Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   15   16   17   18   19   20   21   22   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

“Nəticə”

də dissertasiya işinin başlıca elmi qənaətləri əks olunmuşdur. 

1. 1990 – 2000-ci illərdə Azərbaycan dilinin leksikoqrafiyası tarixində 

51  lüğət  çapdan  çıxmışdır.  Bunlardan  49-u  linqvistik,  ikisi  ensiklopedik 

lüğət hesab edilir.  

2.  1990  –  2000-ci  illərdə  çap  olunmuş  Azərbaycan  dilinin  linqvistik 

lüğətləri  bunlardır:  “Rusca-azərbaycanca  lüğət”.  I  cild,  Bakı,  1990; “Rusca-

azərbaycanca  lüğət”.  II  cild,  Bakı,  1990;  “Azərbaycanca-ingiliscə  lüğət”. 

Bakı,  1990;  “Azərbaycan  dilinin  sinonimlər  lüğəti”.  “Yazıçı”,  Bakı,  1990; 

“Azərbaycanca-ingiliscə  lüğət”.  “Azərnəşr”,  1990;  “Rusca-azərbaycanca 

lüğət”.  III  cild,  Bakı,  1991;  “Rusca-azərbaycanca  idarə  terminləri  lüğəti”. 

Bakı,  1991;  “Ərəb  mənşəli  qohum  sözlər  lüğəti”.  “Maarif”,  Bakı,  1991; 

“Azərbaycan  dilinin  paronimiya  və  paronomaziya  lüğəti”.  Bakı,  1991; 

“Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət”. Bakı, 1991 və s. 

3. 1990 – 2000-ci illərdə çap olunmuş Azərbaycan dilinin ensiklopedik 

lüğətlərinə daxildir: 

 

“Ədəbiyyatşünaslıq  ensiklopedik  lüğəti”.  Bakı,  1998;  “Azərbaycan 



toponimləri ensiklopedik lüğəti”. Bakı, 2000 


 

24 


4.  1990  –  2000-ci  illərdə  çap  olunmuş  linqvistik  lüğətlər  aşağıdakı 

sahələri əhatə edir: 

İzahlı lüğətlər: “Azərbaycan dilinin izahlı lüğəti”. I cild, “Çıraq”, Bakı, 

1997;  “Azərbaycan  dilinin  izahlı  lüğət”.  II  cild,  “Çıraq”,  Bakı,  1999; 

“Azərbaycan  dilinin  izahlı  lüğəti”.  III  cild,  “Çıraq”,  Bakı,  2000;  “Talış 

toponimlərinin  qısa  izahlı  lüğəti”.  Bakı,  1993;  “İzahlı  ekologiya  lüğəti”. 

“Elm”, Bakı, 1997; “Azərbaycan türk şəxs adlarının izahlı lüğəti”. “Nərgiz”, 

Bakı, 1998; “İzahlı psixoloji lüğət” və s. 

  

Tərcümə  lüğətləri:  “Rusca-azərbaycanca  lüğət”.  I  cild,  Bakı,  1990; 



“Rusca-azərbaycanca  lüğət”.  II  cild,  Bakı,  1990;  “Rusca-azərbaycanca 

lüğət”.  III  cild,  Bakı,  1991;  “Azərbaycanca-ingiliscə  lüğət”.  “Azərnəşr”, 

Bakı,  1990;  “Azərbaycan,  ingilis  və  rus  dillərində  şəkilli  sözlük  lüğəti”. 

“Azərbaycan”, Bakı, 1991; “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət”. 

“Azərnəşr”, Bakı, 1991 və s. 

 

Terminoloji  lüğətlər:  “Rusca-azərbaycanca  idarə  terminləri  lüğəti”. 



Bakı,  1991;  “Rusca-azərbaycanca  bazar  iqtisadiyyatı  terminləri  lüğəti”. 

“Azərnəşr”,  Bakı,  1993;    “Rusca-azərbaycanca  izahlı  hərbi  terminləri 

lüğəti”. “Azərnəşr”, Bakı, 1993 və s. 

 

Linqvistik  lüğətlər:



 

“Azərbaycan  dialektoloji  lüğəti”.  “Kılışaslan”, 

Ankara,  1999;  “Ərəb  mənşəli  qohum  sözlər  lüğəti”.    “Maarif”,  Bakı,  1991; 

“Bunu ərəbcə necə deməli?”. “Tural”, Bakı, 1993; “Ərəb əlifbası. Farsi-türki 

mənzum lüğəti”. “Təbib”, Bakı, 1995;  

