Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

kor 

(görməyən) – 



kor 

(xəstəlik,) – 



kor

 (küt.dan.); 



küt 

(kəsəri  olmayan  alət)  – 



küt

  (bacarıqsız); 



külçə 

(filiz  qırıntısı)  – 



külçə

  (çörək), 



külçə 

(deşik); 



kökləmək

  (aləti  sazlamaq), 



kökləmək

  (sırımaq), 



kökləmək 

(dəbərtmək), 



göyərmək

 (cücərmək), 



göyərmək

 (üşümək), 



göyərmək

 (özündən 

çıxmaq); 

kök

  (ağacın  rişəsi), 



kök

  (bot.yerkökü), 



kök

  (qram.  sözün  mənalı 

hissəsi), 

kök

  (nəsil), 



kök

  (vəziyyət), 



kök

  (yağlı), 



kök 

(kefi  yüksək  olan); 



kürə

 (fars, ocaq), 



kürə

 (ər.girdə), 



kürə

 (dünya), 



kürə

 (qulağı uzun olan) və s. 

I  fəslin  V  paraqrafı  “Orfoepiya  və  orfoqrafiya  lüğətlərinin  tarixi”

 

adlanır.  1983-cü  ildə  nəşr  edilmiş  “Azərbaycan  dilinin  orfoepiya  sözlüyü” 

orfoepiya  lüğətinə  misal  göstərilə  bilər.  Həmin  sözlük  Azərbaycan  dilinin 

orfoqrafiya  lüğətinə  və  orfoepiya  normalarına  uyğun  tərtib  edilmişdir. 

Sözlüyün  əsasını  deyilişi  ilə  yazılışı  arasında  fərq  olan  sözlər  təşkil  edir. 

Sütunlar üzrə sözlərin orfoqrafiyası və orfoepiyası verilir

1



Orfoqrafiyada 



Orfoepiyada 

ayüzlü 


ayüzdü 

akademik 

akademik 

akvarium 

akvariyum 

akrobat 


akrabat 

akrobatliq 

akrabatdiğ 

akrobatik 

akrabatik 

aksiom  


aksiyom  

1983-cü  ildə  “Elm”  nəşriyyatında  çap  olunmuş  “Azərbaycan  dilinin 

orfoepiya  sözlüyü”nün  tərtibində  orfoqrafiya  lüğəti  əsas  rol  oynamışdır. 

Lüğətin redaktorları M.Ş.Şirəliyev, M.B.Məmmədovdur.  

Azərbaycan  dilinin  ilk  orfoqrafiya  qaydaları  1925-ci  ildə  hazırlanıb 

nəşr  edilmiş,  daha  sonra  1929-cu  ildə  “Azərnəşr”də  onun  əsasında  “İmla 

lüğəti”  adlı  orfoqrafiya  sözlüyü  buraxılmışdır.  Hər  ikisinin  müəllifi 

V.M.Xuluflu  olmuşdur.  “İmla  lüğəti”,  ümumiyyətlə,  orfoqrafiya  sözlüyü 

qarşısında qoyulan tələblərə uyğun hazırlanmışdır. Həcmi çox kiçik olsa da, 

orfoqrafiya tərtibi tarixində ilk təşəbbüs kimi qiymətləndirilən bu lüğət yazılı 

nitq  mədəniyyətinin  inkişafında  xüsusi  rol  oynamışdır.  1929,  1940,  1960, 

                                                             

1

 

Azərbaycan dilinin orfoepiya sözlüyü / M.Ş.Şirəliyev, M.B.Məmmədovun redaktəsi ilə. 



Bakı: Elm, 1983. s. 3. 


 

14 


1975-ci  illərdə  çap  olunmuş  orfoqrafiya  lüğətləri  isə  öz  yazıldığı  dövrlərin 

tələbini ödəsələr də, sonralar zamanın tələbinə cavab verməmişdir.  

I fəslin VI paraqrafı “Frazeoloji lüğətlərin tarixi” adlanır. Azərbaycan-

da  “Azərbaycan  dilinin  frazeoloji  lüğəti”  tərtib  edilməzdən  əvvəl  tərcümə 

xarakterli  çap  olunmuş  frazeoloji  lüğətlərə  diqqət  yetirilmişdir.  Məsələn, 

1962-ci  ildə  “Azərbaycanca-ingiliscə,  ingiliscə-azərbaycanca  müxtəsər  fra-

zeoloji  lüğət”  “Azərtədrisnəşr”  nəşriyyatında  çap  edilmişdir.  Bu  lüğətin 

tərtibçiləri  isə  X.Ə.Əhmədova,  İ.M.Rəhimov  olmuşdur

1

.  Bundan  başqa, 



1964-cü  ildə  daha  bir  “Müxtəsər  rusca-azərbaycanca  frazeoloji  lüğət” 

işıqüzü görmüşdür. 

M.T.Tağıyevin  “Rusca-azərbaycanca  frazeoloji  lüğət”i  1974-cü  ildə  

nəşr  olunmuşdur.  Bu,  tərtibçinin  1964-cü  ildə  buraxılmış  “Müxtəsər  rusca-

azərbaycanca  frazeoloji  lüğət”inin  yenidən  işlənmiş  və  təkmilləşdirilmiş 

nəşri kimi tanınır. Lüğətdə rus və Azərbaycan dili frazeoloji vahidləri məna, 

üslub və cümlədə işlənmə xüsusiyyətləri baxımından tutuşdurulmuşdur

2



I  fəslin  VII  paraqrafı  “Terminoloji  lüğətlərin  tarixi”  adlanır. 

Lüğətçilik  tarixində  terminoloji  lüğətlərin  də  xüsusi  əhəmiyyəti  vardır. 

Terminoloji  lüğətlər  müəyyən  bir  sahənin  terminlər  toplusunu  özündə 

birləşdirir.  Burada  dilin  leksik  qatının  müxtəlif  hissələri  təsvir  edilir  və 

struktur imkanlara, üslubi vasitələrə əsas meyarlar kimi yanaşılır. 

1952-ci  ildə  Azərbaycan  EA-nın  Rəyasət  Heyəti  yanında  Terminolo-

giya  Komitəsi  (hazırda  bu  qurum  Terminologiya  Komissiyası  adlanır) 

yaradıldıqdan  sonra  terminoloji  lüğətlər  həm  sayca  artmış,  həm  də  onların 

keyfiyyəti  yüksəlmişdir.  1930  –  1940-cı  illər  arasında  35;  1940  –1942-ci 

illərdə 4 belə lüğət nəşr edilmiş, 1942 –1952-ci illərdə isə heç bir terminoloji 

lüğət  nəşr  edilməmişdir.  Lakin  1952-ci  ildən,  yəni  Terminologiya  Komitəsi 

yaradıldıqdan  sonra  bu  günədək  240-dan  çox  müxtəlif:  ikidilli,  çoxdilli, 

izahlı  terminoloji  lüğətlər  nəşr  edilmişdir.  Hazırda  bir sıra  çoxdilli  və  izahlı 

lüğətlərin nəşri davam etməkdədir.  

Azərbaycan  dilində  birdilli  izahlı  terminlər  lüğətlərinə  aşağıdakıları 

nümunə göstərmək olar: “Elmi  məlumat nəzəriyyəsi və təcrübəsi üzrə izahlı 

terminologiya  lüğəti”  (Bakı,  1956);  M.C.Məhərrəmov  “İzahlı  terminoloji 

                                                             

1

 

Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca müxtəsər frazeoloji lüğət (tərtib edənlər: 



X.Ə,Əhmədova, İ.M.Rəhimov). Bakı: Azərtədrisnəşr, 1962. 

2

 



Müxtəsər  rusca-azərbaycanca  frazeoloji  lüğət  (tərtib  edəni  M.T.Tağıyev).    Bakı:  Maarif, 

1964.


 

 



 

15 


lüğət”  (Bakı,  1960),  O.U.Osmanov  və  B.Abdullayev  “Məktəblinin  izahlı 

coğrafiya  lüğəti”  (Bakı,  1979);  N.F.Seyidəliyev  “Dini  terminlər  lüğəti” 

(Bakı,  1996);  M.İ.Adilov,  Z.N.Verdiyeva,  F.M.Ağayeva  “İzahlı  dilçilik 

lüğəti” (Bakı, 1989). 

1920-ci ildə çap olunmuş “Ruscadan azərbaycancaya hüquq terminləri 

lüğəti”ni Azərbaycanda ilk terminoloji lüğət hesab etmək mümkündür. 1921-

ci ildə “Ruscadan-azərbaycancaya yollar texniki izahlar lüğəti”, 1922-ci ildə 

“İctimai-iqtisadi  islahat  elmiyyə  lüğəti”

1

,  1922  –  1930-cu  illərdə  “İdarə 



terminləri  lüğəti”  (1924),  “Ruscadan-azərbaycancaya  yollar  texniki  terminlər 

lüğəti”  (1926),  “Nəbatat  terminləri  lüğəti”,  “Hüquq  terminləri  lüğəti”,  Əliağa 

Şıxlinskinin  “Rusca-azərbaycanca  qısa  döyüş  lüğəti”  və  “Kimya  terminləri 

lüğəti” (1927) nəşr edilmişdir. 

1920-ci  ildən  indiyədək  müəyyən  elm  sahələrinə  dair  200-dən  artıq 

lüğət çap edilmişdir. 1920 – 1940-cı illər arasında 30-dan çox, 1941 – 1942-

ci  illər  arasında  4  terminoloji  lüğətin  çap  olunduğu,  1942  –  1952-ci  illərdə 

isə heç bir terminoloji lüğətin nəşr edilməməsi müəyyənləşdirilmişdir. 1952– 

1960-cı illərdə 26, 1961  – 1984-cü illərdə 71 lüğətin çap olunduğu dəqiqləş-

dirilmişdir.  Beləliklə,  terminoloji  lüğət  nəşri  tarixində  60  –  80-ci  illər  daha 

məhsuldar dövr sayılır

2



I  fəslin  VIII  paraqrafı  “Azərbaycan  dilində  tərcümə  lüğətlərinin  ta-

rixi”


 

adlanır.  Azərbaycan  dilində  tərcümə  lüğətləri  tarixi  çox  qədim  olan 

mənbələrdəndir. Məsələn: Uzaq keçmişdə - hələ XIII-XIV əsrlərdə Hinduşah 

Naxçıvaninin  “Sihah  ül-əcəm”  adlı  farsca-azərbaycanca,  İbn  Mühənnanın 

“Kitabi-məcmuəyi-tərcümani-türki-farsi-moğoli”  adlı  tərcümə  lüğətləri  ya-

ratdıqları məlumdur. 



 

Azərbaycanca-rusca  lüğətlər  ikidilli  tərcümə  lüğətləri  sırasında 

mühüm  yer  tutur.  XX  əsrin  əvvəllərindən  Azərbaycanda  elmin,  maarifin  və 

mədəniyyətin  inkişafı  ilə  bağlı  tərcümə  lüğətlərinin  tərtibinə  meyl  xeyli 

güclənmiş və 1902-ci ildə S.M.Qənizadənin “Lüğəti-rusi-türki”, 1907-ci ildə 

Ü.Hacıbəyovun  “Rusi-türki  və  türki  rusi  lüğəti”,  1912-ci  ildə  Q.Qarabə-

yovun  “Qamusi-rusi”  və  başqa  lüğətlər  çap  edilmişdir.  Bunların  hər  biri 

özünəməxsus tərtibi xarakterik xüsusiyyətlərinə, tərcümə üsuluna və s. görə 

fərqlənirlər.  Həmin  lüğətlərin  hər  birinin  vaxtı  ilə  rus  və  Azərbaycan 

dillərinin  öyrənilməsində  xüsusi  rol  oynadığını  deyə  bilərik.  Azərbaycanda 

                                                             

1

 



Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, s. 356. 

2

 



Yenə orada. s. 357. 


 

16 


tərcümə  lüğətlərinin  əsaslı  şəkildə  hazırlanmasını  XX  əsrlə  əlaqələndirirlər. 

Başqa mədəni sahələrdə olduğu kimi, ilk lüğətlərin yaradılması işinə də XX 

əsrdə  başlanılmışdır.  Əsrin  ilk  illərdən  başlayaraq,  bir  sıra  yeni-yeni 

lüğətlərin  yaradılıb  oxucuların  istifadəsinə  verilməsi  məlumdur.  Rusca-

azərbaycanca  lüğətlərin  yaranması  və  inkişafı  tarixinin  1920,  1930,  1970, 

1980-ci  illəri  əhatə  etdiyini  göstərə  bilərik.  Dissertasiyanın  I  fəslinin  VIII 

paraqrafında bu illərdə çap olunmuş tərcümə lüğətlərinə geniş yer ayrılır. 

Dissertasiyanın  II  fəsli 




Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə