Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   23   24   25   26   27   28   29   30   31

74 

 

 



 

 

ƏBDÜLƏLĠ  BƏY ƏMĠRCANOV  

Odlar yurdu, № 24, dekabr 1989.  

 

 



Dövrünün tanınmış siyasi və ictimai xadimi olan Əbdüləli bəy Əmircanov 

Şirəli  bəy  oğlu  1870-ci  ildə  Şəkidə  anadan  olmuşdur.  O,  1876    -  1883-cü  illərdə 

Şəki  şəhər  məktəbində  oxumuş,  sonra  Tiflisdə  Aleksandrovski  Müəllimlər 

İnstitutuna  daxil  olmuşdur.  Əbdüləli  bəy  sonralar  Azərbaycanın  məşhur  maarif 

xadimləri  kimi  tanınmış  S.M.Qənizadə  (1866-1924),  H.Mahmudbəyov  (1864-

1928)  və  S.Əbrührəhmanbəyovla  (1860  -  1922)  birlikdə  oxumuş  və  yaxındam 

dostluq etmişdir.   

 

 



 

 

 



 

 

1888-ci  ildə  təhsilini  başa  vuran  Əbdüləli  bəy  Əmircanov  Şəki  şəhər 



məktəbinə müəllim təyin olunmuşdur. Məktəbdə azərbaycanca dərs keçilməsi, rus 

dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyatın tədrisi sahəsində 

onun xidmətləri böyükdür.  

 

 



 

 

 



 

Ə. Əmircanov XIX əsrin sonlarında Lənkərana köçmüş, müəllim işləmiş, 

görkəmli  maarifçi  Teymur  bəy  Bayraməlibəyovla  (1862  -  1937)  birlikdə  bir  çox 

mədəni  –  maarif  tədbirlərini  həyata  keçirmişdir.  O,  həmin  şəhərdə  də  ailə 

qurmuşdur.  

 

 



 

 

 



 

 

 



XX əsrin əvvəllərində Bakıya köçən Əmircanov şəhərin rus – azərbaycan 

məktəblərində  dərs  deməklə  yanaşı,  dövlət  idarələrində  və  müxtəlif  şirkətlərdə 

mühasib  vəzifələrində  də  işləmişdir.  O,  Bakıda  bir  sıra  mədəni  –  maarif 

cəmiyyətlərinin  I  (1906-cı  il)  və  II  (1907-ci  il)  qurultaylarında  yaxından  iştirak 

etmişdir.  

 

 



 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi.  Ə.  Əmircanov 

siyasi  hadisələrə  qoşuldu.  1918-ci  il  martın  18-dən  22-dək  Bakıda  cəbhədən 

qayıdan nizami erməni əsgəri birlikləri 30 minə  yaxın azərbaycanlını qırdı. Onlar 

S.  Şaumyanın    göstərişi  ilə  Bakı  Sovetinin  qoşunu  tərkibinə  daxil  edilmişdilər. 

Şəhərdə  bu  qırğının  qarşısını  almağa  çalışanlardan  biri  də  Ə.Əmircanov  idi.  O, 



75 

 

martın  27-də  yaranmış  Milli  müsəlman  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin 



üzvü idi.  

 

 



 

 

 



 

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

Bitərəf  Ə.Əmircanov  Azərbaycan  Respublikası  nazirlər  şurasının  sədri  Fətəlixan 

Xoyskinin  (1875  -  1920)  təşkil  etdiyi  II  hökümət  kabinəsində  (17.  VII.  1918) 

maliyyə  naziri  təyin  olundu.  Onun  rəhbərliyi  altında  Azərbaycan  hökümət  bankı 

fəaliyyətə başlamışdır.  

 

 



 

 

 



 

 

Bakı 15. IX. 1918-ci  ildə  oyuncaq Sentrokaspi diktaturası qüvvələrindən 



təmizləndikdən  sonra,  Azərbaycan  respublikası  höküməti  Gəncədən  Bakıya 

köçmüş və Ə. Əmircanov öz vəzifəsini burada icra etmişdir. Həmin il oktyabrın 6-

da  hökümət  kabinəsində  bəzi  dəyişikliklərlə  əlaqədar  Ə.  Əmircanov  öz 

vəzifəsindən azad olunmuş, həmin gündən dövlət nəzarətçisi vəzifəsini tutmuşdur. 