5.  1990  –  2000-ci  illərdə  çap  olunmuş  lüğətlərin  bir  qismi  (11  lüğət) 

terminoloji  lüğətlərdir.  Əlbəttə,  bu  terminoloji  lüğətlərin  çapı  müvafiq 

nazirliklərin,  idarələrin  qayğı  və  problemlərini  terminlər  baxımından  təmin 

etmiş, onlara yaxından kömək göstərmişdir. Ancaq bu terminoloji lüğətlərin 

çapında Azərbaycan Respublikası EA Terminologiya Komitəsinin məsləhəti 

arzuolunan  səviyyədə  deyildir.  Yaxşı  olardı  ki,  terminoloji  lüğətləri  tərtib 

edənlər  Terminologiya  Komitəsinin  məsləhətinə  və  koordinatorluğuna 

üstünlük  verəydilər.  Bu,  lüğətlərin  daha  kamil  təkmil  olmasına  geniş  imkan 

yarada  bilərdi.  Lüğətlərdən  yalnız  ikisi  –  “Rusca-azərbaycanca  idarə 

terminləri  lüğəti”,  “Rusca-azərbaycanca  izahlı  hərbi  terminlər  lüğəti” 

Azərbaycan  Respublikası  EA-nın  Terminologiya  Komitəsinin  razılığı, 

məsləhəti və koordinatorluğu ilə çap olunmuşdur. 

6. 1991-ci ilin  25 dekabrında Azərbaycan Respublikasının  Ali Soveti 

“Latın  qrafikalı  Azərbaycan  əlifbasının  bərpası  haqqında”  Azərbaycan 

Respublikası  qanununun  qüvvəyə  minməsi  barədə  qərar  verdi.  Bu  qərar 

“Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi” ilə bağlı 2001-ci ilin 18 



 

25 


iyununda  verilmiş  fərmana  qədər,    demək  olar  ki,  tam  şəkildə  həyata  keçə 

bilmədi.  2001-ci  il  18  iyun  tarixli  fərmandan  sonra  2001-ci  il  avqust  ayının 

1-dən  latın  qrafikalı əlifba tam şəkildə bütün sahələrdə tətbiq olundu. 1991- 

ci il 25 dekabrdan 2001-ci ilin 1 avqustuna qədər yazı-pozu işləri həm  kiril, 

həm  də  latın  qrafikalı  əlifba  ilə  aparılmışdır.  Ona  görə  də  1990  –  2000-ci 

illərdə çap olunmuş lüğətlər kiril qrafikalı əlifba ilə çap olunmuşdur. Yalnız 

istisnalıq  təşkil  edərək,  latın  qrafikalı  əlifba  ilə  1990  –  2000-ci  illərdə 

Ə.R.Əfəndizadənin  tərtib  etdiyi  “Orfoqrafiya-orfoepiya  lüğəti”  (Bakı, 

Azərnəşr,  1996)  çap  edilmişdir.  Ona  görə  də  hazırda  1990  –  2000-ci  illərdə 

çap  olunmuş  lüğətlərin  latın  qrafikalı  əlifba  ilə  çap  olunması  zərurəti  bir 

ehtiyac və tələbata çevrilmişdir. 

7.  1990  –  2000-ci  illərdə  Azərbaycanın  həyatında  (bütün  sahələrdə) 

dəyişiklik  və  inkişafla  bağlı  olan  bir  dövrdür.  Bu  onillik  ərzində  müxtəlif 

sahələrə dair lüğətlərin çap olunması lüğətşünaslığımızın inkişafında mühüm 

bir mərhələdir. Bu mərhələnin xarakterik cəhətlərindən biri də odur ki, bu on 

ildə çap olunmuş lüğətlərdən başqa, bir sıra lüğətlər hazırlanmışdır ki, onlar 

1990  –  2000-ci  illərdə  çap  olunmamışdır.  Məsələn,  Nəsimi  adına  Dilçilik 

İnstitutunun  əməkdaşlarının  hazırladıqları  “Azərbaycan  dilinin  orfoepiya 

sözlüyü”,  “Yeni  sözlər  lüğəti”  (40  müəllif  vərəqi  həcmində),  “Azərbaycan 

dilinin  izahlı  frazeoloji  lüğəti”,  “Azərbaycanca-rusca,  rusca-azərbaycanca 

lüğət”  (I  cildlik  tərcümə  lüğəti),  “Azərbaycan  dilinin  tarixi  lüğəti”  (iki 

cildlik),  “Azərbaycan  dilinin  arxaik  sözlər  lüğəti”,  “Kitabi-Dədə  Qorqudun 

izahlı  lüğəti”,  “Füzulinin  poetik  əsərlərinin  izahlı  lüğəti”,  “Azərbaycan 

dilinin məcazlar lüğəti” və s.  

8.  1990-cı  illərin  sonlarında  terminoqrafik  işin  avtomatlaşdırılması  və 

terminoloji  bankın  yaradılması  prosesi  leksikoqrafiya  sahəsində  görüləcək 

işlərdən  biri  kimi  mütəxəssislərin  diqqətində  olmuşdur.  Mütəxəssislər 

terminoqrafik  işin  avtomatlaşdırılması  və  terminoloji  bankın  yaradılması, 

üstünlükləri,  bu  sistemin  mahiyyəti,  məzmunu,  elmi-texniki,  nəzəri  və 

praktik əsasları barədə geniş məlumat vermişdir. 




Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə