66
CƏMOBƏY HACĠNSKĠ
Odlar yurdu № 18, sentyabr 1989.
Cəmobəy Süleyman oğlu Hacinski 1888-ci il iyunun 14-də Azərbaycanın
qədim şəhərlərindən biri olan Qubada anadan olmuşdur. O, görkəmli siyasi və
ictimai xadim Mehdibəy Hacinskinin (1879 - 1941) kiçik qardaşıdır. Hələ gənc
yaşlarından Bakıya köçən C.Hacinski burada gimnaziya bitirmiş, 1907-ci ildə
Bakıda rus dilində çap olunan ―Kaspi‖ qəzetində müxbir kimi fəaliyyətə
başlamışdır. O, həmin dövrdə Peterburq Universitetinin hüquq fakultəsinə daxil
olaraq 1914-cü ildə ali təhsilini başa vurmuşdur. C.Hacinski 1915-ci ilin
dekabrından 1917-ci ilin aprelinə qədər Batum vilayətində və Dənizkənarı rayonda
dünya müharibəsi dövründə zərər çəkənlərə kömək göstərmək üzrə müsəlman
qaçqın komitəsinin müvəkkili vəzifəsində işləmişdir.
1917-ci ilin aprelində C.Hacinski Müvəqqəti hökumətin Zaqafqaziya
komitəsinin müvəkkili təyin olunmuş, iyuladək bu vəzifədə çalışmışdır. İyul
ayında isə Zaqafqaziya kəndli depupatları icraiyyə komitəsinin sədr müavini
seçilmiş və oradan nümayəndə kimi Rusiya məclisi – müəssisanına yeni seçkilər
üzrə Zaqafqaziya mərkəzi komissiyasının sədri vəzifəsinə göndərilmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
C.Hacinski bitərəf F.Xoyskinin (1875 - 1920) təşkil etdiyi birinci kabinədə dövlət
nəzarətçisi vəzifəsini icra etmişdir. Həmin il iyunun 17-də F.Xoyskinin başçılıq
etdiyi hökumət kabinəsi istefaya çıxdığı üçün C.Hacinski tutduğu vəzifəni tərk
etmişdir.
C.Hacinski 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış
Azərbaycan parlamentinə üzv seçilmişdir.
Cəmobəy Hacinski Nazirlər Şurasının sədri Nəsibbəy Yusifbəylinin (1881
- 1920) təşkil etdiyi birinci kabinədə (14.IV.1919) və ikinci (22.XII.1919) kabinədə
poçt və teleqraf naziri təyin olunmuşdur. Onun Şimali Azərbaycanda rabitə
sahəsinin inkişafında fəaliyyəti diqqətəlayiqdir. Görkəmli Azərbaycan iqtisadçısı
Məmmədhəsən Baharlı (1896 - 1943) bu barədə 1921 –ci ildə geniş məqalə
yazmışdır. 1920-ci il martın 30-da C.Hacinski bütün kabinə ilə birlikdə istefaya
çıxmışdır.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Hacinski ədliyyə
komissarlığında inzibati – maliyyə şöbəsinin rəisi təyin olunmuşdur. 1922-ci il
aprelin 21-də əsassız ittiham olunaraq həbsə alınmış, 3 il məhbəsdə yatdıqdan
67
sonra bünövrəsi hələ 1919-cu ildə Arxangelsk vilayətində qoyulan və dünyada ilk
konslager hesab olunan məşhur Solovkiyə göndərilmişdir. Üç il də burada
saxlandıqdan sonra 1928-ci ilin iyulunda azad edilmiş, Bakıya qayıtmışdır.
C.Hacinski həmin ilin iyulundan respublika kənd təsərrüfatı kooperasiyası
ittifaqında (―Göybirliyi‖) plan şöbəsinin katibi və sonra müdiri olmuşdur. 1933-cü
il noyabrın 1-dən Azərittifaq sistemində işləyən C.Hacinski 1934-cü il noyabrın 6-
da sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçmişdir. Həmin vəzifənin
1937-ci il yanvarın 7-də ləğv olunması ilə əlaqədar olaraq C.Hacinski işdən
çıxarılmış, 1938-ci il noyabrın 24-də yenidən həbs olunmuş və 1942-ci ildə Kirov
vilayətinin Vyatka konslagerində həlak olmuşdur.
Mövsüm Əliyev.
68
XUDADATBƏY MƏLĠK – ASLANOV
Odlar yurdu, № 5 – 6, mart 1989.
Məşhur alim, ixtiraçı – mühəndis Xudadatbəy Ağa oğlu Məlik – Aslanov
1879-cu ilin aprelində Şuşa şəhərində anadan olmuşdur. O, 1899-cu ildə Şuşa
realni məktəbini bitirərək, Peterbur q Yol Mühəndisliyi institutuna daxil olmuş və
1904-cü ildə ali təhsilini birinci dərəcəli diplomla başa vurmuşdur. Xudadatbəy
1901- 1904 –cü illərdə RSDFP – nın üzvü olmuş və Peterburq komitəsində
çalışmışdır. Sonra, o, heç bir partiyaya mənsub olmamış və ömrünün axırına qədər
bitərəf qalmışdır. İnstitutu bitirdikdən sonra Voloqda Petrozavodsk dəmiryolu
çəkilişi ilə əlaqədar olaraq, altı ay Peterburqda işləmişdir. O, 1905-ci ilin əvvəlində
Tiflisə köçmüş və Zaqafqaziya dəmir yolu idarəsində işləməyə başlamışdır.
Əvvəlcə stansiya rəisinin köməkçisi, sonra Zaqafqaziya dəmir yolunun ən ağır və
dağlıq hissəsi hesab edilən Suram aşırımı keçidində yol xidməti rəisinin köməkçisi,
daha sonra isə rəisi təyin olunmuşdur. Onun rəhbərliyi altında olan sahədə xeyli
mülki tikinti aparılmış, ikinci yolun çəkilişi davam etdirilmiş Çiatura marqans
mədəninə ensiz dəmir yolu çəkilmiş və s. texniki işlər görülmüşdür. Bu dövrdə
onun dörq elmi məqaləsi Peterburq jurnallarında çap olunmuşdur. İstedadlı
mühəndis dəmir yol texnikası sahəsində yeni ixtiraları ilə dünyada tanınırdı.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Həmin il martın
9-da Müvəqqəti hökümətin göstərişi ilə X.Məlik – Aslanov Tiflisə köçürülmüş və
Zaqafqaziya dəmir yolu üzrə müvəkkil təyin olunmuşdur. O, 1917-ci il noyabrın
15-də Zaqafqaziya komissarlığında Dəmir Yolu Nəqliyyatı Nazirliyi üzrə komissar
və 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Federativ Respublikası
hökümətində dəmir yolu (nəqliyyatı) naziri idi. 1918-ci ildə onun Tiflis dəmir yolu
nəqliyyatı tarixindən bəhs edən kitabı (rusca) çap olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Xudadatbəy Məlik – Aslanov bitərəf F.X.Xoyskinin (1875 - 1920) təşkil etdiyi
birinci kabinədə dəmir yolu nəqliyyatı naziri və poçt – teleqraf naziri olmuşdur. O,
F.Xoyskinin başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də dəmir yolu naziri
vəzifəsini tutmuşdur. X.Məlik – Aslanov dekabrın 7-də Bakıda açılmış Azərbaycan
parlamentinin üzvü seçilmişdir. O, nazirlər şurasının sədri Nəsibbəy Yusifbəylinin
təşkil etdiyi birinci və ikinci kabinədə də həmin vəzifəni icra etmişdir. X. Məlik –
Aslanov təşkilatçılıq qabiliyyətinə görə N.Yusifbəylinin birinci müavini təyin
olunmuşdu. Bundan başqa, o, 1919-cu il iyunun 11-də yaradılmış respublika