59
çox təşəbbüslərin müəllifi idi. Hələ o vaxt Gəncənin və yeni salınacaq Daşkəsən
şəhərinin Azərbaycan sənayesi üçün gələcəkdə böyük əhəmiyyət daşıyacağını öz
məqalələrində dönə - dönə göstərirdi. M.H.Hacinskinin 20-ci illər mətbuatında
Azərbaycanın tikinti – quruculuq həyatına aid çoxlu məqaləsi dərc edilmişdir.
Ziddiyyətli həyat yolu keçmiş Məmməd Həsən Hacinski Zaqafqaziya
diyar Partiya Komitəsinin birinci katibi olan avanturist Lavrenti Beriyanın (1899 -
1953) göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında
həlak olmuşdur.
Mövsüm Əliyev.
60
NƏRĠMANBƏY NƏRĠMANBƏYLĠ
Odlar yurdu, № 23, dekabr 1989.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi Nərimanbəy Haşım oğlu
Nərimanbəyli 1889-cü ildə Qarabağın dilbər güşələrindən biri Şuşa şəhərində
anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün onun gənclik illəri bütünlüklə bu
şəhərdə keçmişdir. Onun ayası Haşımbəy İrəvanda azərbaycanlılar üçün ana
dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətlərinin təşkilində fəal
iştirak etmişdir. Haşımbəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə
birlikdə tərtib etdiyi ―Ana dili‖ kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar isə üç
dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr tamaşaları
haqqında resenziyaları çap olunmuşdur.
Nərimanbəy Nərimanbəyli belə bir ziyalı ailədə böyümüş və milli ruhda
tərbiyə almışdır. O, orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə
Moskva universitetinin fizika – riyaziyyat şöbəsində, sonra isə Xarkov
universitetinin
hüquq fakultəsində oxumuşdur. N.Nərimanbəyli burada
―Azərbaycan tələbə həmyerlilər təşkilatı‖nın rəhbərliyinə seçilmiş və inqilabı
fəaliyyətini davam etdirmişdir. Bu təşkilatda N.Nərimanbəylinin iştirakı ilə
azərbaycanlı tələbələr tərəfindən verilən tamaşaların gəliri I dünya müharibəsində
zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. Həmin tamaşalardan ―Qazana
səyahət‖ əsəri daha məşhur olmuşdur.
Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nərimanbəy
Nərimanbəyli bir ictimai xadim kimi coşğun fəaliyyətə başlamışdır. O, vəkil
işləməklə yanaşı, ―Müsəlman xeyriyyə cəmiyyətinin‖ rəhbərlərindən biri
olmuşdur.
1917-ci ildə Rusiya fevral – burjua inqilabı baş verdi. Həmin ilin mart
ayında ―Müsəlman demokratik ―Müsavat‖ partiyası‖ açıq fəaliyyətə başladı. Bu
dövrdə Bakıya köçən N.Nərimanbəyli həmin partiyanın sıralarına daxil olmuşdur.
O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında,
oktyabrda isə ―Türk ədəmi – mərkəziyyət partiyası ―Müsavat‖ ın birinci
qurultayında fəal iştirak etmişdir.
1918-ci ilin fevralında Nərimanbəy Nərimanbəyli Zaqafqaziya Seyminin
üzvü seçilmişdir. O, həmin il fevralın 28 – də Seym tərəfindən təsdiq olunmuş
müsəlman fraksiyasının tərkibindəki ―Müsavat və bitərəflər qrupu‖nun üzvü idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan
olundu. N.Nərimanbəyli həmin ilin dekabrında 7-də Bakıda təntənəli surətdə
61
açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə ―Müsavat‖
fraksiyasının tərkibinə daxil idi.
Nərimanbəy Nərimanbəyli Azərbaycan Respublikası nazirlər şurasının
sədri Nəsibbəy Yusifbəylinin (1881- 1920) təşkil etdiyi kabinədə (14. IV. 1919)
dövlət nəzarətçisi vəzifəsini icra etmişdir. Həmin ilin dekabrın ortalarında
N.Nərimanbəyli tutduğu vəzifəni tərk etmişdir.
N.Nərianbəyli bir ictimai xadim kimi həmin dövrdə Bakıda həyata
keçirilən bir bir çox mədəni tədbirlərin fəal iştirakçısı olmuşdur.
1920-i il aprelin 27-də baş verən hadisələrdən sonra Nərimanbəy
Nərimanbəyli müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, lakin təqiblərə məruz
qalaraq işdən çıxarılmış və öz sahəsində vəkil işləmişdir.
Öz dövrünün taınmış siyasi və ictimai xadimi Nərimanbəy Nərimanbəyli
1937-ci ildə Stalin repressiyası nəticəsində həlak olmuşdur.
Mövsüm Əliyev
62
BEHBUDAĞA CAVANġĠR
Odlar yurdu, № 12 iyun 1989.
Behbudağa Azad oğlu Cavanşir 1886-ci ildə Tərtər nahiyəsinin Azad
Qaraqoyunlu kəndində anadan olmuşdur. O, orta təhsilini Tiflis real məktəbində
almış, sonra dünyada ilk ali – texniki məktəb olan Frayberq Dağ – mədən
Akademiyasını (Almaniya) bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı
məzunudur. Behbudağa Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə
kurslarında oxumuşdur. Qərbi Avropadakı həyatı onun bir siyasi və bir ictimai
xadim kimi formalaşmasına təsir etmişdir. B.Cavanşir alman, ingilis, fransız, rus
və gürcü dillərini mükəmməl bilmişdir. Erməni dilini isə Bakı kommunasının
rəhbəri S.Şaumyandan öyrənmişdir. O, dəfələrlə S.Şaumyanı işə düzəltmiş,
sürgünlərdən və qazamatlardan qurtarmışdır. Bu haqda çoxlu tarixi sənəd var.
(Bax: Dubinskiy – Muxadze, ―Şaumyan‖, Moskva. 1986, səh. 13. 108.)
1916 –cı ildə Azərbaycana qayıdan B.Cavanşir Bakı neft müəssisələrində
baş mühəndis vəzifələrində çalışmışdır. Doğma xalqının maariflənməsi uğrunda
mübarizə aparan B. Cavanşir tezliklə ―Müsəlman xeyriyyə cəmiyyətinin‖
rəhbərliyinə seçilmişdir. Onun coşğun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi
izlənilirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış ―Zaqafqaziyada rus siyasətinə
dair sənədlər‖ kitabında (onun digər adı ―Qara kitabdır‖) bu barədə məlumat
vardır. (səh. 25 və 28). Oradan aydın olur ki, B.Cavanşir Ə.Ağayevin 1905-ci ildə
gizli şəkildə yaratdığı‖Difai‖ partiyasının Mərkəzi Komitəsinə daxil idi. O, ―Nicat‖
cəmiyyətinin və ―Rus texniki cəmiyyətinin‖ Bakı şöbəsinin üzvü seçilmişdir.
Texniki cəmiyyətin elmi əsərlərində B.Cavanşirin xeyli məqaləsi çap olunmuşdur.
B.Cavanşir fevral – burjua inqilabından sonra yaranmış Milli Müsəlman
Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçildi.
1918 - ci il martın 18-dən 22-dək S.Şaumyanın başçılığı altında
bolşeviklər tərəfindən milli məsələnin düzgün qoyulmaması nəticəsində meydana
çıxan qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını
almağa çalışanlardan biri də B.Cavanşir idi. O, barışıq komitəsinin üzvü idi.
B.Cavanşir 1918 –ci ildə iyunun 17 –də Gəncədə F.X.Xoyskinin təşkil
etdiyi ikinci hökümət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur. Onun
müavini general – mayor Sadıxbəy Ağabəyov idi. Onlar Bakıda, İçərişəhərdə
podpolkovnik Şükürbəy Yüzbaşinskinin rəisliyi altında polis məmurları
(qorodovoy) məktəbinin açılmasına ciddi diqqət yetirirdilər.