Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
63 
qarĢısında  qalır.  Deməli  insan  müsbət  keyfiyyətlərinə  təbiətinə  görə  deyil, 
seçimi nəticəsində nail olur. Beləliklə , Ģər Tanrıdan gəlmir, o yalnız  insanın 
mənfi  seçiminin  məhsuludur.  ġər  dünyaya  ilk  insan  olan  Adəm  tərəfindən 
gətirilmiĢdir.  O,  ilk  dəfə  günaha  bataraq,  Tanrının  qadağan  etdiyi  ağacın 
meyvəsini yemiĢdir. Bu addımla o xeyri deyil, Ģərin seçmiĢdir. 
 
Arnobius 
Arnobius (260-327) da, Tertullianus kimi, ġimali Afrikalı idi. Əvvəlcə 
Xristianlığa qarĢı çıxıĢlar etsə də, sonra bu dini qəbul etmiĢdir. «Adversus 
gentes»
138
 (Bütpərəstlərə qarĢı kitab) adlı kitab yazmıĢdı. 
Arnobiusun  yaĢadığı  dövrdə,  Romada  xristian  dininə  münasibət 
dəyiĢmiĢdi.  Bu  din  artıq  Roma  cəmiyyətinin  müxtəlif  təbəqələri  arasında 
yayılmıĢdı  və  bütpərəstlər  bu  amil  ilə  hesablaĢmaq  məcburiyyətində 
qalmıĢdılar.  Onlar  artıq  Xristianlığı    Selsum
139
  kimi  Ģiddətli  tənqid  atəĢinə 
məruz  qoymurdular,  bu  dinin  müvəffəqiyyətlə  yayılmasının  səbəblərini 
araĢdırırdılar və gələcək perspektivlər haqqında düĢünürdülər. 
Onlar  tez-tez  bütpərəstliyin  tənəzzülündən  və  onun  cəmiyyətdə  olan 
mənəvi boĢluğu doldurmaq iqtidarında olmadığından da düĢünürdülər. 
Arnobiusun  əsəri  də  təxminən  bu  problemləri  əhatə  edir.  O  hesab 
edirdi ki, antik dünyanı tənəzzülə insan təfəkkürünə həddən artıq yer verməsi 
amili gətirib. Halbuki, onun imkanları məhduddur. 
Məsələn  Platonun  ardıcılları  hesab  edirdilər  ki,  həqiqətin,  xeyrin, 
gözəlliyin  nə  olması  anlayıĢları,  insanın  anadan  olduğu  andan  onda  vardır. 
Yəni  bu  keyfiyyətlər  ona  təbiət  tərəfindən  verilir.  Lakin  bu  fikri  Arnobius 
qəbul  etmirdi.  Onun  fikrincə,  əgər  insan  baĢqa  insanlarla,  yaxud  ətraf 
mühitlə  təmasda  olmasa,  onda  bu  keyfiyyətlər  ola  bilməz.  Deməli  onlar 
insan  fəaliyyətinin  və  həyatının  nəticəsində  əmələ  gəlir  və  Ġlahi  həqiqətlər 
ona təbiət tərəfindən verilmir. 
                                                 
138
 Latınca mətni və ingilis  dilinə  tərcüməsi burada yerləĢir: 
http://www.forumromanum.org/literature/arnobiusx.ht ml 
139
  Selsum  -  II  əsr  roma  filosofudur,  xristianlara  qarĢı  rəddiyələr  yazmıĢdı.  Onun 
Xristianlığa  qarĢı  fikirlərini  Origenus  «Selsuma  qarĢı»  risaləsində  açıqlamıĢdır.  Bax: 
Origenus.  Contra  Celsum.  Rus  dilinə  tərcümə  olunmuĢ  tam  mətni  burada 
yerləĢdirilmiĢdir:  Против  Цельса:  Апология  христианства.  Сочинение  Оригена 
Учителя  Александрийского.  "Экуменический  центр  ап.  Павла",  1996.  OCR: 
Одесская богословская семинария. http://www.abovo.net.ru/book/84146 


 
64 
 
Lakin ətraf mühitin təsiri də insana xeyri 
Ģərdən,  gözəlliyin  eybəcərlikdən,  həqi-qəti 
nadanlıqdan ayırmaq  imkanı vermir. Fəlsəfənin 
vasitəsi  ilə  bu  anlayıĢlara  aydınlıq  gətirmək 
olmur.  Fəlsəfə  yalnız  ziddiyyətləri  çoxaldır, 
səmərəsiz  mübahisələrə  gətirib  çıxa-rır
140

Beləliklə  həqiqət  nəyinsə  rəhbərliyi  al-tında 
açıla  bilər.  Bu  rəhbər  isə  iman,  və  kon-kret 
olaraq,  xristian  imanıdır.  Ġmanda  utan-malı  heç 
bir Ģey yoxdur. Hətta Xristianlığı  
rədd edən və öz düĢüncələrinə etibar edən filosoflar imana əl atırlar, çünki 
təbiətdə  düĢüncə  vasitəsi  ilə  həll  edilməyən  çoxlu  Ģeylər  vardır.  Onlar, 
məsələn,  xəstələnəndə  həkimə  müraciət  edirlər  və  onun  dediklərinə  inanıb 
müalicə  olunurlar.  Filosofların,  eyni  zamanda,  inandığı  avtoritetləri  də 
vardır.  Bəziləri  Platoya,  baĢqaları  isə  Aristotelə,  Pifaqorusa  və  baĢqalarına 
inanırlar. Deməli, imansız həyat ola bilməz. 
Ġmanın  isə obyektləri fərqlidir:  kimsə filosoflara, kimsə müxtəlif  dini 
təlimlərə  inanır.  Lakin  Xristianlığın  bir  sıra  üstün  cəhətləri  vardır.  Bu  din 
sadə,  baĢa  düĢüləndir,  təbiidir.  Müqəddəs  Kitablar  hamı  üçün  açıqdır  və 
orada  filosofların  ziddiyyətli  mübahisələri  yoxdur.  Xristianlar  tək  olan 
Tanrıya  ibadət  etməyə  çağırır,  bütpərəstlər  isə  insanlar  tərəfindən 
düzəldilmiĢ bütlərə. 
Eyni zamanda demək lazımdır ki, Arnobiusun əsərində bir çox xristian 
ideyalarına  rast  gəlmək  olmur.  Məsələn,  o,  Bibliyadan  sitatlar  gətirmir, 
trinitarizm  (Üçlük)  haqqında  heç  nə  demir.  Bunlardan  əlavə,  bu  əsərdə 
platoçuluq  ideyalarına  da  rast  gəlmək  olar.  Tanrının  varlığını  və  birliyini 
qəbul  edən  Arnobius,  Onun  bu  dünyada  necə  təzahür  olmasını  izah  edə 
bilmir və, platosayağı olaraq, Onunla dünya arasında vasitə rolunu oynayan 
varlıqlardan danıĢır. Ġsa bu varlıqlardan biridir. 
Arnobius  təqib  olunan  Xristianlığın  sonuncu  apologeti  olmuĢdur. 
Ondan sonra Xristianlıq Romanın dövlət dininə çevrilmiĢdir. 
Laktantius 
Sonuncu  latın  apologetlərindən  biri  Laktantius  (240-320)  olmuĢdur
141

O  Arnobiusun  tələbəsi  olub  və  Xristianlığın  Romada  rəsmi  dövlət  dininə 
çevrilməsi  dövründə  yaĢamıĢdır.  Bu  səbəbdən,  onun  yeddi  kitabdan  ibarət 
                                                 
140
 Adversus gentes II, 18;29;56. 
141
 Əsərləri  latın və ingilis dillərində  burada yerləĢdirilmiĢdir: 
http://www.forumromanum.org/literature/lactantiusx.html 


 
65 
«Divinae  institutiones»
142
  (Ġlahi  qanunlar  haqqında)  əsəri  imperator 
Konstantinusa 
həsr 
edilmiĢdir. 
Gələcəkdə 
Xristianlığın 
geniĢ 
perspektivlərinin  olduğunu  duyan  Laktantiusun  kitabı  optimist  ruhunda 
yazılmıĢdır. 
Bu  əsərdə  Laktantius,  ondan  öncəki  apologetlər  kimi,  antik 
müdrikliyin xristian  imanı  ilə uyğunlaĢdırılması  yolu  ilə getmiĢdir. Hətta o 
iddia  edirdi  ki,  ondan  öncəki  apologetlər  Xristianlığı  aydın  və  tam  baĢa 
düĢülən  tərzdə  təqdim  edə  bilməmiĢdirlər
143
.  Bu  iĢin  sona  çatdırılma  Ģərəfi 
isə Laktantiusa qismət olmuĢdur. 
Onun  fikrincə  antik  filosoflar  bütpərəst  dini  təlimlərə  heç  bir 
əhəmiyyət  vermirdilər,  çünki  o  dinlər  mövhumatlarla  dolu  idilər.  Öz 
növbəsində  bütpərəst  kahinlər  də  fəlsəfədən  istifadə  etməmiĢdirlər.  Buna 
görə də sonda, onların heç biri nailiyyət əldə etməmiĢ və iflasa uğramıĢdılar. 
Əslində isə hər bir müdriklikdə iman, hər bir imanda isə müdriklik olmalıdır. 
Fəlsəfə nə qədər dərin olsa belə, heç vaxt insani və Ġlahi məsələləri həll edə 
bilməz. Filosofların nəzəriyyələri çox vaxt onların düĢüncəsinin məhsuludur, 
obyektivliyi  əks  etdirmir.  Lakin  Laktantius  düĢüncənin  imkanlarını  yüksək 
qiymətləndirirdi. Onun fikrincə, bu düĢüncə Ġlahi həqiqətlərə qulluq edəndə 
öz vəzifəsini yerinə yetirmiĢ olur. Həqiqət isə xristian dinindədir. 
Laktantius  bir  çox  dini  məsələlərə  əqli  nöqteyi  nəzərdən  aydınlıq 
gətirmək  istəyirdi.  Məsələn,  onun  fikrincə,  Tanrının  birliyi,  hər  Ģeyin  bir 
səbəbdən  doğması  zərurəti  ilə  izah  edilir.  Çünki  əgər  tanrılar  çox  olsaydı, 
onda  onların  arasında  müəyyən  münasibətlər  qurulmalı  idi.  Onlar  ya  bir-
birinə bərabər, ya da tabe olmalı idilər. Bərabər olduqları halda onlardan heç 
biri digərindən yüksək olmazdı, deməli sözün əsl mənasında Tanrı olmazdı. 
Bir-birinə  tabe  olduqları  halda  isə,  onlardan  yalnız  biri  Tanrı  olardı, 
baĢqalarının  yalnız  adları  Tanrı  olardı,  mahiyyətləri  yox.  Eyni  zamanda, 
tanrılar çox olsaydı dünyanın mərkəzləĢdirilmiĢ halda  idarə etmək olmazdı, 
dünyada ümimi nizam pozulardı.
144
 
Dünyanı  Tanrı  heçnədən  yaradıb.  Laktantiusa  görə,  əgər  materiya 
Tanrı  ilə  bərabər  əzəldən  mövcud  olsaydı,  onda,  bundan  öncə  deyilən, 
Tanrının  birliyi  prinsipi  pozulardı  və  iki  ilkin  substansiya  olardı.  Nəticədə 
yenə də nizam pozulardı. Hər Ģeyi yaradan materiya da ola bilməz, çünki bu 
                                                 
142
 Ġngilis dilinə tərcümədə burada yerləĢdirilmiĢdir: 
 http://www.newadvent.org/fathers/0701.htm 
143
 Divinae institutiones  V, 1. Ġngiliscə tərcuməsi  burada yerləĢir: 
 http://www.newadvent.org/fathers/07015.htm 
144
 Divinae institutiones  I, 3. Ġngiliscə tərcuməsi burada yerləĢir: 
http://www.newadvent.org/fathers/07011.htm 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə