Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə16/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   267

ri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati vo digər 

münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxs- dirsə və 

onun fərdi sahibkar statusu yoxdursa vaya belə statusu olsa da, mübahisə onun sahibkarlıq 

fəaliyyətini  həyata  keçirməsi  ilə  əlaqədar  yaranmamışsa,  həmin  mübahisələr  üzrə  işlərə 

ümumi məhkəmələr baxır. 

25.2.

 

Ümumi  məhkəmələr  bu  Məcəllənin  24-29-cu  fəsillərində  göstərilən  xüsusi 

iddia icraatı işlərinə baxırlar. 

25.3.

 

Ümumi  məhkəmələr  bu  Məcəllənin  305-ci  maddəsində  göstərilən  xüsusi 

icraat işlərinə baxırlar. 

25.4.

 

Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə 

də baxırlar. 

1.

 



MPM-in  25.1-ci  maddəsində  ümumi  məhkəmələrin  baxmalı  olduğu  hüquq 

münasibətlərindən yaranan mübahisələrin siyahısı göstərilmişdir. Həm də qanunvericilik bu 

mübahisələrə  ümumi  məhkəmələrdə  baxılması  üçün  imperativ  qaydalar  müəyyən  etmişdir. 

Əwəla,  tərəflərdən  biri  fiziki  şəxs  olmahdır.  Ailə  və  əmək  münasibətlərindən  yaranan 

mübahisələrin  baxılması  ancaq  ümumi  məhkəmələrin  səlahiyyətinə  aiddir.  Belə  ki,  ailə  və 

əmək münasibətlərindən yaranan mübahisələr üzrə tərəflərdən biri hökmən vətəndaş olur. 

Həmçinin tərəflərdən (iddiaçı və ya cavabdeh) biri olan fiziki şəxsin sahibkarlıq statusu 

olmamalıdır  və  ya  belə  statusu  olsa  da,  mübahisə  onun  sahibkarlıq  fəaliyyətinin  həyata 

keçirilməsi ilə əlaqədar yaranmamalıdır (məsələn, sahibkar statusu olan şəxsin öz şəxsi məişət 

ehtiyacını Ödəmək üçün hər hansı əşyanm alqı-satqısı nəticəsində yaranan mübahisə). 

Yeni  MPM-də,  ümumiyyətlə,  məhkəmələrin  baxmalı  olduğu  mübahisələrin  dairəsi 

genişləndirilmiş, dövlət orqanları, ictimai təşkilatlar və vəzifəli şəxslərin səlahiyyətinə daxil 

olan bir çox mübahisələrin həlli məhkəmələrin (həmçinin ümumi) səlahiyyətinə aid edilmişdir 

(məsələn,  ətraf  mühitin  qorunması,  vergi,  inzibati  hüquq  münasibətlərindən  yaranan 

mübahisələr). 

2.

 



İşdə iştirak edən şəxslərin subyektiv tərkibindən, mübahisənin predraetindən və hüquq 

münasibətlərinin  xarakterindən  asılı  olmayaraq,  MPM-in  24-29-cu  fəsillərində  göstərilən 

xüsusi  iddia  icraatı  işlərinə  və  MPM-in  305-ci  maddəsində  göstərilən  xüsusi  icraat  işlərinə 

ümumi məhkəmələrdə baxılır. 

3.

 

Ümumi  məhkəmələrin  qanunla  onların  səlahiyyətinə  aid  edilmiş  başqa  işlərə 



baxması  dedikdə,  həm  qanunda  birbaşa  göstərilən  hallar  və  ya  qanunda  göstərilməsə  də, 

baxılması başqa orqanların və ya iqtisad məhkəmələrinin səlahiyyətlərinə daxil olmayan işlər 

nəzərdə tutulur. 

Maddə 26. Mübahisələrin İqtisad Məhkəməsinə aidiyyəti 

26.1.

 

İdarə  və  ya  digər  mənsubiyyətindən  və  tabeliyindən  asılı  olmayaraq,  hüquqi 

şəxslərlə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən 

edilmiş  qaydada  fərdi  sahibkar  statusu  əldə  edən  fiziki  şəxslər  arasında  mülki,  inzibati  və 

digər  hüquq  münasibətlərindən  yaranan  iqtisadi  mübahisələr  üzrə  işlər  mülki  icraat 

qaydasında İqtisad Məhkəməsinə aiddir. 

34 



26.2.

 

İqtisad  Mohkəmosində  baxdan  iqtisadi  mübahisolorə  bu  Məcəllənin  26.1-ci 

maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir: 

26.2.1.

 

qanunla  nəzərdə  tutulan  müqavilələr  üzrə  ixtilaflara  dair  və  yaxud  tərəflərin 

razılığı ilə ixtilafın İqtisad Məhkəməsinin həllinə verilməsi barədə mübahisələr

26.2.2.

 

müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr; 

26.2.3.

 

mübahisəsiz  qaydada  (akseptsiz)  ödənilən  cərimələr  üzrə  İcra  və  ya  digər 

sənədin İcra olunmasının təsdiqi barədə mübahisələr; 

26.2.4.

 

qanunla  mübahisəsiz  qaydada  (akseptsiz)  cərimələrin  tutulması  nəzərdə 

tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata 

keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr; 

26.2.5.

 

nəzarət  funksiyasını  həyata  keçirən  orqanlar  tərəfindən  qanunun  v-ə  ya  digər 

normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul və- 

saitinin büdcədən qaytarılması barədə mübahisələr; 

26.2.6.

 

müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr; 

26.2.7.

 

hüquqi  və  Jiziki  şəxslərin  ödəmə  qabiliyyəti  olmayan  hesab  edilməsi  barədə 

mübahisələr; 

26.2.8.

 

vergi ödəmələri barədə mübahisələr. 

26.3.

 

İqtisad  məhkəmələri  qanunla  onların  səlahiyyətlərinə  aid  edilən  digər  işlərə  də 

baxa bilər. 

1. MPM-in 26-cı maddəsi ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində baxılması 

iqtisad məhkəmələrinin səlahiyyətlərinə daxil olan mübahisələri müəyyən edir. 

İdarə  mənsubiyyəti  dedikdə,  hansı  sahədə  fəaliyyət  göstərməsindən  asılı  olmayaraq, 

hüquqi şəxs və ya sahibkar statusu almış şəxslər başa düşülür. 

Maddədə  «digər  mənsubiyyət»İn  anlayışı  verilməyib.  Bununla  belə,  qanunvericiliyin 

(Mülki Məcəllə, Müəssisələr haqqında, Səhmdar cəmiyyəti haqqında Qanunlar və s.) ümumi 

müddəalarma  görə  subyektlərin  kommersiya  və  ya  qeyri-kommersiya  təşkilatlanna  aid 

olmasından asılı olmayaraq onlar arasında yaranan iqtisadi mübahisələr nəzərdə tutulur. 

Mübahisələrin iqtisad məhkəmələrinə aid olması bir sıra əsas şərtlərlə bağlıdır. Əvvəla, 

mübahisələrin subyektləri hüquqi şəxslər və fərdi sahibkar statusu almış şəxslərdir. Hüquqi 



şəxs anlayışı Mülki Məcəllənin 43-cü maddəsində göstərilib. 

Başqa  subyekt  qanunla  müəyyən  edilmiş  qaydada  fərdi  sahibkar  statusu  almış  fiziki 

şəxslərdir. 

Bununla belə, tərəflərin hüquqi şəxs və ya fərdi sahibkar olması heç də bütün hallarda 

onların  iştirakı  ilə  mübahisələrə  iqtisad  məhkəmələrində  baxılmasına  əsas  vermir.  Belə  ki, 

qeyri-kommersiya təşkilatlan olan hüquqi şəxslər (ictimai birliklər, fondlar, hüquqi şəxslərin 

İttifaqları)  heç  də  bütün  hallarda  iddia  ərizəsi  ilə  iqtisad  məhkəmələrinə  müraciət  edə 

bilməzlər. Bunu yalnız o halda edə bilərlər kİ, onlann iştirakı ilə baxılan mübahisə iqtisadi 

xarakter daşısın və həmin mübahisə qanunvericiliklə nəzərdə tutulmuş qaydada (MM, 43.6-cı 

maddə)  qeyri-kommersiya  təşkilatının  sahibkarlıq  fəaliyyətini  həyata  keçirməklə  əlaqədar 

olsun. 

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə öz riski ilə həyata keçirdiyi, əsas məqsədi 



əmlak istifadəsindən və xidmətlər göstərməsindən ibarət olub, mənföət gö- 

35 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə