Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

45
lar səsləndirirdi. Artıq qəzəbli kütlənin ehtiraslarını 
heç nəylə soyutmaq mümkün deyildi.
Bir müddət belə davam etdi. Qarşıdurma yaran-
masa da, etirazçılar çılğın şəkildə şüarlar səsləndirir, 
rus əsgərlərini şəhərə hücumdan çəkinməyə çağırır-
dılar.
İnsanlar  ürəklərini  beləcə  boşaltdıqdan  sonra 
doğrudan da heç nə baş vermədiyi üçün yavaş-yavaş 
dağılışmağa  başladılar. Azərgil  də  oradan  uzaqlaş-
dılar. Uzaqlaşdılar ki, axşam kazarmaların ətrafında 
yenidən növbə çəkmək üçün hazırlaşsınlar.
***
Yanvarın 17-si günü Xaçmazda kütləvi mitinq ke-
çirilirdi. Bakı şəhərindəki hərəkətlilik buraya da ciddi 
sirayət edirdi. Xaçmaz, Respublikanın quzey qapısı 
olduğu üçün daha çox diqqət çəkirdi və təbii olaraq 
ən böyük təhlükə də buradan gözlənirdi. İndi heç kim 
şübhə etmirdi ki, ruslar məhz bu bölgədən keçərək 
Bakıya  əlavə  qüvvə  və  texnika  göndərəcəklər.  Ona 
görə də xalq səfərbər edilmişdi. Milli ruhun ayaqda 
tutulması, birlik üçün çalışmalar gerçəkləşdirilirdi.
Xaçmazdakı  mitinqin  önündə  cəbhəçilər  idi. 
Müqəddəs  Mehdiyev,  Atabala  Osmanov  adlı  bu 


46
fəallar, demək olar, bütün proseslərə başçılıq edirdi. 
Onlar diqqəti daha da quzeyə - Xudata yönəltməyin 
tərəfdarı idi. Çünki rus əsgərlərinin gələcəyi dəmir-
yo lunun  Yalamadan  sonrakı  əsas  stansiyası  bu  şə-
hərdə idi.
Mitinqdə  Xudatdan  da  xeyli  fəal  iştirak  edirdi. 
Təşkil edilmiş şəkildə dörd avtobus adam, bundan 
başqa özü gələnlər də vardı burada.
...Coşqu  və  həyəcan  dolu  mitinqin  sonunda  qə-
rara alındı ki, Xudat dəmiryolunda növbə təşkil edil-
sin. Adamlar səfərbər ediləcək, qatar gələrsə, onun 
qarşısı kəsiləcəkdi. Bəs necə? Bunu sonradan qərar-
laşdıracaqdılar.
İlkin  məsləhətləşmələrdən  sonra  növbə  üçün 
dörd nəfər fəala tapşırıqlar verildi.
...Fəal cəbhəçilərdən Ramazan Əliyev və daha üç 
nəfər  17  yanvar  günü  günortadan  sonra  Xudatda 
növbəyə başladı.
Ramazanla  birlikdə  İlham  Şahbazov,  Vidadi  Ba-
bayi və ləzgi balası Ağbil həmin gün ərzində və ya 
sonrakı  günlərdə  gəlməsi  ehtimal  edilən  rus  hərbi 
qatarının qarşısının kəsilməsini təşkil etməli idi.
Qatarın qarşısının kəsiləcəyi haqqında xəbər Xu-
datda bir anda quş olub uçmuş, hər kəsə çatdırılmış-


47
dı.  Əsl  həyəcanlı  anlar  başlamışdı  indi.  Sakinlərin 
kimisi maraqdan, kimisi də “şorbada mənim də du-
zum olsun” düşüncəsilə stansiyaya toplaşmağa baş-
lamışdı. Vaxt keçdikcə gələnlərin sayı artır, qələbəlik 
yaranırdı. Bu isə yeni insanların daha kütləvi şəkildə 
toplaşmasına səbəb olurdu. 
Qatarsa  hələ  gözə  dəymirdi.  Lakin  xəbəri  gəlib 
çatmışdı. Bilgi sızdırılmışdı ki, hərbi texnika və canlı 
qüvvəylə yüklü qatar artıq Dərbənd ərazisini keçərək 
Azərbaycana doğru yönəlib.
Axşama  yavuq  qatarın  haradasa  lap  yaxınlıqda 
olduğu deyilirdi. Bu xəbər şayiə şəklində sızdırılırdı. 
Hər halda, sonrakı hadisələr nə qədər doğru oldu-
ğunu  göstərəcəkdi.  Hələliksə  xəbəri  eşidən-duyan 
yeni insanlar da Xudat dəmiryol stansiyasına topla-
şırdı. Onların sayı durmadan artır, yerli hakimiyyət 
nümayəndələri isə nə edəcəklərini bilmirdi. Tapşırı-
ğa və plana uyğun olaraq, buradakı proseslərə Ra-
mazan və dostları nəzarət edirdi.
Bir  neçə  saat  sonra  həyəcan  daha  da  artdı.  Bu 
dəfə artıq iddia edilirdi ki, qatar Xudat stansiyasına 
yaxınlaşır. Əsl məsuliyyət anı indi başlayırdı. Etiraz-
çılar və onlara başçılıq edənlər ya bu qatarı durdurub 
tarixə dəyanətli insanlar kimi düşəcək, ya da Bakını 


48
işğal etmək üçün gedən qatarın qarşısından çəkilib 
bir ömürlük qınaq yiyəsi olacaqdılar. Qərar vermək 
və  hərəkət  etmək  lazım  idi.  Özü  də  çox  çevik.  Bir 
saniyə belə itirmək olmazdı. Kimsə önə çıxmalı idi. 
Məsuliyyətin önündə getməli olan şəxs də bəlli idi 
zatən.
Durumun  belə  olduğunu  görən  Ramazan  və  si-
lahdaşları  tez  stansiya  növbətçisinin  otağına  yön 
aldı.  Sanki  yoldan  keçən  bir  taksini  dayandıracaq 
kimi qatarın dayandırılmasını tələb edəcəkdilər.
- Hacı dayı, qatar gəlir, tez onu saxla!
Stansiyanın növbə rəisi Hacı dayı təlaş və təəccüb 
içində dilləndi:
- Ay bala, mənim ixtiyarım yoxdur axı. Necə sax-
layım? Olmaz. Buna görə adamı bilirsiniz, nə edər-
lər?
- Əşi,  nə  edirlər,  etsinlər!  Tez  onu  saxlamaq  la-
zımdır! Rus əsgərləridir, tanklardır! Bakıya gedirlər 
e! Camaatı qıracaqlar axı orada!
- Yox, a bala, yox. Olmaz, mən saxlaya bilmərəm.
- Bilməzsən, çəkil geri görüm! Özümüz şaxlarıq! 
Haradadır bunun düyməsi?
Bir göz qırpımında Ramazan stansiyanın idarəet-
mə  pultuna  yaxınlaşıb  əlinə  keçən  düymələri  bas-


49
mağa  başladı.  Digərləri  də  ona  qoşuldu.  Nə  onun, 
nə də dostlarının dəmiryolundan, bu pultdan anla-
yışı olmadığı üçün “nə olar, olar” deyib son imkan 
kimi  pultun  üstünə  düşmüşdülər.  Hacı  dayını  isə 
dəhşət  götürmüşdü.  Gözləri  hədəqəsindən  çıxmış, 
həyəcan  içində  quruyub  qalmışdı.  Ayaqları  sanki 
yerə pərçimlənmişdi. Gücü yalnız səsinə çatırdı. O, 
bu dörd gəncə bir şey edə bilməsə də, yerində daya-
nıb çığırırdı:
- Ay  bala,  indi  qəza  törədəcəksiniz!  Etməyin 
bunu!
- Qoy, nə olur, olsun! Əsas odur, qatar buradan 
keçə bilməsin! Biz buna izn verə bilmərik e, ay Hacı 
dayı! İzn verə bilmərik!
- Vallah, qurd ürəyi yemisiniz! Bu axı cinayətdir, 
ay bala, cinayət!
- Cinayət?  Nə  cinayət?  Bəs  rusların  üstümüzə 
əsgər, top-tüfəng göndərməsi cinayət deyil?! Olmaz! 
Bu  qatar  bu  stansiyadan  keçməyəcək!  Keçəcəksə, 
yalnız bizim meyitimizin üstündən keçəcək!
Ramazanın bu qətiyyətli mövqeyi qarşısında Hacı 
dayının edə biləcəyi bir şey qalmamışdı artıq. Gücü 
yalnız  ona  çatırdı  ki,  bu  dəliqanlı  gəncləri  sakitcə 
seyr etsin. Hətta onlara tabe olsun...


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə