24
- Orada yaxşı studiyam var. Daha yaxşı olacaq.
Sən bir gəl ora. İş yerimi də gör də.
- Hə? Yaxşı, gələrəm. Amma bu gün hazırlıq-
sızam. Həm də başqa işlərim var. Sabah hazırlaşıb
gələrəm.
- Oldu. Onda sabah gələrsən.
- Bəs yerini necə tapacağam orada?
- Avtobusdan düşərsən, kimdən soruşsan, nişan
verəcək. Onsuz da yolun üstündədir. Çətin yer deyil.
- Danışdıq onda. Sabah görüşərik. Yolundan qalma.
Sarvan Azərlə sağollaşıb yoluna davam etdi.
Azərsə geri dönüb kitabını oxumağa getdi.
Bu söhbət 1989-cu ilin yayında baş vermişdi.
Azər 1988-ci ilin dekabrında Almaniyadakı iki illik
əsgər liyini başa vurub kəndə qayıtmışdı. Bir müddət
dincəldikdən sonra texnikumda təhsilini davam
etdirmək üçün Bakıya yerləşmişdi. Dərsləri də yax-
şı gedirdi. İndi yay tətili üçün kənddə idi. Ev-eşiklə
məşğul olur, arabir dostlarıyla görüşüb xoş zaman
keçirirdi.
Ölkədəki ictimai-siyasi durumsa getdikcə pislə-
şirdi. Ermənistanda Azərbaycanlılara qarşı qırğınlar
başlamışdı. Qaçqınlar gəlirdi Azərbaycana. Bütöv
kəndlər boşaldılır, insanlar qətlə yetirilirdi.
25
Digər yandan da iqtisadi problemlər yaranmağa
başlamışdı. Ərzaq qıtlığı hiss edilirdi. Adi geyim-ke-
cim belə ərşə çəkilirdi get-gedə. Sakit həyat tərzinə
alışmış Sovet adamlarını qarşıda nəsə hələ dərk edə
bilmədikləri ağır günlər gözləyirdi.
Bütün bunlar sonra olacaqdı. Hələliksə Azər sakit
kənd həyatından həzz alırdı...
***
Söz verdiyi kimi, səhəri gün Sarvanın Nərəcan
kəndindəki atelyesinə getdi. Bura kiçik bir kənd müəs-
sisəsi idi. Bir tərəfdə bərbər işləyirdi. Digər otaq da isə
Sarvan əməlli-başlı laboratoriya qurmuşdu.
Azər içəri daxil olub onunla salamlaşdı. Hal-
əhval tutdular. Otaqdakı səliqə-sahman Azərin diq-
qətini çəkdi. Heç bir fotoqraf təhsili almasa da, əsl
pe şəkarlar kimi işinə çəki-düzən vermişdi Sarvan.
Otağın bir tərəfində şəkil çəkdirmək istəyənlər üçün
künc də ayırmışdı.
- Otur görüm bura. Otur, yadımızdan çıxmamış bir
şəklini çəkim sənin. Sənə qardaşından hədiyyə olsun.
Azər Sarvanın göstərdiyi stulda əyləşdi. Şaq, şaq,
şaq... Üç şaqqıltıdan sonra Sarvanın işarəsilə ayağa
qalxdı.
26
- Hə, hazır. Əziyyət çəkib şəkil ardınca gəlmə.
Özüm gətirəcəyəm hazır olanda.
Sarvanın belə alicənablığı da vardı. Boyu Azərlə
müqayisədə çox balaca idi. Amma əməlləri heç də
boyuna görə deyildi. Özündən deyən, sözü bütöv,
dostluqda, yoldaşlıqda çox etibarlı idi Sarvan.
...Hələ orta məktəbdə oxuyanda kiçik bir olay
da baş vermişdi. Rus dilindən dərs deyən Şahbaba
müəllim bir dəfə uşaqları sıraya düzüb danlayırdı.
Dərsə hazırlıqsız gəlmişdilər. Danladığını parta-
ya yola salıb növbəti uşağa keçirdi. Lap sonda sıra
Azərlə Sarvana çatanda, bunlara baxıb bir qədər du-
ruxmuş, ardından da Sarvana yönəlik belə bir mono-
loq söyləmişdi:
- A kişi, bu Azər oxumayıb dərsini, başa düşdük.
Bədən bunda, boy-buxun bunda. Ən pis halda qol
gücünə kərpic atıb, özünə çörək pulu qazanacaq.
Bəs sən bu balaca boyunla nə edəcəksən? “Çörək”,
“çörək” deyib acından öləcəksən e, ay yazıq!..
Artıq zaman göstərirdi ki, çörək yalnız qol gücünə
qazanılmır. Elə Sarvanın timsalında bunu görmək
olardı. O dövr üçün fotoqraflıq çox gəlirli sahə idi.
Ağır iş də sayılmırdı. Deməli, Sarvanın balaca boyu
27
heç də əngəl sayıla bilməzdi. Önəmli olan ürəyin ge-
niş olmasıdır ki, bu da onda vardı.
***
Xatirələrin yada düşdüyü, dostlarıyla, tay-tuşuyla
xoş günlər keçirdiyi kənd həyatı tətili sona çatmaq
üzrəydi. Bakıya dönməliydi Azər. Sentyabrın 1-də
dərslər başlayacaqdı. Qarşıda onu texnikumda ma-
raqlı günlər və həm də hələlik ağlına belə gəlməyəcək
təlatümlər gösləyirdi.
***
Bakı qaynayırdı. Payızla bir əlaqəsi olmasa da,
bu bar-bəhər fəslinə doğru gizli təşkilatlanmalar
sürətlənirdi. Xalq Cəbhəsi adında bir təşkilat da qu-
rulmuşdu. Elçibəy təxəllüslü bir nəfər saqqallı adam
ona başçılıq edirdi. Tarixçi alim idi. Deyirdilər ki, çox
milliyyətçi birisidir. Azərbaycanın dövlət suverenli-
yini təmin etmək üçün çalışır.
Suverenlik nə idi? Kim bilir? Nəsə təzə söz idi.
Müstəqillik kimi bir şey idi deyəsən. Yəni bu adam
Azərbaycanı SSRİ-dən ayırmaqmı istəyirdi, yaxud
da SSRİ tərkibində daha azadmı etmək istəyirdi?
Nəsə hələlik qaranlıq məsələ idi. Lakin təşkilatlanma
sürətlə gedirdi. Artıq elə bir hal almışdı ki, kimsənin
28
bunun qarşısını kəsməsi mümkün deyildi. Hər gün
yüzlərlə insan Xalq Cəbhəsinə qoşulurdu. Yerlərdə
özəklər qurulur, yeni insanlar cəlb edilir, yeni yerli
təşkilatlar formalaşdırılırdı.
Azərin təhsil aldığı Bakı Baza Energetika Texni-
kumunda da bu proses sürətlə gedirdi. Onsuz da
şəhərin mərkəzində yerləşməsi baxımından bu tex-
nikum proseslərdən qıraqda qala bilməzdi. Haqver-
diyev küçəsilə İnşaatçılar prospektinin kəsişməsində
yerləşməsi bir yana, həm də artıq hər kəsin təhlükə
gözlədiyi “Salyan kazarmaları”na qonşu olma-
sı bu məktəbin tələbələrini təbii şəkildə olayların
mərkəzinə atacaqdı sonradan.
Hətta belə olmasaydı da Azər və dostları proses-
lərdən qıraqda qalacağa bənzəmirdilər. Ermə nis-
tandan Bakıya gələn qaçqınların sayının getdikcə
artması, Sovet rəhbərlərinin bu prosesi dayandırmaq
üçün heç bir addım atmaması getdikcə Azərbaycan
xalqının dövlətə inamını daha ciddi şəkildə sarsı-
dırdı. Ona görə də insanlar işıq gələn tərəfə - Xalq
Cəbhəsinə daha çox meyllənirdi. Belə bir şəraitdə
Azər də qərarını verməli oldu.
Texnikumda Rəsmiyyə adında gənc bir müəllimə
vardı. Çox fəal idi. Deyirdilər, Qazax tərəflərdəndir.
Dostları ilə paylaş: |