Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   40   41   42   43   44   45   46   47   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
143
Bu məqsədlə həmçinin tənzimləmə  və informasiyanın açılışı za-
manı xüsusi qaydalar hazırlanmalıdır. İnvestorların ixtisaslılıq
səviyyəsinə görə təsnifləşdirilməsi beynəlxalq təcürbədə artıq tət-
biq edilməkdədir. Və o fond bazarında investorların hüquqlarının
müdafiəsi ilə qiymətli kağızların emitentlərinə qarşı olan artıq tən-
zimləyici  yükünün azaldılması arasında optimal balansın yaran-
ması üzrə səmərəli mexanizm rolunu oynayır.
İxtisaslı investor - yüksək ixtisasa və təcürbəyə malik, maliyyə
alətlərinnin istifadəsində investisiya risklərini qiymətləndirən və
müxtəlif qiymət dəyişkənliyi şəraitində qiymətli kağızlar üzrə
əməliyyatları müstəqil həyata keçirmək bacarığına malik şəxs he-
sab olunur. İxtisaslı investorlar həmçinin, qiymətli kağızlar baza-
rında peşəkar iştirakçı lisenziyasına malik broker və diler
şirkətləri, idarəetmə  şirkətləri, kredit təşkilatları və sığorta
şirkətləri, sənaye korporasiyaları, habelə fond bazarında əməliy-
yatlar aparan, müəyyən olunmuş tələblərə cavab verən fiziki
şəxslər də ola bilər. Ümumilikdə isə, ixtisaslı investor kapital baza-
rını və onun fəaliyyət, tənzimləmə mexanizmlərini yaxşı bilib, bu
baxımdan peşəkar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.
Həmçinin, ixtisaslı investora qarşı bilik, təcürbə və peşə-fəaliyyət
üzrə tələblər də müəyyən edilə bilinər.
“İxtisaslı investor” məfhumunu yerli bazarın tənzimlənmə
təcürbəsində tətbiq edilərkən, bu sahədə olan beynəlxalq təcürbə,
ölkə qanunvericiliyinin xüsusiyyətləri, fond bazarının inkişaf
səviyyəsi və investorun ixtisas kateqoriyasına aid edilməsi üzrə
meyyar və  şərtlər nəzərə alınıb, müəyyənləşdirilməlidir. İnvestor-
ların ixtisaslı və qeyri-ixtisaslı qruplara bölünmasi fond bazarının
inkişafına təkan verəcəkdir. İxtisaslı investorlar arasında qiymətli
kağızların yerləşdirilməsi və dövriyyəsi - emitentlər tərəfindən
qiymətli kağızların buraxılışını və səhmlərin ötürülməsi (transaksi-
ya) xərclərini yüksəltmədən kapital dövriyyəsinin həcmini (ixtisas-
lı investorlar arasında yerləşdirilmiş qiymətli kağızların emissiya-
sının yüngülləşdirilmiş rejiminin tətbiqi və informasiyanın açılma-
sı üzrə tələblərin azalması hesabına) artırmağa imkan verəcəkdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
144
Eyni zamanda, qeyri-peşəkar investorlar üçün mümkün ola biləcək
riskin yüksəlmə imkanı artmayacaq, fond bazarında investorların
hüquq və maraqlarının adekvat və tam müdafiə rejimi saxlana-
caqdır. İxtisaslı investorlar arasında qiymətli kağızların yerləşdi-
rilməsi və dövriyyəsi qaydaları aşağıdakı amillər nəzərə alınmaqla
hazırlanmalıdır:
Ø İxtisaslı investorlar arasında yerləşdirilən və buraxılışın
nəticələri haqqında hesabat qeydiyyatına qədər qiymətli kağızların
ikinci dəfə dövriyyəyə buraxılması imkanı. Bazar iştirakçılarından
çoxu bazarda qiymətli kağızların yayılmasının nizamlanmasında
və dövriyyəyə buraxılmasında ən ciddi nöqsanlardan biri kimi bu-
raxılışın yekunları barədə hesabatın qeydə alınmasınadək qiymətli
kağızların ikinci dəfə dövriyyəyə buraxılmasının mümkün olma-
masında görürlər. Belə ki, emitentlərin qiymətli kağızları bilavasitə
yerləşdirilməsindən sonra onları yerləşdirən iştirakçılar tərəfindən
satıla bilməz. Yerləşdirmənin gedişi zamanı  əldə olunan qiymətli
kağızların buraxılışının yekunları barədə hesabatın qeydiyyatı apa-
rılana kimi onlar alanın balansında saxlanacaqdır. Bununla bağlı
investorlar əlavə bazar riskinə məruz qalır, kapitalın cəlb olunma
qiyməti isə emitent üçün artır. Belə qayda investorların hüquqlarını
müdafiə etmək məqsədilə qanunverici əsaslar tərəfindən
müəyyənləşdirilmişdir. Lakin, göstərilən normanın təsdiqindən
sonra fond bazarının infrastrukturu müəyyən dərəcədə inkişaf et-
miş, qanunvericiliyə məcburi əməl olunmasında da xeyli irəliləyiş
baş vermişdir. Bundan başqa, ixtisaslı investor statusu risklərin,
həmçinin buraxılışın baş tutulmamasını və ya qeyri-qanuni olun-
masının qəbul edilməsi imkanı ilə  əlaqəli risklərin adekvat
qiymətləndirilməsi bacarığını nəzərdə tutur. İxtisaslı investorlar
investisiya vasitələrinin qaytarılmasına zərurət yarandığı hallarda
iri həcmli resurslara malik olurlar.
Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə dəyişiklər
edəlməsi məqsədəuyğun hesab olunur. Burada qiymətli kağızları
əldə edənlər ixtisaslı investorlar olduğu halda, qiymətli kağızların
buraxılışının yekunları haqqında hesabatın qeydiyyatına qədər on-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
145
ların ikinci dəfə dövriyyəyə buraxılması imkanı nəzərə alınmalıdır.
Bu zaman belə qiymətli kağızların yerləşdirilməsinin və döv-
riyyəsinin xüsusi qaydası nəzərdə tutula bilər.
İxtisaslı investorlar arasında paylanan qiymətli kağızlar bu-
raxılarkən informasiyanın açılmasında sadələşdirilmiş rejim
nəzərdə tutulmalıdır. Belə ki, ixtisaslı investorlar arasında yerləşdi-
rilən qiymətli kağızların emissiya prospekti qeydiyyat tələbindən
azad oluna bilər. Emitent potensial investorlara öz mülahizələri
əsasında marketinq xarakterli sənədlər təqdim edə bilər. Emitentin
qiymətli kağızlar haqqında informasiyasının rübluk hesabat forma-
sında açılması qısa formada həyata keçirilə bilər. Bu forma müəs-
sisənin rəhbərliyi tərəfindən emitentin fəaliyyətinin maliyyə iqti-
sadi nəticələrinin müzakirəsi və təhlilinin maliyyə hesabatının açı-
lışı üçün vacibdir. İnformasiyanın belə açılışı yalnız ticarətin təşki-
latçısı vasitəsilə ixtisaslaşmış investorlar arasında qiymətli kağızla-
rın yerləşdirilməsi (dövriyyəsi) ilə bağlı baş verir, çünki belə in-
formasiya fond bazarının peşəkar olmayan iştirakçı investorlara
lazım deyildir.
Təklif olunan istiqamətlər investorların - fiziki şəxslərin və qey-
ri-ixtisaslı investorların marağına zərər vurmadan qiymətli kağızla-
rın yerləşdirilməsi zamanı ixtisaslı investorların riskini azalda,
emitentlərin informasiyanın açılışı ilə əlaqədar  cəlb olunan kapital
və onun itkilərinin qiymətini aşağı salmağa imkan verə bilər. Bu
prosedurların həyata keçirilməsi üçün müvafiq qanunvericilik
sənədlərinə zəruri dəyişikliklər edilməsi və tənzimləyici orqanın
bu yönümlü normativ sənədləri işləyib hazırlanması vacibdir.
5.6 Emitentlərin məsuliyyəti
İnformasiyanın açılması üzrə tələblərin yerinə yetirilməsinin
yoxlanılması və nəzarət mexanizmlərinin yaxşılaşdırılması
baxımından ən mühüm istiqamət hazırda emitentlər tərəfindən belə
tələblərin pozulmasını nəzərdə tutan və zəif olan məsuliyyət
səviyyəsinin artırılmasından ibarətdir. Bu problem fond bazarında


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə