Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   15   16   17   18   19   20   21   22   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

A,  B,  V

  hərfləri  ),  aparıcı  elmi 

işçi, filologiya elmləri namizədi B.T.Abdullayev (

K, G, L, M, N, O, Ö, P, R

 ), 


böyük elmi işçilər: filologiya elmləri namizədləri N.R.Rəhimzadə (

D, E, Ə, J, 

Z,  İ,  Y

),  M.A.İsmayılova  (



S,  T,  U,  Ü,  F,  X,  H,  C,  Ç,  Ş

),  elmi  işçi 

S.K.Əhmədova (

Q

) tərtib etmişlər. 

Üç  cilddə  hazırlanmış  “Azərbaycan  dilinin  izahlı  lüğəti”  dilimizin 

lüğət  tərkibini  yüksək  tələblər  səviyyəsində  əks  etdirdiyi  üçün  oxucular 

tərəfindən  müsbət  qiymətləndirilmişdir.  Bu  lüğət  sözlərin  mənaları,  məna 

incəlikləri barədə dolğun təsəvvür yaradan mənbədir. Lüğətdə, xüsusən, son 

illərdə  dilimizə  daxil  olmuş  yeni  sözlər  və  ifadələrlə  də  tanış  olmaq 

mümkündür. 

II fəslin I paraqrafında 1990 – 2000-ci illərdə çap olunmuş digər izahlı 

lüğətlərdən də bəhs olunur. 

Dissertasiyanın  II  fəslinin  II  paraqrafı  “Azərbaycan  dilinin  tərcümə 

lüğətləri”



 

adlanır.  Tərcümə  lüğətləri  özgə  dili  mükəmməl  öyrənmək  və  bir 

dildən başqa dilə tərcüməni asanlaşdırmaq üçün yaranan lüğətdir.  

1990 – 2000-ci illərdə nəşr olunmuş Azərbaycan dilinin tərcümə lüğət-

lərindən nümunələr bütün genişliyi ilə dissertasiyada öz əksini tapmışdır. 

Dissertasiyanın II fəslinin III paraqrafı “Azərbaycan dilinin terminoloji 

lüğətləri”

 

adlanır. Terminoloji lüğətçilik ədəbi  dilin bazası əsasında yaransa 

da, özünəməxsus spesifik xüsusiyyətləri var. Dilin leksik sisteminin ayrılmaz 

hissəsi kimi terminlər iki cəhətdən diqqəti cəlb edir. O, bir tərəfdən, leksikdir, 

çünki  normativ  funksiya  yerinə  yetirir,  yəni  əşyanı  adlandırır,  məfhumu 

ifadə edir, digər tərəfdən isə loqosdur, çünki söz terminlə məfhum arasındakı 

əlaqəni  təmin  edir.  Terminoloji  lüğətlərin  əsas  vəzifəsi  dilin  xüsusi 

leksikasını təsvir etməkdir.  

1990 – 2000-ci illər arasında nəşr edilmiş Azərbaycan dilinin termino-

loji  lüğətləri  dissertasiyada  geniş  şəkildə  öz  əksini  tapmış,  terminoloji 

lüğətlərin hər biri barədə geniş məlumat verilmişdir.  

Dissertasiyanın II fəslinin IV paraqrafı “Azərbaycan  dilinin linqvistik 

lüğətləri”

 

adlanır. Dissertasiyanın II fəslinin IV paraqrafında 1990 – 2000-ci 

illərdə  çap  olunmuş  dialektoloji,  əcnəbi  sözlər,  orfoepiya  və  orfoqrafiya, 

etimoloji,  yalvarışlar,  sinonimlər,  vurğu,  paronimiya  və  paronomaziya 

                                                             

1

 



Azərbaycan dilinin izahlı lüğəti / A.A.Axundovun redaktəsi ilə. I cild, Bakı, Çıraq, 1997, s. 5.

 



 

20 


lüğətləri əhatə olunur. 

1990  –  2000-ci  illərdə  çap  olunmuş  Azərbaycan  dilindəki  əcnəbi 

sözlər  lüğətləri  bunlardır:  “Ərəb  mənşəli  qohum  sözlər  lüğəti”.  “Maarif”, 

Bakı,  1991;  “Bunu  ərəbcə  necə  deməli”  danışıq  kitabçası”.  “Tural”,  Bakı, 

1993;  “Ərəb  əlifbası.  Farsi-türki  mənzum  lüğəti”.  “Təbib”,  Bakı,  1995; 

“Töhfeyi-Hüsam” lüğəti. “Elm”, Bakı, 1996. 

1991-ci ildə “Ərəb mənşəli qohum sözlər lüğəti” nəşr olunmuşdur. 1993-

cü  ildə  “Bunu  ərəbcə  necə  deməli?”  (Azərbaycanca-ərəbcə  danışıq  kitabçası) 

“Tural” elmi-texniki mərkəzində nəşr olunmuşdur. Tərtib edənlər: M.İ.Qarayev, 

S.F.Əhmədov və  M.C.Əhmədovdur. Lüğət 152 səhifədən ibarətdir

1



Lüğətin  girişində  vacib  sayılan  “Hamı  üçün”  qeydi  göstərilmişdir.  Bu 



danışıq  kitabçası  ərəb  ölkələrinə  səfər  edən  azərbaycanlı  turistlər,  həmin 

ölkələrə  işləməyə  gedən  müxtəlif  ixtisas  sahibləri,  ərəb  dili  şöbələri  və 

kurslarının  tələbə  və  dinləyiciləri,  bir  sözlə,  geniş  oxucu  kütləsi  üçün 

nəzərdə  tutulmuşdur.  Buna  görə  də  oraya  çox  rəngarəng  mövzular,  sözlər, 

ifadələr və zəruri qısa mükalimələr daxil edilmişdir. 

  1995-ci  ildə  “Ərəb  əlifbası.  Farsi-türki  mənzum  lüğəti”  “Təbib” 

nəşriyyatında  nəşr  olunmuşdur.  Lüğətin  tərtibçisi  Ə.Əhmədov,  naşiri  və 

redaktoru  K.Novruz,  rəyçisi  isə  V.M.Məmmədəliyevdir.  119  səhifədən 

ibarət  lüğət

2

 beş  fəsildən  ibarətdir.  I  fəsildə  ərəb  orfoepiyası  və  fonetikası 



barədə məlumat verilir. II fəsil ərəb əlifbasının Azərbaycan dilində tətbiqinə 

həsr  edilmişdir.  Kitabın  III  fəsli  “Hüsni-xətt”  adlanır.  IV  fəsildə  əbcəd 

hesabı əsasında düzəldilmiş qələmi-hindi (hind xətti), müşəccər (ağac şəkilli 

xətt) haqqında ətraflı məlumat verilir. Bu fəsildə həm də “qəzənfəri hərflər”, 

“kəm  səla”  sistemi  izah  olunmuşdur.  V  fəsil  ərəb  əlifbasının  bədii 

imkanlarına  həsr  olunmuşdur.  Bundan  başqa,  kitabda  əruzun  daha  geniş 

yayılmış  beş  bəhri  əsasında  yazılmış  “Farsi-türki”  mənzum  lüğəti 

şərqşünaslar üçün də faydalı vəsaitdir. 

1996-cı  ildə  “Töhfeyi-Hüsam”  (farsca-türkcə  mənzum  lüğət)  İslam 

Araşdırmaları  mərkəzi  olan  “İrşad”  tərəfindən  “Elm”  nəşriyyatında  nəşr 

olunmuşdur.  

Dilimizin  inkişafında  xüsusi  mərhələ  təşkil  edən  XIII  əsr  Azərbaycan 

dilçiliyi  tarixinə  leksikoqrafik  əsərlərin  yaranması  dövrü  kimi  daxildir.  Bu 

                                                             

1

 

Bunu ərəbcə necə deməli? (tərtib edənlər: M.İ.Qarayev, S.F.Əhmədov, A.H..Seyid) Bakı: Tural, 



1993. 

2

 



Əhmədov Ə.A. Ərəb əlifbası. Farsi-türki mənzum lüğəti. Bakı: Təbib, 1995. 


 

21 


dövrdə yaranan, lakin əsrlərlə itmiş hesab edilən və uzun axtarışlardan sonra 

əlyazma nüsxələri çətinliklə də olsa əldə  edilən “Töhfeyi-Hüsam” dilimizin, 

mədəniyyətimizin  tarixi,  ümumiyyətlə,  türkologiya  tarixi  üçün  yeni  bir 

töhfədir.  “Töhfeyi-Hüsam”  Azərbaycan  leksikoqrafiyası  tarixində  yazılmış 

ilk  mənzum  lüğətdir.  Onun  müəllifi  Hüsam  Xoyi  isə  bu  sahədə  qələmini 

sınamış  ilk azərbaycanlı alimdir. “Əs-Sihah əl-əcəmiyyə” XIII əsrdə dilimi-

zin  ilk  nəsr  nümunəsidirsə,  “Töhfeyi-Hüsam”  şeir  dilimiz  haqqında  geniş 

təsəvvür yaradan ilk nəzm əsəridir.  

2000-ci  ildə  “Azərbaycan  yalvarışları  lüğəti”  “Bakı  Universiteti” 

nəşriyyatında  çap  olunmuşdur.  23  səhifədən  ibarət  olan  lüğətin  tərtibçisi 

N.Q.Cəfərovdur.  Sahəsinə  görə  ilk  təşəbbüs  olan  bu  lüğətdə  Azərbaycan 

şifahi xalq ədəbiyyatının janrlarından biri olan yalvarışlar toplanmışdır. 

Linqvistik  lüğətlərin  bir  növü  də  vurğu  lüğətidir.  Azərbaycan 

leksikoqrafiyasında  sinonimlər  lüğəti  çox  gec  –  1990-cı  ildə  “Azərbaycan 

dilinin  sinonimlər  lüğəti”  adı  ilə  “Yazıçı”  nəşriyyatında  nəşr  olunmuşdur. 

Lüğətin  tərtibçiləri  İ.Məmmədov  və  H.Həsənovdur.  468  səhifədən  ibarət 

lüğətin  redaktoru  T.Hacıyevdir.  Lüğətdəki  sinonimlərin  öyrənilməsinin 

timsalında  dilin  tarixi  inkişafı  haqqında,  mübarizəsi  və  dözümü  haqqında 

müəyyən  təsəvvür  almaq  olar.  Lüğət  müəllifinin  çıxardığı  qənaətə  əsasən  – 

Sinonimlik  təkcə  dilin  zənginliyini  göstərmir,  həm  də  onun  təmizlik  və 

varlıq uğrunda mübarizə tarixini əks etdirir

1



1991-ci ildə “Azərbaycan dilinin paronimiya və paronomaziya lüğəti” 

nəşr olunmuşdur. Lüğətin tərtibçisi H.A.Həsənov olmuşdur. Bu lüğət müasir 

Azərbaycan ədəbi dilində eyni və müxtəlif  köklü sözlərdən törəyən paronim 

və  paronomazik  sözlərə  həsr  olunmuşdur

2

.  Səslənmə  və  strukturca  oxşar 



sözlərin mənaları arasındakı fərqə əhəmiyyət verilməməsi  nəticəsində paro-

nonim  və  paronomazik  söz  bir-birilə  qarışdırılır.  Bu  da  ifadə  olunan  fikrin 

dolaşıqlığına  səbəb  olur.  Lüğətdə  eyni  və  müxtəlif  köklü  sözlər  arasındakı 

səslənmə  və strukturca oxşarlıq, onların  məna fərqləri, törəmə  və inkişafları 

müəyyənləşdirilir.  Eyni  zamanda  oxucunun  diqqəti  səslənmə  və  strukturca 

oxşar,  mənaca  müxtəlif  olan  paronim  və  paronomazik  sözlərin  düzgün 

seçilib  işlədilməsinə  cəlb  olunur.  Paronimiya  hadisəsinə  uyğun  olan  hadisə 

paronomaziyadır ki, bu terminin mənası “yaxınadlı” deməkdir.  

                                                             

1

 



Məmmədov İ.O., Həsənov H.Ə. Azərbaycan dilinin sinonimlər lüğəti. Bakı: Yazıçı, 1990. 

2

 



Azərbaycan dilinin paronimiya və paronomaziya lüğəti (tərtib edəni H.Ə.Həsənov). Bakı: 

Maarif, 1991. 




 

22 


Dissertasiyanın  II  fəslinin  V  paraqrafı  “Azərbaycan  dilinin  ensiklo-

pedik  lüğətləri”



 

adlanır.  1990  –  2000-ci  illərdə  leksikoqrafiyamızın  tarixinə 

nəzər  yetirdikdə  görürük  ki,  Azərbaycan  dili  ilə  bağlı  cəmi  iki  ensiklopedik 

lüğət çapdan çıxmışdır. Bu illərdə çap olunmuş  Azərbaycan  dilinin  ensiklo-

pedik lüğətləri aşağıdakılardır: 

1. Ədəbiyyatşünaslıq ensiklopedik lüğəti. Bakı, 1998 

2. Azərbaycan toponimləri ensiklopedik lüğəti. Bakı, 2000 

1998-ci ildə nəşr olunmuş “Ədəbiyyatşünaslıq ensiklopedik lüğəti”nin 

tərtibçisi  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü,  əməkdar  elm 

xadimi Ə.M.Mirəhmədovdur. Lüğətdə dünya klassik ədəbiyyatına və müasir 

ədəbiyyata,  xüsusilə  Azərbaycan  bədii  söz  sənətinə  aid  termin  və  anlayış-

ların  izahı  verilir.  Kitabda  şifahi  ədəbiyyatın  yaradıcılıq  metodları  və  ədəbi 

cərəyanların  xarakteristikası  mühüm  yer  tutur,  onların  şərhində  son  illərin 

sosial, mədəni, elmi yenilikləri mümkün qədər nəzərə alınır, coğrafi areal və 

milli  ədəbiyyatlar  əvvəlkindən  daha  geniş  miqyasda  təmsil  olunur,  Şərq  və 

Qərbə  aid  ədəbi  terminlərin  böyük  bir  qismi,  habelə  Azərbaycan 

mifologiyası  və  dinşünaslığına  aid  olub,  tədrisdə  tez-tez  işlənən  bəzi  ter-

minlər ilk dəfə izah edilir.  

“Ədəbiyyatşünaslıq  terminləri  lüğəti”nin  birinci  nəşri  bu  sahədə  ilk 

addımlardandır.  Onun  hazırlanmasında,  elmi  ədəbiyyatdan  xeyli  istifadə 

edilməsinə  baxmayaraq,  görkəmli  poetika  mütəxəssisi  L.İ.Timofeyev  və 

N.Venqrovun “Kratkiy slovar literaturovedçeskix terminov” kitabına (1952) 

birinci dərəcəli məxəz kimi əsaslanılmışdır. 

2000-ci  ildə  “Azərbaycan  toponimləri  ensiklopedik  lüğəti”  nəşr 

olunmuşdur.  Oxuculara  təqdim  edilən  bu  lüğətə  Azərbaycanın  tarixi, 

etnoqrafiyası,  dili  və  coğrafiyası  ilə  bağlı  toponimlər  haqqında  məlumatlar 

daxil  edilmişdir.  Lüğətdə  təxminən  yeddi  minə  qədər  toponim-şəhər,  kənd, 

dağ,  çay,  göl  və  s.  haqqında  izahlı  məlumatlar  verilmişdir.  Mənaları  tam 

açılmayan toponimlər də lüğətdə əksini tapmışdır. İllər, əsrlər bir-birini əvəz 

edir,  siyasətlər  dəyişir,  yeni  dövlətlər  yaranır,  köhnələr  dağılır,  yox  olur, 

tarix  yeni  mərhələlərə  qədəm  qoyur.  Tarixə  maraq  genişləndikcə  və 

dərinləşdikcə  yer  adları  ilə  məşğul  olan  elm  sahəsi  –  toponimiya  da  sürətlə 

inkişaf  edir.  Azərbaycanda  toponimiya  elminin  inkişafı  qədim  və  zəngin 

tariximizin yenidən öyrənilməsinə, bir çox ziddiyyətli və qaranlıq məsələlərə 

aydınlıq gətirmək üçün geniş imkanlar yaradır.  

Lüğətin nəşrinin əsas təşəbbüsçülərindən biri Q.Qeybullayevdir. Onun 

Azərbaycan  toponimiyasına  dair  çoxsaylı  məqalələri  və  monoqrafiyaları 

lüğətin başa çatdırılmasında başlıca rol oynamışdır. Kitabın hazırlanmasında, 




 

23 


məqalələrin  əksər  hissəsinin  yazılmasında  da  onun  böyük  əməyi  olmuşdur. 

Kitabın  ilkin  hazırlıq  mərhələsində  Y.Yusifov,  S.Kərimov  və  R.Qurbanov 

yaxından  iştirak  etmişlər.  Lüğətdə  Azərbaycan  Respublikası  ərazisində 

mövcud olan toponimlər barədə məlumat verilmişdir.  

Hər bir xalqın tarixi dili, etnogenezi, təfəkkürü, məşğuliyyəti haqqında 

dəyərli məlumat verən toponimlər onomastik vahidlər sırasında öz zənginliyi 

ilə  seçilir.  Lüğətdə  toplanmış  toponimlər  Azərbaycan  Respublikasının  bu 

günü  və  yaxın  keçmişi  ilə  bağlı  olan  coğrafi  adlardır.  Lüğətin  tərtibində 

toponimiyadakı  son  məlumatlar  nəzərə  alınmışdır.  Lakin  bəzi  məqamlarda 

tərtibçilər və redaktor öz mövqelərindən çıxış etməyi lazım bilmişlər. Belə ki, 

əsasən toponimik tədqiqatlara yardım məqsədilə nəzərdə tutulmuş bu lüğətdə 

gələcək  tədqiqatçıları  düzgün  istiqamətləndirmək  üçün  kəndlərin  adları 

onların  daxil  olduqları  inzibati  ərazi  vahidlərinin  adları  ilə  birlikdə  çəkilir. 

Müstəqillik  dövründə  dəyişdirilmiş  adların  bəziləri  tərtibçiləri  qane  etmə-

diyindən,  köhnə  adların  etimologiyası  da  açıqlanmış  və  beləliklə  də  qədim 

dil  vahidlərinin  dildən  çıxarılmasına  qarşı  tədqiqatçılar  öz  fikirlərini  söy-

ləmiş  olmuşlar.  Lüğətin  tərtibində  müəlliflərin  öz  tədqiqatları  ilə  yanaşı, 

Azərbaycanın  bir  çox  görkəmli  dilçi  alimlərinin,  türkoloqlarıın,  tarixçilərin, 

coğrafiyaşünasların,  toponimistlərin,  etnoqrafların  əsərləri  nəzərdən  keçiril-

miş,  mövzu  ilə  bağlı  müxtəlif  lüğətlərə,  toplulara,  inzibati  ərazi  bölgülərinə 

müraciətlər olmuş, müqayisələr aparılmışdır.  


Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə