Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   23   24   25   26   27   28   29   30   31

71 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



A.Səfikürdski  dekabrın  7-də  Bakıda  açılmış  Azərbaycan  parlamentinə  üzv 

seçilmişdir.    O,  ADR  nazirlər  şurasının  sədri  F.  Xoyskinin  təşkil  etdiyi  üçüncü 

hökümət  kabinəsində  (26.  XII.  1918)  poçt  –  teleqraf  və  əmək  naziri  təyin 

olunmuşdur.  A.  Səfikürdskinin  həmin  dövrdə  Azərbaycanda  bərbad  hala  düşmüş 

poçt  və  teleqraf  sahəsinin  nizama  salınmasında  xidmətləri  diqqətəlayiqdir.  Onun 

fəhlələrlə  və  sahibkarlar  arasında  əmək  haqqı  müqaviləsinin  bağlanması  və  buna 

ciddi nəzarət edilməsi işində rolu böyük olmuşdur.    

 

 



 

1919-cu il martın əvvəllərində F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün 

A.Səfikürdski  tutduğu  vəzifəni  tərk  etmiş,  Nəsibbəy  Yusifbəylinin  1919-cu  il 

martın 14-də təşkil etdiyi kabinədə ədliyyə və əmək naziri təyin olunmuşdur. Onun 

göstərişi  ilə  nazirliyin  nəzdində  Azərbaycanda  ilk  dəfə  olaraq  hüquq  elmi  üzrə 

mükəmməl kitabxanın təşkilinə başlanmışdır.  

 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələr  vaxtı  A.Səfikürdskinin  də 

daxil olduğu ADR –in xüsusi nümayəndə heyəti bolşeviklərlə hakimiyyət haqqında 

danışıqlar  aparmışdır.  Danışıqlarda  A.Səfikürdski  təslimçi  mövqeyi  tutmuşdur. 

Həmin  gün  baş  vermiş  tarixi  hadisələrdən  sonra  A.Səfikürdski  respublika  ədliyyə 

komissarının  müavini  və  ―Azərneft‖  birliyində  hüquq  işləri  üzrə  məsləhətçi 

işləmişdir. O,1937-ci il oktyabrın 15-də Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat 

etmişdir.        

M.Əlioğlu.  

 

 



 

 

 



 

 

 



 


72 

 

 



 

 

NURMƏMMƏDBƏY ġAHSUVAROV 

 

Odlar yurdu, № 4, fevral, 1990.  



 

    Öz  dövrünün  tanınmış  şəxsiyyətlərindən  biri  olan  Nurməmməd  bəy 

Şahsuvarov  Ədilxan  oğlu  1883-cü  ildə  Azərbaycanın  Laçın  rayonunun  Minkənd 

kəndində doğulmuşdur. O, ibtidai təhsilini kənd məktəbində alaraq, 1889- 1903-cü 

illərdə  Qori  müəllimlər  seminariyasında  oxumuşdur.  H.  Şahsuvarov  bir  müddət 

Gəncədə rus dili müəllimi işlədikdən sonra Tiflis Aleksandr Müəllimlər İnstitutuna 

daxil  olmuş  və  oranı  1912-ci  ildə  bitirmişdir.  O,  həmin  il  Kiyev  universitetinin 

hüquq fakültəsinə daxil olmuş və həmin ali məktəbi ekstern yolu 1915-ci ildə başa 

vurmuşdur.  Dağıstan  vilayəti  xalq  təhsili  idarəsi  üzrə  Teymurxanşura  şəhərinə 

inspektor təyin edilmişdir.  

 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi.  Bitərəf 

Nurməmmədbəy  Şahsuvarov  siyasi  hadisələrdə  yaxından  iştirak  etməyə  başladı. 

1918-ci  ilin  yayında  Şimali  Qafqazda  yaşayan  xalqların  milli  –  azadlıq  hərəkatı 

nəticəsində  Dağlılar  Respublikası  yaradıldı.  N.Şahsuvarov  həmin  respublikanın 

xalq maarif naziri təyin olundu.  

 

 



 

 

 



 

 1919-cu  il  iyunun  əvvəlində  Bakıya  gələn  N.Şahsuvarov  Azərbaycan 

Demokratik  Respublikası  nazirlər  şurasının  sədri  N.Yusifbəylinin  təşkil  etdiyi 

birinci  hökümət  kabinəsində  maarif  nazirinin  müavini  vəzifəsini  icra  etməyə 

başlamışdır.  (―Azərbaycan‖  3.  6.  1919,  №  113).  O,  həmin  dövrdə  Azərbaycanın 

şəhər  və  kəndlərində  ana  dilində  məktəb  və  seminariyaların  açılmasına  və  digər 

mütərəqqi  tədbirlərin  həyata  keçirilməsinə  böyük  əmək  sərf  etmişdir. 

Azərbaycanın  ilk  ali  məktəbi  Bakı  Dövlət  Universitetinin  təşkilində  də 

N.Şahsuvarovun xidmətini qeyd etmək lazımdır.  

 

 



 

 

―İttihad‖  partiyasının  üzvü  N.  Şahsuvarov  nazirlər  şurasının  sədri 



N.Yusifbəylinin  II  hökümət  kabinəsində  1920-ci  il  martın  5-də  istefaya  çıxan 


73 

 

H.Şahtaxtinskinin (1880- 1943) yerinə maarif və dini etiqad naziri təyin olunmuş, 



25 gün sonra – martın 30-da bütün kabinə ilə birlikdə istefaya çıxmışdır.  

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  N.Şahsuvarov 



Azərbaycan SSR xalq maarif komissiyasının müavini təyin olunmuşdur. O, həmin 

dövrlərdə  Bakıda  pedaqoji,  S.Ağamalıoğlu  adına  torpaq  və  geodeziya 

texnikumlarında  rus  dilindən  dərs  demişdir.  Sonralar  isə  Bakı  Dövlət 

Universitetində  rus  dili  kafedrasının  müdiri,  Azərbaycan  neft  institutunda  isə  rus 

dili müəllimi vəzifəsində işləmişdir.  

 

 



 

 

 



1940-ci  ildə  həbs  olunan  və  Krasnodar  diyarına  sürgünə  göndərilən 

Nurməmməd  Şahsuvarov  orada  da  öz  ixtisası  üzrə  dərs  demişdir.  Üç  il  sonra  – 

1943-cü  ildə  sürgündən  Bakıya  qayıdan  N.  Şahsuvarov  Azərbaycan  Tibb 

İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləmişdir. O, Azərbaycanda 

rus dili sahəsində bir mütəxəssis kimi məşhur idi.  

 

 



 

 

Öz  dövrünün  tanınmış  şəxsiyyətlərindən  biri  olan  Nurməmməd 



Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda  vəfat etmişdir. Onu da qeyd etmək 

lazımdır  ki,  o,  öz  vətənində  Azərbaycan  İstiqlal  dövrünün  həyatdan  gedən  son 

naziri idi.      

Mövsüm Əliyev.

  

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə