olmalıdır, lakin təəssüf 
ki, b
əzi məqamlarda qüsurludur. Məsələn, “kompüter”  sözü bir yerdə 
“kompyuter”, dig
ər yerdə isə “superkompüter” kimi gedir. 
Televiziya estetik m
əkan olduğu üçün efirə boylanan diktor, aparıcı da xoş-
si
malı olmalı və onun nitqindən də zövq alınmalıdır. Heç bir estetik impuls alma-
yan tamaşaçı telekanalı dəyişmək məcburiyyətində qalır. Çünki “gözəl” aparıcını 
bir az da seyr etm
əklə onun “ahəngdar” nitqini dinləsə, ümumiyyətlə, Azərbaycan 
dilind
ə danışmağı unudar. Belə ki sözlər onun qulağına azərbaycanca, intonasiya 
is
ə türk, rus, ingilissayağı gəlib-çatır. Doğma dilimizə yaxın sözləri də eşidəndə 
onlar  “tsits
ək”, “gələdzəklər” tipində dialekt ünsürlərinə tuş olur. Halbuki efirdə 
sırf ədəbi dil normalarına uyğun nitq səslənməlidir. Unutmayaq ki, güclü senzuralı 
rus-Sovet dön
əmində efirdən təmiz Azərbaycan dilində danışmaq öyrənir, gözəl 
b
ədii nümunələr eşidirdik. 
Televiziyaya nisb
ətən abırlı efir vasitəsi radiodur, çünki burada artıq bir şey 
görmür, yalnız eşidirik. Lakin radioya da güvənmək olmur. Klassik ifa tərzi olan 
diktor-
aparıcılarla yanaşı, söz texnikasında naşı olan, hətta sözü düzgün vurğu ilə 
 
14 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə