Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə12/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   267

Aşağı  instansiya  məhkəmələrində  işə  baxıb  qərar  qəbul  etmiş  hakim  həmin  İşin 

qanuniliyi və əsaslılığı yoxlanılarkən yuxan instansiyalarda məhkəmə tərkibində İştirak edə 

bilməz.  Məsələn,  birinci  instansiya  məhkəməsində  işə  baxılıb  qətnamə  çıxarılmış  və 

qətnamədən  apellyasiya  şikayəti  verilmişdir.  Həmin  müddətdə  birinci  instansiya 

məhkəməsində işə baxnuş hakim apellyasiya instansiya məhkəməsinə hakim təyin edilmişdir. 

Apellyasiya məhkəməsində həmin hakim, birinci instansiya məhkəməsində özü qəbul etdiyi 

qətnamənin qanuniliyini və əsashğını yoxlaya bilməz. 

Həmçmin  yuxarı  məhkəmə  instansiyası  tərəfindən,  aşağı  instansiya  məhkəməsinin 

qərarı ləğv edilib, yenidən baxılmağa verilərkən yuxan instansiyada məhkəmə tərkibinə daxil 

olan  hakim  işin  aşağı  instansiya  məhkəməsində  baxılmasmda  iştirak  edə  bilməz.  Məsələn, 

kassasİya instansiyasında, kassasiya şikayəti əsasmda, apcllya- siya instansiyasmm qətnaməsi 

ləğv  edilib,  yenidən  baxılmaq  üçün  apellyasiya  məhkəməsinə  qaytarılmışdır.  Kassasiya 

instansiyasmda qətnamənin qanuniliyi və əsaslılığını yoxlayan hakimlərdən biri və ya bütün 

tərkib  apellyasiya  məhkəməsinə  hakim  təyin  edilərsə,  həmin  hakim  özünün  ləğv  etdiyi, 

yenidən baxılmağa göndərilmiş işə baxılmasmda iştirak edə bilməz. 

Bununla da, qanunvericilik hakimin özü tərəfindən qəbul etmiş olduğu qərar üzərində 

nəzarəti  həyata  keçirməyi,  iş  yenidən  baxılmağa  göndərilərkən  yuxarı  instansiya 

məhkəmələrinin göstərişlərinin özləri tərəfindən yerinə yetirilməsi imkanmı aradan qaldınr. 

Yuxan  instansiya  məhkəməsi  aşağı  instansiya  məhkəməsinin  qətnaməsini  ləğv  edib, 

yenidən baxılmağa qaytararkən, həmin işə baxılmasında iştirak etmiş hakimlər təkrarən işin 

baxılmasma  buraxıla  bilməz.  Əvvəl  işə  baxmış  hakimlərdə  həmin  iş  barədə  müəyyən  fikir 

yaranır  və  başqa  tərəfdən,  yuxan  instansiya  məhkəmələrinin  göstərişlərini  həyata  keçirmək 

məqsədilə əvvəlki qərarın əksinə qərar çıxanla bilər. 

Məhkəmələr  və  hakimlər  haqqında  Qanunun  79-cu  maddəsində  Azərbaycan 

Respublikasının Ali Məhkəməsi Plenumunun tərkibi göstərilib. 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  yenidən 

baxılmasım  MPM-in  433-cü  maddəsinə  uyğun  olaraq  Ali  Məhkəmənin  Plenumu  həyata 

keçirir. Ali Məhkəmənin Plenumu məhkəmə aktlarmı ləğv edib aidiyyəti üzrə göndərdikdə, bu 

orqanda həmin işə baxan şəxslər, İşin yenidən baxılmasmda İştirak edə bilməz. 

2.MPM-in 19.2.1-ci maddəsində göstərilən şəxslərin hakim kimi işə baxa bilməməsi və 

ya sonradan ona etiraz ediləcəyi bir çox hallarda məhkəmə iclası başlamamışdan məlum ola 

bilər.  Ona  görə  də,  məhkəmə  tərkibi  müəyyən  edilərkən  bu  hallar  nəzərə  alınmalıdır  ki, 

sonradan hakimə etiraz edilməsin. 

Göstərilən şəxslər müəyyən dərəcədə işlə tanış olduqlan üçün mübahisənin həlli zamanı 

onlarda konkret fikir formalaşa bilər ki, bu da obyektiv qərar qəbul edilməsinə təsir edə bilər. 

Tərəfin nümayəndəsi dedikdə, MPM-in 6-cı fəslində göstərilən şəxslər nəzərdə tutulur. 

Vəkillər tərəflərdən birinin nümayəndəsi kimi çıxış etdiyindən, həmin şəxslərin dairəsinə daxil 

edilməlidir. 

İ^də şahid kimi iştirak etmiş şəxs dedikdə, yalnız məhkəmə İclasmda şahid qis 

25 



mində dindirilmiş şəxslər nəzərdə tutulur. 

Tərəflər dedikdə, MPM-in 5ü-ci maddəsində göstərilən şəxslər nəzərdə tutulur. 

İşə baxan hakim işdə tərəf kimi çıxış edirsə, birmənalı qaydada demək olar ki, o işin 

nəticəsi ilə şəxsən maraqlıdır və bu halda obyektiv qərar qəbul edə bilməz. 

Hakimin tərəflər və ya onlarm nümayəndələri ilə qohumluğu, qan qohumluğu, dolayı 

yolla qohumluğu, yaxın və ya uzaq qohumluğu və s. ola bilər. Həmçinin ola bilər ki, işə baxan 

hakim  tərəflərin  və  ya  onların  nümayəndələri  ilə  əvvəllər  qohum  olmuş,  yaxud  qohumluq 

əlaqəsindədir.  Hakimlə  tərəflərin  qohumluq  münasibətində  olmaları,  hakimin  işə  birmənalı 

qaydada  qərəzli  baxacağına  dəlalət  etmir.  Bununla  belə,  qohumluq  əlaqəsinin  özünün 

mövcudluğu işə obyektiv baxılacağına şübhə yaradır. 

19.2.3-cü maddə hakimin işin nəticəsində şəxsi marağmı nəzərdə tutur. Həmin maraq 

düzünə və  ya yanakı ola bilər.  Hakimin i^in  nəticəsi  ilə  düzünə maraqlı  olması dedikdə, 

hakimə  işin  onun  istədiyi  kimi  həll  edilməsinin  müəyyən  fayda  gətirəcəyi  nəzərdə  tutulur. 

Hakimin işin nəticəsi ilə düzünə maraqlı olmasının sübut edilməsi nisbətən asandır. Hakimin 

işin nəticəsi ilə dolayı yolla maraqlı olmasının sübut edilməsi bir çox çətinliklərlə əlaqədardır. 

Ona  görə  də,  təcrübədə  bu  motivlə  işdə  iştirak  edən  hakimə  çox  az  hallarda  etiraz  edilir. 

Hakimə həm işin nəticələri ilə düzünə, həm də dolayısı yolla maraqlı olması motivi ilə etiraz 

edildikdə, etiraz ərizəsi konkret faktlarla əsaslandırılmalıdır (MPM, 21-ci maddə). 

Hakimin İşin nəticəsi ilə maraqlı olmasmı müəyyən etmək üçün bütün göstərilən faktlar 

təhlil edilməli və bütün faktlarm məcmusu əsasmda qərar qəbul edilməlidir. 

Hakimin  işə  baxılmasında  İştirak  edə  bilməməsinin  və  ya  işin  baxılmasmda  iştirak 

eldikdə, ona etiraz edilməsinin əsası kimi qanunvericilik, həmçinin onun qərəzsizliyinə şübhə 

doğuran kifayət qədər əsasm olması faktmı nəzərdə tutur. 



Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu 

və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli 

mövqedə olması və başqa hallar nəzərdə tutulur. 

Bu  cür  hallar  ola  bilər  ki,  hakimin  qeyri-obyektiv  qərar  qəbul  etməsinə  təsir 

göstərməsin.  Bununla  belə,  sonradan  meydana  çıxa  biləcək  neqativ  halların  qarşısınm 

alınması üçün, qanunvericilik hakimin belə hallarda işdə iştirak etməsinə qadağa qoyur. 

Bir-birilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına 

yol  verilməməsi,  işə  obyektiv  və  qərəzsiz  baxılmasının  təmin  edilməsinin  bir  formasıdır. 

Qanunun bu tələbi həmin məhkəmə instansiyasında işə mahiyyəti üzrə baxmaq səlahiyyəti 

olan hakimlərə tətbiq edilir. 



Maddə 20. Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək 

üçün əsaslar 

20.1.

 

Etiraz  elmək  üçün  bu  Məcəllənin  19-cu  maddəsində  göstərilən  əsaslar  eyni  ilə 

ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir. 

20.2.

 

Ekspert vo mütəxəssis, hunlardan başqa aşağıdakı hallarda da işə baxılmasında 

iştirak edə bilməz: 

26 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə