Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Ailənnin dağılma səbəblərinin təhlili



Yüklə 1,6 Mb.
səhifə20/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Ailənnin dağılma səbəblərinin təhlili


Ailə də, bütün dəyərli quruluşlar kimi müxtəlif təhlükələr və fəlakətlərlə üzləşir. Bu təhlükələr ailə quruluşunun sağlamlığını, möhkəmliyini və istiqrarını təhdid edir. Dinimizin böyük rəhbərləri (Peyğəmbər (s) və Əhli-beyt (ə) ), ailə sisteminin davamlılığının amillərini bəyan etməklə yanaşı, belə afətlərin qarşısını almaq üçün olduqca mühüm və dəyərli tövsiyələr örtaya qoymuşlar.

Diqqət etmək lazımdır ki, bu tövsiyələrin çoxu, ailə quruluşunun dağılmasının amilləri haqda olan xüsusi araşdırmalarla sıx bağlıdır. Geniş formalı xüsusi tədqiqatlar, statistikalar və ictimaiyyatşünaslığı özündə cəmləyən bu araşdırmalar, əsl həqiqətdə, cəmiyyətlərin mədəni məsuliyyətini öz öhdəsinə almış şəxslər üçün uca səslə həyacan siqnalı çalır. Unutmaq olmaz ki, bu təhlükə, hətta əsil-nəcabətli və dindar ailələri də, təhdid edir. Buna görə də, İslam dininin bu zəminədə bəyan etdiyi tövsiyələrlə tanış olmaq, xüsusilə də, dindar ailələr üçün daha da əlverişlidir. Bu göstərişlər, üçüncü fəsildə qeyd olunduğu kimi, üç qrupa bölünür: Ümumi təhlükələr, kişinin yaratdığı problemlər və qadının yaratdığı problemlər.



a. Ümumi təhlükələr


Burada söhbət açacağımız təhlükələr, demək olar ki, kişi ya qadının rəftarlarından qaynaqlanmır. Ata-ana və başqa şəxslərin düzgün olmayan davranışları nəticəsində meydana çıxır. Amma bəzən ər-arvad da, bu afətlərin yaranmasında müəyyən qədər rol oynaya bilər. Bu təhlükələr aşağıdakılardan ibarətdir:

1- Məcburi evlilik


Möhkəm ailə təməllərinin qoyulmasında ən mühüm amil, qız və oğlanın öz gələcək həyat yoldaşlarını seçməkdə azad olmaları, həmçinin bu barədə heç bir məcburiyyətin olamamasıdır. Allahın rəsulundan (ə) rəvayət olunan bu hədis də, elə ər-arvadın ünsiyyət qurmaları və ixtilafa düçar olmalmarının psixoloji amillərinə işarə edir: "Ruhlar, sanki hazırlanmış (təlim keçmiş) qoşunlar kimidir. Onların hansı digəri ilə (öncədən) tanış olmuş olsa, ünsiyyət tutar. Olmasa isə ünsiyyət tutmaz və aralarında ixtilaf yaranar."1

Elə buna görə də, məcburi evlilik uzunömürlü olmaz. Koleyni yazır ki; İbn Əbu Yəfur adlı bir şəxs, İmam Sadiqdən (ə) soruşur: Mən bir qadınla ailə qurmaq istəyirəm, amma valideynlərim başqa birsi ilə evlənməyimi istəyirlər.

İmam Sadiq (ə) buyurdu: "Ata-ananın istədiyi şəxslə deyil, sevdiyin şəxslə evlən."2

Cabir ibn Abdullah Ənsarinin nəql etdiyi başqa bir rəvayətdə isə oxuyuruq ki; bir kişi Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. (Nə edək?)

Allahın elçisi (s) buyurdu: "Bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır."3

Bu rəvayətdə, Allahın elçisi (s) hər iki tərəfin (qız-oğlan) gələcək həyat yoldaşlarını seçməkdə azad olduqlarını açıq-aşkar bəyan edir. Həmçinin, var-dövlətin, iki çəxsin arasında mövcud olan məhəbbəti, sevgini əvəz etmədiyini vurğulayır.

İctimaiyyatşünaslar hələ qədim zamanlarda, məcburi evliliyi ailənin dağılma amillərindən və ailədaxili ixtilaflara bir səbəb kimi göstərmişlər. Bəziləri bu cür evlilikləri, valideynlərin öz qızlarını qul kimi satmasına bənzətmişlər.

Unutmaq lazım deyildir ki, ata-ananın öz övladlarına uyğun həyat yoldaşının seçimi haqda yol göstərməsi, olduqca zəruri və lazımdır. Cavanlar bilməlidirlər ki, ailə qurduqları zaman valideynlərinin məsləhətlərindən bəhrələnməyə ehtiyaclıdırlar. Hərçənd, son qərar onlara (evlənən şəxslərə) məxsusdur. Valideynləri deyil, məhz onlar öz gələcək ömür-gün yoldaşlarını seçməlidirlər!




2- Ağır mehriyyə


Mehryyənin (dinimizdə tövsiyə edilməsinə səbəb,) qadın-kişi əlaqələrinin tənzimlənməsi və onların bir-birilərinə daha çox bağlanmasına şərait yaradılmasından ibarətdir. Mehriyyə, yaranışda qadın və kişinin (gələcək həyatdakı) rolunun fəqli yöntəmlərdə icra olunacağı səbəbilə meydana çıxmışdır. Kişi hissiyyat və duyğularənda qadından zəifdir. Bu xüsusiyyət qadına daim kişinin arxasınca getməməyi və ona tez təslim olmamaq qüdrətini verir. Əksinə, kişini məcbur edir ki, qadına ehtiyaclı olduğunu izhar etsin və onun razılığını ələ gətirmək üçün çalışsın. Elə bu yöndə atdığı addımlardan biri də, onun razılığını cəlb etmək və ona hörmət əlaməti olaraq, hədiyyə verməkdən barətdir.

Mehriyyə, qadının həyası və iffəti ilə eyni bünövrəyə malikdir. Qadın fitri duyğularla anlayır ki, onun izzəti və şərəfi, özünü asanlıqla kişinin ixtiyarına verməməyi tələb edir. (Yəni bu dəyərli gövhərin məhəbbətini qazanmaq üçün kişi, malından keçməyi də, bacarmalıdır.) Qurani-kərim son dərəcə zəriflik və incəliklə buyurur: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!"1

Bu qısa ayədə üç əsas nöktəyə diqqət çəkilir: Birinci, Mehriyyə "səduqə" adlandırılmışdır. "Səduqə" sözünün kökü, "sedq" kəliməsindən tutulmuşdur. Bu da, sədaqəti və (qadına qarşı olan) istəyin, meylin həqiqi olmasının nişanəsi deməkdir.

İkinci, "hunnə" şəxs əvzliyinin, "səduqat"a birləşdirilməsi, mehriyyənin birbaşa qadına aid olduğunu, ata-anasının deyil, onun malı olmasını yetirir. Deməli, mehriyyə, süd pulu deyildir.

Üçüncü, "nihlə" kəlməsi, mehriyyənin yalnız kişinin qadına verdiyi bir hədiyyə və bəxşiş olduğunu bəyan edir.

Ailələrin dağılma səbəblərini araşdırarkən diqqət edilməsi lazım olan məsələlərdən biri də, mehriyyənin miqdarının onun hikməti ilə ziddiyyət təşkil etməməsidir. Əgər belə olmazsa, deməli, ailə möhkəm bünövrə üzərində qurulmamışdır.1

Mehriyyə, alver və girov məqsədli deyil, həqiqətən də, hədiyyə ünvanını zehində yarada bilmək qabiliyyətinə malik olan formada həyata keçirilməlidir. Elə buna görə də, hədislərimizdə mehriyyənin ağırlığı, qadının bədbəxtliyi, amma yüngüllüyü isə onun bərəkəti kimi ifadə olunmuşdur. Allahın elçisi (s) buyurur: "Ən yaxşı mehriyyə, ən yüngülüdür."2

Başqa bir hədisdə oxuyuruq: "Qadınların mehriyyəsini təyin etdikdə ifrata varmayın, çünki onlar ilahinin (rəhmət) yağışıdır."3

Həmçinin, mehriyyənin agır olmasının, ailədə kin və düşmənçiliyə gətirib çıxaracağı buyurulur: "Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar."4

Başqa bir hədisdə buyurulur: "Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar."1



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə