Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının


Daxili mənbələr dedikdə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş mənbələr nəzərdə tutulur



Yüklə 146,5 Kb.
səhifə4/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

Daxili mənbələr dedikdə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş mənbələr nəzərdə tutulur.

Mərkəzləşdirilmiş mənbələrə dövlət büdcə vəsaitləri, bə­lədiyyə büdcəsi vəsaitləri və büdcədənkənar fond vəsait­ləri, sığorta fondları, sosial-müdafiə fondları və s. aid edilir.

Qeyri-mərkəzləşdirilmiş vəsaitlərə firma və təşkilatların gəlirləri, vətəndaşların şəxsi vəsaitləri və digər vəsaitlər aiddir.

Kapital qoyuluşunun xarici maliyyələşmə mənbələrinə – beynəlxalq təşkilatların vəsaitləri, hüquqi və fiziki şəxslərin vəsaitləri, beynəlxalq maliyyə-kredit təşkilatlarının vəsaitləri və s. aid edilir.

Mikrosəviyyədə kapital qoyuluşunun maliyyələşdirilməsi mənbələri dedikdə müəssisə və şirkətin özünə məxsus vəsaiti və borc (cəlb) edilmiş vəsaitlər nəzərdə tutulur.

Müəssisə və şirkətin özünəməxsus vəsaiti dedikdə – müəs­sisəyə məxsus kapital qoyuluşu (nizamnamə fondu, ehtiyat fondu, iqtisadi həvəsləndirmə və mənzil tikintisi fondu və s.), amortizasiya ayırmaları və müəssisənin gəliri başa düşülür.

Müəssisə və şirkətin cəlb edilmiş vəsaitləri dedikdə – ma­liyyə bazarında toplanmış ehtiyatlar – özünəməxsus qiymətli ka­ğızların satışından, qiymətli kağızlara görə faiz və gəlir­lər­dən, kreditlərdən, istiqrazlardan və s. ibarətdir.

Yenidənbölgü əsasında cəlb edilmiş vəsaitlərə – şirkət və cəmiyyətlərin maliyyə ehtiyatları, pay ehtiyatları və digər ayır­malar daxildir.

Bunlardan başqa müəssisə və şirkətlərdə kapital qoyulu­şu­nun maliyyələşdirilməsi mənbəi kimi əlavə vəsaitlərin də daxil olması mümkündür. Bunlara qaytarılan məbləğ, əsas fəaliyyətlə əlaqəsi olmayan məhsulun satışından, istehsal olunan məhsulun maya dəyərinin aşağı salınmasından, dövriyyə vəsaitlərinə qənaət­dən, inflyasiya ilə əlaqədar gəlirdən və s. daxil olma­lardır.

Müəssisə və şirkətlərdə əlavə kapital qoyuluşu kimi, artıq əm­lakın satışından daxil olmalar da istifadə olunur. Əlavə kapital qoyuluşu mənbəyi kimi əmlakın icarəyə verilməsi də mühüm rol oynayır.


Yüklə 146,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə