Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
70 
ibarət  olan  təbiətini)  inkar  edib  onun  mütləq  birliyini  qəbul  edirdilər. 
Trinitarizmi  qəbul  edən  xristianları  isə,  onlar  bütpərəst  (üç  tanrıya  ibadət 
edən) elan etmiĢdilər. Monarxianlar iki  hissəyə bölünmüĢdürlər: dinamistlər 
və  metodistlər  (savelianlar).  Dinamistlər  Ġsanı,  Tanrı  tərəfindən  yaradılmıĢ 
və  ona  Ġlahi  qüdrət,  enerji  və  müdriklik  verilmiĢ  bir  insan  hesab  edirdilər. 
Dinamistlərin  ideoloqu  Samosatalı  Pavlus  olmuĢdur.  Modalistlər  isə  Ġsanı, 
Tanrı təcəllisinin bir üsulu, forması hesab edirdilər. Birinci halda Ġsanın Ġlahi 
təbiəti inkar edilirdi,  ikincisində  isə onun Ġlahiliyi qəbul edilsə də, o Atadan 
və Müqəddəs Ruhdan fərqli Ģəxsiyyət deyil  idi. Beləliklə  modalizm Ata ilə 
Oğul arasında fərq görmürdü. Buradan isə belə nəticə çıxarılırdı ki, çarmıxa 
Atanın özünü çəkmiĢdilər. 
Donatçılarla  monarxianlardan  baĢqa  müxtəlif  qnostik  təriqətlər  - 
montançılar,  markionçular,  maniçilər  və  digər  cərəyanlar  da  Xristianlığın 
birliyinə zərbələr vururdular.  
III  əsrdə  daha  bir  ixtilaf  meydana  çıxmıĢdır.  Ġsanın  mahiyyətinin 
nədən  ibarət  olması  haqqında  xristoloji  mübahisələr  rəsmi  Kilsəni 
parçalanma  həddinə  gətirmiĢdi.  Bu  mübahisələr  Ġsanın  Tanrı  ilə  eyni 
mahiyyətə  (homousios)  və  ya  ona  bənzər  mahiyyətə  (homojusios)  malik 
olması  sualından  yaranmıĢdır.  Bu  mübahisə  Ġsgəndəriyyədə  baĢlanmıĢdı. 
Ġsanın Tanrıya bənzər mahiyyətə malik olması ideyası ilə presviter Arius  
çıxıĢ  etmiĢdir.  Onun  fikrincə  Loqos 
(Ġsa)  Tanrı  tərəfindən  yaradılmıĢdır. 
Ata  ilə  Oğulun  təbiətləri  eyni  deyil. 
Əks  təqdirdə  onların  arasında  fərq 
olmazdı.  Ariusun  fikrincə,  Ġsa  hər 
Ģeydən  əvvəl  yaradılmıĢdı,  lakin  əbə-
di  deyil.  O,  baĢqa  məxluqlara  nis-
bətən  daha  fəzilətlidir,  çünki  Tanrı 
dünyanı  onun  vasitəsi  ilə  yaratmıĢdı. 
Ata ilə Oğulun arasında mütləq, Oğul 
ilə  digər  məxluqun  arasında  isə  nisbi 
fərqlər  vardır.  Əgər  Oğul  Ata-ya 
bərabər  adlanırsa  buna  Atanın  özü 
razılıq vermiĢdir. Deməli o do-ğulmuĢ 
Oğul  deyil,  yaradılıb,  sonra  oğulluğa 
götürülən 
Ģəxsiyyətdir. 
Bü-tün 
məxluqlar kimi, Ġsanın da azad iradəsi, 
xeyri Ģərdən ayırma seçimi  vardır. Bu 
iradə  ni  xeyrə  yönəlt-diyinə  görə  o 
 
 


 
71 
günahsız olmuĢdur. 
Presviter Arius 
Beləliklə,  Arius  deyirdi  ki,  Ġsanın  təbiəti  Tanrının  təbiətindən  fərqli 
olsa da, ona bənzərdir. O, birinci və ən ali məxluqdur, və adi insan deyil. 
Ariusun  bu  fikirlərinə  qarĢı  yepiskop  Aleksandr  (Alexsandrus)  və 
onun ardıcılı olan Atanasios (Athanasios) çıxıĢ etmiĢdirlər. Onların fikrincə, 
Ata  ilə  Oğulun  təbiətləri  birdir.  Tanrı  insan  bədənində  dünyaya  ona  görə 
gəlmiĢdir  ki,  insanı  özünə  tərəf  yönəltsin.  Oğulu  (Ġsanı)  tanıyan,  Atanı  da 
tanıyacaq. Onlar vəhdətdədirlər. 
320-ci  ildə  kilsə  məclislərinin  birində  Ġsgəndəriyyə  kilsəsinin  baĢçısı 
vəzifəsində  olan  yepiskop  Aleksandr,  Ariusu  kilsədən  xaric  edərək,  onun 
təlimini rədd edib, heres adlandırmıĢdır. Lakin, buna cavab olaraq, Arius və 
onun 
tərəfdarları 
öz 
fəaliyyətlərini 
qətiyyətlə 
davam 
etdirib, 
geniĢləndirmiĢdirlər.  Beləliklə  vahid  təlimi  olmayan  kilsədə  parçalanma 
meylləri daha da artmıĢdır. 
Hadisələrin bu cür inkiĢafı, Xristianlıq faktorundan öz siyasi maraqları 
üçün 
istifadə  etmək  istəyən  bütpərəst  imperator  Konstantinusun 
(Constantinus)  planları  ilə  üst-üstə  gəlmirdi.  Kilsənin  parçalanmasına  son 
qoymaq  istəyən  imperator,  325-ci  ildə  Nikeya
149
  Ģəhərində  I  Ümumdünya 
Kilsə Məclisini çağırmıĢdı. Orada o,  yepiskop Aleksandrın və Atanasiosun 
fikirlərini dəstəklədi və, nəticədə, arianlıq pisləndi və heres adlandırıldı. 
Beləliklə,  Nikeya  məclisinin  qərarı  ilə  Atanın  Oğulla  vəhdət  təĢkil 
etməsi ehkamı rəsmi Ģəkildə qəbul olundu. Bu qərarın arxasında  imperator 
Kontantinusun dayanması, onu rəsmi doktrinaya çevirdi. Məsələ bundadır ki, 
imperator tərəfindən dəstəklənən  qərara qarĢı çıxmaq, dövlətə qarĢı çıxmaq 
demək  idi.  Buna  görə  Nikeya  məclisindən  sonra  arianlığa  və  baĢqa 
təriqətlərə qarĢı təqiblər kompaniyası baĢlandı. 
                                                 
149
 Müasir Türkiyənin Ġznik  Ģəhəridir. 
326-cı  ildə  Ġsgəndəriyyə  yepiskopu  Aleksandrın 
vəfatından  sonra  bu  vəzifəni  Atanasios  tutmuĢdu.  O 
arinanlara  qarĢı  mübarizəni  davam  etmiĢdi.  Lakin  bir 
qədər  sonra  vəziyyət  dəyiĢmiĢdi.  Arianlara  qarĢı 
aparılan  siyasət  onların  etirazları  ilə  qarĢılaĢmıĢdı. 
Onların böyük  nüfuzu  isə Romada siyasi sabitliyi  poza 
bilərdi.  Buna  görə  imperator  Konstantinus  öz  seçimini 
dəyiĢərək  bu  dəfə  arianları  dəstəkləməyə  baĢladı. 
Bundan  sonra  təqiblərə  arianlar  deyil,  yepiskop 
Atanasios və onun tərəfdarları məruz qalmıĢdılar. 
 
 
Ġsgəndəriyyəli 
Atanasios
 


 
72 
 
335-ci  ildə  Fələstinin  Tir  Ģəhərində  arianlar  öz  kilsə  məclislərini  yığıb 
Atanın Oğula bənzər olması formulasını (homosusios) qəbul edib, Atanasios 
tərə  findən  müdafiə  edilən,  onların  eyni  mahiyyətli  olması  fikrini  rədd 
etmiĢdilər. Nikeyada qəbul edilən qərar artıq öz qüvvəsini  itirmiĢ olmuĢdu. 
Ġmperator  Konstantinus  də  yeni  formulanı  dəstəkləmiĢdi.  Rəvayətə  görə  o, 
ölümündən bir az əvvəl Xristianlığı arian formasında qəbul etmiĢdi. 
Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmiĢdir. Məsələ 
bundadır ki, Atanın Oğulla bir  mahiyyətə malik olması  ideyasının  da çoxlu 
tərəfdarları var idi. Onlar da öz  növbəsində Tir Kilsə Məclisinin qərarlarını 
rədd etmiĢdilər. Konstantinusun ölümündən sonra, onların mövqeyi daha da 
gücləndi. Ġmperiyanın ġərqində isə hakim ideologiya arianlıq idi. 
Bu ziddiyyətlərin ortadan qaldırılması üçün, Roma yepiskopu I Yulius 
(Julius) (337-352) 343-cü  ildə Serdik
150
 Ģəhərində Kilsə Məclisini yığmıĢdı. 
Bu  məclisdə  Roma  imperiyasının  qərbindən  olan  yepiskoplar  çoxluq  təĢkil 
etdiyinə  görə,  Nikeya  məclisində  qəbul  edilmiĢ  qərar  dəstəkləndi.  Serdik 
məclisinin  qərarı  ilə,  bununla  razı  qalmayan  yepiskoplar  öz  etirazlarını 
Roma  yepiskopuna  çatdıra  bilərdilər.  Bundan  sonra  Roma  papazlarının 
nüfuzu  artdı  və  onlar  baĢqa  kilsələr  üzərində  rəhbərlik  etmək  iddiasında  
oldular. 
Lakin  bununla da iĢ bitmədi. Ġmperiyanın Ģərqindən  olan yepiskoplar 
Serdik  məclisinin  qərarlarını  bəyənməyərək,  Fillippolis
151
  Ģəhərində  öz 
məclislərini yığıb, arian yönümlü qərarlar qəbul etdilər. 
355-ci  ildə  imperator  Konstansius  (Constantius)  Mediolan  Ģəhərində  
növbəti  Kilsə  Məclisi  yığmıĢdı.  Orada  Serdik  Kilmə  Məclisinin  qərarları 
rədd  edildi,  yepiskop  Atanasios  və  onun  tərəfdarlarına  qarĢı  təqiblərə 
baĢlanıldı.  Ġmperator  Konstansius  hətta  yepiskoplara  demiĢdir:  «Mənim 
buyruqlarım sizin üçün  kilsə qanunudur (kanondur)». Beləliklə arianlıq tam 
qələbə çaldı.  
Sonra Roma papazı Liberius (352-366) hakimiyyətin təzyiqləri altında  
daha bir barıĢdırıcı fikirlə çıxıĢ etmiĢdi. O demiĢdi ki, Atanın Oğul  ilə eyni 
mahiyyətə malik olması, ya da ona bənzər olması, insan əqli tərəfindən dərk 
edilməyən məsələdir, çünki bu barədə Müqəddəs Kitabda bir Ģey deyilmir.  
Lakin  arianlığın  qələbəsi  müvəqqəti  xarakter  daĢıyırdı.  Onun 
daxilində birlik yox idi və bu cərəyan təriqətlərə bölünməyə baĢladı. 
                                                 
150
 Müasir Bolqarıstan paytaxtı  Sofiya Ģəhərinin qədim  adıdır. 
151
 Müasir Bolqarıstanın Plovdiv Ģəhərinin qədim adıdır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə