Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   10   ...   35

34
Zakir  müəllimlə  də  məsləhətləşdilər.  Ondan  xahiş 
etdilər ki, dəstəyə komandir təyin etsin.
Zakir  müəllim  seçimini  Rabilin  üzərində  saxla-
dı. Rabil hündür boylu, sağlam bədənli bir gəncdi. 
Üstəlik,  hərbi  dəniz  donanmasında  üç  il  xidmət 
keçmişdi, təcrübəli idi. Əsl komandirlik görkəmi də 
vardı.  Ona  görə  də  Zakir  müəllimin  bu  seçimi  heç 
kimdə etiraz və müzakirə doğurmadı. Artıq Rabil bu 
kiçik dəstənin komandiri idi.
Bu  gündən  sonra  qrup  bir  hərbi  komanda  kimi 
fəaliyyət  göstərməyə  başladı.  Komandirlə  məslə-
hət ləş mələr aparılır, təyinatlar və tapşırıqlar müza-
kirəsiz yerinə yetirilirdi. Hər nə qədər olsa da artıq 
“hərbiləşdirilmiş qrup”a dönmüşdülər.
Bu  könüllü  dəstədən  qıraqda  qalanlar  da  oldu. 
Amma  çox  az  sayda.  Biri  bəhanə  gətirdi  ki,  bibim 
icazə vermir. Digəri isə iddia etdi ki, ermənilərdən 
qisasını alıb, ona görə də heç bir könüllü dəstəyə qo-
şulmaq istəmir. Onlar qınandılar, lakin heç kəs bənd 
olmadı.
...Bütün  bunlar  baş  verərkən  artıq  1989-cu  ilin 
dekabr  ayı  idi.  Ölkə  əməlli-başlı  qaynayırdı.  Xalq 
Cəbhəsi  Bakının  hüdudlarını  çoxdan  aşmış,  rayon 
mərkəzlərində, hətta kəndlərdə belə təşkilatlanmağa 


35
başlamışdı. Bu isə xalqda həm də bir təşviş yaratmış-
dı ki, görəsən nə baş verəcək?
Ən  böyük  qorxu  Xaçmaz  tərəfdən  gözlənilirdi. 
Xalq arasında söz gəzirdi ki, rus tankları o tərəfdən 
Azərbaycana daxil olacaq. Deyirdilər, ruslar Dağıs-
tanda böyük səfərbərlik işi aparır. Quzey Qafqazın 
xalqlarından ibarət əlavə qüvvələr formalaşdırırlar-
mış.  O  da  deyilirdi  ki,  Rusiyanın  Krasnodar,  Stav-
ropol,  Rostov  kimi  bölgələrində  yaşayan  erməni 
gənclərini əsgər çağırıblar ki, sonradan Azərbaycana 
göndərib  xalqa  divan  tutsunlar.  Bunu  da  məqsədli 
şəkildə edirdilər. Çünki bilirdilər ki, tarixən türklərə 
düşmən  olan  ermənilər  Azərbaycan  xalqına  qarşı 
istənilən qəddarlığı həyata keçirməyə həvəsli olacaq.
Xaçmazda da Xalq Cəbhəsi getdikcə möhkəmlənir, 
bu cür ehtimallara qarşı səfərbər olunurdu. Atabala 
Osmanov,  Müqəddəs  Mehdiyev,  Ramazan  Əliyev 
kimi  yerli  fəalların  adları  tez-tez  çəkilməyə  başla-
mışdı.  Onlar  bir  tərəfdən  insanları  təşkilatlandırır, 
digər tərəfdən də dəmiryoluyla daxil olacağı deyilən 
rus qoşunlarına qarşı mümkün tədbirləri götür-qoy 
edirdilər.
Bakı isə artıq inqilab şəhəri təsiri bağışlayırdı. Hər 
kəs yüksək ovqatda, döyüş əzmində idi. Ortalığa bir 


36
balaca hay düşsəydi insanlar küçələrə axışar, dünya-
nın ən qüdrətli ordusunun - Sovet Ordusunun önünə 
yalın əllərini, çılpaq sinələrini sipər edərdilər. Lakin 
hərəkatın  məqsədi  bu  deyildi.  Məqsəd  milli  ruhu 
oyatmaq, yavaş-yavaş xalqı müstəqilliyə hazırlamaq 
idi. Millətin önündə gedənlər nə qədər təhlükəli bir 
oyunun içində olduqlarının fərqində idilər. Ona görə 
də arzuolunmaz olaylara səbəb olmaq istəmirdilər.
Moskva isə dinc durmurdu. Azərbaycanın Ermə-
nis tanla  sərhəd  rayonlarında,  eləcə  də  Dağlıq  Qa-
rabağ  ərazisində  Azərbaycanlı  əhalinin  silahla-
rı  əlindən  alınırdı.  Tez-tez  elanlar  verilir,  silahını 
təhvil verməyənlərin cəzalandırılacağı bəyan edilir-
di.  Erməni  əhalinin  silahları  isə  toplanmırdı.  Sanki 
kimlərsə bilərəkdən Azərbaycanlıları tərksilah edir, 
erməniləri silahlandırırdı. Üstəlik, Azərbaycanın ay-
rılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində 
Sovet  qoşunları  da  ermənilər  üçün  əlavə  müdafiə 
təşkil edirdi. Belə bir şəraitdə Ermənistandakı sonun-
cu  türkün  belə  qovulması  üçün  iğtişaşlar  törədilir, 
müxtəlif bəhanələrlə xalq arasında təşviş yaradılırdı.
Ermənistandan Azərbaycana, özəlliklə də Bakıya 
gələn  qaçqınların  ardı-arası  kəsilmirdi.  Hər  gələn 
də başına gətirilənləri danışdıqca, insanların qəzəbi 


37
aşıb-daşırdı. Dinc insanların min illərdir yaşadıqla-
rı  doğma  yurdlarından  təhqir  edilərək,  döyülərək, 
söyülərək  qovulması  Azərbaycanda  Ermənistana 
və ermənilərə qarşı nifrəti getdikcə körükləndirirdi. 
Bakının  hər  tərəfində  yerli  ermənilərə  qarşı  eyni 
münasibətə çağırışlar səslənir, bəzi təxribatçı qrup-
larsa sadəlövh insanları buna sövq etməyi bacarırdı. 
Artıq yer-yerdən ermənilərin döyülməsi, evlərindən 
çıxarılması  xəbərləri  gəlməyə  başlamışdı.  Deməli, 
sadəlövh xalqın illər sonra dərk edəcəyi təxribat tam 
gücüylə baş tutmaqdaydı. Azərbaycan çox dəhşətli 
bir qarışıqlığa sürüklənirdi. Qarşıda necə böyük bir 
faciənin olacağını kimsə fərq etmirdi.
Moskva  bütün  bunları  seyr  edir,  nəzarətindəki 
mətbuat  və  TV  kanalları  vasitəsilə  bütün  dünyada 
Azərbaycan əleyhinə təbliğat aparırdı. İddia edilirdi 
ki, Azərbaycan xalqı ermənilərə qarşı vəhşilik edir, 
onları evlərindən çıxarır, öldürür, asır, kəsir. Halbu-
ki bütün bunlar Ermənistanda Azərbaycanlılara qar-
şı edilirdi...
Azərgilin  artıq  döyüşə  hazırlaşmaqda  olan  dəs-
təsi  isə  ilkin  tapşırıqları  yerinə  yetirmək  üçün 
səbirsizlənirdi. Onlar getdikcə həvəslənir, başqa - hər 
şeyə barmaqarası baxan vecsiz tələbələrdən fərqli ol-


38
duqlarını hər addımda göstərmək istəyirdilər. Düz-
dür,  texnikumun  oğlan  tələbələrinin  çoxu  təşkilat-
lanmışdı. Ancaq elələri də vardı, ətrafda baş verənlər 
sanki onlara heç bir təsir etmirdi. Belə bir mühitdə 
məsuliyyət, təbii ki, Azərgilin üzərinə düşürdü.
Bütün  bu  gəlişmələrə  texnikumun  əksər  müəl-
limləri  və  direktor  Arif  Ağayev  çox  təmkinli  ya-
naşırdı.  Onlar  üzdə  tələbələrə  təpinsələr  də,  arxa-
da  şərait  yaradırdılar  ki,  könüllü  dəstələr  daha  da 
möhkəmlənsin. Başqa cür mümkün də deyildi. Çün-
ki  direktor  və  digər  məsul  şəxslər  dövlətdən  asılı 
olduqlarına  görə  açıq  dəstək  verə  bilməzdilər.  Heç 
buna gərək də yox idi. Əsas o idi ki, mane olmurdu-
lar. Bunun özü elə bir dəstək hesab edilə bilərdi.
***
Bir neçə gün idi ki, Kamillə Mehdi gözə dəymirdi. 
Heç kəsə heç nə demədən yoxa çıxmışdılar. Heç Azər 
də  onların  harada  olduğunu  bilmirdi.  Tələbə  dost-
ları  bir-birindən  soruşur,  hamı  deyirdi  ki,  xəbərim 
yoxdur. Bəlkə rayona getmişdilər? - Bunu da bilən yox 
idi. Gözləməkdən  başqa çıxış yolu da qalmamışdı.
...Yeni ilə sayılı günlər qalırdı. Bir də bəlli oldu ki, 
Kamillə Mehdini görüblər. Şəhərdə görən olmuşdu. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə