Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının



Yüklə 146,5 Kb.
səhifə3/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

Amortizasiya ayırmaları investisiyanın maliyyələşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. O həm sadə, həm də geniş təkrar istehsalı təmin etəldir. Çünki bu mənbə həmişə müəssisənin sərəncamında qalır. Amotizasiya ayır­ma­ları yeni avadanlıqlar alınmasına, istehsalın texniki səviyyəsinin yüksəldil­məsinə, yeni məhsul növlərinin buraxılışına, eləcə də yeni tikintiyə istifadə olunur.
İnvestisiyanın maliyyələşdirilməsi mənbələrindən biri də kredit vasitəsilə maliyyələşmədir. Bu halda borcalan üçün başlıca şərt kreditə görə faiz dərəcəsidir. Bu tələb və təklifdən, depozit və əmanətlərə görə faizlərdən, ölkədə inflyasiya səviyyəsindən, eləcə də iqtisadiyyatın inkişafı istiqaməti və inkişafından asılı olaraq formalaşır.
İnvestisiyanın maliyyələşdirilməsi mənbələrindən biri də - cəlb edilmş vəsaitlər hesab edilir. Belə vəsaitlərə səhmlərin satışından əldə edilən vəsaiti, eləcə də əmək kollektivi üzvlərinin üzvlük haqlarını və s. göstərmək olar.
Bunlardan başqa investisiyanın maliyyələşdirilməsi mənbələrindən büdcədənkənar fondları, xarici investisiya yatırımlarını da göstərmək lazımdır. Məlum olduğu kimi. Hər hansı obyekt və tikintinin maliyyələşdirmə mənbələri müxtəlif ola bilər.
  1. Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi xüsusiyyətləri

Kapital qoyuluşunun maliyyələşdirilməsi, müəyyən məbləğ pul vəsaitinin olmasını tələb edir ki, bu da həm yeni tikinti, həm də mövcud obyektlərdə genişləndirmə və yenidənqurma iş­lə­rinin yerinə yetirilməsi üçün material ehtiyatları, maşın, ava­dan­lıq cihazlar və s. alınması, həmçinin bu işlərin layihə smeta sənəd­lərinin hazırlanmasına xərclənir.

İnvestisiya prosesinin maliyyə təchizatı, onun maliyyələşmə mənbələrini müəyyən etməyə əsaslanır.

Kapital qoyuluşunun maliyyələşdirilməsi makro və mikro səviyyədə təsnifləşdirilir.

Makrosəviyyədə (milli iqtisadiyyat səviyyəsində) kapital qoyu­luşunun maliyyələşdirilməsi daxili və xarici mənbələr hesabına ola bilər.


Yüklə 146,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə