Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə22/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

3- Simiclik


Mömin, ilahi tərbiyəsi ilə ədəb alar. O, öz yaşayışının xərclərini Allahın ona əta etdiyi ruzinin azalıb-çoxalması ilə tənzimləyər. Tanrı ona ruzi qismət etsə, o da, xərclərini çoxaldar. Amma ruzi bəxş etməsə, harama sarı üz gətirməz. Simic insan hər şəraitdə heç kimə əl tutmaz və halını soruşmaz. Belə insan hamıya və hətta özünə belə korluq çəkdirər və ailəsinin məişət xərclərini ödəməz, nəticədə onlar iqtisadi problemlərın yükü altında əzab-əziyyətlə yaşayarlar. Onun bu əməlinə, iqtisadi cəhətdən imkanlı olmasını nəzərə aldıqda, heç bir formada haqq qazandırıla bilməz. Bu rəftarın yeganə səbəbi, simiclik adlı iyrənc xasiyyətdir. Bu şəraitə çox az qadın davam gətirər. Belə qadınlar ya ərindən gizli şəkildə onun malından oğurlayar, ya da ki, ərinin onu sevdiyinə şübhə ilə yanaşar. Nəticə də, isə ona qarşı sevgisi azalar. Çünki, ərinin malına ondan daha çox dəyər verdiyini görər.

Allahın elçisi (s) buyurur: "Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir."2

Başqa bir hədisdə isə buyurur: "İnsanların ən pisi, ailəsini ehtiyac içərisində saxlayandır."1

4- Tədbirsizlik


Ailə quruluşunun bünövrəsi qoyulduğu ilk zamanlarda, ər-arvadın birgə addımladığı yollar olduqca eniş-yoxuşlu və dar keçidlərlə doludur. Sabit iş yeri əldə etməyə müvəffəq olmamış iki cavan, təhsil, məskən və dünyaya gətirdikləri övladın xərclərini ödəməyin çətinlikləri ilə üzbəüz olurlar. Başqa cəhətdən isə, cavan qadın, kişinin onunla daha çox vaxt keçirməsini arzulayır. Qohumların, dostların və qonşuların həmişəki istəklərini də, bu sıraya artırmaq olar. Bir tərəfdən də, evliliyin dini və ictimai məsuliyyətlərini də, nəzərdən qaçırtmaq lazım deyildir.

Belə bir şəraitdə, təkcə ağıllı və mahir idarəçilik sisteminə bələd olan şəxs, ailəsini bu ağır iztirab dolu problemlərdən qurtara bilər. İslam dinində ailənin müdiriyyəti kişinin öhdəsinə qoyulduğunu nəzərə alsaq, bu məsələ daha da ciddiləşir. Kişi lazım olam idarəçiliyi bacarmmırsa, ailə sonu gəlməyən problemlərin, açılmayan düyünlərin girdabında əsir olacaqdır. Bununla da, qadının razılığı və asudə həyat sürməsi fəda olunduğu üçün şikayətlər və yeni problemlər ortaya çıxır. İmam Əli (ə) sağlam ailə həyatını təhdid edən bu amil haqqında buyurur: "Həyatın bəlası, tədbirsizlikdir."2

Başqa bir hədisdə isə ailədən daha yüksək məqamlarda bu amilin necə də, xətərli olmasına diqqət çəkir: "Bir şeyin viran olmasının səbəbi, tədbirsizlikdir."1

5- Şörgözlük


İslam dini qadınların cəmiyyətdə kişilərə nisbət çoxluq təşkil etdiyini nəzərə alaraq, kişilərə birdən daha çox qadınla evlənməyə, (onların arasında ədaləti riayət ekmək kimi) çətin şərtlərlə birgə icazə vermişdir. Amma bu, qadınları istismar etməyə və kişilərin şorgözlüyünə haqq qazandırmır. Şəriətin və ictimai şəraitin tələb etdiyi bu qanunundan sui-istifadə edən və səbəbsiz yerə həyat yoldaşını boşayan kişinin bu əməli, Allah-təala yanında nifrətlə qarşılanar. İmam Baqir (ə) buyurur: "Allah-təala, çox evlənib, çox təlaq verən kişilərə nifrət edər."2

Beləliklə, şorgözlük və müxtəlif qadınlardan bəhrələnmək istəyi sağlam ailə həyatını təhdid edən başqa bir xətərli amildir.


6- Yersiz qeytər göstərmək


Birgə yaşayış, cinsi əlaqəli məhdudlaşdırır. Hər bir dində və cəmiyyətdə, evlilik həyatı, cinsi əlaqələr üçün bir sıra məhdudiyyətlər gətirir. İslam dininə görə cinsi əlaqə ailədə (ər-arvad arasında) məhdudlaşmalıdır. Buna görə də, ailə üzvlərinin (ər-arvad) hərbirinin bu sərhəddi pozması, xəyanət sayılır. Bu məsələni hamı qəbul edir. Amma bu məsələyə qarşı olan həssaslıq öz təbii həddini aşsa, yersiz şəkk-şübhələr və əsassız şəkildə qeyrət nümayiş etdirmək həyatı zəhrimara çevirir. Ən çox etibar olunması lazım olan şəxs, ən çox şübhə altına alınan şəxsə çevirilir. Diqqət etmək lazımdır ki, müxtəlif tərəddüdlər və sorğu-sualların mənşəyi, sədaqətli qadını da, pis yola düşməyə, ərinə xəyanət etməyə sövq edir. Nəhcül-bəlagədə bu haqda buyurulan rəvayət tamamilə doğrudur. İmam Əli (ə) buyurur: "Boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu , düz qadını əyriliyə iffətli qadını tərəddüdə (o barədə)
fikirləşməyə vadar edər."1

Belə olmasa da, ərinin onu sevdiyinə, öz məhəbbətini izhar etdiyinə ciddi şəkildə tərəddüdlə yanaşar. Öz məhəbbətini də azaldar. Bununla da, ailənin möhkəmliyində ən əsas amil süstləşər.

Sonda qeyd etmək lazımdır ki, kişi öz həyat yoldaşına töhmət vuraraq, onu zinakarlıqda təqsirli bilsə, bir halda ki, belə deyildirsə, Allahın lənətinə düçar olmuşdur.

c) Qadının yaratdığı problemlər




1- Əri incitmək


Əri incitmək də, qadına əziyyət vermək kimi ailənin dağılmasına səbəb olar. Çünki qadın kişini incitdikdə, kişi də, öz növbəsində qarşılıqlı şəkildə ona əziyyət verməyə şalışır. Bununla da, ailə həyatı sanki bir mərəkəyə, çaxnaşmaya çevirilir. Get-gedə bu hər ikisi üçün daha da dözülməz hal alır. Belə ailələrdə məhəbbət və itaətkarlıq, öz yerini itaətsizliyə və nifrətə verir. Ailə həyatı tam başqa bir acınacaqlı şəkil alır. Hətta ər qadının hərəkətlərinə dözsə və qarşılıq verməsə belə, ona qarşı məhəbbəti azalır və sevgi dolu həyat, nifrət dolu birgə yaşayışa çevrilir. Bu qeyri-təbi hal, hər iki tərəfin əsəblərinin nə qədər davam gətirəcəyinə bağlıdır. İmam Sadiq (ə) incə təbirlə, ərini incidən qadının həyatı zəhrimara çevirdiyini belə anladır: "Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər."1

Diqqət etmək lazımdır ki, əri əsbləşdirmək, özü də ona əziyyət verməyin bir növüdür. Elə bu səbəbdən də, qadın hansı rəftarların ərini əsəbləşdirdiyini bilməsə, sonra özü də istəmədən onu təkrarlasa və ya qəsdən belə etsə, sağlam ailə həyatını şübhə altına almışdır.





Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə