türütən fəaliyyətdir (MM, l3-cü maddə).
Fərdi sahibkarlara gəldikdə isə, hətta vətəndaş müəyyən edilmiş qaydada fordi sahibkar
statusu almış olsa bclo, mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyilsə (məsələn,
mübahisə məişət münasibətlərindən törəmişsə və s.), bu mübahisələrə iqtisad məhkəmələrində
deyil, ümumi məhkəmələrdə baxılmalıdır.
Maddədə «iqtisadi münasibətlər»in anlayışı verilmir və məzmunu açıqlanmır. Ancaq
iqtisad məhkəmələrində icraatm ümumi vəzifələrinə istinad edərək demək olar ki, iqtisadi
münasibətlər dedikdə, sahibkarlıq və başqa iqtisadi fəaliyyət nəticəsində yaranan mübahisələr
nəzərdə tutulmalıdır.
İşlərin iqtisad məhkəmələrinə aid edilməsinin əsas meyarlardan biri də MPM-in
26.1-
ci maddəsində nəzərdə tutulan hüquq münasibətlərinin xarakterindən ibarətdir. Həmin
maddəyə görə, iqtisad məhkəmələrinə mülki, mzibati və başqa hüquq münasibətlərindən
yaranan iqtisadi mübahisələr aiddir. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə
tənzimlənən münasibətlərdir. Həmin münasibətlərin dairəsi MM-in 2-ci maddəsi ilə
müəyyənləşdirilib. Mülki hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr iqtisad
məhkəmələrinin baxdığı işlərin əksəriyyətini təşkil edir.
İqtisad məhkəmələrinə, həmçinin inzibati münasibətlərdən yaranan (bir tərəfin başqa
tərəfə inzibati və başqa formada tabeçiliyi nəticəsində yaranan mübahisələr) iqtisadi
mübahisələr aiddir. İnzibati hüquq münasibətlərinin iştirakçıları dövlət və yerli özünüidarə
orqanları, başqa şəxslərə münasibətdə idarəçilik, yerli özünüidarə orqan lan ola bİlər. Bu cür
münasibətlərin iştirakçılan, həmçinin bir tərəfdən dövlət orqanı və başqa tərəfdən yerli
özünüidarə orqanlan da ola bilər. Həmin mübahisələrə təcrübədə yuxarı orqanlarm (nazirlik,
şirkət və s.) qərarlannın etibarsız hesab edilməsi barədə iddialar formasmda rast gəlinir.
2.
MPM-in 26.2-ci maddəsində iqtisad məhkəmələrinin baxdığı iqtisadi mübahisələrin
siyahısı göstərilib.
Müqavilələr üzrə ixtilaflar iki halda iqtisad məhkəmələrində baxılmalı olan işlərin
predmeti ola bilər:
1)
müqavilələr üzrə ixtilaflarm qanunda nəzərdə tutulduğu halda;
2)
ixtilafm iqtisad məhkəmələrinin həllinə verilməsi barədə tərəflərin razılığı olduğu
halda.
Göründüyü kimi, iqtisad məhkəmələrinin müqavilələr üzrə ixtilafları qəbul edib həll
etməsinin əsas şərtlərindən biri müqavilənin bağlanmasının məcburi olmasıdır (MM, 400,402,
412-ci maddələri).
Müqavilələr üzrə ixtilaflarm iqtisad məhkəmələrinə verilməsinin başqa şərti tərəflərin
razılığıdır. Bu razılıqlar müxtəlif formada ola bilər.
Məsələn, məktub, teleqram, faks mübadiləsi, bağlanmış müqavilədə belə bir şərtin qeyd
edilməsi və s.
iqtisad məhkəmələrinə müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi barədə
mübahisələr də aiddir.
3.
İqtisad məhkəmələri müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi barədə
mübahisələr üzrə iddia ərizələrini qəbul edərkən hökmən MM-in 421-424-cü mad- dəliırinin
tələblərinə əməl edilib edilməməsini yoxlamalıdu".
36
4.
Mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra sənədlərinə
notariusların icra qeydləri və ya başqa sənədlər misal ola bilər (MPM, 224-cü maddə).
Başqa sənədlər dedikdə, səlahiyyətli orqanlann cərimələrin akseptsiz qaydada
tutulmasma əsas verən sənədləri nəzərdə tutulur.
5.
Qanunda cərimənin mübahisəsiz qaydada (akseptsiz) silinməsi nəzərdə tutulmayıbsa,
dövlət orqanlan (məsələn, yerli icra hakimiyyəti orqanları) yerli özünüidarə orqanları
(bələdiyyələr), nəzarət funksiyasmı həyata keçirən yerli orqanlar (vergi orqanları, ətraf
mühitin mühafizəsi orqanlan və s.) cərimələrin alınması üçün iqtisad məhkəməsinə müraciət
etməlidirlər.
6.
Həmçinin, nəzarət funksiyasım həyata keçirən orqanların qanunun və başqa normativ
hüquqi aktların tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptiz) aldığı pu! vəsaitinin
büdcədən qaytaniması barədə mübahisələrə baxılması iqtisad məhkəmələrinə aiddir. Məsələn,
qanunun tələblərinə zidd otaraq, vergİ orqanlan və başqa nəzarət orqanlannm hüquqi şəxslərin
hesabmdan əsassız olaraq mübahisəsiz qaydada sildiyi cərimələrin, İqtisadi sanksiyalarm,
vergi və ya başqa məcburi Ödəmələrin büdcədən geri qaytarılması üçün hüquqi şəxslər və ya
fərdi sahibkarlar iddia ərizəsi ilə iqtisad məhkəmələrinə müraciət etməlidirlər.
7.
Müəssisənin təsis sənədləri müəssisənin nizamnaməsi və təsis müqaviləsidir
(Müəssisələr haqqmda Qanunun 15-16-cı və MM-in 45-47-cİ maddələri).
Müəssisə qanunvericiliyin tələblərini pozmaqla təsis edildikdə, təsis sənədləri etibarsız
hesab edilə bilər. Bu halda təsis sənədlərinin etibarsız hesab edilməsi barədə maraqlı şəxs
İqtisad məhkəməsinə müraciət edə bilər.
Maraqlı şəxslər həm dövlət orqanları, həm də başqa müəssisə və təşkilatlar ola bilər.
Məsələn, dövlət müəssisələrinin özəlləşdirmə yolu ilə səhmdar cəmiyyətinə çevrilməsində
icarəçilərin hüquqları pozulduqda, onlar səhmdar cəmiyyətinin təsis sənədlərinin etibarsız
hesab edilməsi və cəmiyyətin ləğv edilməsi barədə iqtisad məhkəməsinə müraciət edə bilərlər.
8.
Azərbaycan Respublikasmın Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda istər vergi
orqanları, istərsə də vergi ödəyiciləri vergi münasibətlərindən yaranan mübahisələr üzrə
iqtisad məhkəmələrinə iddia ərizəsi ilə müraciət edə bilərlər.
Göstərilənlərdən
əlavə,
iqtisad
məhkəmələri
Azərbaycan
Respublikasının
qanunvericiliyi ilə baxılması və həll edilməsi onlarm səlahiyyətlərinə aid edilən başqa iqtisadi
və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxa bilərlər. Bura
idarəçilik aktlarının ləğv edilməsi, hüquqi şəxslər arasında torpaq mübahisələri, zərərin
ödənilməsi və s. daxildir.
Maddə 27. Mübahisələrin Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə aidiyyəti
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair İqtisad Məhkəməsi
Azərbaycan Respublikasının fiziki və
hüquqi şəxsləri, həmçinin, xarici hüquqi şəxslərin, xarici
inves- fisiyalt hüquqi şəxslərin, beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata
keçirən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ona aid olan mübahisələrə
baxır.
37