Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

(B,  V,  E,  Ə,  T,  Ş),

 

Ə.Q.Ağayev 



(Z,  İ,  O



U,  Ü),

  S.M.Behbudov 

(K,  Ç),

  H.X.Məmmədov 



(H),

 

Q.M.Həsənov 



(D, M),

 Ə.İ.Əliyev 



(L, N)

, Z.Ə.Xasıyev 



(G, X),

 T.M.Əhmədov 



(S)

 tərtib etmişdir”. Tərtib edilməsi 1975-ci  ildə  başa  çatan  “Azərbaycan  

dialektoloji    lüğət”i    təxminən  20000-ə  yaxın  sözü  əhatə  etmişdir.  Bir  neçə 

dəfə  institutun  çap  planına  salınıb  nəşriyyata  göndərilsə  də,  əsərin  müxtəlif 

çətinliklərlə bağlı nəşr edilməsi mümkün olmamışdır. 

I  fəslin  III  paraqrafı



 

“Azərbaycan  dilindəki  əcnəbi  sözlər  lüğətinin 

tarixi”  adlanır.  İlk  “Əcnəbi  sözlər  lüğəti”  1947-ci  ildə  Dilçilik  İnstitutunun 

əsərlərinin  I  cildində  çapdan  çıxmışdır.  S.Cəfərov,  İ.Hacıyev,  H.Mirzəzadə 

və  C.Bağırovun  1960-cı  ildə  tərtib  etdikləri  “Azərbaycan  ədəbi  dilində 

işlənən  ərəb  və  fars  sözlərinin  qısa  lüğəti”  təxminən  600  sözü  əhatə  edir. 

Müəlliflərin  bu  lüğəti  tərtib  etməkdə  məqsədi  ali  və  orta  məktəblərdə  tədris 

işinə  kömək  etmək  olmuşdur.  16  mindən  artıq  ərəb,  fars  sözlərinin  izahı 

verilmiş  “Ərəb  və  fars sözləri  lüğəti”  1966-cı  ildə  çap  edilmişdir.  Ərəblərin 

və  farsların  hakimiyyəti  altında  olan  bütün  xalqlar  ərəb,  fars  dillərində 

oxuyub-danışmağa  məcbur  idilər.  “Üç  yüz  ildən  artıq  ərəblərin,  min  ildən 

çox farsların hakimiyyəti altında yaşayan azərbaycanlılar ərəblərin, farsların 

əlifbasını,  dillərini  öyrənmiş  və  bu  dillərdə  dünya  şöhrətli,  dahiyanə  əsərlər 

yaratmışlar.  Nizami  Gəncəvinin  fars  dilində  ölməz  “Xəmsə”si,  Məhəmməd 

Füzulinin  ərəbcə  divanı  dünya  ədəbiyyatı  xəzinəsinin  incilərindən  sayılır. 

Füzuli  orta  əsr  ədəbi  janrlarının  müxtəlif  növlərində  qələmini  sınamış,  üç 

dildə (ərəb, fars, azərbaycan) mükəmməl sənət nümunələri yaratmışdır”

1



İlk  dəfə  nəşr  edilən  lüğətlərdən  biri  1945-ci  ildə  işıqüzü  görən  “Müx-

təsər  farsca-rusca-azərbaycanca  lüğət”dir.  Lüğətin  tərtibçisi  Y.Mirbabayev-

dir.  Bu  lüğət  340  səhifədən  ibarətdir

2

.  Redaktoru  C.F.Bağırov,  tərtibçiləri 



S.A.Cəfərov,  İ.Ə.Hacıyev,  H.İ.Mirzəzadə  olan  6000  sözlük  “Azərbaycan 

ədəbi  dilində  işlənən  ərəb  və  fars  sözlərinin  qısa  lüğəti”  1960-cı  ildə  nəşr 

olunmuşdur

3



Redaktoru  Yusif  Ziya  Şirvani,  tərtibçiləri  B.T.Abdullayev,  Ə.Ə.Oru-

                                                             

1

 Mirəhmədov Ə.M. Ədəbiyyatşünaslıq ensiklopedik lüğəti. Bakı: 1998, s. 7. 



2

 Müxtəsər farsca-rusca-azərbaycanca lüğət (tərtib edəni Y.M.Mirbabayev).  Bakı: 1945. 

3

 

Azərbaycan ədəbi dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti (tərtib edənlər: 



S.A.Cəfərov, İ.Ə.Hacıyev, H.İ.Mirzəzadə) / C.F.Bağırovun redaktəsi ilə. Bakı: 1960. 


 

11 


cov, Y.Z.Şirvani olan “Ərəb və fars sözləri lüğəti” Azərbaycan Elmlər Aka-

demiyası  tərəfindən  1966-cı  ildə  nəşr  edilmişdir.  Həmin  lüğət  1036  səhifə-

dən  ibarətdir

1

.  219  səhifəlik  “Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən 



ərəb və fars sözləri lüğəti” “Maarif” nəşriyyatında 1967-ci ildə nəşr olun-

muşdur


2

1967-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyası  tərəfindən  yenidən 



işlənərək və təkmilləşdirilərək “Ərəb və fars sözləri lüğəti” nəşr olunmuşdur. 

Redaktoru  Yusif  Ziya  Şirvani,  tərtibçiləri  B.T.Abdullayev,  Ə.Ə.Orucov, 

Y.Z.Şirvani olan bu lüğət klassik Azərbaycan ədəbiyyatını oxumaq məqsədi 

ilə tərtib olunmuşdur.   

183 səhifəlik lüğətin tərtibçisi olan Ə.Məmmədov “Azərbaycan-ərəbcə 

məktəb danışıq kitabçası”nı 1971-ci ildə nəşr etdirmişdir

3



B.Abdullayevin  hazırladığı  “Azərbaycanca-farsca  danışıq  kitabçası” 



1972-ci ildə “Maarif” nəşriyyatında (203 səhifə) nəşr olunmuşdur

4



1972-ci ildə “Ərəbcə-azərbaycanca lüğət”in (dörd cilddə) I cildi “Elm” 

nəşriyyatında  nəşr  edilmişdir.  Redaktoru  H.H.Zərinəzadə,  tərtibçiləri 

H.H.Zərinəzadə,  Ə.M.Nəvai,  A.İ.Zahidi,  A.Y.Məmmədəli    olmuşdur.  Bu  

lüğət 44000 söz və ifadədən ibarətdir.  

1978-ci ildə “Farsca-azərbaycanca müxtəsər idiomatik ifadələr lüğəti” 

nəşr  olunmuşdur. Redaktoru  R.S.Sultanov,  tərtibçiləri  Ə.M.Şəfai, F.İ.Zülfü-

qarovadır. Lüğət 96 səhifədən ibarətdir

5



1981-ci  ildə  280  səhifədən  ibarət  olan  “Azərbaycan  klassik  ədəbiyya-

tında işlənən ərəb və fars sözləri lüğəti” “Maarif” nəşriyyatında nəşr edilmiş-

                                                             

1

 



Ərəb  və  fars  sözləri  lüğəti  (tərtib  edənlər:  B.T.Abdullayev,  Ə.Ə.Orucov,  Y.Z.Şirvani)  / 

Y.Z.Şirvaninin redaktəsi ilə. Bakı: 1966. 

2

 

Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  ərəb  və  fars  sözləri  lüğəti  (tərtib  edənlər: 



B.T.Abdullayev, Ə.Ə.Orucov, Y.Z.Şirvani) / Y.Z.Şirvaninin redaktəsi ilə. Bakı: Maarif, 1967. 

3

 



Azərbaycanca-ərəbcə  məktəb  danışıq  kitabçası  (tərtib  edəni  Ə.C.Məmmədov).    Bakı: 

Maarif, 1971. 

4

 

Azərbaycanca-farsca danışıq kitabçası (tərtib edəni B.T.Abdullayev). Bakı: Maarif, 1972. 



5

 

Farsca-azərbaycanca  müxtəsər  idiomatik  ifadələr  lüğəti  /(tərtib  edənlər:  Ə.M.Şəfai, 



F.İ.Zülfüqarova) / R.S.Sultanovun redaktəsi ilə. Bakı: 1978. 


 

12 


dir. Lüğətin tərtibçiləri A.Babayev və C.İsmayılzadədir

1



Tərtibçiləri  H.N.Zaman,  Ş.Şirəliyev  olan  “Farsca-azərbaycanca 

danışıq  kitabçası”  1983-cü  ildə  “Yazıçı”  nəşriyyatında  nəşr  olunmuşdur. 

Lüğət 240 səhifədən ibarətdir

2



Redaktoru  B.T.Abdullayev  olan  1040  səhifəlik  “Ərəb  və  fars  sözləri 

lüğəti” 1985-ci ildə çap edilmişdir

3



I  fəslin  IV  paraqrafı  “Sinonim,  antonim,  omonim  lüğətlərinin  tarixi”



 

adlanır. Sinonimlər lüğətində nitqdə lazımsız təkrarların qarşısını alan üslubi 

gözəlliyə  geniş  imkanlar  yaradan,  leksik-semantik  zənginliyə  xidmət 

göstərən  müxtəlif  köklü,  yaxın  mənalı  sözlər,  ifadələr  verilir.  Lüğətdəki 

sinonim sözlər və ifadələr incə məna fərqləri ilə bir-birindən seçilir. Leksik, 

qrammatik  və  üslubi  sinonimlər  həmin  leksik-semantik  söz  qrupunun 

zənginliyini, çoxcəhətliliyini əks etdirir. Sinonimlər lüğətində müxtəlif köklü 

və  yaxın  mənalı  sözlərin  şərhi  diqqət  mərkəzində  dayanır.  Bu  lüğətlərin 

məqalələrində əsas söz səviyyəsində bütün sinonim cərgələrin iştirakına rast 

gəlinir. 

Sinonimlər lüğətinin tərtibində ədəbi dilimizin lüğət fondundan, başqa 

dillərə  məxsus  alınma  sözlərdən,  danışıqda  işlənən  leksik  vahidlərdən,  o 

cümlədən məhəlli və dialekt sözlərindən, həmçinin bəzi terminlərdən istifadə 

edilmişdir.  Sinonim  sözlərin  çoxu  Azərbaycan  yazıçılarının  əsərlərindən 

götürülmüşdür. 


Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə