Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

85
pis  xəbərlər  yalan  olar.  Amma  elə  deyildi.  O  acı 
xəbərlər doğru idi.
Bir  az  sonra  yanğınsöndürən  maşınların  sirena 
çalaraq  şəhərin  küçələrində  dolaşmağa  başlaması 
həyəcanı daha da artırırdı. Artıq şayiə söhbəti yığış-
dırılmışdı. İndi hamı əmin olmuşdu ki, Bakıda qan 
su yerinə axır.
Xalq Cəbhəsinin yenicə qurulmuş Xudat qərarga-
hından  Bakıyla  əlaqə  saxladılar.  Xəttin  o  başında 
Ələsgər Siyablı vardı. Bakıdakı qərargahda. O, olan-
ları təsdiqləməklə yanaşı tövsiyə də verdi: “özünüzü 
qoruyun, qırğındır burada”.
...O  gecə  Bakıda  olduğu  kimi  Xudatda  da  heç 
kim  yatmadı.  Səhərədək  şəhərdə  mitinq  oldu.  İndi 
hamı anlayırdı ki, onların Xudat stansiyasından geri 
qaytarmağı bacardıqları işğalçı əsgərlər sadəcə ays-
berqin görünən hissəsiymiş. Əsas işğalçılar çoxdan, 
lap  çoxdan  Bakıya  yerləşmişdi.  1920-ci  ilin  28  ap-
rel günü 11-ci qırmızı ordu Bakını yetmiş il davam 
edəcək işğala məruz qoymuşdu. Onda da işğalçılar 
bu  yolla  gəlmişdi. Amma  o  zaman  onların  qarşısı-
nı  kəsmək  mümkün  olmamışdı.  Ona  görə  də  indi 
gəlmək  istəyənlərin  qarşısı  kəsilib  geri  qaytarılsa-
lar da, 70 il öncə Bakını işğal edib içəridə yerləşmiş 


86
rus əsgərləri bu gecə təkrar öz mahiyyətinə uyğun 
hərəkət etməyi bacarmışdı...
Bakı təcavüzə məruz qalmış, işğal edilmişdi. Xu-
dat da daxil olmaqla ölkənin bütün şəhər və kəndləri 
bu acını eyni dərəcədə yaşayırdı. Bundan sonrası nə 
olacaq, necə olacaq? Bilən yox idi. Yalnız bir gerçəyi 
hər kəs dərk edirdi ki, işğal edilmiş Bakıda çox sayda 
həlak olan var və qarşıdakı günlərdə onların dəfninə 
hazırlaşmaq lazımdır. Kim bilir, hələ nə qədər insan 
da yaralanmışdı. Yəqin ki, həbslər, sorğu-suallar da 
olacaqdı qarşıdakı günlərdə.
***
...O  gecə  Azər  Nazimlə  birlikdə  gec  saatlara 
qədər küçələrdə dolaşdı. Yataqxanaya qayıtmadılar. 
Düşündülər  ki,  onlara  şəhərin  küçələrində  ehtiyac 
var. Buna görə də səhərə qədər ətraf küçələrdə do-
laşaraq  balkondan,  pəncərədən  boylanan  insanları 
içəri girməyə, güllə tutmayacaq bir tərəfdə sığınma-
ğa çağırdı onlar.
Şəhərdəki gurultu, hər tərəfdə şaqqıldayan güllə 
səsləri  yatmışları  da  oyatmışdı  artıq.  Başqa  cür 
mümkün də deyildi. Evində yatıb dincələn insanlar 
bir anda, heç nədən xəbərsiz şəkildə hücuma məruz 


87
qalmışdı. Uşaq, böyük, yaşlı, gənc demədən hər kəs 
bu hücumdan öz payını almışdı o gecə. Güllə payını 
ancaq.
...Evlərin  pəncərələri  güllələrdən  çilik-çilik  olur, 
yol  qıraqlarındakı  avtomobillər  ağır  texnikanın  tır-
tılları, təkərləri altında bir anın içində yerə yapışır-
dı. Əzazil bir ordu Bakı şəhərini səhərədək dağıdıb 
qurtarmaq  istəyirdi  elə  bil.  İnsan  istər-istəməz  dü-
şünürdü:  ilahi,  bu,  doğrudanmı  mənim  ölkəmin, 
mənim dövlətimin ordusudur? Bir dövlətin ordusu 
heç bir günahı olmayan əliyalın vətəndaşlarına qarşı 
niyə və necə bu qədər qəddar ola bilər axı? Belə şey 
ümumiyyətlə necə mümkün olur?
Mümkünmüş!.. Sovet ordusu bunu Bakıda, 1990-
cı il yanvarın 19-dan 20-nə keçən gecə bütün yönlərilə 
göstərirdi. Azər və onun kimi minlərlə Azərbaycan 
gənci, dinc insanlar, hələ ağlı heç nə kəsməyən uşaq-
lar buna tanıqlıq edirdi o gecə. Bir dövlətin qüdrətli 
ordusunun öz dinc vətəndaşlarına divan tutmasına 
Azər də, tarix da tanıqlıq edirdi indi.
“Belə bir ordusu olan dövlət artıq mənim dövlətim 
ola bilməz!” - Azərin ağlına ilk dəfə belə bir fikir gəldi 
o qanlı gecədə. “Nə olur-olsun, biz bu Sovetlərdən, 
rus  işğalından  birdəfəlik  qurtulmalıyıq!  Biz  belə 


88
bir  dövlətin  vətəndaşı  ola  bilmərik!  Biz  müstəqil 
Azərbaycanın vətəndaşı olmalıyıq yalnız! Rus ordu-
su, rus əsgəri rədd olub getməlidir bu torpaqlardan! 
Ermənilərlə də məsələni özümüz öz gücümüzə həll 
edərik! Geci-tezi olacaq, amma həll edərik!”
İldırım  sürətilə  ağlından  bu  düşüncələri  keçirən 
Azər  Nazimlə  birlikdə  Nərimanov  prospekti,  Haq-
verdiyev  küçəsi  və  civarındakı  məhəllələrdə  daha 
bir neçə saat gəzib dolaşdı. Artıq hər tərəf ağır tex-
nikanın və əsgərlərin nəzarətində idi. Ümumiyyətlə 
bu ortamda küçədə gəzməyin özü belə təhlükəli idi. 
Buna  baxmayaraq  onlar  mümkün  olduğunca  çox 
insanı  xəbərdar  etmək,  təhlükədən  qorumaq  üçün 
çalışdılar və saat 4 radələrində yataqxanaya yollan-
dılar.
Haqverdiyev  küçəsilə  üzü  yuxarı  gedəndə  gör-
dülər ki, sol tərəfdə, həyətin içərisində yerləşən ya-
taqxana da öz nəsibini alıb rus işğalından. Bina güllə-
baran edilmişdi. Küçədən ən azı 50-60 metr aralıda, 
bir qədər də qapalı yerdə olan bu beş qatlı binanın 
içərisində hətta bir fəhləyə güllə də dəymişdi. 
...Azərgil binaya daxil olanda girişdə qələbəlik idi. 
Yataqxana  sakinləri  bir  gəncin  başına  toplaşmış dı. 
Gənc adam içəridəykən küçədən atılan güllələrdən 


89
biri  giriş  qapısının  çərçivəsini  dəlib  onun  boynu-
na  dəymişdi.  Gəncin  gödəkçəsinin  boyunluğunda 
dəlik  açan  güllə, Allah  tərəfi  ona  ciddi  xətər  yetir-
məmişdi.  Boynunu  sıyırıb  keçmiş,  həyati  orqanla-
rını  zədələməmişdi.  Oradakılar  bacardıqları  qədər 
ona tibbi yardım da göstərmişdi. Bir qrup sakin də 
başına  toplaşıb  ovqatını  yüksəltməyə  çalışırdı. 
Şəhərdə yaşanan faciəyə baxmayaraq onunla zara-
fat edirdilər ki, qorxmasın. Əlavə olaraq təcili yar-
dım  çağırmışdılarsa  da,  gəlib  çıxmırdı.  Sonradan 
bəlli olacaqdı ki, rus əsgərləri təcili yardım maşın-
larını da atəşə tuturmuş. Həm də yolların çoxu bağ-
lıydı artıq o saatlarda...
Beləcə otağa girdilər. Bir müddət özlərinə gəlməyə 
çalışdılar.  Amma  gözlərinə  yuxu  getmirdi.  “Nə 
edəcəyik, necə edəcəyik?” - deyib düşünür, bəzən də 
düşüncələrini dilə gətirib bir-birilərilə paylaşırdılar.
...Səhər  saat  7-də  dövlət  radiosunda  xəbər  ve-
rildi  ki,  Bakıda  fövqəladə  vəziyyət  elan    edilib.  Bu 
isə  dostları  bir  qədər  də  heyrətləndirdi.  Necə  yəni 
fövqəladə vəziyyət?! Bunu o qırğınları törətməzdən 
öncə  etmək  olmazdımı?  Niyə  insanlara  heç  bir 
xəbərdarlıq edilmədən şəhər işğal edilmişdi? Bəlkə 
öncədən  xəbərdarlıq  edilsəydi  insanlar  küçələrdən 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə