177
Şüşəni endirib sual dolu baxışlarla gözlərini Azərin
üzünə zillədi. Azər dilləndi:
- Bağışlayın, yağış yağır, islanıram. Mənə vağzala
getmək lazımdır. Ətrafda da taksi gözə dəymir. Apa-
rarsız?
- Gəlin, gəlin. Buyurun. Bu yağışda adamı yolda
qoymazlar.
...Sürücü bir rus idi. Yanında da bir qadın vardı.
Sonradan bəlli olduğuna görə, arvadı idi. Yolları qısa
olsa da o, bu yabançının kimliyini, buralarda nə ara-
dığını öyrənməyə maraqlı görünürdü. Ona görə də
Azər onu intizardan qurtarmaq üçün sözə başladı:
- Gəlmişdim qardaşımı görməyə. O da burada
yoxdur. Hara getdiyini də bilən yoxdur.
- Kimdir? Adını deyin, bəlkə biz tanıdıq. Burada
olanıq özümüz də. Balaca şəhərdir, onsuz da hamı
bir-birini tanıyır.
Bu sözləri eşitcək Azərin gözləri işıqlandı. Onda
ümid yarandı ki, bəlkə bu adam qardaşından soraq
verə. Verdi də!..
- Abdulla, Abdulla. Qardaşımın adı Abdulladır.
Burada texnikumda dərs deyir. O binanın yanında
da istixanası var.
178
- Hə, bildim. Abdulla. Xiyar əkirdi istixanada. Mən
də texnikumda işləyirəm. Elə yoldaşım da. Bir yerdə
işləmişik onunla. Amma indi yoxdur, çıxıb gedib.
- Hara, hara gedib? Bəlkə yerini bilirsiniz, telefon
nömrəsi-filan olar sizdə.
- Yox e, xəbərimiz yoxdur. Fevral ayından çıxıb
gedib. Heç kim yerini bilmir. Gedəndə də heç kimə
heç nə deməyib. Sadəcə söz gəzir ki, Qroznıya gedib.
- Hə, o evdəki qadın da elə deyirdi. Onun Qroznı-
da nə işi var axı?
- Kim bilir? Ancaq onu da deyim ki, yaxşı oğlan
idi. Bir işi pis idi ki, axır vaxtlar yaman çox içirdi.
- İçirdi? İçməyinə, həmişə içib, amma normasında.
- Yox, son zamanlar nəsə lap çox içməyə başla-
mışdı. İşini də atdı, istixananı da. İndi də ortalıqda
yoxdur.
- Başa düşdüm. Təşəkkür edirəm. Çox sağ olun
ki, gətirdiniz məni buraya.
Vağzala çatmışdılar. Azər sürücüylə sağollaşıb,
maşından düşdü. Suyu süzülə-süzülə yavaş addım-
larla taksiçilərə doğru yönəldi. Onlar da onun halını
uzaqdan anlamışdılar. Ona görə də başına yığışdılar.
- Tapa bilmədim qardaşımı. Yoxmuş bu şəhərdə.
O boyda yol gəldim ki, dörd il sonra görə bilim, o da
burada yoxdur. Eh!..
179
- Eybi yox, qardaş. Taparsan. Özü harada olsa
sizə xəbər verər yəqin. Təki salamatlıq olsun.
Azərin bu pərişan halı taksiçilərə də sirayət etdi.
Bir müddət susdular. Hamı günahkarcasına başını
aşağı salıb kiminsə dillənməsini gözləməyə başladı.
Lakin heç kimdən səs çıxmadı. Susqunluq bir müddət
də davam etdikdən sonra taksi sürücülərindən biri
bir az aralıda dayanmış əlli yaşlarında bir kişiyə işarə
edib, “o da Azərbaycandan gəlib, amma rusdur”, -
deyə Azərə göstərdi. Mətləbə dəxli yox idi, lakin
gərginliyi az da olsa aradan qaldırdı bu səsləniş.
Dolu bədənli, ortaboylu, üz-gözündən sağlamlıq
yağan bir adam idi bu rus. Azər həmin rusa işarə
edən Azərbaycanlı taksiçiyə sual dolu nəzərlə baxa-
raq çiyinlərini çəkdi ki, “hə, nə olsun?” - Taksiçi bir
an belə gözlətmədən sualın cavabını verdi:
- Rusdur, amma Bakılıdır. Bir neçə ay öncə bura
köçüblər.
- Köçüblər? Niyə ki? Azərbaycan xoşlarına gəl-
məyib? - Azər təəccübləndi.
- Deyir, guya orada ruslar üçün çətindir. İndi o da
burada bizim kimi taksi sürür.
- Çətin? Çağırın görüm onu bura. Nəymiş çətin,
bir öyrənək.
180
Taksiçilərdən biri rusa sarı dönüb işarəylə onu
yanlarına çağırdı. Görünür, Azərbaycanlılarla yaxşı
münasibətdə olduğu üçün rus taksiçi gülə-gülə on-
lara yaxınlaşdı.
Taksiçilər Azəri göstərib, “bu oğlan Azərbay can-
dan gəlib”, - deyə təqdim etdilər. Rus taksiçi də öz
növbəsində cavab verdi:
- Xoş gəlib. Vətəndə işlər necədir? Eh, oralar üçün
biz də darıxdıq artıq.
Azər qayıtdı:
- Darıxdınız? Bəs niyə qoyub gəlmisiniz? Azər-
baycanda nəsə probleminiz olub?
- Nə problem olacaq? Sadəcə qorxub qaçmışıq.
Ailəmi də alıb oradan çıxmışam.
- Anlamadım. Nədən, kimdən qorxub qaçmışı-
nız? Mümkünsə, izah edin görüm.
- Əşi, 20 yanvar olayları olmadı? Bizə də dedilər
ki, rusları öldürəcəklər, qaçın, canınızı qurtarın. Biz
də qaçdıq.
- Kim deyirdi bunu?
- Rus əsgərləri idi. Bütün ruslara xəbərdarlıq edir-
dilər ki, sizi öldürə bilərlər, ona görə də qaçın. Biz də
tez yığışıb çıxdıq Azərbaycandan.
181
- Bəs kiminsə öldürüldüyünü eşitmişdinizmi?
Yəni tanıdıqlarınız arasında, ruslardan kimisə öldür-
müşdülər Azərbaycanlılar?
- Açığı, belə bir şey eşitməmişəm. Deyilənlərə
görə, ruslardan öldürülənlər olub, amma onları da
elə rus əsgərləri öldürüb, Azərbaycanlılar yox. Lakin
bizə deyirdilər ki, Azərbaycanlılar bütün xristianla-
rı, o cümlədən rusları öldürmək, Bakıdan qovmaq
istəyir.
- Nağıldır bu! - Azər coşdu. - Heç kimin nə rus-
larla, nə də başqa xristianlarla işi yoxdur. 20 yanvar
gecəsi elə rus əsgərlərinin şəhid etdiyi Bakılı rus-
lardan başqa heç bir rusun burnu da qanamayıb bu
günə kimi. Ümumiyyətlə, heç kimin ruslarla heç bir
işi yoxdur. Bütün ruslar işində-gücündə, sakit həyat
yaşayır orada. Siz də durmusunuz ki, bizi öldü-
rəcəkdilər-filan.
- Düzünü deyim, biz də buna inanmırdıq. Amma
qorxduq ki, birdən nəsə olar. Ona görə qaçdıq. Lakin
Azərbaycandakı dostlarımızla əlaqə saxlayırıq, on-
lar da sizin kimi deyir; orada ruslarla bağlı problem
yoxdur. Buna sevinirik doğrusu.
- Sevinmək azdır. Götürün ailənizi də qayıdın
Azər baycana. Orada sizin eviniz də yerindədir,
182
dost larınız da. Azərbaycanlıların da sizinlə heç bir
prob lemi olmayıb, olan da deyil. Siz də bizim kimi
Azərbaycanlısınız. Rus olanda nə olar? Bizdə yüz-
minlərlə başqa millətlər yaşayır, heç kimin də prob-
lemi yoxdur.
- Görək, mən də düşünürəm ki, yanlış hərəkət et-
mişik. Elə buradakı Azərbaycanlılar da bizimlə çox
mehriban davranır. Rus olsam da daha çox onlarla
oturub dururam. Darıxıram oralar üçün. Ailəm də
darıxır. Gərək geri qayıdaq.
***
Yanlış təbliğat qurbanı olan, adını belə öyrən-
mədiyi Bakılı rusla söhbətdən sonra Azər taksiçilərlə
məsləhətləşib Kuybışevə dönmək qərarı verdi. Artıq
axşama doğru olduğundan uzaq məsafəli avtobus-
lar işləmirdi. Yalnız Orenburq-Kuybışev qatarıyla
getmək olardı. O da səhər saat dörd radələrində ke-
çirdi bu stansiyadan. Deməli, gecəni qalmaq üçün
yer lazım idi.
Taksiçilər onu evlərinə dəvət etsə də, Azər qonaq
evində qalacağını dedi. Ona dedilər ki, içəridə - vağ-
zalda gecəni keçirmək üçün ayrıca qonaq otaqları
var. Orada yatıb dincəlmək olar.
183
...Vağzaldakı bu otaqlar yataq üçün nəzərdə tu-
tulmuşdu. Normal otaqlar idi. Azər pulunu ödəyib
bir yataq yeri aldı. Geniş bir otaq idi. İçəridə ondan
başqa daha iki nəfər vardı. Onlar artıq yatırdılar.
Azər də sakitcə otağı gözdən keçirdikdən sonra dı-
şarı çıxıb yüngülvari yemək yedi və geri dönüb ya-
tağına uzandı.
Yol yorğunu olsa da gözünə yuxu getmirdi. Bir
yandan bu qədər uzaq yoldan gəlib qardaşını tapa
bilməməsi, digər yandan da Bakıdan qaçmış rusla
olan söhbət ona rahatlıq vermirdi.
Qardaşını tapmadığı üçün qəhər boğurdu Azəri.
Tək olsaydı otaqda, bəlkə də hönkürüb ağlayardı;
dolmuşdu, daşmaq üzrəydi. Amma özünü birtəhər
tutmağa çalışırdı.
Rusun məsələsi isə onu əməlli-başlı hiddətləndir-
mişdi: “Sən işə bax, deməli, işğalçılar təbliğat apa-
rırmış ki, ruslara qarşı düşmən münasibət var. Ay
sizi, şərəfsizlər! Haradaydı o düşmən münasibət?
Bir nəfər rusun burnu qanadımı bu günə kimi? Heç
Azərbaycanlılar ruslara qarşı nə vaxtsa pis mü-
nasibətdə olublarmı? Hələ Bakıda bu, heç müm kün
deyil axı! Bu şəhər həmişə özünün beynəl mi ləlçiliyi
ilə seçilib. Necə ola bilər ki, orada ruslara, başqa
184
millətlərə pis gözlə baxılsın? 20 yanvar olaylarını
törədən rus ordusu, rus əsgərləridir; amma aradan
yeddi-səkkiz ay keçib, Azərbaycanda bir nəfər rusa
kimsə gözün üstdə qaşın var demir. Bu da durub
mənə nağıl danışır ki, qorxub qaçmışıq”.
Azər bu düşüncələrlə yuxuya getdi.
***
...Üzü Kuybışevə gedən qatar yavaş-yavaş mənzilə
yaxınlaşırdı. Artıq səhər açılmışdı. Hava işıqlandığı
üçün Azər ətrafı seyr edərək başını qatmağa çalışır-
dı. Eh...
Qardaşını tapa bilməməsi, bir də Bakılı rusun
dedikləri hələ də fikrini məşğul edirdi. Bakıya qa-
yıdan kimi iki işi olacaqdı: birincisi qardaşının axta-
rışlarını davam etdirmək; ikincisi isə ruslarla bağlı
məsələni ictimailəşdirmək. Bu təbliğat dayandırılma-
lıydı. Dayandırılmalıydı ki, Moskvanın, ermənilərin
Azərbaycanlılar haqqında yaratmaq istədiyi vəhşi,
qaniçən obrazı darmadağın edilsin.
***
Kuybışev hava limanına çatıb bilet kassasına
yaxınlaşdı. Bakıya uçuşla maraqlandı. Üç saat sonra
185
uçuş vardı. Di gəl ki, bilet yox idi. Kassada oturan
rus qızı bütün biletlərin satıldığını deyirdi.
Azər bu cavabdan sonra kassadan aralandı. Düşü-
nürdü ki, qalmağa bir yer tapsın. Amma buna gərək
qalmadı. Bayaqdan qıraqdan müşahidəçi kəsilən bir
Azərbaycanlı dərhal ona yaxınlaşdı.
- Qardaş, nə kömək edə bilərəm? Problem varsa,
de. Azərbaycanlı deyilik?
Azər başını qaldırıb adamın üzünə baxdı.
Alverçiyə bənzəyirdi. Bir az da heyvərə sifəti vardı.
O, sakitcə cavab verdi:
- Bilet alacaqdım, qız da deyir, yoxdur. Satılıb bü-
tün biletlər. Gərək indi növbəti uçuşu gözləyim.
- Eh, mən də dedim nə problemmiş. Ə, qardaş,
belə şeylərə burada problem demirlər. Kömək edə-
rik, narahat olma.
- Kömək? Necə kömək edəcəksiz? Biletlər satılıb
qurtarıbsa, necə kömək edə bilərsiniz?
- Sən narahat olma. İndi sənə bilet təşkil edərik.
Əlin cibində olsun.
- Yəni məsələ belə həll edilir? Problem deyil, əlim
cibimdədir. De görüm, nə etməliyəm?
- Əlli manat. Çox yox, əllicə manat ver, sənə bilet
təşkil edim.
186
- Əlli manat? Otuz manatdır axı biletin qiyməti.
- Otuz manatdırsa, get al da. Ala bilən deyilsən
axı. Mən sənə bileti əlli manata bu saat təşkil edərəm.
Min təyyarəyə, uç. Üç saat sonra Bakıdasan. Yoxsa
buralarda əsir-yesir olacaqsan.
Ağlabatan təklif idi əslində. Onsuz da Azərin
başqa çarəsi qalmamışdı - ya daha bir gün oturub
növ bəti uçuşu gözləməli, ya da bu alverçidən iyir-
mi manat bahasına bilet alıb bir neçə saatdan son-
ra Bakıda olmalı idi. İkinci seçənək daha ağlabatan
görünürdü. Ona görə də “uf” demədən bir əlliliyi
qarşısındakı adamın ovcuna basdı, biletini alıb çıxışa
yollandı.
***
Təyyarədə də, bir neçə saatlıq uçuşdan sonra
Bakıda da Buzulukda gördüyü rusun əhvalatı onu
rahat buraxmadı ki, buraxmadı. Düşünüb durdu.
Edə biləcəyi bir şey də yox idi. O uzaqlıqda yolu
getmişdi ki, qardaşını görsün, amma tam bir təsadüf
nəticəsində rus təbliğatının qurbanı olmuş bir rusun
bəlkə də tarixə tanıqlıq edəcək əhvalatını öyrənib
geri qayıtmışdı Azər. Kim bilir, 20 yanvar faciəsinin
səbəbkarları, icraçıları daha neçə illər belə təbliğat
aparıb Azərbaycanı, Azərbaycanlıları gözdən sal-
187
mağa davam edəcəkdilər?.. Ona görə də bir an öncə
Azərbaycan müstəqil olmalıydı. Olmalıydı ki, özü öz
təbliğatını aparsın, gerçəkləri dünyaya car çəkə bilsin
ki, onun haqqında çirkin təbliğatlara son qoyulsun.
Demək, qarşıda çox uzun, çətin bir yol gözləyirdi
Azər kimi Azərbaycan gənclərini, bütün Azərbaycan
xalqını...
***
...Həyətdə, evin arxasında qurdalanırdı Azər. Ar-
tıq yay bitmək üzrə idi. Payız yaxınlaşırdı. Bir neçə
gün sonra - sentyabrın 1-də dərslər başlayacaqdı. Ona
görə də yır-yığış edir, həyət-bacanı sahmana salırdı
ki, özü gedəndən sonra anası üçün çətin olmasın.
Olub-keçənləri xatırlayır, 20 yanvardan üzü Buzuluk
səfərinə kimi hər bir gününü təkrar-təkrar beynində
götür-qoy edirdi... Aradan günlər, aylar keçdiyi üçün
20 yanvar dəhşəti getdikcə tarixləşirdi, xəfifləyirdi...
lakin içindəki coşqu, Sovet-rus rejiminə qarşı barış-
mazlıq hər keçən gün artırdı. Belə bir ovqatda Ru-
siya səfərindən dərhal sonra kəndə gəlmişdi ki, heç
olmasa yayın sonunu - tətildən qalan bir neçə günü
burada keçirsin.
- Azər, ay Azər! Evdəsən?!
188
- Evdəyəm! Kimdir? Hə, Sarvan, sənsən? Gəl içəri
görüm.
- Gəlirəm indi.
Sinif yoldaşı Sarvan taxta qapını açıb həyətə girdi.
Evin arxasında işləyən Azərin yanına gəldi.
- Neynirsən? Gedək, bəlkə bir dənə də şəklini
çəkim sənin? Qoy xatirə olsun.
- Şəkil? Yox, yox. İndi işlərim çoxdur. Həftə sonu
Bakıya qayıtmalıyam, dərslər başlayır. Qoy buradakı
işlərimi başa çatdırım. Başqa vaxt, yolum düşəndə
gələrəm.
- Olsun. Necə məsləhətdir. Hara getsən də bil ki,
bu qardaşın hər zaman sənin qulluğunda hazırdır.
Əlimizdən gələni, gücümüz çatanı etməyə hazırıq
həmişə. Bilirəm, 20 yanvarda biz uzaqda olsaq da sən
çətin günlər yaşamısan; amma əmin ol, biz də sənin
üçün sənin qədər narahat olmuşduq. Elə başqaları
üçün də.
- Əminəm, qardaş, əminəm. Hələ indiki zamanda
buna heç kim şübhə etməz. Təki gələcək günlərimiz
yaxşı olsun. Keçənə güzəşt deyərlər, irəli baxmaq la-
zımdır, irəli...
189
Son söz əvəzi
Bir il sonra - 1991-ci ilin 20 yanvar günündə Azər-
baycan xalqı müstəqillik şəhidlərinin il mərasimini də
layiqincə qeyd etdi. Bakıda, artıq hər bir Azərbaycanlı
üçün müqəddəs məkan sayılan Şəhidlər Xiyabanın-
da bir il öncəkindən heç də geri qalmayacaq izdiham
yaşandı. Tək Bakıdan deyil, ölkənin hər tərəfindən
insanlar o müqəddəs məkana axışdı həmin gün.
Üzərindən bir il keçsə də xalq eyni coşqu, eyni həyə-
can, eyni həmrəyliyi nümayiş etdirməyi bacardı. Bu
isə bir daha göstərdi ki, Azərbaycan xalqı o faciədən
sonra sınmayıb, usanmayıb, qorxmayıb.
Həmin ilin martında Azərgil də texnikumda
təhsillərini başa vurdular.
Kamillə Mehdi elə tələbəykən ixtisasları üzrə
işlə diklərindən diplomlarını alandan sonra da eyni
yerdə işə davam etdilər.
190
Rabil də ixtisası üzrə işləyirdi. İş problemi yox idi
onun da.
Nazim isə şələ-küləsini toplayıb Balakənə qayıt-
mışdı. O acılı günlərdə qardaşı Məhəmmədin duru-
mu daha da ağırlaşmış, anası üçün çətin günlər baş-
lamışdı. Ona görə də onun ən doğru seçimi kəndə
qayıtmaq olmuşdu.
Rəsmiyyə müəllimə isə texnikumdakı işinə da-
vam edirdi. Siyasi fəallığından da bir addım olsun
geri durmurdu. Eyni həvəs, eyni coşquyla doğru bil-
diyi yolda yürüməkdəydi.
Səmədlə Rövşənsə öz iş-güclərində idi. Onlar
zatən siyasi proseslərə çox da maraqlı deyildilər.
Hər çənd heç vaxt yaxalarını kənara çəkmirdilərsə də.
Ramazanla İzzət isə Xudat olaylarından sonra bü-
tün varlıqlarıyla siyasət aləminə atılmalı oldu. Onsuz
da siyasətin içindəydilər. Sadəcə 20 yanvar onların
məsuliyyətini bir qədər də artırmışdı...
Sarvan fotoqraflığa necə könül vermişdisə, eləcə
də davam edirdi.
Azərsə bir neçə ay da Bakı məişət maşınları təc-
rübə zavodundakı işinə davam etdikdən sonra,
birdəfəlik kəndə qayıtmaq qərarına gəlmişdi. İndi o,
191
Dədəliyə qayıdıb daha sakit həyata davam edəcəkdi.
Bacaracaqdımı? Bunu zaman göstərəcəkdi.
Qırmızı imperiya başkəndi Moskvaya, onun
başbilənlərinə nifrətsə hər keçən gün artırdı. Artıq
hər kəs Azərbaycanın müstəqilliyini bir gerçək kimi
qəbul etməyə başlamışdı. Elə Moskvanın özü də bö-
yük çöküşün çox yaxında olduğunu duymağa başla-
mışdı.
Sovetlər çökəcəkdi o il. Dünya yeni bir düzənə
qədəm qoyacaqdı. Yeni dünyada bir də müstəqil
Azərbaycan dövləti olacaqdı. Yanında da Türkiyəylə
bərabər daha dörd bağımsız türk dövləti: Qazaxıs-
tan, Qırğızıstan, Özbəkistan və Türkmənistan. Bir il
öncə xəyal kimi idi. İndi isə gerçək olurdu.
Bütün bunlar sonra baş verəcəkdi. Bir də Qara-
bağda qanlı savaşlar vardı irəlidə...
192
WWW.AZERHASRET.COM
193
WWW.YALQUZAQ.COM
194
WWW.CASCFEN.NET
195
WWW.ALMAZHASRET.COM
196
WWW.BIOLOGIYA.ORG
197
Azərbaycan Respub-
likasının Əməkdar Jur-
nalisti Azər Hacıqulu
oğlu Həsrət 3 avqust
1968-ci ildə Xaçmazın
Dədəli kəndində doğu-
lub. 1991-ci ildə Bakı
Baza Energetika Texni-
kumunu, 1997-ci ildə
Bakı Dövlət Universi-
tetini bitirib. 1999-cu ildə Kanadada İnsan Haqla-
rı Məktəbini bitirib. Mərkəzi qərargahı Vyanada
yerləşən Uluslararası Mətbuat İnstitutunun üzvü-
dür, bu qurumun Azərbaycan Milli Komitəsinin qu-
rucusu və ilk başçısı olub. Jurnalistlərin Həmkarlar
İttifaqının qurucusu və başqanı olmuş A.Həsrət,
Azərbaycan Jurnalistlər Konfederasiyasının da qu-
rucularından biri və ilk baş katibi olub. Habelə,
Azərbaycan Mətbuat Şurasının qurucularından və
İdarə Heyətinin ilk üzvlərindən biri olub. Hazırda da
onlayn media təmsilçisi olaraq MŞ İdarə Heyətinin
üzvü kimi fəaliyyət göstərir. Azərbaycan jurnalistika-
sını aparıcı uluslararası jurnalist təşkilatları - Ulusla-
rarası Jurnalistlər Federasiyası (Brüssel), Uluslararası
198
Mətbuat İnstitutu, Uluslararası Xəbər Təhlükəsizliyi
İnstitutu və Uluslararası İfadə Azadlığı Mübadiləsi
(Kanada) şəbəkəsində təmsil edən ilk Azərbaycanlı
olub. 2001-ci ildə sonuncunun idarəetmə orqanı olan
Şurasına üzv seçilməklə həm də beynəlxalq jurna-
list qurumlarının rəhbərliyində təmsil olunan ilk
Azərbaycanlı jurnalistdir. 2003-cü ildə qurduğu Orta
Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin
başçısıdır. 2012-ci ildə dərc edilmiş “Bir əsgərin ya-
şantıları” adlı memuar-romanın müəllifidir.
Evlidir, iki uşağı var.
199
MÜNDƏRİCAT
Redaktordan ................................................................4
Yazardan .......................................................................8
Sözə başlarkən ..........................................................14
Son söz əvəzi .............................................................189
201
202
203
Dostları ilə paylaş: |