Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
130
Fond bazarının yaranması və inkişafı üçün zəruri olan bir sıra
amillərin əks istiqamətdə olmasıda bazarın zəif inkişafını şərtləndi-
rir. Bu amilləri aşağıdakı kimi sistemləşdirmək olar:
v Fond bazarının inkişafı müəssisələrin və dövlətin maliyyə-
ləşmə mənbələrini necə axtarmaları ilə  şərtlənir. Bu bazarda ma-
liyyə mənbəyi axtaran subyekt, nəzəri və praktik cəhətdən ilk növ-
bədə özünün yüksək gəlirliyini, perspektivliyini cəmiyyətə aşkar
etməklə nail ola bilər. Amma Azərbaycan reallığında bu sanki öz
təkmil ifadəsini tapmır. Yüksək gəlirliyin göstərilməsinin arxasın-
da leqal fəaliyyət, vergi ödəmələri durur. Bu amil isə, ümumi
şəkildə çox vaxt müəssisəyə “sərf” etmir.
v Energetika və digər dövlət sektoruna yönələn külli miqdarda
xarici investisiyalar fond bazarının yaradılmasının zərurətlərindən
biri olan xarici maliyyələşmə problemini nisbətən arxa plana çəkir.
Hökumətin ekspansionist büdcə siyasəti aparmaması və eyni za-
manda bank sektorunun maliyyələşmə imkanı qiymətli kağızlar
bazarına olan ehtiyacı azaldır.
Təcürbə sübut edir ki, fond bazarında ən müvəffəq və uğurlu bir-
jalar mənfəət məqsədi daşıyırlar. Belə olan halda birjadan mənfəət
gözləyən iştirakçılar, investorlar və səhmdarlar birjanın daha
səmərəli fəaliyyətinin təşkilində maraqlı olacaqlar. Çünki belə birja-
ya daha çox müəssisələr, firmalar üz tutar və burada aparan əməliy-
yatların həcmi daha çox artmış olar. Yəni burada dövlətdən başqa
birjanın səhmdarlarının da məqsədi vacibdir. Ölkənin fond bazarı
mənfəət məqsədlərinə xidmət etsədə, lakin o qapalı səhmdar cə-
miyyət olmaqla, geniş fəaliyyət imkanlarına malik deyildir.
Fond bazarının faydaları qeyd edilərkən, ilk növbədə fond əldə
etmə faktoru ortaya çıxır. Lakin, müəssisəyə fond təmin edənlərin
iki məqsədi ola bilər: ya qısa müddətli gəlir əldə etmək, yəni qısa
müddətdə səhmləri əldən çıxartmaq, ya da uzun müddətə investisi-
ya edərək müəssisənin gəlirlərinə ortaq olmaq. Əlbəttə qısa
müddətli gəlir əldə etmək məqsədi olanlar üçün istədiyi vaxtda
səhmləri əldən çıxarda bilmə qabiliyyəti, yəni səhmlərin likvidliyi
mühümdür. Azərbaycan səhmdarlarının demək olar ki, çox hissəsi


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
131
uzun müddətli səhmdar olmaq məqsədilə müəssisəyə ortaq olub,
onun  səhmdarına  çevirirlər.  Təbii  ki,  belə  olan  halda  onlar  fond
bazarının, birjanın inkişafında maraqlı olmayacaqlar. Dövlət də
mülkiyyətini, əmlakını blok halında özəlləşdirdiyi üçün o da fond
bazarının inkişafına elə ciddi ehtiyac duymaya bilər.
Fonda və maliyyə resursuna ehtiyacı olan müəssisələr bu fondu,
vəsaiti əlaqəsi olduğu banklar vasitəsi ilə təmin etməyə cəhd edir,
bu səbəbdən də ölkədə əsas fond təminatçıları kimi çox vaxt bank-
ların üstün mövqeyi olur. Mövcud vəziyyət Avropa ölkələrində də
müşahidə edilir. Bu amilin isə korporativ idarəetmə sisteminin və
yanaşmasının inkişafına əks təsiri daha çoxdur. Çünki firma və
müəssisələr banklardan borc təldə edə bildiyi üçün birjada daha
aktiv olmağı özünə vacib bilmir.
Fond bazarının inkişafı baxımından dövlət müəssisələri özəlləş-
dirilərkən blok satışdan əlavə hissə satışına da üstünlük verilməsi
və bu prosesin birja vasitəsilə həyata keçirilməsi zəruridir. Yəni
müəssisələrin monopoliyasına qarşı göstərilən həssaslığı səhmdar-
ların monopoliyasına qarşı da göstərmək olar. Birja səhmdarları isə
kiçik və orta müəssisələrin də birjada fond təminatına və cəlbinə
şərait yaratmalıdırlar. Bu halda ölkədə kiçik, yeni yaranan və geniş
perspektivli müəssisələrə inkişaf imkanları yaradılar və bunun va-
sitəsilə də fond bazarının fəallığı artmış olar. Təcürbə göstərir ki,
belə müəssisələrin bank kreditindən faydalanma imkanları aşağı
olur və onlar birja vasitəsilə maliyyə-təsərrüfat fəaliyyətinin əlavə
maliyyələşdirilməsində maraqlı olurlar. Məhz bu amil Azərbay-
canda da NASDAQ (ABŞ), Nouveau Marché (Fransa) kimi birja-
ların analoqunun yaranmasında əhəmiyyətli rol oynaya bilər.
Azərbaycan fond bazarının inkişafı müəssisələrin fəaliyyəti ilə
bağlı geniş çeşiddə məlumatların əldə etmə imkanının yaranma-
sından da aslıdır. Belə ki, müəssisələr şəffaflığın əhəmiyyətini an-
layışla qarşılamalı və  şəffaflığın imkanları ilə fəaliyyətlətlərinin
genişlənməsinə inam göstərməlidirlər. Çünki müəssisəyə sərmayə
qoyan şəxs həmin müəssisə ilə bağlı geniş çeşiddə məlumat əldə
etmək məqsədi güdür və bu baxımdan məlumatlar fəaliyyətin son-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
132
rakı proseslərinin qiymətləndirilməsinə də imkan yaratmalıdır. La-
kin, ölkənin fond bazarında belə yanaşmanın kifayət qədər forma-
laşmaması və səhmdarların səhmlərinin təkrar bazarda satmağa
ehtiyacının olmaması kimi amillər də mövcud bazarın inkişafına
maneələr yaratmaqdadır.
Ölkənin özəlləşdirilən nisbətən iri müəssisələri əsasən əvvəl
dövlətə məxsus olub, blok halında satılan müəssisələrdir. Bu
müəssisələrin səhmdarlarının təkrar bazarın inkişafında necə ma-
raqlı olacaqlarını xüsusi aşdırmaq zərurəti vardır. Ölkənin kiçik və
orta müəssisələrinə birjadan maliyyə vəsaitləri əldə etmək  imkan-
ları yaratmaq mümkün olsada, lakin bu zaman yeni səhmdarların
yaranması və onların maraqlarının da gözlənilməsi mühümdür.
Onlar da təkrar bazarın inkişafında maraqlı olmasalar demək ki,
birja yenə ilkin bazar kimi fəaliyyət göstərəcəkdir. Ölkənin fond
bazarında təkrar bazarın vacibliyini göstərən kompleks tədbirlərin
həyata keçirilməsinə zərurət artmaqdadır.
Bazardan borclanan və ya bazarda səhmlərini sataraq maliyyə
vəsait əldə etmək istəyən müəssisə bunun üçün bazarı mütəmadi
olaraq şəffaf məlumatlarla təmin etməlidir. Lakin, belə ehtiyac
banklar üçün yoxdur, çünki onlar istədikləri kimi məlumatı müəs-
sisələrdən, şirkətlərdən əldə edə bilirlər. Ölkə müəssisələrinin
banklardan borclanma səviyyəsini və imkanını müasir şəraitdə
təbii qarşılamaq olar, çünki maliyyə-kredit və digər bu kimi bazar-
larda bu qurumlar öz üstün mövqeləri ilə çıxış edirlər. Məhz bu-
nunla bağlı ölkənin fond bazrının inkişafı üçün daha geniş imkan-
lar yaranmaqdadır. Bu istiqamətdə həm də mariflənmə tədbirlərinə
ehtiyac artmaqdadır.
Belə bir məsələ xüsusi narahatlıq yaradır, banklar maliyyə baza-
rının inkişafında maraqlıdırlarmı. Yoxsa onlar ölkədə yeganə gəlir-
qaynaq mənbəyi olmaqla, daha mənfəətli fəaliyyət göstərmələrini
əsas götürürlər. Borcvermə qarşılığında bankların müəssisə
fəaliyyətinə nəzarət imkanları və məsrəfləri yüksəkdir. Halbuki
birjadan alına biləcək məlumatlar bankların bu imkanlarını və
məsrəflərini azalda bilər. Əlbəttə banklarla müəssisələrin səhmdar-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə