Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
33 
aĢağıda  duran  qüvvələr  var.  Onlar  bu  dünyanı  yaradıb.  Bu  qüvvələrin 
baĢında yəhudi Tanrısı durub. O, bütün dünyanı yəhudi xalqına tabe etmək 
istəyirdi. Buna görə də müharibə baĢlandı. Bunu görən Ali Tanrı  öz Əqlini 
(və yaxud Xristosu) dünyanı xilas etmək üçün yerə yolladı. Əslində Xristos 
yəhudiləri  aldadmıĢdı.  Onu  edam  etmək  istəyən  yəhudilər  onun  yerinə 
Xristosa  oxĢayan  Kirenalı  Simonu  çarmıxa  çəkmiĢdilər
58
.  Hippolitus  isə 
onun haqqında yazırdı ki, Tanrı hər bir varlıqdan üstündür. Bu səbəbdən ona 
varlıq  demək  olmaz
59
.  Dünya  isə  heç  nədən  yaranır,  özü  də  heç  nədir.  O, 
yalnız  hər  Ģeyin  imkanı,  potensiyası,  toxumudur.  Beləliklə  Hippolitus 
tərəfindən xəbər verilən Vasilidin fikirləri Ġrineusun xəbərlərindən fərqlidir. 
  
 
Qnostiklərin ikonası 
Vasilidə  görə  qnostik  təlim 
insanın  daxili  təbiətinin  oyanma-sı 
ilə  nəticələnir.  Ġnsan  heyvan-dan 
fərqlənməlidir,  onun  mənə-viyyatı 
ucalara 
yüksəlməlidir. 
Qnosis 
insana  öz  həqiqi  mahi-yyətini 
bilməyə imkan yaradır. 
Vasilid  ruhla  mənəviyyat 
arasında  fərqin  olduğu  haqqında 
danıĢırdı.  Ruh  əbədi  olsa  da,  o 
yalnız  mənəviyyatın  yaĢadığı  bir 
qabığdır.  Ġnsanın  əsl  ―Məni‖  isə 
yalnız  mənəviyyatdır.  O  Ali  tə-
biətin  bir  parçası,  toxumudur.  Ruh 
həmiĢə  bu  dünyada  yaĢa-mağa 
məhkumdur,  mənəviyyat  isə  onu 
tərk edə bilər. 
Xristian qnostiklərindən 
daha bir tanınmıĢ mütəfəkkiri 
Valentinus (II əsr) olmuĢdur. O 
hesab edirdi ki, bu dünya bir səh- 
vin  nəticəsində  yaranıb.  Bu  səhvi  düzəltmək  isə  qnostiklərin  vəzifəsidir. 
Onlar  bu  dünyaya  ölümə  qalib  gəlmək  üçün  gəliblər.  Biliyin  (qnosisin) 
                                                 
58
 Irenaus, Adversus haereses I, 24.  
59
 Hippolytus , Refutatio VII,  20.   
Ġngiliscə:  Ante-Nicene  Fathers.  The  Writings  of  the  Fathers  Down  to  A.D.  325. 
Volume  V.  T&T  Clark,  Edinburg;  WM.  B.  Eerdmans  Publishing  Company,  Grand 
Rapids, Michigan: 1885.   
http://www.ccel.org/fathers2/ANF-05/anf05-11.htm# P1753_ 537493 


 
34 
―nuru‖  zülmətin ―oduna‖ qarĢı  qoyulur. Bu od hər Ģeyin mahiyyətinə varıb 
və gün gələcək, o bütün dünyanı yandırıb məhv edəcək. Lakin Ġlahi nur onu 
qəbul  etməyə  hazır  olan  hər  bir  insanın  qəlbində  özünə  yer  edir,  onu 
çirkabdan  və  Ģər  qüvvə lərdən  təmizləyir.  Bu  halda  insan  özünün  kim 
olduğunu dərk edir. Göründüyü kimi, Valentinusun təlimi bütün qnostiklərdə 
olduğu kimi, mistik xarakter daĢıyır. 
Ġsgəndəriyyəli Klemens yazırdı  ki, Valentinususa görə maddi aləmin 
əsl  Tanrıya  heç  bir  aidiyyəti  yoxdur.  Onun  emanasiyaları
60
  nəticəsində 
dünyanı  Demiurq  yaratmıĢdır.  Məhz  onun  haqqında  Əhdi-Ətiqdə  söhbət 
gedir, əsl yaradan Tanrıdan yox. 
Simon Maqda olduğu kimi, Valentinususun təlimində də qadın obrazı 
mühüm  yer  tutur.  Onun  adı  Sofiyadır,  və  o,  ikili  təbiətə  malikdir.  O 
pleromaya  aid  olaraq  Ali  Tanrının,  həm  Əqli,  həm  də  Eonudur.  Eyni 
zamanda onda məmunsuzluq hissi var. Bu hissiyyat onu həm yuxarı, həm də 
aĢağı dartır, və ona rahatlıq  vermir. Onun vəzifəsi  bu dünyada görünməyən 
Tanrını  insanların  qəlblərində  açmaqdan  ibarətdir.  O,  ―rəssam  qadın‖ 
adlandırılır.
61
 
Qnostisizm rəsmi  kilsə tərəfindən heres
62
 kimi rədd edilmiĢdi. Lakin, 
buna  baxmayaraq,  bu  təlimin  rəsmi  xristian  ideyasına  çox  böyük  təsiri 
olmuĢdur.  Qnostisizmə  meyilli  olan  xristian  icmaları  və  ilahiyyatçıları, 
Ġsanın 
ilahiləĢdirilmiĢ  obrazının  yaradılmasında  əhəmiyyətli  rol 
oynamıĢdırlar. 
Buna  misal  olaraq  Əhdi-Cədidin  4-cü  Ġncilindən  Yəhya  Ġncilini 
göstərmək olar. Bu Ġncilin ümumi məzmunu birinci üç Ġncillərdən (Markus, 
                                                 
60
  Emanasiya  (latınca  ―emanatio‖  -  axma,  yayılma)  –  hər  Ģeyin  əsasını  təĢkil  edən 
Ali  varlığıq  (Vahidin)  yüksək  pilləsindən  kiçik  pillələrinə  ontoloji  keçid  mənasını 
daĢıyan,  neolatonizmdə  istifadə  edilən  fəlsəfi  termindir.  Emanasiyanın  ən  yayılmıĢ 
olan təsviri - günəĢ və  ondan ayrılan nur (iĢıq  Ģüaları) – xristian ilahiyyatında  geniĢ 
istifadə edilir. 
61
 Clemens.  Stromata,  IV,  89-94. 
Ġnciliscə: The Stromata, or Miscellanies // Ante-Nicene Fathers. The Writings of the 
Fathers  Down  to  A.D.  325.  Volume  II.  T&T  Clark,  Edinburg;  WM.  B.  Eerdmans 
Publishing Company, Grand  Rapids, Michigan:  1885.   
http://www.ccel.org/fathers2/ANF-02/anf02-63.htm# P6851_ 2096390 
Rusca:  Критика  воззрений  Валентина  //  Климент  Александрийский.  Строматы. 
Перевод  с  древнегреческого  и  комментарии  Е.В.Афонасина.  Издательство 
Олега Абышко. Санкт-Петербург,  2003.  (в 3-х  томах).   
http://www.krotov.info/library/k/klim_ale/stro4.html 
62
  Heres  (yunanca  hairesis)  -  rəsmi  kilsə  tərəfindən  rədd  edilən  hər  bir  fikir,  əqidə, 
istilah və s. 


 
35 
Matta,  Lukas)  fərqlidir.  Orada  Ġsa  artıq  insan  kimi  yox,  yerə  enmiĢ  Tanrı 
kimi  təsvir  edilir.  O  dünya  iĢlərindən,  insan  xüsusiyyətlərindən  daha  uca 
olan bir varlıqdır. O Atanın oğludur,  insanlara xilas yolunu göstərmək üçün 
gəlmiĢdir  və  bu  yolda  könüllü  olaraq  ölümə  gedib,  ona  iman  gətirənlərin 
gunahlarını öz üzərinə götürmüĢdür. Ġncilin əvvəlində o Loqos, yəni Tarının 
əbədi Sözü, adlandırılır. Beləliklə burada Ġsa - Tanrıdır. Hətta məlumdur ki, 
Yəhya Ġncilindən Valentinususun ardıcılları daha da çox istifadə edirdilər
63
.  
Göründüyü  kimi,  bu  Ġncildə  yuxarıda  göstərilən  qnostik  ideyalarla  
oxĢarlıq çoxdur. Yəni uzaqlarda  olan Ata,  öz oğlunu (Ġsanı) yerə göndərir. 
Ġsanın mahiyyəti Ġlahidir, o adi insan deyil.  
Lakin sonralar Kilsə xadimləri birinci üç Ġncillərdə olan Ġsanın  insan 
obrazı ilə Yəhya Ġncilindəki Ġlahi obrazı arasındaki ziddiyyətləri həll etməyə 
cəhd  etmiĢdi.  Bu  cəhdlərin  nəticəsində,  Kilsə  Məclislərin  qərarı  ilə,  Ġsanın 
həm insani, həm də Ġlahi mahiyyəti olduğu elan edildi. 
Pavlusun  məktublarında  da  qnostik  fikirlərə  yaxın  ideyalara  rast 
gəlmək olar. Orada Ġsa Ģər qüvvələrə qalib gəlmək üçün dünya üzərinə enib. 
Pavlusu Ġsanın  insan təbiəti  maraqlandırmırdı. Məsələn,  onun Korinflilərə I 
məktubunda,  qnostiklərdəki  kimi,  insanlar  maddi,  ruhi  və  mənəvilərə 
bölünürlər
64

 
Mitraizm 
 
Qnostik  inanca  yaxın  olan  din  Mitraizm  olmuĢdur.  Mitraizm  Roma 
imperiyasında  Xristianlıqla  bərabər  yayılan  və  onunla  rəqabət  aparan  Ġran 
mənĢəli  bir  din  idi.  Ġran  mənĢəli  qnostik  təlimlər  dünyanı  Zülmətlə  Nurun 
mübarizəsi kontekstində görürdülər və izah edirdilər
65

Mitra  arilərin
66
  panteonunun  tanrılarından  biri  idi.  Yaxın  ġərqdə  bir  çox 
xalqlar  ona  ibadət  edirdi.  Qədim  arilər  onu  Səhər  iĢığının  Tanrısı 
adlandırırdılar.  Onların  inanclarına  görə,  Mitranın  qüdrəti  dünyada  həyatın 
mövcudluğunu təmin edir. Daha sonra iranlılar  inanırdılar ki, Mitranı xeyir 
tanrısı olan Ahura-Məzda yaradıb,  və ona ibadət etmək vacibdir. Bu barədə 
«Avesta»da deyilir
67

                                                 
63
 Irenaeus. Adversus haereses I, 29. 
64
 Korinflilərə  1-ci  məktub 2:  11-16. 
65
 Йонас Г. Гностицизм. СПб:  Лань, 1998,  гл.  3.   
http://lalalu.narod.ru/text/gnost.htm 
66
 Arilər  - hind-fars mənĢəli  xalqların  ümumiləĢdirilmiĢ  qədim adıdır. 
67
 Mitr-YaĢt,  1. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə