Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

 

adlanır. 



 

Dialektoloji  lüğətlər  içərisində  özünəməxsus  mövqeyi  ilə  seçilən 

                                                             

1

 



Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, s. 299.

 



 

“Azərbaycan xalq şivələri lüğəti” 1930 – 1931-ci illərdə çap olunmuşdur. Bu 



lüğəti tərtib etmək ideyasının 1924-cü ildə meydana çıxması, ideyanı ilk dəfə 

“Azərbaycanı öyrənən cəmiyyətin irəli sürməsi, 1926-cı ildə Bakı şəhərində 

çağrılmış  I  Türkoloji  Qurultayın    bu  fikri  bəyənməsi,  1929-cu  ildə  Lüğət 

Komissiyasının  yaradılması,  həmin  komissiyanın  1930-cu  ildə 



A

  hərfinə, 

1931-ci  ildə 

B

  hərfinə  aid  hazırlanmış  materialları  nəşr  etməsi,  kitabın 

“Azərbaycan xalq şivələri lüğətinin  qüsurları: şivə  lüğəti” adlansa da, orada 

ümumişlək  sözlərə  də  yer  verilməsi,  hətta  bəzən  misalların  bədii 

ədəbiyyatdan gətirilməsi barədə bilgilərlə tanış oluruq”

1



1924-cü  ildə  Azərbaycan  dili  dialekt  və  şivələri  lüğətini  tərtib  etmək 

ideyasından  əvvəl,  hələ  1921-ci  ildə  Q.Rəşadın  müəllifliyi  və  təşəbbüsü  ilə 

“Təfsirli xalq  lüğəti” çap edilmişdir. 1930-cu illərdə S.Axundov Quzanlının 

Qarabağ  şivəsinə  mənsub  18  000  sözün  toplandığı  və  əlifba  sırası  ilə 

düzüldüyü  “Azərtürkcə  yeni  dolu  sözlük”  lüğəti  əlyazma  şəklində  hazır-

lanmışdır.  

Azərbaycan  dilinin  dialektoloji  lüğətinin  1964-cü  ildə  nəşr  olunduğu 

məlumdur.  Bir  cildlik  Azərbaycan  dialektoloji  lüğətinin  Azərbaycan  Elmlər 

Akademiyasının  Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutunun  Azərbaycan 

dialektologiyası  şöbəsində  hazırlanması  bir  neçə  il  əvvələ  -  1958-ci  ilə 

təsadüf  edir.  Hazırlanmış  həmin  lüğət  1964-cü  ildə  R.Rüstəmov  və  M. 

Şirəliyevin  redaktorluğu  ilə  çap  olunmuşdur.  Lüğətdə  6300  sözün  mənaca 

aydınlaşdırılması,  hansı  nitq  hissəsinə  aid  olması,  sözlərin  mənaca  izahı, 

izahların  rusca  tərcüməsi  və  s.  məsələlər  oxucunu  cəlb  edir.  Lüğətdə 

müəyyənləşdirilən qüsurlar bunlardır:  lüğət dialekt və  şivələrimizdəki bütün 

sözləri əhatə etmir, baş sözlərin mənsub olduğu dialekt və şivə göstərilmir.  

Bundan başqa, 1966-68-ci illərdə dialektoloji lüğət üçün xüsusi ekspe-

disiyalar təşkil olunmuşdur. 1966-cı ildə şöbənin baş elmi işçiləri B.M.Tağı-

yev  və  Q.M.Həsənovun  Basarkeçər,  Hamamlı,  Çəmbərək  rayonlarından, 

1968-ci  ildə  K.T.Ramazanovun  Azərbaycanın  Ucar,  Z.Ə.Xasıyevin  Kür-

dəmir, R.Ə.Kərimovun Oğuz rayonundan topladıqları materiallar dialektoloji 

lüğətin məzmunca dolğunlaşmasında mühüm rol oynamışdır.  

1964-cü  ildə  Azərbaycan  dilinin  bir  cilddən  ibarət  dialektoloji  lüğəti-

nin  nəşr  olunması  zərurətlə  bağlı  olmuşdur. 1964-cü  ildən  sonra  da  dialekt-

lərin  öyrənilməsi  davam  etdirilmiş  və  xeyli  miqdarda  yeni  dialekt  sözləri 

                                                             

1

 

Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, s. 308-309. 




 

10 


toplanmışdır. Görülən işlər ikicildlik lüğətin tərtibinə imkan yaratmışdır. 

“İkicildlik  dialektoloji  lüğəti  M.Ş.Şirəliyev  (A  hərfi),  M.İ.İsmayılov 

(

Ö,  R,  F

),  K.T.Ramazanov 



(Q,  Y,  P,  C),

  B.M.Tağıyev 




Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə