Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

55
Bakı  tapşırıq  verdi  ki,  nəyin  bahasına  olursa  ol-
sun, o qatar hərəkət etməməlidir. “Özünüzü qatarın 
altına atın, relsləri sökün, nə bacarırsınız edin ki, qa-
tar yerindən tərpənə bilməsin”, - deyə tapşırıq ver-
mişdi xəttin o başındakı adam.
Elə də olacaqdı. Xudatdakı yerli fəallar qətiyyətlə 
dirəniş göstərməyə hazır idilər. Xaçmazdan da əlavə 
qüvvə gəlib çıxmışdı. Hər keçən dəqiqə stansiyadakı 
insanların sayı artırdı. Bu qələbəliyin qarşısında rus 
əsgərləri də getdikcə qorxmağa başlayırdılar. Ancaq 
silahlı olduqları üçün hələlik qaçmırdılar.
Arada əsgərlərlə söz atışması da olurdu. Belə atış-
malardan  birini  Ramazan  başlatdı.  Daha  doğrusu, 
o,  bir  anlıq  əsəblərini  cilovlaya  bilməyib  əsgərlərin 
üzərinə  yürüdü.  Bunu  görən  əsgərlər  dərhal  avto-
mat  silahlarını  ona  sarı  yönəltdilər.  Bir  az  da  belə 
davam etsəydi, artıq ilk atəş açılacaqdı. Ancaq milis 
rəisi Sultan Sultanov bir ağsaqqal müdrikliyilə araya 
girib  tərəfləri  sakitləşdirə  bildi.  Ramazanı  vurmaq 
üçün  hazırlaşan  rus  əsgərinə  üzünü  tutan  rəis  onu 
da, Ramazanı da təmkinli olmağa dəvət etdi. Rəisin 
əynində uniformanın olması da işə yaradı. Görünür, 
rus əsgəri elə sandı ki, Sultan da onların adamı ola 
bilər və bu hal onu sakitləşdirdi.


56
...Artıq gecə saat 12-ni keçmişdi. 17 yanvar arxada 
qalmışdı. İndi yanvarın 18-i saat 2 radələri idi. Xaç-
mazla  yanaşı  Quba,  Dəvəçi,  Siyəzən  və  Qusardan 
da əlavə dəstək gəlmişdi. İndi təkcə Xudat camaatı 
deyil, Bakıyla Rusiya sərhədi arasında yerləşən bü-
tün rayonların camaatı bir olub işğalçıların qarşısı-
nı  kəsmişdi.  Rus  əsgərləri  üçün  çətin  olacaqdı.  Bu 
qədər insanı tapdalayıb keçə bilməyəcəkdilər onlar.
Ortadakı gərginlik, durumun qeyri-müəyyən ol-
ması  şəraitində  etirazçılar  hərbçilərlə  danışıqlara 
qərar verdi. Bu gərginlikdən yorulmuş hərbçilər də 
sanki belə bir təklif gözləyirmiş kimi, dərhal danışıq-
lara razılıq verdi.
Arxasında xalqın dəstəyini görən fəallar indi rus-
ları danışıqlar yoluyla geri qaytarmaq haqqında dü-
şünürdü. Gərginlik, hansısa qanlı olay nə etirazçıla-
ra, nə də əsgərlərə yaxşı heç nə vəd etmirdi. Ona görə 
də qarşılıqlı anlaşmayla tərəflər danışıqlara başladı.
Danışıqlarda  artıq  Xaçmazdan  gəlib  çıxmış 
Müqəddəs  Mehdiyev, Atabala  Osmanov,  DTK,  mi-
lis, şəhər soveti nümayəndələri, Ramazan və bir neçə 
nəfər  iştirak  edirdi.  Rus  əsgərlərinin  komandiri  də 
ağıllı  adama  bənzəyirdi.  Çünki  o,  ətrafdakı  qələ-
bəliyin, insanların üzündən tökülən nifrətin fərqin-


57
dəydi və buna görə də danışıqlarda həvəslə iştirak 
edirdi.
...İlkin razılıq bu oldu ki, etirazçılar qatardan ara-
lansınlar.  Komandir  bunu  onunla  əsaslandırdı  ki, 
kimsə əsgərlərə söz atar, daş atar, onlar da gənc və 
təcrübəsizdir, çaşıb silahla cavab verərlər. “Gərəksiz 
yerə  qan  tökülməsin”,  dedi  komandir.  Ağlabatan 
idi. Ona görə də bu razılıq mümkün hesab edildi və 
dərhal  gerçəkləşdirildi.  İndi  etirazçılar  qatarı  daha 
aralı məsafədən mühasirədə saxlayacaqdılar.
Bu  danışıqlar  davam  etməkdəykən  xəbər  gəldi 
ki,  aşağıda,  Lenin  parkında  Xudat  ovçuları  silah-
larıyla  birlikdə  toplaşıblar.  Düzdür,  əllərindəki  ov 
tüfəngləri idi. Lakin belə bir şəraitdə onların səfərbər 
olunmasının  özü  də  hər  nəyə  desən  dəyərdi. Atıb-
tutmağı bacaran bu kəsim avtomatla silahlanmış sü-
tül rus gənclərini bir andaca tərksilah edə bilərdi.
Daha bir xəbər isə dəmiryol relslərinin sökülməsi 
üçün səfərbər edilmiş texnika və canlı qüvvəylə bağ-
lı  idi.  Gələn  xəbərdə  deyilirdi  ki,  bir  dəstə  peşəkar 
fəal qatarın qarşısındakı relsləri sökmək üçün hazır 
gözləyir. Komanda veriləcəyi təqdirdə onlar bir neçə 
dəqiqənin  içində  ilk  relsi  yerindən  qoparacaqdılar. 
Sadəcə komanda verilməsi lazım idi.


58
Hələlik nə silahlı ovçuların, nə də rels sökənlərin 
həmləsinə  gərək  yox  idi.  Danışıqlar  davam  edir-
di. Yerli heyət rus komandiri inandırmağa çalışırdı 
ki,  onlar  gəldikləri  yolla  da  geri  qayıtmalıdır.  Əks 
təqdirdə qarşısıalınmaz proseslər baş verə bilər.
Bütün  bunlar  baş  verməkdəykən  qələbəlik  də 
getdikcə artırdı. Ətraf kəndlərdən belə insanlar kö-
nüllü şəkildə səfərbər edilib Xudat stansiyasına top-
laşırdı. İndi ətrafda minlərlə insan vardı. Bapbalaca 
Xudat şəhəri yəqin ki, heç vaxt bu qədər insanın bir 
araya toplaşmasına səhnə olmamışdı.
...Bir azdan hava işıqlaşacaq, gec xəbər tutanlar da 
onlara qoşulacaqdı.
***
Hava  qaralmışdı.  17  yanvarı  18  yanvara  bağla-
yan  gecə  Azərgilin  “Salyan  kazarmaları”  ətrafında 
ilk  növbəsi  idi.  Onlar  bütün  gecəni  burada  keçirə-
cəkdilər. Hələ nəyin necə olacağını tam anlamırdılar. 
Çünki heç bir plan, heç bir proqram yox idi. Sadəcə 
deyilmişdi  ki,  səhərə  kimi  kazarmaların  ətrafında 
olun. Heç bu tapşırığı kimin verdiyini də düz-əməlli 
bilmirdilər.  Bütün  bunlara  baxmayaraq  “döyüşə” 
tam  hazır  idilər.  Gündüz  yaxşıca  dincəlmişdilər. 
Yemək lərini yeyib, hazır gəlmişdilər.


59
...Növbəyə “Xəzər” kinoteatrı tərəfdən başladılar. 
Bura “Salyan kazarmaları”nın düz yanında idi. Haq-
verdiyev küçəsilə üzüaşağı gedəndə yolun solunda 
kazarmalar, sağında isə kinoteatr qalırdı. Azər bura-
ları çox yaxşı tanıyırdı. Çünki həm texnikuma yaxın 
idi,  həm  də  tez-tez  burada  hind  filmlərinə  baxır-
dı.  Ətrafdakı  bütün  küçələri,  dalanları  ovcunun  içi 
kimi bilirdi. “Salyan kazarmaları”nın alt tərəfindəki 
məhəlləni də yaxşıca öyrənmişdi. Əsas növbə yeri də 
buralar olacaqdı.
Nazimlə onun birlikdə növbə çəkməsi darıxdırıcı 
olmayacaqdı. Həm də Kamillə Mehdi də onlarla idi. 
Buna görə də gecənin tez keçəcəyi şübhəsizdi.
...“Xəzər”  kinoteatrı  səmtindən  irəliləməyə  baş-
layıb,  kazarmaların  alt  tərəfindəki  küçəyə  doğru 
hərəkət etdilər. Ətrafda onlar kimi növbə çəkən in-
sanlar çox idi. Gənclər də vardı, yaşlılar da. Arabir 
uşaqlar  da  gözə  dəyirdi,  bəzən  qadınlar  da.  Ətraf 
evlərin sakinləri növbədəkilərə çay, qoğal, şirniyyat-
lar gətirir, onlara dəstək olurdular. Ciddi nizam-in-
tizam vardı; heç kim heç bir artıq hərəkətə yol ver-
mirdi. İnsanlar bir-birilərini tanımasa da, hamı can 
deyib, can eşidirdi. Sanki yüzillərin doğmalarıydılar.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə