77
çıxış edərək sosialistlərin hökümət tərkibinə daxil olmasını tələb etmişdir. O,
görkəmli siyasi və ictimai xadim Əlimərdanbəy Topçubaşovun (1862 - 1934)
rəhbərliyi altında Azərbaycan respublikası nümayəndəliyinin tərkibində 1919-cu
ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşmüşdür.
Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin
martında çətinliklə Parisə gəlmişdir. Azərbaycan nümayəndəliyinin konfrans
ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca
buraxılmış ―Qafqaz Azərbaycanı respublikası‖ kitabı Qərbi Avropa dillərində
xalqımız və torpağımız haqqında ilk məlumat idi. Bundan başqa ―Qafqaz
Azərbaycanı respublikasının Paris sülh konfransına memorandumu‖ (ingiliscə və
fransızca), nümayəndəliyin məsləhətçisi Ceyhun Hacıbəylinin (1891 - 1962) ―İlk
müsəlman respublikası Azərbaycan‖ (fransızca) kitabları da nəşr olunmuşdur.
Həmin kitablarda və digər yazılarda milli dövlət ―Azərbaycan Demokratik
Respublikası‖ adı altında sabitləşmişdir.
Əkbərağa Şeyxülislamov 20-ci illərdə Parisdə Azərbaycandan II
İnternasionalın üzvü olmuşdur. Onun ikinci dünya müharibəsinə qədər Parisdə
rusca nəşr olunan ―Azərbaycan‖ (№ 2) jurnalında çıxmış ―Azərbaycan necə
quruldu‖ adlı məqaləsi xalqımızın tarixini öyrənmək üçün çox qiymətlidir. Bu
yazıda 1918-ci ilin 26- 28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi
müfəssəl işıqlandırılmışdır. Buna görə də həmin məqalə Ankarada nəşr olunan
―Mücahid‖ (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilmişdir.
Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin
yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Öz dövrünün görkəmli siyasi və ivtimai xadimi Mustafa bəy Vəkilov
(1896 - 1965) Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Ə.
Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhunbəyin vəfatının ildönümü
münasibətilə ―Mücahid‖ (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi ―Parisdə bir
məzar daha‖ adlı məqaləsində yazmışdır: ―Bir az o tərəfdə Əkbərağa
Şeyxülislamov yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bəri bir çox
məşəqqətlərə köks gərmiş cəfakeş, idealist Əkbərağa‖
Bu yaxınlarda Ə. Şeyxülislamovun foto – şəklini axtarıb tapan və onun
ölüm ilini dəqiqləşdirib bu sətirlərin müəllifinə yazan YUNESKO –nun əməkdaşı,
həmyerlimiz Ramiz Abutalıbova dərin minnətdarlığımızı bildiririk.
Mövsüm Əliyev.
78
ƏHMƏDBƏY PEPĠNOV
Odlar yurdu, № 15, (446) avqust 1989.
Əhmədbəy Ömər oğlu Pepinov 1893-cü ildə Gürcüstanın Axalkalaki
mahalının Bolazur kəndində anadan olmuşdur. O, ―Molla Nəsrəddin‖ jurnalının
banilərindən biri görkəmli Azərbaycan jurnalisti və ictimai xadimi Ömər Faiq
Nemanzadənin (1872 - 1938) bacısı oğludur. Ərəb – fars dilində yazıb oxumağı da
Əhmədbəy dayısından öyrənmişdir. Tiflis gimnaziyasında təhsil aldığı illərdə Cəlil
Məmmədquluzadənin (1866 - 1932) ailəsi ilə yaxınlıq etmişdir. 1913-cü ildə
Ə.Pepinov Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş və eyni vaxtda
iqtisadiyyat fakültəsində də oxumuşdur. O, Moskvadan ―Aşıq söz‖ qəzetinə
məqalələr yazaraq“Axalkaləkili Əhməd Cövdət”imzası ilə çap etdirmiş,
azərbaycanlı tələbələrin təşkil etdiyi ―Azərbaycan həmyerlilər təşkilatının‖ əsas
rəhbərlərindən biri olmuşdur. Ə.Pepinovun yaxından iştarakı ilə tələbələr
Moskvada ―Azərbaycan etnoqrafik konsert gecələri‖ və bir çox mədəni tədbirlər
həyata keçirmişlər.
Ə. Pepinov ali təhsilini başa çatdırıb 1918-ci ilin əvvəllində Bakıya
qayıtdı və Zaqafqaziyada baş verən siyasi hadisələrdə yaxından iştirak etməyə
başladı. Həmin il fevralın 28-də Zaqafqaziya Seymi tərəfindən təsdiq olunmuş
müsəlman fraksiyasında o, ―Müsəlman sosialist blokuna‖ daxil idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Həmin ilin yayında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin (1884 -
1955) rəhbərliyi altında Türkiyə höküməti ilə dostluq münasibətləri yaratmaq üçün
İstanbula yola düşən nümayəndə heyətinin tərkibinə Ə. Pepinov da daxil idi. O,
19178-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan
parlamentinə üzv seçilmişdir. Bir az sonra isə Ə. Pepinov parlamentin katibi
vəzifəsini icra etmişdir. Həmin dövrdə o, Azərbaycan parlamentinin sədri
vəzifəsini icra edən Həsənbəy Ağayevin (1875 - 1920) qızı, sonralar isə ilk
azərbaycanlı qadın musiqişünası olan X.Ağayeva ilə evlənmişdir.
Ə.Pepinov ADR nazirlər şurasının sədri Nəsibbəy Yusifbəylinin 5təşkil
79
etdiyi ikinci kabinədə ( 22. 12. 1919) əmək və torpaq naziri təyin olunmuşdur.
Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universitetinin təşkil
edilməsində (1919) Ə.Pepinovun müəyyən xidmətləri vardır. Parlamentdən
Universitetin təşkili məsələsinin müzakirəsinin sürətləndirilməsində və bu
məqsədlə pul vəsaiti ayrılmasında Ə.Pepinovun böyük əməyi vardır.
1918- 1920-ci illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin
və bir çox müsamirələrin təşkili də onun adı ilə bağlıdır.
1920-ci il martın 30-da N. Yusifbəylinin hökümət kabinəsinin istefaya
çıxması ilə əlaqədar Ə.Pepinov tutduğu vəzifəni tərk etmişdir. O, həmin il aprelin
əvvəllərində Azərbaycan parlamentinin üzvü Rəhimbəy Vəkilovla birlikdə Sovet
Rusiyası höküməti ilə danışıqlar aparmaq üçün Qroznı şəhərinə getmişdir.
Azərbaycan parlamentinin təşəbbüsü ilə görülmüş bu tədbirdən məqsəd Samur
körpüsünün şimal tərəfində dayanmış 11 Qızıl Ordunun Bakı üzərinə gözlənilən
yürüşünü ləngitmək və nizami Azərbaycan ordusu hisssələrini Dağlıq Qarabağdan
təcili Bakıya qaytarmaq idi. Məlum olduğu kimi, beynəlxalq imperalizmin
göstərişi ilə həmin ilin martında Daqlıq Qarabağda Azərbaycan əleyhinə böyük
üsyan qaldırılmışdı. Bu avantürüst plandan məqsəd nizami Azərbaycan ordusu
hissələrini Bakıdan çıxartmaq idi. Həmin ilin martında qanlı Əsgəran döyüşündən
sonra daşnak qoşunlarının tamamilə darmadağın edildiyinə baxmayaraq,
Azərbaycan ordusu hissələrini Bakıya qayıtmağa macal tapmamışdı. Bu vaxt
Bakıda cəmisi iki minə yaxın əsgər qalmışdı. Onlar da dövlət idarələrini
qoruyurdular. ADR –in paytaxtı Bakı tam müdafiəsiz idi...
1920-ci il aprelin 27-də baş verən hadisədən sonra Bakıya qayıdan
Əhmədbəy Pepinov Azərbaycanda mədəni – maarif və nəşriyyat işlərinə rəhbərlik
etmişdir. 20-ci illərdə onun ―Maarif və mədəniyyət‖, ―Bakinski raboçi‖ və .s
mətbuat orqanlarında xeyli məqaləsi dərc olunmuşdur. Həmin illərdə təqiblərə
məruz qalan Əhmədbəy Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçmüş və
orada yaşamışdır. 1934-cü ildən o, Alma – Atada Qazaxıstan SSR maarif nazirinin
müavini vəzifəsində işləmişdir. Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan
Ə.Pepinov 1938-ci ildə Stalin represiyası nəticəsində həlak olmuşdur.
Mövsüm Əliyev
Dostları ilə paylaş: |