Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə23/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   267

Göründüyü kimi, sadalanan işlərə göstərilən məhkəmələrdə baxilması həmin tələblər 

üzrə yerində müayinə aparılması, sübutlarm toplanması, şahidlərin izahatlan- nm alınması 

kimi  prosessual  hərəkətlərin  yerinə  yetirilməsini  asanlaşdınr  və  işə  obyektiv  baxılmasmı 

şərtləndirir. 

3.

 

39.1-ci  maddədə  şərh  olunanlar  həmçinin  39.2-ci  maddədə  göstərilən  hallara  da 



aiddir. 

4.

 



39.3-cü maddədə nəzərdə tutulan hallarda nəqliyyat təşkilatı idarəsinin olduğu yer 

dedikdə,  nəqliyyat  təşkilatı  idarəsinin  rəsmi  qeydə  almdığı  yer  anlaşılmalıdır.  Həmin 

maddədə nəzərdə tutulan müstəsna aidiyyət yalmz müştərilərin uyğun nəqliyyat təşkilatlanna 

qarşı təqdim etdikləri iddialara şamil edilməlidir. Nəqliyyat təşkilat- larınm müştərilərə qarşı 

verdikləri iddialara isə məhkəmə aidiyyətinin ümumi qayda- lan əsasmda baxılır. 

Maddə 40. Müqavilə aidiyyəti 

40.1.

 

Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 

40.2.Torojlər  öz  aralarındakı  saziş  ilə  mübahisəli  işin  ərazi  aidiyyətini  dəyişdirə 

bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 

40.  3.  Saziş 

0

  zaman  ola  bilər  ki,  o,  müəyyən  məhkəmə  işinə  və  ya  mübahisəsinə 

əsaslanmış olsun. 

40.4.

 

Mübahisə  üçün  müstəsna  aidiyyət  nəzərdə  tutulduğu  halda  bu  maddənin 

qaydaları tətbiq oluna bilməz. 

1.

 



Müqavilə  aidiyyəti  qaydalarının  müəyyən  edilməsi  -  fiziki  və  hüquqi  şəxslərin 

subyektiv  hüquqlarınm  və  qanunla  qorunan  mənafeyinin  məhkəmə  müdafiəsini daha  asan 

həyata keçirməyə İmkan verir. Çünki bu halda tərəflərin İstər ərazi baxı- rmndan, istərsə də 

nüfuz baxımmdan özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. 

2.

 

Tərəflər  arasmdakı  sazişin  yalnız  yazılı  şəkildə  ifadə  edilməsi  nəzərdə  tutulur. 



Təcrübədə bu; 1) ya əsas müqavilənin bir bəndi şəklində və ya 2) aynca saziş bağlanması yolu 

ilə həyata keçirilir. 

Birinci  halda  əsas  müqavilə  bağlanarkən  bu  müqavilə  üzrə  gələcəkdə  yaranacaq 

mübahisəyə  hansı  məhkəmə  orqanında  baxılması,  ikinci  halda  isə  artıq  yaranmış 

mübahisənin hansı məhkəmə orqanma verilməsi imkanlan nəzərdə tutulur. 

Hər  iki  halda  tərəflər  mübahisəyə  yalnız  ümumi  məhkəmələrdə  deyil,  həmçinin 

beynəkalq və ya yerli arbitraj orqanlarında baxılması haqqında razılığa gələ bilərlər. 

Bu  maddənin  noımalan  mübahisə  üçün  növ  aidiyyəti  və  müstəsna  aidiyyət  nəzərdə 

tutulduğu hallara şamil edilmir. 

Maddə 41. Əmr icraatı qaydasında baxdan iddianın aidiyyəti 

Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə 

məhkəməyə verilir. 

48 



Əmr icraatı Azərbaycanın mülki prosessual hüququnda tamamilə yeni bir institutdur və 

müəyyən  pul  məbləğinin  ödənilməsi  tələbləri  və  ya  əmlakın  tələb  edilməsi  üzrə  işlərə 

MPM-in normaları əsasında sadələşdirilmiş qaydada baxılmasını nəzərdə tutur. Başqa sözlə

əmr icraatı ~ mübahisəsiz işlərə sadələşdirilmiş qaydada baxılmasını nəzərdə tutur. 

Bu işlər üzrə hakimin aktı  məhkəmə əmri formasmda çıxarıln və bu akt icra sənədi 

hesab edilir. 

Ərazi  məhkəmə  aidiyyətinin  MPM-iə  müəyyən  edilən  normaları  əmr  icraatı 

qaydasında baxılan işlərə də tətbiq edilir. 



Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət 

Cinayət  işindən  əmələ  gələn  mülki  iddia,  əgər  o,  cinayət  işinin  icraatı  zamanı 

verilməmişdirsə  və  yaxud  həll  olunmamışdırsa,  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  mülki 

məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. 

Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsinin  (bundan  sonra  CPM) 

74-cü  maddəsinə  uyğun  olaraq cinayət  işinə  və  başqa  materiala cinayətin  törədildiyi  yerin 

fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 

Göründüyü kimi, cinayət işindən əmələ gələn mülki iddialara bir qayda olaraq, cinayət 

işi ilə bİrgə cinayət işinə baxan məhkəmə baxır. Bu halda məhkəmə işin ba- xılmasmm yekun 

aktı  kimi  hökm  çıxaru-  və  hökmün  qərar  hissəsinin  bir  bəndi  mülki  iddiaya  baxılmasının 

nəticəsinə  həsr  edilir.  Lakin  müxtəlif  səbəblərdən  mülki  iddiaya  cinayət  işi  ilə  birgə 

baxılmaya  da  bilər.  Məsələn,  işə  bir  yerdə  baxılması  işi  mürəkkəbləşdirirsə,  yaxud 

müttəhimin hərəkətlərində ictimai təhlükəli əməlin mövcud olmaması və s. Bu hallarda iş 

MPM-lə müəyyən olunan ərazi aidiyyətinin ümumi qaydaları əsasmda baxılmaq üçün verilir. 

Maddə 43. Bir-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 

43.}. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət 

mühakiməsinin  düzgün  həyata  keçirilməsi  üçün  onlara  birgə  baxılmalı  və  qətnamə 

çıxarılmalıdır. 

43.2.

 

Birinci  instansiya  üzrə  iki  məhkəmənin  icraatında  eyni  tərəflər  arasında,  eyni 

predmet və əsaslar üzrə eyni mübahisəyə dair işlər olduqda da bu maddənin qaydaları tətbiq 

olunur. 

1. Bir-biri ilə əlaqədar olan işlərin məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki

bir neçə məhkəmənin icraatmda olan mülki iş ərazi aidiyyətindən asılı olmayaraq, tərəflərin 

qarşılıqlı  hüquq  münasibətlərinin  hərtərəni  araşdırılması  və  prosessual  qənaət  mənafeyinə 

uyğun olaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. 

Bu qaydanm müəyyən edilməsi işə baxan məhkəməyə imkan verir ki, işi düzgün həll 

etmək üçün mövcud olan sübutları və faktiki materialları bir icraatda toplasın və 

49 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə