Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

18 

 

və  icraedici  hakimiyyətin  bölünməsi  prinsipinə  uyğun  olaraq  parlament  üzvünün 



dövlət  orqanlarında  işləməsi  məqbul  sayılmadı.  Yalnız  nazirlərin  eyni  zamanda 

parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü 

bir  neçə  gün  ərzində  iki  vəzifədən  birini  seçib,  parlamentin  rəyasət  heyətinə 

bildirməli idi. 

 

 

 



 

 

 



 

Parlamentin  istifadə  etdiyi  dil  dövlət  dili  statusuna  malik  Azərbaycan 

türkcəsi idi. Qeyri – yerli əhali nümayəndələri çıxışların rus dilində olmasını təklif 

etdikdə  parlamentin  iclaslarından  birində  bu  məsələ  xüsusi  müzakitə  olunmuş  və 

bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan 

türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində 

etmələri  məqbul  hesab  edilmişdi.  Bununla  belə  rəsmi  sənədlərin  hamısı  dövlət 

dilində  tərtib  edilirdi.  Dövlət  dilində  olmayan  sənədlərin  üstündə  adətən 

parlamentin  sədr  müavini  Həsən  bəy  belə  bir  məzmunda  dərkənar  qoyurmuş: 

―Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır‖. 

 

 

 



Azərbaycan parlamentinin müvcud olduğu dövrdə 140 qədər ümumi iclası 

olmuşdur.  1919  –  cu  ilin  sonuna  qədərki  dövrdə  olmuş  110  iclasın  13-ü  kvorum 

olmadığından  baş  tutmamış,  2  iclas  təntənəli  yubiley  iclası  xarakterində  olmuş 

(Azərbaycanın müstəqilliyinin birilliyi münasibətilə 1919 –cu ilin 28 may tarixli və 

Bakının fəthinin ildönümü münasibətilə 1919 cu ilin 15 sentyabr tarixli iclasları). 1 

fövqaladə  iclas  Gürcüstanla  Ermənistan  arasında  müharibənin  başlanmasına  həsr 

olunmuşdu.  Daha  üç  iclas  da  təntənəli  şəraitdə  keçmiş,  onlar  Fevral  inqilabının 

ikinci ildönümünə. Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanması və 

parlamentin  təşkilinin  ildönümünə  həsr  edilmişdi.  Qalan  91  iclas  adi  iclas  idi. 

Həmin  dövrdə  cəmi    315  qanun  lahiyəsi  təqdim  edilmiş,  bunlardan  10-12-si  rədd 

edilmiş,  ya  da  onların  komissiyalarda  müzakirəsi  davam  edirdi.  Qanun 

lahiyələrindən  82–si  maliyyə  nazirliyi,  32–si  ədliyyə,  24  -ü  daxili  işlər,  19-u  xalq 

maarifi, 12-si torpaq, 10-u sosial təminat, 9-u hərbi nazirlik və b. tərəfindən təqdim 

edilmişdir.  Qanuna  uyğun  olaraq  dövlət  büdcəsinin  təsdiqi  və  xərclənməsi 

parlamentin  səlahiyyətlərinə  aid  olduğundan,  qanun  və  qərarların  böyük  hissəsi 

maliyyə məsələləri ilə əlaqədar idi. Yeni qanun məcəlləsinin hazırlanmasına qədər 

köhnə qanunların hələlik qüvvədə qalmasına baxmayaraq bu və ya digər qanunlar 

məcmuəsinin  müvafiq  maddələrinin  dəyişməsi  haqqında  qanun  və  qərarlar 

verilirdi.  Yeni  yaranmış  yarımmüstəqil  müəssisə  və  təşkilatlarının  da 

nizamnamələri  parlament  tərəfindən  təsdiq  olunmalı  idi.  Parlamentin  geniş 

müzakirədən  sonra  təsdiq  etdiyi  nizamnamələr  sırasında  Bakı  Universiteti. 

Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət Əmanət kassalarının nizamnamələri 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




19 

 

və mətbuat haqqında nizamnamə də var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı 



bir  rəsmi  sənəd  parlamentin  təsdiqindən  sonra  qüvvəyə  minirdi.  Denikin 

təhlükəsinin  kəskinləşdiyi  1919  –cü  ilin  iyununda  yaradılmış  Dövlət  Müdafiə 

Konmitəsinin qərarları da qanun qüvvəsinə malik idi.  

 

 



 

Azərbaycan  parlamentinin  qanunvericilik  və  mərkəzi  dövlət  orqanlarını 

formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından bqşqa bu və 

ya  digər  orqanın  hesabatını  dinləyib,  onlar  haqqında  müvafiq  qərar  qəbul  etmək, 

eləcə  də  ali  dövlət  nəzarətini  həyata  keçirmək  funksiyaları  var  idi.  Parlament 

iclaslarının  gündəliyindən  xeyli  hissəsi  bu  məsələlərə  həsr  edilmiş  və  bu  barəd 

xüsusi qərarlar qəbul olunmuşdu.   

 

 



 

 

Azaərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab 



edlidiyindən  bir  sıra  köklü  məsələlər  müəssisələr  məclisində  həll  edilməli  idi. 

Azərbaycan Demokratik  Respublikasının konstitusiyası da burada təsdiq edilməli 

idi. Müəssisələr məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük 

bir  komissiya  yaradılmışdı.  Bu  komissiyaya  bütün  fraksiyaların  nümayəndələri 

cəlb edilmiş və o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919 –cu 

ilin  iyulun  2-də  Azərbaycan  Respublikasının  müəssisələr  məclisinə  seçkilər 

haqqında  əsasnamə  qəbul  edildi.  Əsasnamə  4  fəsildən,  116  bənddən  ibarət  idi. 

Əsasnaməyə  görə  müəssislər  məclisinə  seçkilərdə  cinsindən,  dilindən, 

milliyyətindən  asılı  olmayaraq  20  yaşına  çatmış  bütün  Respublika  vətəndaşları 

iştirak edə bilərdilər.  

 

 

 



 

 

 



Seçkilər  aprelin  20  –nə  təyin  edildi.  Lakin  ölkənin  xarici  siyasi 

vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan müəssisələr məclisinə seçkilərin 

keçirilməsinə  mane  oldu.  Parlament  aprelin  27-dəki  sonuncu  iclasında  fakt 

qarşısında qalaraq Azərbaycan K (b) P, Rusiya K (b) P Qafqaz Diyar Komitəsinin 

Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından verilmiş ultimatuma cavab olaraq, 

hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi.  

 

 

 



 

 

Nəsib Nəsibzadə 



  

 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə