Ədalət Nəsibov
82
Sevdirər sevəni, güldürər qəmi
Ondan ilham alar şair qələmi,
Calanda “Dilqəmi”, “Yanıq Kərəmi”
Göz yaşı tökdürər daşa Ədalət
Musaoğlu, ustada bir şeir azdır,
Belə sənətkara bir ömür azdır,
Saz özü Ədalət, Ədalət sazdır,
Dünya yaşadıqca yaşa Ədalət!
Vaqif PAġAYEV
ƏDALƏT
Hamının nəzəri telli sazdadır,
“Yanıq Kərəmi”ni çalır Ədalət.
Mizrabı vurduqca incə tellərə,
Özüdə xəyala dalır Ədalət.
Telli saz car çəkir bütün aləmə,
Aləm də, alışır boyanır qəmə,
Ürəyi acıyır yazıq Kərəmə,
Əslini yadına salır Ədalət.
O çalır, çəməndə dil açır çiçək,
Göydə gün dayanır, səhrada külək,
Atəşəm, qəlbimin bir parçası tək,
Əbədi qəlbimdə qalır Ədalət.
Günümüzün ustad aĢıqları
83
Həqiqət MƏRDƏKANLI
ƏDALƏT SAZ ÇALANDA
Qınamayın a dostlar,
Mən xəyala dalanda.
Axı neçə susmayım?
Ədalət saz çalanda.
Saz yaşadır üzümü,
Söz yaşadır gözümü,
Unuduram özümü,
Ədalət saz çalanda.
Tellər qoparır fəğan,
Diqqət kəsilir insan,
Coşur damarımda qan-
Ədalət saz çalanda.
ġakir MƏDƏTOĞLU
COġA ƏDALƏT
Dünya bir don geyər sazı çalanda,
Qoymursan simləri çaşa Ədalət.
Ellərin arzusu istəyi budur,
Yaşa ürəklərdə, yaşa, Ədalət.
O sazın sirrini bəyan eylə sən,
Kərəmin dərdini bizə söylə sən,
Nədən yaranmısan, nədən böylə sən?
Vermə ömrü hədər başa Ədalət.
Ədalət Nəsibov
84
Saz çalmağın canda qoymayır taqət,
Verir sevənlərə eşqi məhəbbət,
Lazım deyil sənə bər- bəzək zinət,
Çəkməzlər əlindən haşa, Ədalət.
Bəzən qan ağlayır sazda pərdələr,
Dayanar dalğalar, süzər ləpələr,
Hərdən dağa dönən bala təpələr,
Baxa vüqarına coşa, Ədalət.
Hər çalınan sazın şah pərdəsisən,
Yerin, asimanın, haqqın səsisən
Boransan, tufansan bil azərisən
Dəyməsin barmağın daşa Ədalət.
Əlimdə qələmim yazım ağlayır,
Şeirim ağlayır, sazım ağlayır,
Mədədoğlu deyər: izim ağlayır
Mən qurbanam çapıq qaşa, Ədalət
Yaşa Qara sazla yaşa Ədalət!
Sərraf QASIM
YAN, AġIQ
Al köksünə, alış sazın eşqindən,
“Kərəmini” çala-çala yan aşıq
Yaxalanıb Kərəm kimi sehirlən,
Sən də düş o hala, yan aşıq
“Kərəmini” çala-çala yan aşıq.
Vur ”Misridə” cəngi eylə, qatlanma,
“Hicran Kərəmidə” yanıq adlanma,
“Dübettidə” başdan-başa odlanma,
Günümüzün ustad aĢıqları
85
Dilqəmidə tala-tala yan aşıq,
Kərəmini çala-çala yan aşıq,
“Hüseyni”, “ Divani” dağı dağlasın,
Yağdır sazı gədikləri bağlasın,
Qoy ayaq-baş pərdə -pərdə ağlasın
Xalları qat xala, xala , yan aşıq
Kərəmini çala-çala yan, aşıq
Kökdə “Ruhani”ni, “Cəlilini” seç,
Ordan “İnçəgülü”, “Müxəmməsə” keç
“Təcnis” dən-“Təcnis”ə “Yurd yeri”nə köç
Yolu ora çala-çala yan, aşıq,
Kərəmini yana-yana çal aşıq.
Sərraf qasım deyər, cəkib nazın da,
Məclis qur əyləşsin Pəri qızında,
Bütün havaları yandır sazında,
El ocağın qala-qala yan, aşıq,
Kərəmini çala-çala yan, aşıq.
Ehtiram MƏMMƏDOV
BĠR KƏRƏMĠ HAVASININ EġQĠNƏ
Çəmən susar,düzən susar,çöl susar,
Bir “Kərəmi” havasının eşqinə.
Varaq susar, dodaq susar, dil susar,
Bir “Kərəmi” havasının eşqinə.
Pıçıldamaz lalə, nərgiz bu bağda,
Dinməz olar ötər quşlar budaqda.
Şıp-şıpını kəsər axan bulaqda,
Bir kərəmi havasının eşqinə.
Ədalət Nəsibov
86
Eşidilməz dağ döşündən ney səsi.
Əsən külək dərməz belə nəfəsi.
Bala ceyran lap yanına gələsi,
Bir “Kərəmi” havasının eşqinə.
Kərəm kimi eşq oduna yaxıllam.
Gilə-gilə, damla-damla axıllam,
Ədalətin ayağına yıxıllam,
Bir “Kərəmi” havasının eşqinə.
Ədalət KÖNÜLLÜ
AY USTA
Dilləndikcə sizin telli sazınız,
Ürəkdə açılır güllər, ay usta.
Necədə deməsin səni yüz yaşa,
Sizdən ilham alan dillər ay usta.
Hər eli, obanı edirsiz soraq,
Sazdan ilham alır bac verir bulaq,
Hansı məclislərə açanda ayaq,
Həsrətini çəkir ellər, ay usta
Hara getsə pisi yaxşılar əyir,
Yalan danışanlar xətrimə dəyir,
Ürək dilə gəlib coşmaq istəyir,
Mizraba dəyəndə əllər, ay usta.
Hər sözün havanın vardı qiyməti,
Sən dilə gətirdin gənc Ədaləti.
Sizə bəxş olunan bu səadəti
Alqışlar sazında tellər, ay usta
Günümüzün ustad aĢıqları
87
Cəfər BAĞIROV
ƏDALƏTĠN SAZINDA
Köhlən atlar yeriş açır,
Telli sazın tellərində.
Könül qanad alıb uçur,
Telli sazın tellərində;
Ədalətin əllərində.
Yada düşür hər bir dövr,
Qəlb ucalır artır ömür,
Sevməyənlər duyur, sevir
Telli sazın tellərində;
Ədalətin əllərində.
Gah zil ağlar, gah bəm ağlar,
Telli deyib, Dilqəm ağlar,
Ona olan həmdəm ağlar,
“Telli” sazın tellərində;
Ədalətin əllərində.
Eşidən bir an dayanar,
San ki, qəflətdən oyanar,
Kərəm yanıb birdə yanar,
Telli sazın tellərində;
Ədalətin əllərində.
İbrahim qalır dəryada,
Nəcəf daş olur səhrada,
Valeh gedir bir murada,
Telli sazın tellərində;
Ədalətin əllərində.
Dostları ilə paylaş: |