1. Mülki müdafiə haqqında anlayış. Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri



Yüklə 25,83 Kb.
səhifə1/2
tarix22.04.2022
ölçüsü25,83 Kb.
#85849
  1   2
Mulki mudafie — копия


1.Mülki müdafiə haqqında anlayış. Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri.

2. Təhlükələr, qorxu və insan psixologiyası. Zəlzələlər, vulkanlar, palçıq vulkanları.

3.Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət. Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı.


  1. Mülki müdafiə haqqında anlayış. Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29.12.2006-cı il tarixli 511 saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.

Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.

Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.

Fövqəladə hadisə - insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Mülki müdafiə planı fövqəladə hadisələr zamanı ölkədə mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir. Planda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkili, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə məntəqələrindən və rabitə kanallarından istifadə olunması, xəbərdarlıq siqnallarının verilməsi qaydası və s.) barədə əsas göstərişlər öz əksini tapır.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür. İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə, Mülki Müdafiə üzrə şəhərlərin qrupları:



  • I qrup

  • II qrup

  • III qrup

olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.

Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.

Mülki Müdafiə üzrə dərəcələr - fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.

Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.

İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır. Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.

Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər. İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.

Şəhərlərin mülki müdafiə üzrə qruplara aid edilməsi və təsərrüfat obyektlərinə dərəcələr verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi üçün sənədlər təqdim edilərkən bu qaydalar rəhbər tutulmalıdır.

  1. Təhlükələr, qorxu və insan psixologiyası. Zəlzələlər, vulkanlar, palçıq vulkanları.


Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.

Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır. Bunun nəticəsi kimi yuxusuzluq, iştahsızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar baş qaldırır, insan özünü çox narahat hiss edir. Bizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyimiz halda, psixoloji cəhətdən çox yoruluruq, daim qorxu içərisində yaşamalı oluruq, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyimiz vəziyyətlərə dair dəyərli məsləhət axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərimizi dərinləşdiririk.

Bu cür psixoloji yükün öhdəsindən nə cür gəlmək, uşaqlarımızı təhlükələrlə dolu bu dünyamızda yaşamağa nə cür hazırlaşdırmaq olar? Düzdür özümüzü elə apara bilərik ki, sanki bu təhlükələr yox dərəcəsindədir. Qəzet, televiziya, radio yeniliklərindən əl çəkmək, dost və həmkarlarla heç bir kriminal hadisə müzakirə etməmək, yaxud tamamilə özünü cəmiyyətdən təcrid edərək, insan ayağı dəyməyən bir yerdə yaşamağa qərar vermək, lazımi anda özünün, yaxınlarının köməyinə çata bilmək üçün hətta tibb və ya xilasedici peşələrinə də yiyələnmək olar. Çıxış yolu isə şəxsi psixologiyanı yenidən qurmağa, özündə təhlükəsizlik psixologiyasını inkişaf etdirməyə cəhd göstərməsidir. Bunun üçün ilk növbədə qorxuya və daim bədbəxt hadisə gözləməsinə son qoymaq, hər hansı təhlükəyə hazır olmaq lazımdır.

Qorxular da müxtəlif olur: zərərli və xeyirli. Məsələn, xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir və belə olduqda onun sağ qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə maşınların sürətlə şütüdüyü prospekti keçməkdən və ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir. Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə etməyimizə, kinoteatra getməyimizə və ya toyuq ətini iştahla yeməyimizə mane olur, çünki əsassız qorxularımız bizim real düşünmək qabiliyyətimizi iflic vəziyyətinə salaraq beynimizdə təsəvvür etdiyimiz dəhşətləri hər dəfə yenidən yaşamağa vadar edir. Əsassız qorxular canımıza o dərəcədə hopur ki, biz hətta baş verməyən hadisəni təsəvvürümüzdə belə canlandırmaqdan çəkinirik. Belə qorxularla hər birimiz mübarizə aparmalı, gücümüz çatdıqda, mütəxəssislərə müraciət etməliyik. Seçim hər bir insanın öz əlindədir. Bu artıq təhlükəsizlik psixologiyasına tərəf ilk addımdır.

İkinci addım - müxtəlif təhlükələrlə görüşə hazırlıqdan ibarətdir. Baş verə biləcək bütün təhlükələri nə əvvəlcədən bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Elə də olur ki, biz həqiqətən bizə təhlükə yarada bilən amillərdən yox, digər şeylərdən qorxuruq.

Baş vermə sahələrinə görə fövqəladə hadisələr müxtəlif cür olurlar. Ən çox iqtisadi itki törədən fəlakətlər subasma, quraqlıq və zəlzələdir.

Zəlzələ yerin dərinliklərində, tərkində dağ süxurlarının yerdəyişməsindən, kəskin sürətlə dağılmasından, yer qabığının müəyyən səthinin titrəməsi nəticəsində yerin altında və üstündə çatların əmələ gəlməsindən ibarətdir. Bu zaman yaranan təkanlar və titrəyişlər binalara öz təsirini göstərir. Zəlzələ ocağı həndəvərində yeraltı təkanın gücü ən çox olan sahəyə zəlzələ mərkəzi deyilir. Respublikamızın ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır.

Zəlzələnin: tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərə toqquşması nəticəsində baş verən zəzələ növləri olur. Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ - уег qabığının dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər - zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.

Zəlzələ ocağının dərinliyi - müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur. Yerin səthində zəlzələ enerjisinin intensivliyi on iki ballıq şkala üzrə ölçülür; gücünə (intensivliyinə görə) müvafıq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət.

Vulkanlar yeraltı plitələrin hərəkət etdiyi və yer qabığında qüsurların meydana gəldiyi planetin qeyri-sabit, seysmik cəhətdən aktiv yerlərində görünür. Planetimizin dərinliklərindən maye, isti, ərimiş qayalar qarışığı (magma) içəridə toplanır və tədricən sıxılır. Maqma böyük təzyiq altında çıxır və gec-tez vulkanın ağzını sındırır. Bir vulkan püskürəndə, külli miqdarda kül və tüstü havaya atılır, lava və daş parçaları uçur, tez-tez püskürmə zəlzələ ilə müşayiət olunur.

Vulkanların püskürməsi onun fəaliyyətdə olmasını sübut edən əsas faktordur.

Vulkanların bir növü də palçıq vulkanıdır. Azərbaycan palçıq vulkanlarının sayına görə  dünyada birinci yeri tutur.  Dünyada mövcud olan  800 palçıq vulkanından  təxminən 350-si Azərbaycandadır.



  1. Yüklə 25,83 Kb.

    Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə