Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
39 
Mani Ġsanın Ģəxsiyyətinə  və roluna  böyük önəm verirdi, ardıcıllarına  
özünü  Ġsanın  davamçısı  kimi  tanıdırdı.  Lakin  rəsmi  Xristianlıqdan  fərqli 
olaraq,  onun  ölümünü,  dirilməsini,  təcəssümünü,  reallıqda  olmasını  rədd 
edirdi. Onları yalnız zahirən gözə görsənən hallar kimi qəbul edirdi. 
Tanrıya  baxıĢlarına  gəldikdə,  Mani  Əhdi-Ətiqin  Tanrısını  Əhdi-
Cədidin  Tanrısına  qarĢı  qoyurdu.  O,  hesab  edirdi  ki,  Musa  Nurun  yox, 
Zülmətin elçisi idi. Buna görə o Əhdi-Ətiqi rədd edirdi.  
Mani  icması  iki  hissəyə  bölünürdü:  seçilmiĢlər  və  eĢidənlər. 
SeçilmiĢlər  kahinlər  idi.  Onlar  evlənmirdilər,  ət  yemirdilər,  iĢləmirdilər  və 
yalnız  ibadətlə  məĢğul  idilər.  EĢidənlər  isə,  seçilmiĢləri  hər  Ģeylə  təmin 
etməli  idilər.  Onlar  xilas  oluna  bilməzdilər.  EĢidənlərə  ailə  qurmağa  icazə 
verilirdi.  Onlar  ümid  edirdilər  ki,  gələcək  həyatda  onlar  seçilmiĢ  kimi 
dünyaya gəlib xilas ola bilərlər. 
Manilərə  görə  günah  azad  iradədən  deyil,  hər  bir  insanda  olan  Ģər 
qüvvə tərəfindən  yaranır. Ruh və maddədən  iki,  bir-birinə zidd olan, qüvvə 
ayrılır və mübarizə aparır. Maddə bir Ģeyi istəyir, ruh isə baĢqa Ģeyi. 
Maniçilər  maddi  dünyanın  dağıdılmasını  və  məhv  edilməsini  zəruri 
hesab edirdilər. Buna görə onlar dövlətin və cəmiyyətin quruculuğu yolunda  
müsbət  rol  oynaya  bilməzdilər.  Bu  səbəbdən  də  onlara  ziyanlı  bir  təriqət 
kimi baxırdılar və hər yerdə təqib edirdilər. 
MəĢhur  xristian  teoloqu  Avqustinus  Avrelius  əvvəllər  mani  dininin 
ardıcılı olmuĢdur və xristianlığı  qəbul edəndən sonra bu dinə qarĢı bir neçə 
əsər  yazmıĢdı.  Eyni  zamanda  o,  ―Sekund  maniçiyə  qarĢı‖  (Contra 
Sekundium  Manichaum),  ―Ġmanın  xeyri  haqqında‖  (De  utilitate  credendi), 
―Katolik  kilsənin  quruluĢu  və  maniçilərin  adətləri  haqqında‖  (De  moribus 
Ealesiae  Catolical  et  de  moribus  Manichaeorum)  kitablarında  maniçilər 
haqqında  çox  qiymətli  və  ətraflı  məlumat  vermiĢdir.  Avqustinus  öz  
əsərlərində onların arasında yayılmıĢ əxlaqsızlıqlardan da yazırdı.  
Bununla  yanaĢı,  Avqustinus  hətta  xristian  olandan  sonra  da 
maniçilərin  bəzi  fikirləri  ilə  öz  həmrəyliyini  göstərirdi.  Bəzi  əsərlərində 
(məsələn, ―Ġlahi Ģəhər haqqında‖ kitabında) o, tarixi prosesin inkiĢafında ġər 
və Xeyrin əbədi qarĢıdurması ideyası ilə çıxıĢ edirdi. 
Xristianlar mani dinini bir heretik xristian təriqəti hesab edirlər. 
III FƏSĠL 
 
APOLOGETLƏRĠN FƏALĠYYƏTĠ DÖVRÜ 
 
 
Yunandilli apologetika 


 
40 
 
Ġlk  apologetlərin  fəaliyyəti  II  əsrin  ortalarına  təsadüf  edilir.  O  dövrdə 
Aristid  (Aristides)    və  Kodrat  öz  apologiyalarını
70
  yazmıĢdırlar.  Aristidin 
«Apologiyasının»  bəzi  fraqmentləri  bizim  zəmanəmizə  qədər  çatmıĢdır
71
.  Bu 
mətnləri  Aristid  imperator  Antoninus  Pius  (86-161)  ünvanlamıĢ  və  orada 
monoteizmdən
72
,  imanın  əql  üzərində  üstünlüklərindən,  dünya  nizamının 
Tanrı  tərəfindən  qurulmasından  və  bəzi  baĢqa  mövzular  haqqında  söhbət 
açmıĢdır.  Aristid  bu  məsələlərə  münasibətdə  Xristianlığın  antik 
bütpərəstliyindən daha  üstün  olduğunu  sübut  etməyə  çalıĢırdı.  Gələcəkdə  bu 
kimi  fikirləri  digər apologetlər  təkrarlaĢmıĢ və inkiĢaf etdirmiĢdir. 
Ən  tanınmıĢ  apologetlərdən  biri  Yustinus  (Justinus)  olmuĢdur.  O, 
təxminən  100-cü  ildə  Suriyada  dünyaya  gəlmiĢdi,  və  165-ci  ildə  vəfat 
etmiĢdi.  Təxminən  30  yaĢından  sonra  o  Xristianlığı  qəbul  etdi  və  bundan 
sonra  müxtəlif  yerlərdə  bütpərəst  filosoflarla  disputlar  aparırdı.  Romada  
olarkən bütpərəstlər ondan öz tanrılarına qurban kəsməyi tələb etmiĢdilər. O 
bundan imtina edəndən sonra, onlar tərəfindən edam edilmiĢdi. 
Yustinus antik  mədəniyyətə rəğbət bəsləyirdi, onun  nailiyyətlərini tanıyırdı 
və  onunla  xristian  ideyasını  bir-birinə  yaxınlaĢdırmaq  istəyirdi.  Yustinusun 
dünyagörüĢü  nə  stoiklərin,  yeni  platoçuların,  yeni  pifaqorçuların  fəlsəfələri 
təsir etmiĢdi. Məsələn, öz «Apologiyasında» o, fəlsəfə haqqında belə yazırdı: 
«Xalqlar  və  hökmdarlar  fəlsəfə  ilə  məĢğul  olmayana  qədər,  dövlətlər  rifah 
içində olmayacaqlar»
73
. Lakin fəlsəfənin əhə-miyyətini qeyd edən Yustinus, 
onu Xristianlığın üstünlüyünün dərk edilməsi üçün istifadə etməyə çağırırdı. 
Fəlsəfənin  verdiyi fikir azadlığı Xristianlığın  xalq tərəfindən daha da yaxĢı 
baĢa  düĢülüb,  yayılması  üçün  lazımdır,  çünki  Yustinus  üçün  həqiqət  artıq 
tam aydındır. Onu əqllə deyil, imanla qəbul etmək lazımdır. 
                                                 
70
  Apologiya  –  xristian  ehkamlarının  tərifi  üçün  yazılmıĢ  əsərlərə  deyilir.  Eyni 
zamanda, apologiyalarda Xristianlığa  qarĢı tənqidlərə də cavab verilir. 
71
  Золотое  слово  Священного  Предания.  I-III  век.  Вып.  05.  М.:  Русская 
историко-филологическая школа  "Слово", 2000,  с. 6-23.   
http://aleteia.narod.ru/aristid/apologia.htm 
72
 Monoteizm (yunanca ―mono‖ - bir, ―Theos‖ - Tanrı deməkdir) – yalnız bir Tanrını 
yaradıcı  və  ibadətə  layiq  kimi  qəbul  edən  əqidə,  din.  Monoteizmin  əksi 
politeizm(yani,  çox  tanrılıq)   adlanır. 
73
 Justinus. Apologia I, 3.  


 
41 
Yustinus 
yunan 
fəlsəfəsini, 
müdrikliyi  inkar  etmirdi,  lakin  onları 
Xristianlığa  nisbətən  ikinci  dərəcəli 
hesab  edirdi.  Fəlsəfə  yalnız  hakim 
zümrələr  və  alimlər  üçündürsə,  Xris-
tianlığı bütün xalq baĢa düĢür, və  onun 
verdiyi  iman  insanların  qəlbində  özünə  
yer  tapır.  Filosofların  müxtəlif  kitabları 
və 
məktəbləri 
olduğu 
halda , 
Xristianlığın yalnız bir mənbəyi var – o 
da Müqəddəs Kitabdır. Müdriklik  insan 
məhsulu  olduğu  halda,  din  Tanrı 
tərəfindən  nazil  edilib.  Yustinu-sun 
fikrincə  bütün  bu  amillər  xristian 
müdrikliyidir. 
Daha sonra Yustinus, Xristian- 
 
 
Yustinus  
lığın yunan fəlsəfəsinə nisbətən, daha da çox həqiqətə yaxın olmasını, onun 
qədimliyində görürdü. Yəni Bibliyanın  peyğəmbərləri yunan filosoflarından 
öncə yaĢamıĢdırlar və onların Ġlahi müdrikliyi yunanlara təsir edə bilərdi. 
Beləliklə  Yustinus  yunan  dünyagörüĢü  və  fəlsəfəsində  çoxlu  müsbət 
cəhətlər görürdü. Onun fikrincə, orada Xristian ehkamları ilə üst-üstə düĢən, 
və bu ehkamları təkrarlayan ideyalar vardır, məsələn: Tanrının birliyi, ruhun 
ölməzliyi, talenin mövcud  olması və bunlar kimi baĢqa  ideyalar. Lakin, bu 
müsbət halları xatırlayaraq, Yustinus, onların köklərini yenə də Xristianlıqda 
görür.  O  deyir:  «…hər  hansı  xeyirli  söz  bizə,  xristianlara  məxsusdur»
74

Beləliklə  Yustinus  hesab  edirdi  ki,  Plato  və  digər  yunan  müdriklərinin  ən 
qiymətli və xristian monoteizmi ilə uyğun gələn fikirləri, əslində onlardan da 
öncə  yaĢayan  Bibliya  peyğəmbəri  tərəfindən  deyilib.  Yunanlar  isə  o 
fikirlərlə tanıĢ olub, onları mənimsəmiĢdilər. 
Filon fəlsəfəsində olduğu kimi, Yustinus da antik fəlsəfənin Loqosunu 
Tanrı  ilə  dünya  arasında  olan  bir  vasitəçi  kimi  qəbul  edir.  Onun  fikrincə, 
Atanı (Tanrını) əqllə dərk edib, dillə  ifadə etmək mümkün deyil. Müqəddəs 
Kitabda  hallanan  adları  isə  (Ata,  Rəbb,  Yaradıcı  və  s.)  onun  siması  və  ya 
Ģəxsiyyətinə deyil, hərəkətlərinə və təcəllilərinə aid edilə bilər. Deməli Ata 
tamamilə transsendent olaraq, dünya  ilə rabitəsini Loqos vasitəsi  ilə həyata 
keçirir.  Məhz  bu  Loqos  onun  Oğludur  və  dünyanın  yaradılıĢından  öncə 
doğulmuĢdur.  Filondan  fərqli  olaraq,  Yustinus  üçün  Oğul  –  Ġsadır,  və  o, 
                                                 
74
 Justinus. Apologia II, 13.   


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə