63
Həmin il oktyabrın 6-da hökümət kabinəsində bəzi dəyişikliklərlə
əlaqədar B.Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir.
O, yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət
əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.
Bitərəf B.Cavanşir Azərbaycan parlamentinə üzv seçilmişdir. Həmin ilin
dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün B.Cavanşir tutduğu
vəzifələri tərk etmişdir.
1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün B.Cavanşirin
yaxından iştirakı ilə Bakıda ―Dəyanət‖ şirkəti yaradılmışdır. 1918 – 1920 –ci
illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin və bir çox cəmiyyətlərin
təşkili onun adı ilə bağlıdır.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra B.Cavanşir neft
sənayesi sahəsində işləmişdir. Həmin ilin ilin axırında N.Nərimanov müasir neft –
mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. B.Cavanşir yolüstü
İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy
Ağayevin evində yaşamışdır. Bir gecə evdən bayıra çıxıb küçə ilə gedərkən
arxadan daşnaksütun partiyasının üzvü Toplaqyan tərəfindən güllə ilə
öldürülmüşdür... Ə.Ağayevin oğlu Səməd Ağaoğlunun (1909 - 1982) ―Babamın
arkadaşları‖ (İstanbul, 1957 səh. 133.) kitabında göstərildiyinə görə, bu hadisə
1921-ci il yanvarın axırında və ya fevralın əvvəlində baş vermişdir. Xalqımız öz
görkəmli oğullarından birini də belə itirmişdir...
Mövsüm Əliyev
64
ƏLĠAĞA HƏSƏNOV.
Odlar yurdu, № 17 sentyabr 1989.
Əliağa Hacı Süleyman oğlu Həsənov 1871-ci ildə Bakıda anadan
olmuşdur. O, şəhər gimnaziyasını və Bakı kommersiya məktəbini bitirmişdir. Ə.
Həsənov türk. ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir.
Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər dumasının
üzvü seçilmişdir. Bakıya şollar su kəmərinin çəkilməsində, kanalizasiya
şəbəkəsinin yaradılmasında, Dənizkarı parkın salınmasında onun xidmətləri
böyükdür.
Əliağa Həsənovun dövri mətbuat səhifələrində xeyli məqaləsi dərc
edilmişdir. Görkəmli Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin (1864 -
1941) buraxdığı ―Füyuzat‖ jurnalında çıxmış məqalələri xüsusilə maraqlıdır.
Ə.Həsənovun böyük rus yazıçısı L.Tolstoyla dostluq münasibətləri vardı.
Fevral – burjua inqilabından sonra Ə.Həsənov siyasi hadisələrdə yaxından
iştirak etməyə başladı. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın
digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın
azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşun
hissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa
çalışanlardan biri də Ə.Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli
Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Ə.Həsənov
1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə
üzv seçilmişdir. O, Xoyskinin təşkil etdiyi üçüncü hökümət kabinəsində maliyyə
nazirinin müavini, Nəsibbəy Yusifbəylinin I kabinəsində isə maliyyə naziri təyin
olundu. Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda
Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda,
Lənkəranda və başqa şəhərlərdə şabələri təşkil olundu. 1919- 1920-ci illərdə ADR-
nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı.
Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının
sədri N.Yusifbəylinin və maliyyə naziri Ə.Həsənovun imzaları var idi. Bunlar
ADR –in siyasi müstəqilliyini möhkəmləndirən iqtisadi müstəqilliyin ilk addımları
idi və milli hakimiyyətin əsas atributlarından biri sayılırdı. 1919-cu ilin sonunda
ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat
dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. Buraxılan pulların
65
qiymətdən düşməməsi, emissiya həmçinin artmaması və devalvasiyaya
uğramaması üçün Ə.Həsənov böyük səy göstərirdi.
1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı
üçün Ə.Həsənov tutduğu vəzifəni tərk etmişdir. O, sonra Azərbaycan Dövlət
Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə)
çalışmışdır.
1920-cı il aprelin 27 –də baş verən hadisələrdən sonra da Əliağa Həsənov
Azərbaycanın mədəni – ictimai həyatında fəal iştirak etmişdir.
Öz dövrünün tanınmış ziyalısı olan Ə.Həsənov 18 mart 1933-cü ildə 65
yaşında Bakıda vəfat etmişdir.
Mövsüm Əliyev.