Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   2   3   4   5   6   7   8   9   ...   57

 

 
ÖN SÖZ 
 
Xristian  dünyagörüĢü  və  mədəniyyətinin  yaranması  dünya  tarixində  
olan ən önəmli hadisələrdən biri olmuĢdur. Fələstin torpaqlarında yaranan bu 
dinin  ilk  azsaylı  ardıcılları,  qədim  yəhudi  ənənəsi  çərçivəsində,  yeni 
təfəkkürün əsas müddəalarını  ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr 
ərzində  Roma  imperiyasının  böyük  xalq  kütlələrini  əhatə  edərək,  rəsmi 
dövlət  dini  statusunu  almıĢdır.  Roma  mühitində  inkiĢaf  etmiĢ  xristian 
dünyagörüĢü,  təkcə  yəhudi  ənənələri  ilə  məhdüdlaĢmayıb,  müxtəlif  dini-
fəlsəfi  təlimlərin  təsiri  altında  düĢmüĢdü.  Xristian  dininin  rəsmi  doktrinası 
bir  neçə  əsr  ərzində  tədricən,  mürəkkəb  tarixi  hadisələr  Ģəraitində  
formalaĢmıĢdı.  Lakin  bundan  sonra  daxili  ziddiyətlərin  kəskinləĢməsi 
nəticəsində  orada  müxtəlif  dini  təriqətlər  və  cərəyanlar  fəaliyyət 
göstərmiĢdir.  Sonda,  bu  ziddiyətlər  Xristianlığın  parçalanması  ilə 
nəticələnmiĢdir.  Lakin,  bütün  bu  ziddiyətli  məqamlara  baxmayaraq  bu  din 
dünya dininə çevrilmiĢdir. 
Xristianlığın  dünya  fəlsəfəsinin,  mədəniyyətin,  incəsənətin  inkiĢafında 
müstəsna  rolu  olmuĢdur.  Bu  dindən  ilhamlanan  alimlər,  incəsənət  xadimləri 
ən  parlaq  fəlsəfi  əsərləri  və  incəsənət  incilərini  yaratmıĢdırlar.  Avropa 
mədəniyyətinin  inkiĢaf  etməsindən  və  dünyada  aparıcı  rol  oynamağa 
baĢlamasından  sonra  isə  xristian  dünyagörüĢü  bu  və  ya  digər  dərəcədə 
demək olar ki,  bütün dunya  xalqlarının mədəniyyətlərinə  və ənənələrinə  təsir 
etmiĢ və bu günə qədər də öz təsirini saxlamaqdadır.  
Buna  görə  də  müasir  düĢüncəli  və  ziyalı  insanlar  üçün  Xristian  tarixi 
və fəlsəfəsi  ilə tanıĢlıq  olduqca aktual  məsələdir. Məsələ  bundadır ki,  iki  əsr 
ərzində Avropa və sonra dünya təfəkkürü tarixində gedən proseslərə düzgün 
qiymətin  verilməsi  və  bununla  bağlı  müxtəlif  amillərin  tədqiqatlarda  əks 
etdirilməsi  üçün  Xristianlığın  dunyagörüĢü,  onun  yaranması,  tarixi  inkiĢaf 
mərhələlərini  bilmək  olduqca  vacibdir.  Bundan  baĢqa  Xristianlığın  daxilində 
gedən  proseslər  haqqında  biliklərin  əldə  edilməsı  bir  çox  hallarda  baĢqa 
dinlərin,  fəlsəfələrin  və  mədəniyyətlərin  öyrənilməsi  və  onların  düzgün  baĢa 
düĢülməsi  üçün  köməklik  edir.  Çünki  xristian  dünyagörüĢü  özündən  öncə 
mövcud olan  mədəniyyətlərlə  sıx əlaqədə,  yaxud,  bəzi hallarda,  onların  təsiri 
altında  olduğu  kimi,  sonra  yaranan  mədəniyyətlərə  də  çox  güclü  təsir 
etmiĢdir.  Xristian  ilahiyyatında  və  fəlsəfəsində  gedən  mübahisələr,  tarixi 
proseslər,  müxtəlif  problemlərin  qoyuluĢu  və  onların  həlli  yollarının 
axtarılması,  bəzi  hallarda,  Xristianlıqdan  sonra  yaranan  baĢqa  dini-fəlsəfi 
təlimlərdə də təkrarlanır. 


 

Azərbaycanda  Xristianlığın  fəlsəfəsi  və  tarixi  bu  günə  qədər  lazımı 
səviyyədə  tədqiq  edilməmiĢdir.  Bu  mövzuda  Azərbaycan  dilində  yazılan 
əsərlər,  demək    olar  ki,  yox  dərəcəsindədir.  Sovet  dövründə  rus  və 
Azərbaycan  dillərində  buraxılan  ateizm  ruhlu  fəlsəfi  ədəbiyyatda  xristian 
fəlsəfəsinə  aid  olan  bəzi  məqamlar  açıqlansa  da,  onları  tənqidi  nöqteyi-
nəzərindən  iĢıqlandırırdılar  və  bir  çox  hallarda  olduqca  mühüm  olan 
məqamlar  orada  öz  əksini  tapmamıĢdır.  Təəssüf  ki,  bu  təmayül  hal-hazırda 
da  davam  etməkdədir.  Xristianlıq  probleminə  əksər  hallarda,  obyektiv  deyil, 
tənqidi  nöqteyi-nəzəridən  baxılır,  bu  sahədə  respublikamızda  fundamental 
elmi-fəlsəfi  tədqiqatlar  aparılmır.  Bu  amillər  isə  azərbaycanlıları  müasir 
qloballaĢan  dünyada  qonĢuluğumuzda  mövcud  olan  böyük  mədəniyyətlə 
yaxından  tanıĢ  olmaqdan  məhrum  edir,  onun  haqqında  müxtəlif  qeyri-
obyektiv  fikirlərin  formalaĢmasına  gətirib  çıxarır.  Beləliklə,  azərbaycandilli 
oxucuların  nəzərinə  Xristianlığı,  onun  dunyagörüĢü,  tarixi  və  fəlsəfəsini  əks 
etdirən dolğun bir ədəbiyyat bu günə  qədər təqdim edilməmiĢdi və bu  kitabın 
yazılması,  bu istiqamətdə edilən,  ilk  addımdır. 
Təqdim  olunan  bu  kitab  Azərbaycanda  Xristian  fəlsəfəsi  tarixi 
mövzusunda  yazılmıĢ  ilk  tədqiqat  əsəridir.  Kitabda  bu  dinin  yaranması  və 
onun ilk on əsr ərzində gedən inkiĢaf prosesləri haqqında bəhs edilir.  Burada 
ortodoksal  Xristianlığın  və  müxtəlif  xristianyönlü  dini-fəlsəfi  təlimlərin 
ümümi  müddəaları  haqqında  məlumat  verilmiĢdir,  görkəmli  mütəfəkkirlərin 
fəlsəfi  fikirləri  açıqlanmıĢdı.  Bundan  baĢqa  Xristianlığın  formalaĢması 
prosesində  müstəsna  rol  oynamıĢ  müxtəlif  dini-fəlsəfi  cərəyanların  da  qısa 
tarixləri  və  təlimləri  haqqında  məlumat  verilmiĢdir.  Kitabın  sonunda 
Xristianlıqla  eyni  zamanlarda  inkiĢaf  edən    və  onunla  sıx,  bir  çox  hallarda 
ziddiyətli  əlaqələrdə  olan  antik  dunyanın  aparıcı    fəlsəfi  məktəblərinin 
dünyagörüĢlərinin  əsas məqamlarına da nəzər yetirilmiĢdir. 
Kitabın  yeniliyi  həm  də  müxtəlif  istilahların,  tarixi  Ģəxsiyyətlərin  və 
mütəfəkkirlərin  adlarının  yunan  və  latın  dillərində  olduğu  kimi  və  yaxud  o 
dillərə  yaxın  olan  tərzdə  verilməsindədir.  Məsələ  burasındadır  ki,  bu  günə 
qədər  onlar  Azərbaycan  dilində,  ruscadan  alındığına  görə,  rus  dilindəki  kimi 
ifadə  edilirdi.  Kitabda  haqqında  söhbət  açılan  tarixi  Ģəxsiyyətlərin  və 
mütəfəkkirlərin  adları  əvvəlcə  Azərbaycan  dilində,  yunan  və  latın  dillərinə 
yaxın  tərzdə  verildiyindən  sonra,  mötərizədə  onların  bu  dillərdə  latın  əlifbası 
ilə  orjinal  yazılıĢı  verilmiĢdir.  Onlar  tərəfindən  yazılan  kitabların  adları  isə 
əvvəlcə  azərbaycan  dilinə  tərcümədə,  sonra  isə  mötərizədə  yunan  və  latın 
dillərində  latın  əlifbası  ilə  verilmiĢdir.  Ġstilahların  mənaları  haĢiyələrdə  izah 
olunmuĢdur.  Beləliklə,  kitabın  müəllifi  Azərbaycan  dilində  hələ  bu  günə 
qədər  təĢəkkül  tapmamıĢ  xristian  və  ümumiyyətlə  fəlsəfi  terminlərin  bizim 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə