20.2.1.
o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq
mövqeyinə görə və ya sair cəhətdən asdıdırsa, yaxud asılı olmuşsa;
20.2.2.
0
, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya
bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə:
20.2.3.
onun səlahiyyəti olmadığı müəyyən edilərsə;
20.3.
ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin həmin işə
əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi
qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir.
1.MPM-in 19-cu maddəsində göstərilən əsaslar üzrə həmçinin tərcüməçiyə və məhkəmə
iclasının katibinə etiraz edilə bilər. Qanunvericilik ekspertə, mütəxəssisə, tərcüməçiyə və
məhkəmə iclasının katibinə etiraz etmənin əsaslan kimi MPM-in 19- cu maddəsini bütövlükdə
deyil, 19.2.1, 19.2.2, 19.2.3-cü maddələrində nəzərdə tutulan əsasları nəzərdə tutur. MPM-in
19.1.1, 19.1.2, 19.1.3-cü maddələrinin əsasları olduqda, hakimə etiraz edilmir, onun işə
baxmasma yol verilmir.
Tərcüməçi prosesdə texniki vəzifəni yerinə yetirsə də, onun tam \'ə dəqiq tərcüməsi
prosesin başqa iştirakçılarının öz prosessual hüquq və vəzifələrini yerinə yetirməsi, müxtəlif
prosessual hərəkətləri etməsi və hakimin obyektiv qərar qəbul etməsi üçün mühüm rol oynayır.
Tərcüməçinin işin nəticəsi ilə hər hansı bir şəkildə maraqlı olması tərcümənin tərəflərdən
birinin xeyrinə təhrif edilməsinə gətirib çıxara bilər.
Məhkəmə iclasının katibinin əsas fünksiyası məhkəmə iclası protokolunun
aparılmasından ibarətdir. Məhkəmə iclası protokolu vacib prosessual sənəd olmaqla, bütün
prosessual hərəkətləri dəqiq və ardıcıllıqla özündə əks etdirilməlidir. Məhkəmə iclası
protokolunda ancaq məhkəmə prosesi zamanı edilən prosessual hərəkətlər deyil, bütün
məhkəmə iştirakçılarmm rəyləri, izahatları dəqiqliklə əks etdirməlidir. Həmçinin işin
baxılması prosesində hakim məhkəmə iclası katibinə, özündə iş üçün mühüm əhəmiyyətli
məlumatları əks etdirən və işə tikilməli sənədləri verir.
İşin nəticəsi ilə maraqlı olan məhkəmə iclası katibi belə hallarda məhkəmə iclası
protokolunda faktları təhrif edilmiş şəkildə yaza bilər, iş üçün əhəmiyyəti olan sənədləri işə
əlavə etməyə bitər. Bu da istər birinci instansiya, istərsə də apellyasiya və kassasiya
instansiyası məhkəmələrində obyektiv qərarların qəbul edilməsinə təsir göstərə bilər. Bütün bu
neqativ halların aradan qaldırılması üçün qanunvericilik məhkəmə iclası katibinə etiraz
etmənin əsaslarını nəzərdə tutmuşdur. MPM-in 20.1-ci maddəsinə əsasən, həmin Məcəllənin
19-cu maddəsində göstərilən əsaslar üzrə həmçinin ekspertə, mütəxəssisə, tərcüməçiyə və
məhkəmə katibinə də etiraz edilə bilər.
2.Ekspert rəyinin işin nəticəsinə əhəmiyyətli dərəcədə təsiri olduğu üçün, ekspertin
prosesin hər hansı bir iştirakçısından asılı vəziyyətdə olması (xidməti və başqa asılılıq,
həmçinin qohumluq əlaqəsinin olması) ekspertə etiraz edilməsi üçün əsasdır.
Təftiş aparılması dedikdə, həm tam, həm də qismən təftiş aparılması nəzərdə tutulur.
Həm də aparılmış təftişin nəticələri ya həmin iddianın qaldırılması üçün əsas olmalı, ya da
həmin işin həllində sübut növü kİmi istifadə edilməlidir.
Ekspertin səlahiyyətinin olmaması dedikdə, onun rəy verməli olduğu sahə üzrə xüsusi
biliyinin olmaması nəzərdə tutulur.
27
Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin
edə bilər. Əlavə ekspertiza təyin edilərkən onun keçirilməsi həmin ekspertin özünə də tapşırıla
bilər (MPM, 102.1-ci maddə). Ekspertə etiraz etmək üçün göstərilən əsaslar, həmçinin
mütəxəssisə də aiddir.
3.
MPM-in 20.3-cü maddəsində göstərilən şəxslərin işə yenidən baxılarkən, eyni
prosessual şəxs qismində iştirak etməsi, onlara etiraz etmək üçün əsas deyil. Həm də
qanunvericinİn bu tələbi bütün instansiya məhkəmələrinə aiddir.
Maddə 21. Özä-özänə etiraz və etiraz etmə haqqında ərizələr
21.}. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert,
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur, işdə
iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.
21.2.
Etiraz etmə və ya Özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə
mahiyyət üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya
özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz
edənə işə baxılmağa başlanandan sonra məlum olsun.
21.3.
Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir.
21.4.
Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o,
etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.
21.5.
Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədilə edilmişsə və ya etirazın
dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etiraz vermiş tərəf minimum
əmək haqqı məbləğinin 100 misl inədək miqdarda cərimə edilə bilər.
1.
MPM-in 21.1-ci maddəsində göstərilən şəxslərin özü-özünə etiraz etməsi həmin
şəxslərin hüquqları deyil, vəzifələridir. Özü-özünə etiraz etmə ədalət mühaki- məsmin
müəyyən edilmiş müddətdə həyata keçirilməsinə təminat verir, başqa tərəfdən məhkəmə
qərarlarmın yuxarı instansiyada ləğv edilməsinin (məhkəmə tərkibinin qeyri-qanuni olması,
məhkəmə iştirakçılarımn işin nəticəsi ilə maraqlı olması və s.) qarşısmı alır.
Etiraz etmək üçün qanunla nəzərdə tutulan əsaslardan bəzisi şərtsiz xarakter daşıyır
(məsələn, hakimin əvvəlki prosesdə şahİd, tərcüməçi, nümayəndə, məhkəmə iclası katibi
sifətində iştirak etməsi, hakimlərin və ya tərcüməçi, ekspert, məhkəmə iclası katibinin
tərəflərlə qohumluq əlaqəsində olması). Etiraz haqqmda ərizə başqa əsaslarla verildikdə,
məhkəmə həmin əsasların etiraz üçün kifayət olub-olmamasmı yoxlamalıdır.
MPM-in 21-ci maddəsində göstərilən şəxslər özü-özünə etiraz etmədikdə, işdə iştirak
edən şəxslər etiraz verə bilər.
MPM-in 46-cı maddəsində göstərilən şəxslər kifayət qədər əsas olduqda, 21-ci maddədə
göstərilən şəxslərə etiraz verə bilərlər.
2.
Etiraz etmə və ya özü-özünə etiraz etmə işə mahiyyəti üzrə baxılana kimi yazılı
formada verilməli və hərtərəfli əsaslandınimalıdır. Kifayət qədər əsaslandırılmamış etiraz
təmin edilə bilməz.
Bəzən etiraz etməyə əsas verən hallar işə mahiyyəti üzrə baxılan vaxt və ya da
28