 

Ə.  Əmircanov  1918-ci  il  dekabrın  7-də  Bakıda  təntənəli  sürətdə  açılmış 



Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə bitərəflər qrupuna daxil 

idi.  


 

 

 



 

 

 



 

 

 



1918-ci  ilin  dekabrında  F.Xoyskinin  kabinəsi  istefaya  çıxdığı  üçün  Ə. 

Əmircanov tutduğu vəzifəni tərk etmişdir.    

 

 

 



 

1919-cu ilin ortalarında xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Ə. 

Əmircanovun yaxından iştirakı ilə Bakıda ―Dəyanət‖ şirkəti yaradılmışdır. Həmin 

dövrdə  Bakıda  həyata  keçirilən  bir  sıra  mədəni  –  maarif  tədbirlərinin 

təşkilatçılarından biri də Ə. Əmircanov idi.   

 

 



 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Ə.  Əmircanov 



Azərbaycanı tərk edərək İstanbula köçmüş və 1948-ci ildə orada vəfat etmişdir.  

Mövsüm Əliyev.  

  

 

 



 

 

 




76 

 

 



 

 

ƏKBƏRAĞA ġEYXÜLĠSLAMOV  

Odlar yurdu, № 22, noyabr, 1988.  

 

 



Dövrünün  tanınmış  siyasi  və  ictimai  xadimi  Əkbərağa  İbrahim  oğlu 

Şeyxülislamov  1891-ci  ildə  İrəvan  şəhərində  anadan  olmuşdur.  Orta  təhsilini 

İrəvan  gimnaziyasında  başa  vurduqdan  sonra  1912-ci  ildə  Peterburq  Yol 

Mühəndisliyi İnstitutuna daxil olmuşdur.    

 

 

 



 

1917-ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi.  Gənc  Əkbərağa 

yaranmış  siyasi  vəziyyətlə  əlaqədar  olaraq  institutda  bütün  dərs  kursunu  başa 

vurduğuna  baxmayaraq,  ali  məktəbi  bitirmək  haqqında  diplomu  almadan  vətənə 

qayıtmalı oldu.    

 

 



 

 

 



 

 

1918-ci  ilin  fevralında  Ə.  Şeyxülislamov  Zaqafqaziya  seyminin  üzvü 



seçilmişdir. O, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunmuş müsəlman 

fraksiyasının  tərkibindəki  ―Hümmət‖  (menşevik)  partiyasına  daxil  idi.  Ə. 

Şeyxülislamov Zaqafqaziya seymi tərəfindən Türkiyə höküməti ilə sülh danışıqları 

aparmaq  üçün  1918-ci  il  martın  1-də  yaradılmış  nümayəndə  heyətinin  tərkibinə 

daxil  idi.  O,  həmçinin  Zaqafqaziya  hökümətində  daxili  işlər  nazirinin  müavini 

vəzifəsini icra etmişdir.    

 

 

 



 

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

Əkbərağa Şeyxüslislamov bitərəf F.Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq 

və  əmək  naziri  vəzifəsini  tutmuşdur.  Həmin  il  iyunun  17-də  kabinə  bütövlüklə 

istefaya  çıxdığı  üçün  tutduğu  vəzifəni  tərk  etmişdir.  Ə.  Şeyxülislamov  1918-ci  il 

dekabrın  7-də  Bakıda  təntənəli  surətdə  açılmış  Azərbaycan  parlamentinə  üzv 

seçilmişdir.  O.  parlamentdə  sosialist  fraksiyasının  tərkibinə  daxil  idi.  Ə. 

Şeyxülislamov  parlamentin  açılışında  daxil  olduğu  fraksiyanın  adından  hərarətli 

nitq söyləmişdir.   

 

 

 



 

 

 



 

Ə.  Şüyxülislamov  1918-ci  il  dekabrın  12-də  Bakıda  keçirilmiş  siyasi 

partiyaların  Demokratik  müşavirəsində  ―Hümmət‖  (menşevik)  partiyası  adından 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə