Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
66 
halda  düĢünən  varlıq  olan  insan,  düĢüncəyə  malik  olmayan  bir  Ģeydən 
yaranardı. Bu isə məntiqə ziddir. 
Dünyada  hər  Ģey  bir  məqsədlə  yaradılıb.  Dünya  –  insan  üçün,  insan 
isə  Tanrını  tanımaq  və  ona  ibadət  etmək  üçün.  Ġnsan  azaddır  və  öz  Ģüurlu 
hərəkətləri  ilə  Tanrıya  sədaqətini  göstərməlidir,  pis  yollardan  çəkinməlidir. 
Bu  dünya  onun  üçün  bir  sınaq  meydanıdır.  Bu  sınaqlara  sinə  gələ  bilsə, 
Tanrı  onu  əbədi  həyatda  mukafatlandıracaq.  Dünyada  Ģər,  xeyrin  nə 
olduğunu anlamaq üçün mövcuddur. O olmasaydı insanlar xeyri bilməzdilər. 
Eyni  zamanda  Laktantius,  stoitsizm  fəlsəfəsinin  təsiri  altında  
olmuĢdur. Məsələn o, ruhun əslində materiyanın daha incə forması olduğunu 
iddia edirdi. Onun təbiətinin  oddan  ibarət olduğu haqqında danıĢırdı. Lakin 
materiya  olduğuna  baxmayaraq,  ruhu  dərk  etmək  mümkün  deyil,  və  o 
ölməzdir. 
Kitabının  sonuncu  hissəsində  Laktantius  qiyamətin  qopması,  onun 
hansı Ģəkildə  baĢ verəcəyi  haqqında yazmıĢdır. O  inanmırdı ki, Ġsa tezliklə 
dünyaya  qayıdacaq,  bütün  mömin  ölüləri  dirildəcək  və  onlarla  birlikdə  yer 
üzərində ədalətli hakimiyyət quracaq. Bu cür inanclar hiliazm
145
 adlandırılır 
və  sonrakı  dövrlərdə  rəsmi  kilsə  tərəfindən  rədd  edilmiĢdir.  Çünki  hiliazm 
tərəfdarlarının  dediklərindən belə çıxırdı  ki, ölülər  iki  dəfə diriləcəklər: bir 
dəfə Ġsanın gəlməsi və min illik hakimiyyəti qurması zamanı; ikinci dəfə isə, 
Tanrı tərəfindən bütün kainat məhv edildikdən sonra. Bu isə rəsmi Kilsənin 
mövqeyinə zidd idi. Rəsmi xristian ehkamlarına görə, dirilmə hadisəsi yalnız 
bir  dəfə,  dünyanın  sonunda  baĢ  verəcək.  Bibliyada  hiliazma  iĢarə  edən 
yerlərə isə kilsə xadimləri baĢqa, məcazi mənalar verirlər. 
 
 
                                                 
145
 Yunanca ―khilias‖-   min  rəqəmidir. 


 
67 
 
 


 
68 
IV FƏSĠL 
 
XRĠSTĠANLIĞIN DÖVLƏT DĠNĠNƏ ÇEVRĠLMƏSĠ 
 
 
Xristian ehkamlarının formalaĢması dövrü və daxili çəkiĢmələr  
 
IV  əsrin  əvvəllərində,  Roma  imperiyasında  Xristianlığa,  əvvəlcə, 
baĢqa  dinlərlə  bərabər  hüquqlar  verilmiĢdi,  sonra  isə  bu  din  imperiyanın 
rəsmi dininə çevrilmiĢdir.  Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması 
imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə 
atmıĢdı.  Məsələ  bundadır  ki,  IV  əsrin  əvvəllərində  xristianlar  geniĢ  xalq 
kütlələrinə  təsir  etmə  imkanı  olan  təĢkilatlar  yarada  bilmiĢdilər.  Xeyriyyə 
iĢləri və axirətdə xilas olma  ideyaları  imperiyanın ən kasıb təbəqələri  üçün 
cəzbedici  görsənirdi.  Digər  tərəfdən  isə,  hakimiyyətə  qarĢı  səbrli  olmaq 
ideyaları, onları dövlət baĢçılarına qarĢı  
 
 
Ġmpe rator 
üsyan  etmə  ehtimalının  qarĢısını  alırdı. 
Eyni  zamanda,  kilsə  tərəfindən  mü-
əyyən  edilmiĢ  dini  qanunları  və  eh-
kamları  qəbul  etmək,  keĢiĢlərə  tabe  ol-
maq, Xristianlığın prinsiplərindən idi. Bu 
cür din  monarxiya üsul-idarəsi üçün çox 
əlveriĢli idi.  
Bunu 
baĢa  düĢən  imperator 
Konstantinus,  imperiyada  sabitliyə  na-il 
olmaq  və  öz  hakimiyyətini  möhkəm-
ləndirmək  üçün,  xristian  faktorundan 
istifadə  etməyə  baĢladı.  Ġlk  növbədə  o, 
313-cü  ildə,  Xristianlığı  hüquqi  nöq-
teyinəzərdən,  baĢqa  dinlərlə  bərabər-
ləĢdirən  Mediolan
146
  fərmanını  imzala-
mıĢdır. 
Lakin  Xristianlığın,  müsbət  və 
əlveriĢli  cəhətləri  ilə  bərabər,  nöqsanlı 
cəhətləri  də  var  idi.  Onun  daxilində 
parçalanma  hökm  sürürdü  və  vahid, 
hamı  tərəfindən  qəbul  edilən  doktrina-sı 
                                                 
146
 Ġtaliyanın Milan Ģəhərinin qədim  adıdır. 


 
69 
Konstantinus
 
hələ formalaĢmamıĢdı. Xristianlığın 
parçalanması  hətta  çox  təhlükəli  təmayüllərin  yaranmasına  gətirib 
çıxarmıĢdı. 
Məsələn,  Afrikanın  Ģimalında  donatçıların  hərəkatı  xristian  birliyinə 
çox ciddi zərbə vurmuĢdu. Bu ixtilaf roma imperatorlarının xristianlara qarĢı 
təqiblərin sona çatmasından sonra baĢ vermiĢdi. Məsələ bundadır ki, təqiblər 
dövründə  xristianların  bir  qismi  təqiblərə  sinə  gərərək,  ölümlərindən  belə 
qorxmayaraq  dindən  imtina  etməmiĢdirlər.  Lakin  digər  qismi  təqiblərə 
davam  gətirməyərək  bütpərəstlərə  və  hakim  dairələrə  güzəĢtlərə 
getmiĢdirlər,  bəziləri  isə  iĢgəncələrə  məruz  qalaraq  Xristianlıqdan  imtina 
etmiĢdirlər. 
311-ci  ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı  bir keĢiĢ təyin 
olundu.  Lakin  məĢhur  yepiskop  Donatus  ona  qarĢı  çıxıĢ  etmiĢdi  və  onu 
yepiskop  kimi  tanımamıĢdı,  çünki  təqiblər  dövründə  Sesilian,  iĢgəncələrə 
dözməyərək, Müqəddəs Kitabların  nüsxələrini bütpərəstlərə vermiĢdi. Onu, 
dinindən  çıxmıĢ  elan  edən  Donatus,  312-ci  ildə  öz  partiyasını  yaradaraq 
―satqın‖  yepiskoplar  tərəfindən  icra  edilmiĢ  xaç  suyuna  çəkilmə 
mərasimini
147
  qüvvədən  düĢmüĢ  elan  etmiĢdi  və  onun  yenidən  icra 
edilməsinin  zəruri  olması  haqqında  tələb  irəli  sürmüĢdü.  Donatçılar  rəsmi 
Kilsəni  günahlara  batmıĢ  hesab  edərək,  ondan  ayrılmıĢ,  öz  ardıcıllarından 
yüksək  mənəvi  paklıq  tələb  edirdilər.  Onların  fikrincə  kilsə  mərasimləri, 
yalnız  din  xadimlərinin  təmizliyi,  davamçılarının  isə  həqiqi  mömin  olduğu 
halda,  Tanrı  tərəfindən  qəbul  edilir.  Bundan  baĢqa,  onlar  dinin  dövlət 
iĢlərində  iĢtirakının  əleyhinə  də  çıxıĢ  edirdilər.  Bu  istək  isə  Roma 
imperatorlarının  maraqlarına  zərbə  vururdu.  Bu  səbəbdən,  Roma 
imperatorları  ġimali  Afrikada  güclənən  və  kilsə  birliyinə  ağır  zərbə  vuran 
donatçı  üsyançılarına  qarĢı  qoĢun  yollamıĢdılar.  Lakin  bu  heç  bir  nəticə 
verməmiĢdi  və  donatçılar  bir  neçə  əsr ərzində  (müsəlman  istilasına  qədər) 
ġimali Afrikada böyük nüfuza malik idilər.  
Donatçılardan  baĢqa,  müxtəlif  qnostik  təriqətlər  (montançılar, 
markionçular,  maniçilər  və  baĢqa  cərəyanlar)  də  xristian  birliyinə  mane 
olurdu. 
O  dövrün  cərəyanlarından  biri  də  monarxianlar
148
  idi.  Bu  təriqət  III 
əsrdə  yaranmıĢdır.  Onun  ardıcılları  trinitarizmi  (Tanrının  üç  sifətlərdən 
                                                 
147
  Ġnsanın  xaç  suyuna  salınması  rəsmi  kilsənin  ən  vacib  mərasimlərindən  biridir. 
Xristianlığı qəbul  edən  hər  bir Ģəxs  xaç  suyuna  girməlidir və  bununla,  rəmzi  olaraq, 
keçmiĢ günahlardan və, ən əsası, Adəmin ilk  günahından təmizlənmiĢ  olur.  
148
 Yunanca ―monos‖ - bir, ―arche‖ – baĢlanğıc deməkdir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə