Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   40   41   42   43   44   45   46   47   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
146
informasiyanın açıqlanması üzərində nəzarətin həyata keçi-
rilməsinə maneçilik törədir və həmin sahədə tənzimlənmənin
səmərəlililiyini aşağı salır. Hazırda informasiyanın açıqlanmasına
qoyulan tələblərin pozulmasına  görə maksimum məbləğ həm
vəzifəli, həm də hüquqi şəxslər üçün aşağıdır. Bu isə qiymətli ka-
ğızlar bazarında informasiyanın açıqlanması ilə bağlı pozuntuların
qarşısının səmərəli surətdə alınmasına kifayət etmir. Bundan əlavə,
cərimə qoyulmasının mövcud proseduru tərəflər üçün nəzərdə tu-
tulan ciddi məsuliyyətə cəlb etməni mümkünsüzləşdirir. Fond ba-
zarlarında nəzarətin səmərəliliyini yüksəltmək və pozuntuların
qarşısını almaq üçün inzibati hüquqpozmalarla bağlı Mülki
Məcəlləyə dəyişiklik və əlavələr edilməlidir. Burada cərimə sank-
siyalarının qoyuluşu prosedurunun sadələşdirilməsi və cərimələrin
məbləğininin (xüsusilə informasiyanın açıqlanması ilə bağlı
tələblər təkrar pozulduqda) xeyli artırması nəzərdə tutulmalıdır.
5.7 Bazarın birləşməsi və yenidən təşkili zamanı
səhmdarların hüquqlarının müdafiəsi
Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsi yaxın pe-
respektivdə birləşmələrin (udulmaların) və yenidənqurmaların sa-
yının sürətli artımı ilə xarakterizə oluna bilər. Udulma  üzrə söv-
dələşmlər faktiki olaraq iqtisadiyyatın bütün sahələri üçün xarakte-
rikdir. Bununla belə, udulma və yenidənqurma proseslərinin
hüquqi tənzimlənməsi lazımı səviyyədə deyildir. Praktiki olaraq
“udulma” anlayışı iri səhm zərfi əldə edilən hallarda tətbiq olunur.
İri səhm zərfinin əldə olunma qaydaları əksər ölkələrin “Səhmdar
cəmiyyətləri haqqında” qanunvericilik bazasının müvafiq mad-
dısində verilmişdir. Lakin, mövcud hüquq norması ilə bağlı
göstərmək olar ki, səhmdarların alış obyekti olan cəmiyyətlərin
səhmlərinə  qoyduqları vəsait bazar dəyəri ilə uyğunluq təşkil et-
mir. Bununla əlaqədar səhmdar cəmiyyətləri haqqında qanunveri-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
147
cilik bazasına (Mülki Məcəllə və s.) aşağıdakı  əlavə və dəyi-
şiklərin edilməsi zəruridir:
v Udulma qaydaları haqqında genişlənmənin aid ediləcəyi
səhmdar cəmiyyətlərinin dairəsinin dəqiqləşdirilməsi. Udulma
haqqında qaydaların təsirinin açıq səhmdar cəmiyyətlərinin hamı-
sına aid edilməsi  nəzərdə tutulur. Amma bu prosesin tən-
zimlənməsinin təşkil olunmuş bazarda cəmiyyətin qiymətli kağız-
larının ticarət amilindən asılı olaraq nizamlanması diferensiallaşdı-
rılmalıdır.
v Əldəetmə haqqında təkliflər üzrə sənədlərə tələblərin
müəyyən olunması;
v Təklifin alınması, təklifin qəbul edilməsi və təklifin
müddətləri haqqında qaydaların yerinə yetirilməsi;
v Udulma  zamanı direktorlar şurasının vəzifələrinin
müəyyənləşdirilməsi;
v Təkliflərin dəyişdirilməsi və geri çağırılması qaydası;
v Udulmadan müdafiə üsullarının nizama salınması,  xüsusən,
yalnız səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilməli
olan məsələlərin siyahısının hazırlanması zərurəti (məsələn,
cəmiyyət tərəfindən yerləşdirilmiş səhmlərin alınması, əlavə
səhmlərin yerləşdirilməsi və s.);
v İctimai təkliflər veriləndən sonra əldəetmə haqqında
rəqabətli təklifin, o cümlədən, “məcburi təkliflər”in verilməsinin
mümkünlüyü.
Bundan əlavə “Qiymətli kağızlar haqqında” qanunun udulma
prosesində informasiyanın açıqlanması qaydaları hissəsində, həm-
çinin inzibati qanunvericilikdə udulma prosedurunun pozulmasına
görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı dəyişikliklərin  edilməsi
zəruridir.
Yenidən təşkil zamanı səhmdarların maraqlarının müdafiəsi
problemləri də xüsusi diqqət tələb edir. Mövcud qanunvericilik
nəinki yenidənqurmaya mane olur, həm də bəzən ziddiyyətli olma-
sı ilə ona gətirib çıxarır ki, aparılan ixtiyarı  yenidənqurma özündə
onun qeyri-qanuni tanınmasının yüksək riskini saxlayır. Qanunve-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
148
riciliklə həlli tələb olunan əsas problemlər arasından aşağıdakılar
seçilməlidir:
v Yenidənqurma formalarının diversifikasiya olunması
zərurəti, bu formaların birələşdirilməsi imkanlarının təmin olun-
ması, həmçinin, kommersiya təşkilatlarının yenidən qurulmasında
müxtəlif təşkilati-hüquqi formaların iştirak imkanları;
v Tutarlı  əsaslar olmadan kreditorların yenidənqurmaya ma-
neçiliyinin aradan qaldırılması;
v Yenidənqurulan kommersiya təşkilatları iştirakçılarının ma-
raqlarının  müdafiəsinin təmin edilməsi, o cümlədən, kommersiya
təşkilatları iştirakçılarına yenidənqurma ilə bağlı qərarın qəbul
olunması məqsədilə zəruri informasiyanın verilməsi;
v Səhmlərin (hissələrin, payların) bazar dəyərinin təyin
edilməsi məqsədilə müstəqil qiymətləndiricinin məcruri cəlb
edilmə öhdəliyinin qəbul edilməsi, bunun əsasında yenidən təşkil
olunma zamanı səhmlərin (iştirak hissəsi, pay) dəyişmə  əmsalının
və verilən kompenssasiyanın həcminin təyin olunması;
v Məhkəmə qərarı olmadan yenidənqurmaya məcburetmə hal-
larının aradan qaldırılması.
5.8 Korporativ qanunvericiliyin və  idarəetmə sisteminin
təkmilləşdirilməsi
Nizamnamə kapitalının və aktivlərin həcminin azalması zamanı
kreditorların hüquqlarının təmin edilməsi məsələsi diqqət
mərkəzində saxlanmalıdır. Cəhmdar cəmiyyətlərinin nizamnamə
kapitalının formalaşdırılması məsələlərinin hüquqi tən-
zimlənməsində bir sıra məhdudiyyətlər mövcuddur ki, onlar da ya
təsərrüfatçılıq şəraitini pisləşdirir, ya da müəssisələrin fond bazar-
larının imkanlarından daha fəal istifadə etmələrinə maneçilik
törədir. Bu amillərə nizamnamə kapitalı azaldıqda kreditorların
hüquqlarının təmin edilməsi və nizamnamə kapitalının xalis aktiv-
lərinin həcminə müvafiq olması daha çox aiddir.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə