Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
59 
köçmüĢdür. 207 ildən sonra o, rəsmi xristian kilsəsi tərəfindən rədd edilən və 
montanizm
122
  adlanan  bir  heretik  təriqətin  ardıcılı  olmuĢdur.  Buna 
baxmayaraq,  Tertullianus  xristian  ehkamlarının  tənqidlərdən  müdafiə  
olunmasında çox böyük rol oynamıĢdır. Hətta montanizmin ardıcılı  olandan 
sonra  da,  «onun  əsərlərində  ordtodoksal  xristian  ilahiyyatının  ruhu  var 
idi»
123
.  
Tertullianusun əsərlərini Ģərti olaraq 3 hissəyə bölmək olar: 
-  Xristianlığı  müdafiə  edən,  «Apologeticus»
124
  (Apologetik  risalə) 
kimi əsərlər; 
-  Heretiklərə  qarĢı  yönəlmiĢ,  «De  Praescriptione  haereticorum»
125
 
(Heretiklərin təkzib edilməsi) «Adversus Praxean»
126
 (Prakseyə qarĢı) kimi 
əsərlər; 
-  Əxlaq  haqqında  olan  «De  Cultu  Feminarum»
127
  (Qadınların 
geyimləri haqqında), «Ad Uxorem»
128
 (Arvadıma məktub) kimi əsərlər. 
                                                 
122
 Montanizm  –  II  əsrdə  Frigiyada  yaranmıĢ  heretik  xristian  təriqətidir.  Bu  təriqəti, 
keçmiĢdə  Kibela  adlı  tanrının  kahini  olan  Montan  yaratmıĢdı.  O  və  onun  ardıcılları 
Kiçik  Asiyanın  Pepuza  Ģəhərində  fəaliyyət  göstərirdilər.  Onların  inanclarına  görə, 
Ġsanın  gəliĢi  Tanrının  vəhyinin  tamamlanması  demək  deyil.  Ġlahi  vəhy  Müqəddəs 
Ruhun vasitəsi  ilə  müxtəlif  adamlara  açıla  bilər  və  açılır.  Montan  deyirdi  ki,  xristian 
Kilsəsinə  bu  cür  adamlar  baĢçılıq  etməlidirlər.  O,  mövcud  olan  Kilsəni  inkar  edirdi, 
yeni  peyğəmbərlərin  gəliĢinin  mümkünlüyü  haqqında  danıĢırdı  və  özünün  də 
peyğəmbər olması iddiasında idi. Tertullian da  bu təriqətə daxil olub, onun  daxilində 
―tertulliançılar‖  adlanan  qrupu  yaratmıĢdı.  Onlar  ġimali  Afrikada  uzun  müddət 
fəaliyyət göstərirdilər.   
123
  Иоанн  Мейендорф.  Введение  в  светоотеческое  богословие.  Вильнюс -
Москва, ―Весть‖,  1992,  Часть  1, гл.  4.  http://www.klikovo.ru/db/book/msg/884 
124
 Latıncadan ingiliscəyə tərcüməsi burada yerləĢir:   
http://tertullian.org/articles/mayor_apologeticum/mayor_ apologeticum_07translation
.htm 
125
  Квинт  Септимий  Флоренс  Тертуллиан.  Избранные  сочинения.  Под 
редакцией  А.А.  Столярова.  М.,  1994.  Издательская  группа  "Прогресс".  Стр. 
106-129.  http://apologia.narod.ru/earlyfat /fath/tertullian/tertullian.htm 
126
  Tertullianus.  Adversus  Praxean.  Corpus  Christianoram.  Series  Latina  II  /  Ed.  E. 
Kroymann, E.  Evans. Brepols, 1954.  P. 1159-1205.   
http://www.tertullian.org/articles/evans_praxeas_eng.htm 
Rusca:  Тертуллиан.  Против  Праксея  //  «Альфа  и  Омега».  №  1  (27)  –  №  2  (28), 
2001  г. http://khazarzar.skeptik.net/books/tertull/praxean.htm 
127
 Latıncadan ingilis  dilinə tərcüməsi  burada yerləĢir: 
 http://antology.rchgi.spb.ru/Tertullianus/appl.htm 
128
 Latıncadan ingilis  dilinə tərcüməsi  burada yerləĢir: 
http://www.tertullian.org/anf/anf04/anf04-12.ht m#P706_ 173914 


 
60 
Tertulianusun  yunan-roma  fəlsəfəsinə  mənfi  münasibət  bəsləyirdi. 
Onun  fikrincə  fəlsəfə  ümumiyyətlə  Xristianlığa  ziddir.  Lakin  onu  nəzərə 
almaq  lazımdır ki, o dövrdə Xristianlığa bir çox antik təlimlərin elementləri 
daxil  olunmuĢdur  və  onun  tərəfindən  həzm  edilmiĢdi.  Xüsusilə  bu 
stoitsizmin  etik  təliminə  aiddir.  Tertullianus  kimi  apologetlər,  artıq  bu 
elementləri  Xristianlığın  ayrılmaz  hissəsi  hesab  edirdilər.  Məhz  buna  görə 
Tertullianus Senekaya ―bizim Seneka‖ demiĢdir. Sonra  isə Senekanın  güya  
xristian  olduğu,  onun  apostol  Pavlusla  məktublaĢdığı  haqqında  əfsanələr 
uydurulmuĢdır. 
Tertullianusa görə bütpərəstlərin  fəlsəfəsi çox mürəkkəb,  incəsənətləri 
həddən  artıq  zərif,  özləri  və  dinləri  isə  əxlaqsızdır.  Bunlardan  fərqli  olaraq, 
Xristianlıq  insan  təbiəti  və  cəmiyyətinin  bütün  tələblərinə  uyğun  kə  lir. 
Bütpərəstlərin fəlsəfəsindən fərqli olaraq, Xris- 
tianlıq  çox  sadədir,  sərbəst  baĢa  düĢüləndir.  Ən 
əsası  isə  bu  dində  həqiqətin  hazır  vəziyyətdə 
olmasıdır.  Onu  yoxlamaq  və  ya  tədqiq  etmək 
lazım deyil.  Bu həqiqəti  yalnız  anlamaq lazımdır.   
Bu  müddəaları  özü  üçün  rəhbər  tutaraq 
Tertullianus,  hətta  elmin,  biliyin,  tədqiqatların 
əleyhinə çıxıĢ  edirdi.  Məsələn  o  deyirdi:  «Ġsa-dan 
sonra  bizim  biliyə  marağımız  yoxdur,  Ġn-cildən 
sonra  isə  tədqiqatlara  ehtiyacımız  yox-dur»
129

«Ġmanın qaydalarının  əleyhinə  heç  nəyi  bilməmək 
–  hər  Ģeyi  bilmək  deməkdir»
130
.  Tertullianusa 
görə düĢüncədən yalnız dini  eh- 
 
kamların  təsdiq  edilməsi  üçün  istifadə  edilə  bilər.Lakin  o  bunu  da 
məhdudlaĢdırırdı.  Bir  çox  xristian  mütəfəkkirlərindən  fərqli  olaraq  o, 
təvilləri,  alleqoriyaları  rədd  edirdi  və  Müqəddəs  Kitabın  yalnız  hərfi 
mənalarına  üstünlük  verirdi.  Onun  fikrincə  Müqəddəs  Kitabda,  bəzi 
rəvayətlər  və  ya  ifadələr  yalnız  insan  düĢüncəsi  nöqteyi-nəzərindən 
məntiqsiz və cəfəngiyyat kimi görsənə bilər. Əslində isə onlar bizim düĢüncə 
qabiliyyətimizdən  daha  yüksək  məqamlara  toxunur.  Yəni  insan  bu  Ġlahi 
sözləri  dərk  etmə  qabiliyyətində  deyil  və  onları  olduğu  kimi,  düĢünmədən, 
imanla  qəbul  etməlidir.  Bu  fikri  təsdiq  etmək  üçün  Tertullianus  deyirdi: 
                                                 
129
  De  Praescriptione  haereticorum,  7.  Ruscaya  tərcüməsi  burada  yerləĢir: 
http://apologia.narod.ru/earlyfat/fath /tertullian/contra_er.htm 
130
  De  Praescriptione  haereticorum,  14.  Ruscaya  tərcüməsi  burada  yerləĢir: 
http://apologia.narod.ru/earlyfat/fath/tertullian /contra_er.htm 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə