Ədalət Nəsibov
88
Yar ucundan Abbas ağlar,
Şah İsmayıl, həm Güllüzar,
Qoç Koroğlu nərəsi var,
Telli sazın tellərində;
Ədalətin əllərində
Həzin-həzin küləklər var,
Könüllər var, ürəklər var,
Arzular var, diləklər var
Telli sazın tellərində;
Ədalətin əllərində,
Cəfərin sinəsi coşur,
Çaylar kimi aşıb daşır,
Leyli-Məcnun qucaqlaşıır,
Telli sazın tellərində,
Ədalətin əllərində.
ƏDALƏT
Coşqun- coşqun telli sazı çalanda,
Aşıqları yarışdırır Ədalət.
Ömür boyu küsüb gedən Tellini,
Dilqəm ilə barışdırır Ədalət.
Şeyda bülbülləri bağa gətirir,
Həsrətləri qovuşmağa gətirir,
Leylini arandan dağa gətirir,
Məcnun ilə görüşdürür Ədalət.
Dağıdır çiskini qarı, boranı,
Tez sildirir qəlblərdən qaranı,
Xan Çobana ala gözlü Saranı,
Daşdan, seldən soruşdurur Ədalət
Günümüzün ustad aĢıqları
89
Çaldığı havalar gəzir mahalda,
Sevilir seçilir hər bir xəyalda,
Üç gözəl yanında, Novruzu yolda
Təpəgözlə vuruşdurur Ədalət.
İki Pərilərdən ayrılanlardan,
Cəkir Qurbanini çox intizardan,
Tufarqanlı Abbası qurtarıb dardan,
Sevgisinə sarmaşdırır Ədalət
Şad xəbər söyləyir yara yarından,
Vəfalı kəslərə vəfadarından,
Gedəni-gələni yol kənarından,
Valeh edir, duruşdurur Ədalət.
Gəzdirdikcə pərdələrdə əlini,
Çəfərin xəyalı gəzir elini
Kərəm ilə xan Əslinin külünü
Bir –birinə qarışdırır Ədalət.
Valeh DUMANOV
ÇALA ƏDALƏT
A dostlar, layiqli bir məclis ola,
Elə “El havas” ın çala Ədalət
Aqillər yığıla qiymət qoyula,
Hər simin sədasın çala Ədalət!
Ay qara görünər, gün nur salmasa,
Dəniz göl sayılar, ümman olmasa
Ustad kamil olmaz, dərsin almasa
Ustadlar dühasın çala Ədalət!
Ədalət Nəsibov
90
Azəri xalqının ruhuna uyğun
Eşq söhbəti aça, mənası dolğun,
Səhraya varanda biçarə Məcnun
Cağırıb Leylasın çala Ədalət!
Sazı oxşadıqca qızıl əlləri,
Kərəmin ahları gəzə telləri,
Nədən xan Əslinin soldu gülləri?
Bu eşqin əmmasın çala Ədalət!
Gün kimi aləmə yayıldı Pəri
Abbas zülmətlərdə uddu zəhəri,
Dindirib tarixi, qərinələri,
Azadlıq səfasın çala Ədalət
İgidlər aləmə ətir saçanda,
O xumar gözlərdən yuxu qaçanda,
Canan sərxoş gəzib kəmər açanda,
Gözəllik ədasın çala Ədalət!
Məhəmməd MURADOĞLU
ƏDALƏT
Böyük Tanrı haqdan dərs verib sənə,
Ana laylasısan çalsan, Ədalət!
Kərəm məhəbbəti dönübdür külə,
Bir ulu tarixə baxsan Ədalət!
Çalanda ağlayır sular sonası,
Yaralı qəlbimin yoxdur anası,
Dünyada şirindir həsrət laylası,
Bizə ruhi qida versən Ədalət!
Günümüzün ustad aĢıqları
91
Sazında köklənir, titrəyir tellər,
Səsinə səs verir o doğma ellər,
Nə qədər lal olsa tərpənir dillər,
Məclisin bülbülü sənsən Ədalət
Ürəkdə yoxdurmu heç intizarın,
Məhəmmədəm eldə yansın çırağın,
Çəkilsin dumanı bizim dağların,
Babək nərəsini çəksən Ədalət!
Xanəli KƏRĠMOV
ƏDALƏT
Çoxdandı həsrətəm saz havasına,
Bir dəli ”Misiri” çaldı Ədalət.
Bir coşqun xəyallı, coşqun ilhamlı,
Səadət müjdəli yoldu Ədalət
Əzəldən bağlanıb sözə, söhbətə,
Sadiqdir dostluğa, əhdə hörmətə,
Uymadı tərifə şana, şöhrətə,
Qorqudun sazını çaldı Ədalət.
Sənətkar xoşbəxtdir xalq onu sevsə
Ürək çox yaşayar dərdini bölsə
Aşıqlıq qənirsiz bir gözəldirsə
Onun yanağında xaldı Ədalət
Gah “Dilqəmi” caldı, gah da “Ruhani”
Gah “Qaraçı” çaldı, gah da “Divani”
Gah “Cəlili” çaldı, gah “Qəhrəmanı”
Ələsgər tacını aldı Ədalət
Ədalət Nəsibov
92
Əritdi oduyla göyəzən qarın,
Vəsv etdi yurdumun torpağın, varın,
Vurğunu, Vaqifi saz havaların,
Havalar içinə saldı Ədalət
Sildi könüllərdən kədəri, qəmi,
Fəht etdi sazıyla bütün aləmi,
Cox aşıqlar çaldı “Yanıq Kərəmi”
Bir “Yanıq Kərəmi” çaldı Ədalət.
Hüseyn KÜRDOĞLU
ÇALASAN
Yaralıyam qanım kəsmir, Ədalət
Yetişəsən dar ayaqda, çalasan.
Bəlkə yaram qaysaq tuta sinədə,
Taleh məndən dönən çağda çalasan
Sal qayasan, köksündə bir şəlalə,
Kim içmədi bu meydən bir piyalə
Ya tufandır, ya cəngidir, ya nalə
Dünya boyda bir yığında çalasan
Yeddi ildir dərdin qəmin diliyəm,
Yel ağzında Yanıq Kərəm külüyəm,
Dəli dağdan ayrı düşən dəliyəm,
Gəlsin o gün dəli dağda çalasan.
Bu müsibət nə uzundur, nə uzun,
Qovğası çox, bəlası cox oğuzun.
Söykənəsən ağ çiyninə Qırxqızın,
Zəfər günü Qarabağda çalasan.
Dostları ilə paylaş: |